Məhkəmə qərarları › İş №e-2(3-6)-2055/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2055/2026

06.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2055/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı işi üzrə Açar sözlər:( «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi») hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavаbdеhdən əsas borc üzrə 53922.50 manat, faiz borcu üzrə 30790.66 dəbbə pulu 22620 manat olmaqla, cəmi 107333.16 manat məbləğində kredit borcun tutularaq “xxxx” MMC–yə ödənilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10, giriş 1, mənzil 42-yə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına “xxxx” MMC-yə 107333.16 manat məbləğində borcun, bildirişin qeydə alınması ilə əlaqədar 51 manat və 398 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında ##.##.2022-ci il tarixində imzalanmış ****/**** saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 32% faiz olmaqla 58000 manat məbləğində kredit verilmişdir. ##.##.2022-ci il tarixli ****/**** saylı kredit müqaviləsinin təminatı olaraq ##.##.2022-cü il tarixində 2022/3863-İP saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10, giriş 1, mənzil 42 “xxxx” MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Reyestr nömrəsi 011011007321- 05301-093042, Qeydiyyat nömrəsi1122105567, Qeydiyyat tarixi ##.##.2022-ci il). Lakin Cavabdeh tərəfindən ##.##.2022-ci il tarixli ****/**** saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Belə ki, ##.##.2025-ci il tarixli arayışa əsasən Cavabdeh “xxxx” MMC-yə ##.##.2022-ci il tarixli ****/**** saylı Kredit müqaviləsi əsasən əsas borc üzrə 53922.50 manat, faiz borcu üzrə 30790.66, dəbbə pulu 22620 manat olmaqla, cəmi 107333.16 manat məbləğində borcu yaranmışdır. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavаbdеhdən əsas borc üzrə 53922.50 manat, faiz borcu üzrə 30790.66 , dəbbə pulu 22620 manat, Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7%) ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixə kimi olan müddət üzrə 2264,74 manat olmaqla, cəmi 109597,90 manat məbləğində kredit borcunun tutularaq “xxxx” MMC–yə ödənilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10, giriş 1, mənzil 42-yə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına “xxxx” MMC-yə 107333.16 manat məbləğində borcun, bildirişin qeydə alınması ilə əlaqədar 51 manat və 398 manat və 2 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - «xxxx» MMC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış ## #### 2022-ci il tarixli kredit Müqaviləsinə əsasən, borc verən illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə borc alana 58000 manat məbləğində ipoteka krediti verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür; - «xxxx» MMC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış ##.##.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10, giriş 1, mənzil 42 ipoteka ilə yüklü edilmişdir; - İddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 53922,50 manat əsas borc, 30790,66 manat faiz borcu, 22,620 manat cərimə borcu və 2264,74 manat gecikdirilmiş vaxt üçün faiz borcu vardır.

3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit Müqaviləsi üzrə yaranmış 53922,50 manat əsas borc, 30790,66 manat faiz borcu, 2000 manat məbləğində cərimə borcu və 1595,52 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 88308,68 manat məbləğində pul vəsaiti və bildirişin qeydiyyatı üçün ödənilmiş 51 manat məbləğidə rüsumun əvəzinin cavabdeh Cavabdeh tutulub iddiaçı «xxxx» MMC-nin hesabına köçürülməsi, tutmanın «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, giriş 1, ** saylı evin ** saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 266,300 manat müəyyən edilməsi, həmin əmlak ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində «xxxx» MMC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdeh Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun 200 manat hissəsi cavabdeh Cavabdeh tutulub iddiaçının hesabına köçürülməsi, AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 600 manat vəsaitin 300 manat hissəsinin «xxxx» MMC-dən, 300 manat hissəsinin isə Cavabdeh tutulub AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 319.1, 319.6, 385.1, 421.2, 428.4, 442, 445, 449, 462.3, 467, 739; “İpoteka hqqında qanunun 10.4, 34.1.1, 39.2, 39.3, 41.2; Mülki Prosessual Məcəllənin 119, 220.5-ci maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, kreditor tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir, aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 22,620 manat məbləğində dəbbə pulunun tutulması hissəsi də qismən təmin edilməlidir. Belə ki, məhkəmə cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış dəbbə pulunu azaldaraq 2000 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, iddia əldən çıxmış faydanın ödənilməsi hissəsində də təmin edilməli, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1595,52 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10, giriş 1, mənzil 42-ə yönəldilməli, həmin əmlak hərraca çıxarılmalı, satışdan əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. İş materiallarından görünür ki, ipoteka qoyanlara ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair ipoteka saxlayan tərəfindən bildirişlər göndərilmişdir. İşdə olan AECS MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin bazar dəyəri 266,300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz 266,300 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin əsas, faiz və cərimə borcunun azaldılması və ipoteka predmeti olan əmlakın dəyərinin müəyyən edilməsi hissəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1; Mülki Prosessual Məcəlləsinin 88, 97.1, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Göründüyü kimi kredit müqaviləsinin mahiyyəti kreditorun borcalana faizlər hesablamaqla pul verməsini, borcalanın isə həmin məbləği müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmasından ibarətdir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasının tələblərini kobud şəkildə pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə əvvəla iddiaçının təqdim etdiyi sənədlər əsasında iddia tələbini təmin etmiş, borc məbləğini ümumiyyətlə araşdırmamışdır. Nəzərə almaq lazımdır ki, 58000 manat məbləğində kredit borcuna görə 30000 manat məbləğində faiz borcunun hesablanması, eyni zamanda 20000 manat dəbbə pulunun hesablanması nə qanunun tələblərinə, nə də ədalətə uyğun deyildir. Məhkəmə isə bu qədər yüksək məbləğdə pul tələbini təmin edərkən heç bir ekspertiza etmədən sadəcə iddiaçının təqdim etdiyi maliyyə arayışına istinad etməklə iddia tələbini təmin etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verməmiş, lazımi qaydada araşdırma aparmamışdır. Belə ki, əvvəla məhkəmə borc məbləğinin həqiqilini araşdırmamış, əsas, faiz və dəbbə borcunun məbləğini müəyyən etməmiş, iddiaçının təqdim etdiyi maliyyə arayışı əsasında qeyd edilən pul məbləğinin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Halbuki, məhkəmənin işi ədalət mühakiməsini təmin etməkdir və xüsusi bilik tələb edən məsələlərdə ekspertiza təyin etmək birbaşa məhkəmənin səlahiyyətindədir. Lakin hazırki iş üzrə məkhəmə ümumiyyətlə ekspertiza təyin etməmiş, yüksək məbləğdə hesablanmış faiz, cərimə borclarını araşdırmamış, ödənişlərin niyə əsas borcdan silinməməsinə qiymət verməmişdir. Lakin məhkəmə iddiaçının təqdim etdiyi maliyyə arayışına qabaqcadan müəyyən edilmiş qüvvə verərək həmin arayış üzrə hesablanmış borcun məbləğini müəyyən etməyə belə, cəhd etməmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən prosessual hüquq norması da pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən xüsusi bilik tələb olunduğundan iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməli və ekspert rəyi almalı idi. Lakin birinci instansiya məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi maliyyə arayışı məhkəmə tərəfindən araşdırılmamış, borc məbləğlərini və arayışın mötəbərliyinə düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, hesab edir ki, məhkəmə həmin maliyyə arayışını və kifayət qədər yüksək məbləğlərdə hesablanmış faiz və dəbbə pulunu gördüyü andan tərəflərdən hər hansı birinin vəsatətinin olub-olmamasından asılı olmayaraq həmin arayışı mötəbər sübut kimi qəbul etməməli və məkhəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin birinci instansiya məhkəməsi niyəsə tələsmək istəmiş və iş üzrə ekspertiza təyin etmədən yekun nəticəyə gəlməyə çalışmışdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə əsas səhvlər həm kredit müqaviləsi üzrə tələb edilən əsas borc, eyni zamanda 30790.66 manat faiz borcu və 22620 dəbbə pulunun hansı qaydada hesablandığını araşdırmaması, eyni zamanda ipoteka predmeti olan əmlakın qiyməti ilə bağlı qeyri-müəyyənliyi həll etməməsi olmuşdur. Belə ki, şəhərin mərkəzində yerləşən ipoteka predmeti olan mənzilə 266,300 manat məbləğində qiymət qoyulmuşdur. Lakin həmin mənzilin real bazar dəyəri 350000-400000 manat aralığındadır. Bununla bağlı olaraq tərəfindən əmlakın yenidən qiymətləndirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilməsinə baxmayaraq məhkəmə heç bir hüquqi əsaslandırma aparmadan həmin rəyin mötəbər olması qənaətinə gəlmişdir. Məhkəmənin niyə iş üzrə mühasibatlıq ekspertizası təyin etməməsi, əmlakın real dəyərinin müəyyən edilməsi məqsədilə tərəfindən verilmiş yenidən qiymətləndirmə barədə vəsatətə baxılmaması məhkəmənin gəldiyi nəticəni şübhə altına almağa kifayət edir. Eyni zamanda diqqətinizə çatdırmaq istədiyi digər bir məqam isə üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməməyi və bu səbəbdən məhkəmə hazırlıq iclasının təxirə salınması barədə ərizə verməyinə baxmayaraq məhkəmənin tez-tələsik baxış iclası təyin etməsi də hazırki qanunsuz və ədalətsiz qətnamənin qəbul edilməsinə şərait yaradan amillərdən biridir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi işə baxarkən lazımi qaydada araşdırma aparmamış, kobud maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmiş, bununla da hüquqlarını kobud şəkildə pozmuşdur. Göründüyü kimi kredit müqaviləsinin mahiyyəti kreditorun borcalana faizlər hesablamaqla pul verməsini, borcalanın isə həmin məbləği müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmasından ibarətdir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasının tələblərini kobud şəkildə pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə əvvəla iddiaçının təqdim etdiyi sənədlər əsasında iddia tələbini təmin etmiş, borc məbləğini ümumiyyətlə araşdırmamışdır. Halbuki, məhkəmənin işi ədalət mühakiməsini təmin etməkdir və xüsusi bilik tələb edən məsələlərdə ekspertiza təyin etmək birbaşa məhkəmənin səlahiyyətindədir. Lakin hazırki iş üzrə məkhəmə ümumiyyətlə ekspertiza təyin etməmiş, yüksək məbləğdə hesablanmış faiz, cərimə borclarını araşdırmamış, ödənişlərin niyə əsas borcdan silinməməsinə qiymət verməmişdir. Lakin məhkəmə iddiaçının təqdim etdiyi maliyyə arayışına qabaqcadan müəyyən edilmiş qüvvə verərək həmin arayış üzrə hesablanmış borcun məbləğini müəyyən etməyə belə cəhd etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən prosessual hüquq norması da pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən xüsusi bilik tələb olunduğundan iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməli və ekspert rəyi almalı idi. Lakin məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi maliyyə arayışı məhkəmə tərəfindən araşdırılmamış, borc məbləğlərini və arayışın mötəbərliyinə düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də hesab edir ki, məhkəmə həmin maliyyə arayışını və kifayət qədər yüksək məbləğlərdə hesablanmış faiz və dəbbə pulunu gördüyü andan tərəflərdən hər hansı birinin vəsatətinin olubolmamasından asılı olmayaraq həmin arayışı mötəbər sübut kimi qəbul etməməli və məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin birinci instansiya məhkəməsi niyəsə tələsmək istəmiş və iş üzrə ekspertiza təyin etmədən yekun nəticəyə gəlməyə çalışmışdır. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə əsas səhvlər həm kredit müqaviləsi üzrə tələb edilən əsas borc, eyni zamanda 30790.66 manat faiz borcu və 22620 dəbbə pulunun hansı qaydada hesablandığını araşdırmaması, eyni zamanda ipoteka predmeti olan əmlakın qiyməti ilə bağlı qeyri-müəyyənliyi həll etməməsi olmuşdur. Belə ki, şəhərin mərkəzində yerləşən ipoteka predmeti olan mənzilə 266,300 manat məbləğində qiymət qoyulmuşdur. Lakin həmin mənzilin real bazar dəyəri 350000-400000 manat aralığındadır. Bununla bağlı olaraq tərəfindən əmlakın yenidən qiymətləndirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilməsinə baxmayaraq, məhkəmə heç bir hüquqi əsaslandırma aparmadan həmin rəyin mötəbər olması qənaətinə gəlmişdir. Məhkəmənin niyə iş üzrə mühasibatlıq ekspertizası təyin etməməsi, əmlakın real dəyərinin müəyyən edilməsi məqsədilə tərəfindən verilmiş yenidən qiymətləndirmə barədə vəsatətə baxılmaması məhkəmənin gəldiyi nəticəni şübhə altına almağa kifayət edir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəliyev Vüsal Rasim oğlu apellyasiya şikayətinə etiraz etmiş, mübahisənin barışıq yolu ilə həll edilməsi istiqamətində hər hansı nəticə əldə olunmadığı qeyd etmiş, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvercilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir (əvvəl keçirilmiş kollegiya iclasında cavabdehin nümayəndəsi vəkil Vəkil məhkəmədən kənar borcun barışıqla həll edilməsi üçün vaxt istəmiş, lakin növbəti iclasda iştirak etməmişdir). Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür 269.4. ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1. əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 448.1. əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2. əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

9. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. ; 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri.; 47.4. 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir.

12. Belə ki, xxxx» MMC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış ## #### 2022-ci il tarixli Kredit Müqaviləsinə əsasən, borc verən illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə borc alana 58.000 manat məbləğində ipoteka krediti verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 53922,50 manat əsas borc, 30790,66 manat faiz borcu vardır. Cavabdehin diqqətinə çatdırılmalıdır ki, bankın təqdim etdiyi maliyyə arayışı rəsmi yazılı sübutdur və əgər cavabdeh bu hesablama ilə razılaşmırsa, o əks sübut – alternativ hesablama, ödəniş qəbzləri təqdim etməli idi. Cavabdeh isə borcun məbləğinə etiraz etsə də, borc məbləğinin və ipoteka predmetinin qiymətinin fərqli olmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir, pul vəsaitlərinin təyinatı üzrə məbləğinin müəyyən edilməsi üçün bunu sübut edəcək təkzibedilməz sübutlar təqdim edilməlidir.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 22,620 manat məbləğində dəbbə pulunun tutulması hissəsində dəbbə pulunu azaldaraq 2000 manat müəyyən edilməsi və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1595,52 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair mövqeyi ilə razılaşır. Birinci instansiya məhkəməsi tərəflərin maraqlar balansını qorumaqla aşkar dərəcədə qeyri-mütənasib olan dəbbə pulunun məbləğini azaltmaqla iddianı həmin hissədə də qismən təmin etmişdir ki, bu cavabdehin vəziyyətini ağırlaşdırmır, əksinə onun maraqlarına xidmət edir. 5 (beş) faizlə hesablanmış məbləğ isə qanunla müəyyən edilmiş tələbdir və bunu istisna edən hallar müəyyən edilmir.

14. İş materiallarına əsasən müəyyən edilir ki, «xxxx» MMC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış ##.##.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10, giriş 1, mənzil 42 ipoteka ilə yüklü edilmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. İddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. AECS MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin bazar dəyəri 266,300 manat təşkil edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi əmlakın ilkin satış qiymətinin real bazar qiymətindən fərqli müəyyən edilməsi barədə dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi əmlakın satış qiymətini mütəxəssis tərəfindən tərtib edilmiş rəyə əsasən müəyyən etmişdir. Cavabdeh isə nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı həmin rəyi təkzib edən hər hansı alternativ sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin digər sübutlarla təkzib olunmayan mütəxəssis rəyinə əsaslanaraq əmlakın ilkin satış qiymətini müəyyən etməsi qanunauyğundur.

15. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və və formal mülahizə xarakteri daşıdığından təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” İnformasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar