Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2111/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul tələbi” barədə ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: pul) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 və onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Işin halları
1. Iş materiallarında olan ##.##.2024-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı 51.000 manat məbləğində pul vəsaitini cavabdeh2 borc vermişdir. Sonuncu pul vəsaitini qəbul etməklə, ##.##.2025-ci il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür.
2. Iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, ev 39 F,43, mənzil 11 (yeni qaydalarla: ünvan 5) ünvanında yerləşən ümumi sahəsi 44.40 kv.m. olan mənzil cavabdeh2 mülkiyyətindədir.
3. Iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 10 hissə) ünvanında yerləşən ümumi sahəsi 266.6 kv.m. olan sahə İddiaçı və X1 tərəfindən “xxxx” MMC-nə 15 il müddətinə icarəyə verilmişdir.
4. Iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 120.40 kv.m. olan mənzil ½ hissədə İddiaçı və ½ hissədə X1 mülkiyyətindədir.
5. Iş materiallarında olan “ABB” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, ##.##.2025-ci il tarixdə 4127********** nömrəli kartdan 4169********** nömrəli kartda 500 manat məbləğində pul köçürülmüşdür.
6. Iş materiallarında olan “ABB” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, ##.##.2025-ci il tarixdə 4127********** nömrəli kartdan 4169********** nömrəli kartda 200 manat məbləğində pul köçürülmüşdür.
7. Iş materiallarında olan karta köçürmə qəbzindən görünür ki, 5522************ nömrəli kartdan 4127************ nömrəli karta 2.000 manat məbləğində pul köçürülmüşdür.
8. Iş materiallarında olan “ABB” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, ##.##.2024-cü il tarixdə 5522********** nömrəli kartdan 4127********** nömrəli karta 530 manat məbləğində pul köçürülmüşdür.
9. Iş materiallarında olan “ABB” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, ##.##.2024-cü il tarixdə 5522********** nömrəli kartdan 4127********** nömrəli karta 500 manat məbləğində pul köçürülmüşdür.
10. Iş materiallarında olan “ABB” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, ##.##.2024-cü il tarixdə 5522********** nömrəli kartdan 4127********** nömrəli karta 600 manat məbləğində pul köçürülmüşdür.
11. Iş materiallarında olan “ABB” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, ##.##.2024-cü il tarixdə 5522********** nömrəli kartdan 4127********** nömrəli karta 80 manat məbləğində pul köçürülmüşdür.
12. Iş materiallarında olan “ABB” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, ##.##.2024-cü il tarixdə 5522********** nömrəli kartdan 4127********** nömrəli karta 112 manat məbləğində pul köçürülmüşdür.
13. Iş materiallarında olan “ABB” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, ##.##.2024-cü il tarixdə 5522********** nömrəli kartdan 4127********** nömrəli karta 23 manat məbləğində pul köçürülmüşdür.
14. Iş materiallarında olan “ABB” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, ##.##.2024-cü il tarixdə 5522********** nömrəli kartdan 4127********** nömrəli karta 84 manat məbləğində pul köçürülmüşdür.
15. Iş materiallarında olan fotoşəkildən görünür ki, ##.##.2024-cü il tarixdə 5522********** nömrəli kartdan 2.000 manat məbləğində pul köçürülmüşdür.
16. Iş materiallarında olan “ABB” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, ##.##.2024-cü il tarixdə 5522********** nömrəli kartdan 4127********** nömrəli karta 500 manat məbləğində pul köçürülmüşdür.
17. Iş materiallarında olan “mpay” vasitəsilə “ABB” karta mədaxil qəbzindən görünür ki, ##.##.2024-cü il tarixdə GU****** NA****** məxsus 4************** nömrəli karta 1.900 manat məbləğində pul köçürülmüşdür.
18. Iş materiallarında olan “ABB” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, ##.##.2024-cü il tarixdə 5522********** nömrəli kartdan 4127********** nömrəli karta 32 manat məbləğində pul köçürülmüşdür.
19. Iş materiallarında olan ## ###### 2025-ci il tarixdə “xxxx” MMC tərəfindən cavabdeh1 Mehmet oğluna ünvanlanmış ## ###### 2025-ci il tarixli mütəxəssis rəyindən (tədqiqat foto və video materiallar əsasında aparılıb) görünür ki, ünvan 9 ünvanında yerləşən qeyriyaşayış sahəsində təmir–tikinti işlərinin aparılmasına, avadanlıqların quraşdırılmasına və təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 63.151,2 manat məbləğində müəyyən olunmuşdur.
20. ##.##.2024-cü il tarixdə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Nəsimi RPI-nin 22-ci PŞ-nə verdiyi izahatından görünür ki, ünvan 1 ünvanında yerləşən 301 kv metr sahəsi olan obyekt ona məxsusdur. 2024-cü ilin iyul ayında obyektini ortaq işlətmək üçün əvvəllər müştərisi olmuş Türkiyə Respublikasının vətəndaşı cavabdeh1 ilə razılaşıb. Onlar aralarında razılaşıblar ki, ortaq işə başlamaq üçün cavabdeh1 30.000 manat pul verəcəkdir. cavabdeh1 restoranı təmir etdirəcəyini bildirib, bu zaman İddiaçı ona bildirib ki, obyekt təmirli olduğu üçün təmirə ehtiyacı yoxdur. cavabdeh1 xırda təmir işləri görəcəyini deyib. cavabdeh1 obyektinin təmiri üçün, həmçinin öz biznesi üçün İddiaçı pul istəməyə başlayıb, hətta onu inandırmaq məqsədi ilə onun Neftçilər m/s-nın yaxınlığında 1 otaqlı evi olduğunu bildirib, həmin evi tanışı cavabdeh2 adına aldığını deyib. cavabdeh1 İddiaçı təklif edib ki, onu öz evinə qeydiyyata alacaq, notarial qaydada borc müqaviləsi bağlanılsın və İddiaçı ona 30.000 ABŞ dollar pul versin. Daha sonra cavabdeh1 İddiaçı tanışı cavabdeh2 ilə tanış edib. cavabdeh2 cavabdeh1 zamin dayanıb və bildirib ki, borca verdiyi məbləğ istədiyi vaxt qaytarılacaq, həmçinin onlar İddiaçı Neftçilər m/s-nın yaxınlığında olan evlərinə qeydiyyata alıblar. İddiaçı təklənib, cavabdeh1 tanışı cavabdeh2 ilə birlikdə İddiaçı inandırdıqları üçün onların təklifini qəbul edib. İddiaçı tanışından 30.000 ABŞ dollar sələmə pul götürüb, bankda 30.000 ABŞ dolları manat dəyişib 51.000 manat pul götürüb, ## #### 2024cü il tarixdə cavabdeh1 və tanışı cavabdeh2 ilə birlikdə Xətai m/s-ın yaxınlığında olan notariusa gəliblər. cavabdeh1 onlarla içəri daxil olmayıb, İddiaçı cavabdeh2 ilə birlikdə notariusda aralarında müqavilə bağladıqdan sonra, orada 51.000 manat pulu cavabdeh2 verib. Onlar notariusdan bayıra çıxdıqdan sonra cavabdeh2 51.000 manat pulu cavabdeh1 verib. İddiaçı həmin məbləği sələmə götürdüyü üçün cavabdeh1 faiz borcuna 1.500 manat pul verib və bildirib ki, hər ay faiz borcuna 2.500 manat pul verəcək, müqavilənin şərtlərində 1 il tamamında pulu qaytarmalı olduğu qeyd olunsa da, cavabdeh1 və cavabdeh2 İddiaçı söz veriblər ki, 51.000 manat pulu 2024-cü ilin noyabr ayında qaytaracaqlar. Bundan başqa cavabdeh1 onun obyektinin təmiri üçün İddiaçı avə pul istədiyi üçün onun tanışı cavabdeh2 ilə “xxxx” ASC-yə gediblər, cavabdeh2 bankda İddiaçı zamin dayanıb, İddiaçı 10.000 manat kredit götürüb, həmin məbləği obyektində cavabdeh1 verib. Bir gün sonra obyektə gedib ki, təmir işlərinə baxsın, İddiaçı obyektə daxil olub, obyektdə təmir işlərinin görülmədiyini görüb, cavabdeh1 hansı səbəbdən təmir işlərinin görülmədiyini soruşub. Bu zaman cavabdeh1 təxminən 3.000 manat dəyərində gördüyü xırda işləri İddiaçı göstərməyə başlayıb və bildirib ki, 20.000 manat təmir işlərinə pul xərcləyib. Bu zaman onların aralarında sözlə mübahisə yaranıb, İddiaçı ona bildirib ki, obyektində 20.000 manat dəyərində təmir işləri görülməyib. cavabdeh1 onunla ortaq restoran işlətmək üçün həmyerlilərini gətirəcəyini bildirib və gətirib. İddiaçı onun həmyerlilərini görüb, ona inanmağa başlayıb. cavabdeh1 əlavə olaraq İddiaçı aldığı 51.000 manat pulun faiz borcuna 5.000 manat pul vermişdir. Lakin sonradan faiz borcunu vermədiyi, ##.##.2024-cü il tarixdən obyekti "Çorbaçı" adı altında restoran kimi fəaliyyət göstərməyə başlayıb. ##.##.2024-cü il tarixdə məlum olub ki, cavabdeh1 restoranda kassadan təxminən 3.000 manat pul götürüb və gətirdiyi işçilərin əmək haqqını ödəməyib, həmçinin kassanın yaddaşını silib. cavabdeh1 tanışı cavabdeh2 ilə birlikdə İddiaçı inandırıb 61.000 manat pulunu alıb, bundan başqa restoranda işlədiyi müddət ərzində İddiaçı ümumilikdə 14.000 manat ziyana salıb. cavabdeh1 faiz borcuna ümumilikdə 7.500 manat pul qaytarıb, lakin qalan 67.500 manat pulunu bu günədək qaytarmaqdan yayınmışdır. cavabdeh1 tanışı cavabdeh2 ilə birlikdə oyun oynayıb, İddiaçı inandırıb borc müqaviləsi bağlatdırıblar, cavabdeh2 ilə aralarında müqavilə bağlanılıb, İddiaçı ona 51.000 manat pul verib, cavabdeh2 isə həmin pulları İddiaçı yanında cavabdeh1 vermişdir. İddiaçı onlara pulu verməmişdən əvvəl bildirmişdir ki, həmin məbləği sələmə götürür, hər ay üçün faiz borcuna 2.500 manat ödəməlidirlər. cavabdeh1 İddiaçı ümumilikdə 7.500 manat faiz borcuna pul verib, lakin sonradan ödəniş etmədiyi üçün, qalan ayların faiz borclarını İddiaçı ödəyir.
21. Iş materiallarında olan ##.##.2025-ci il tarixdə İddiaçı tərəfindən Nəsimi RPI-nə verdiyi izahatdan görünür ki, onun ünvan 7 ünvanında qeyri-yaşayış obyekti vardır. İddiaçı həmin obyekti icarəyə verərək əlavə gəlir əldə edir. 2024-cü ildə Türkiyə Respublikasının vətəndaşı cavabdeh1 Mehmet obyekti icarəyə götürüb, təmir işləri edib orada “Çorbaçı” brendi altında restoran açmaq niyyətini bildirmiş və İddiaçı onunla razılaşıb. Təmir işləri bitdikdən sonra onlar müqavilə bağlamalı olublar. Həmin vaxtlarda cavabdeh1 Mehmetin yanında bir nəfər Azərbaycan Respublikasının vətəndaşı cavabdeh2 olub. Onlar birlikdə iş görüblər və obyekti də birlikdə işlədəcəkdilər. cavabdeh2 İddiaçı əlavə gəlirlər əldə etmək üçün obyektə əlavə pul qoymalı olduğunu bildirib. O, bu məqsəd üçün İddiaçı 30.000 ABŞ dolları pul məbləği istəyib. O, bu pulu ödəyəcəyi təqdirdə hər ay 3.000 ABŞ dolları pul qazanmaq vədini İddiaçı verib. Beləliklə 1 ilə pul tam qayıtmalı və növbəti illərdə qazanacağı pul əlavə gəliri olacaqdı. İddiaçı cavabdeh2 bunun hansı pulla edəcəyini soruşduqda o əlavə elektronika aparatları alacağını, əlavə təmirlər edəcəyini və digər üsullarla əlavə gəlir qazanmaq vədini vermişdir. İddiaçı 51.000 manat pul vəsaitini, yəni 30.000 ABŞ dollarını cavabdeh2 ##.##.2024-cü il tarixdə verib. İddiaçı pulu verdiyi zaman əlində sənəd olsun deyə notariusda borc müqaviləsi kimi qeyd etsə də qazanmaq üçün verib. Lakin müddət keçdikcə cavabdeh2 İddiaçı heç bir ödəniş etməyib və beləliklə 51.000 manat pulunu ələ keçirib.
22. Iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilərək, ## #### 2024-cü il tarixli borc müqaviləsinə əsasən 51.000 manat borc və 243 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 51,243 manat məbləğində pulun cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
23. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul tələbi” barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 24.542,38 manat dəyərində olan əşyaların alınaraq iddiaçıya verilməsi, əşyalar mövcud olmadıqda onların dəyəri olan 24.542,38 manat məbləğinin, kredit müqaviləsi üzrə ödənilmiş 10.000 manat, icarə haqlarına görə ödənilməmiş 6.000 manat, mətbəx aksesuarlarıı üçün 1.573 manat, ümumilikdə 42.115,38 məbləğinin və 217 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
24. Ilkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1 Türk Respublikasının vətəndaşı olduğundan Azərbaycan Respublikasında banklardan kredit pul vəsaiti götürə bilmirdi. Ona görə də iddiaçı İddiaçı cavabdehin istəyi ilə ##.##.2024-cü il tarixdə, ****micADJ/**-EM nömrəli, 12 ay müddətinə, hər aylıq ödəniş 951 manat olmaqla, 10.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh cavabdeh1 yaxın münasibətdə olduğu tanışı cavabdeh cavabdeh2 ##.##.2024-cü il tarixdə, ****micADJ/**-EM nömrəli əsas kredit müqaviləsi 10.000 manat pul vəsaitinin götürülməsinə dair zaminlik müqaviləsi bağlamışdır. İddiaçı 10.000 manat pul vəsaitini ##.##.2024-cü il tarixdə cavabdeh cavabdeh1 təqdim edib, o da öz növbəsində üzərinə düşən aylıq əsas kredit müqaviləsi üzrə 951 manat pul vəsaitini ödəyərək icra edəcəyini bildirib. Lakin sonradan məlum olub ki, cavabdeh cavabdeh1 iddiaçıya qarşı niyyəti etibarından sui-istifadə edərək aldatmaq olmuşdur və kredit müqaviləsi üzrə 10.000 manat pul vəsaitini şəxsi mənfəətinə sərf edərək iddiaçıya 10.000 min manat məbləğində ziyan vurmuşdur. Cavabdeh cavabdeh1 iddiaçıya məxsus 120.40 kv.m olan, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, ev 15, ** saylı mənzilini, ##.##.2024-cü il tarixdən, ##.##.2024-cü il tarixinədək türk aşbazlarına aylıq 1.000 manat olmaqla icarəyə verərək icarədardan iki aylıq 2.000 manat pul vəsaitini alaraq, iddiaçıya verməmiş, şəxsi mənfəətinə sərf etmişdir. Həmin şəxslərin iki ay müddətinə mənzilində kirayə qalmalarına dair “Asan Xidmət” Mərkəzindən arayış alınmışdır. Eyni zamanda cavabdeh cavabdeh1 iddiaçıya məxsus ünvan 8 (¼ hissə və ¾ hissə)də yerləşən 266.6 kv.m sahəsi olan icarə obyektini, aylıq 2.000 manat olmaqla, ##.##.2024-cü il tarixdə icarəyə verərək, icarədardan iki aylıq 4.000 manat pul vəsaitini alaraq, iddiaçıya verməmiş şəxsi mənfəətinə sərf etmişdir. Cavabdeh cavabdeh1 iddiaçıya məxsus aşağıda adları qeyd olunan əmlakların oğurluq yolu ilə əldə etmiş və hazırda qanunsuz olaraq Ağ şəhər, Süleyman Vəzirov küçəsi, “Grantaş” mağazasının padvalında istifadəsində və sahibliyində saxlamışdır. Bununla bağlı cavabdehin qanunsuz əməlinə hüquqi qiymətin verilməsi ilə bağlı Bakı şəhəri, Xətai Rayon Polis Idarəsinə cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177- ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Xətai RPI-nin qərarına əsasən mülki münasibətlər olduğundan məhkəmə qaydasında müraciət edilməsi olduğu bildirilmişdir. Əşyalar bunlardır: ##.##.2022-ci il tarixdə alınan, Azərbaycan istehsalı olan “OK” masaları 21 ədəd, 1 ədədinin qiyməti 300 manat, ümumilikdə 6.300 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan “OK” daşları “premium” - 21 ədəd, 1 ədədinin qiyməti 130 manat, ümumilikdə 2.730 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan “OK” üçün xalça - 21 ədəd 1 ədədinin qiyməti 80 manat, ümumilikdə 1.680 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan nərd taxtası - 15 ədəd, 1 ədədinin qiyməti 100 manat, ümumilikdə 1.500 manat; ##.##.2022- ci il tarixdə alınan, Türkiyə istehsalı olan “domino” - 15 ədəd, 1 ədədinin qiyməti 12 manat, ümumilikdə 180 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan elektrik samovar - 2 ədəd, 1 ədədinin qiyməti 300 manat, ümumilikdə 600 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan paslanmaz dəm çayniki - 6 ədəd, 1 ədədinin qiyməti 40 manat, ümumilikdə 240 manat; ##.##.2022-ci il tarixdə alınan, Italiya istehsalı olan qəhvə maşını - 1 ədədinin qiyməti 2.800 manat; ##.##.2022-ci il tarixdə alınan, Italiya istehsalı olan qəhvə üyüdən maşın - 1 ədədinin qiyməti 150 manat; ##.##.2022-ci il tarixdə alınan, “Hemilton” istehsalı olan “bar blender” aparatı - 1 ədədinin qiyməti 260 manat; ##.##.2022-ci il tarixdə alınan, Azərbaycan istehsalı olan “Mejavika” mətbəx masaları - 3 ədəd, 1 ədədinin qiyməti 250 manat, ümumilikdə 750 manat; ##.##.2022ci il tarixdə alınan, Türkiyə istehsalı olan mərmərli paslanmaz mətbəx masası - 1 ədədinin qiyməti 420 manat; ##.##.2022-ci il tarixdə alınan, Azərbaycan istehsalı olan paslanmaz çanaq - 1 ədədinin qiyməti 250 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan düz boşqablar – 70 ədəd, 1 ədədinin qiyməti 4 manat, ümumilikdə 280 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan oval düz boşqablar – 65 ədəd, 1 ədədinin qiyməti 10, 90 manat, ümumilikdə 708,50 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan dik boşqablar – 30 ədəd, 1 ədədinin qiyməti 11,90 manat, ümumilikdə 330 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan kvadrat düz boşqablar – 23 ədəd, 1 ədədinin qiyməti 16 manat, ümumilikdə 368 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan üçlü iç-içə boşqablar – 20 ədəd, 1 ədədinin qiyməti 24,20 manat, ümumilikdə 484 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan bulud böyük boşqablar –15 ədəd, 1 ədədinin qiyməti 21 manat, ümumilikdə 315 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan souslar üçün dördbucaq kasalar– 50 ədəd, 1 ədədinin qiyməti 4,20 manat, ümumilikdə 210 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan şorba üçün kasa – 32 ədəd, 1 ədədinin qiyməti 7 manat, ümumilikdə 224 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan salfetlər – 43 ədəd, 1 ədədinin qiyməti 9,90 manat, ümumilikdə 425,70 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan duz, istiot qabları – 41 ədəd, 1 ədədinin qiyməti 9,98 manat, ümumilikdə 409,18 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan kül qabı – 60 ədəd, 1 ədədinin qiyməti 3,20 manat, ümumilikdə 192 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan qəlyan aparatları – 4 ədəd, 1 ədədinin qiyməti 250 manat, ümumilikdə 1.000 manat; ##.##.2022-ci il tarixdə alınan, MXQ 59 istehsalı olan internet üçün televizorlar – 4 ədəd, 1 ədədinin qiyməti 74 manat, ümumilikdə 296 manat; ##.##.2023-cü il tarixdə alınan, Türkiyə istehsalı olan mat şüşəli qapı – 1 ədədinin qiyməti 350 manat; ##.##.2023-cü il tarixdə alınan, Azərbaycan istehsalı olan mətbəx havalandırması üçün zont – 1 ədədinin qiyməti 500 manat; ##.##.2023-cü il tarixdə alınan, Azərbaycan istehsalı olan havalandırma üçün motor – 2 ədəd, 1 ədədinin, qiyməti 260 manat, ümumilikdə 520 manat; ##.##.2022-ci il tarixdə alınan, Türkiyə istehsalı olan düz boşqablar – 70 ədəd, 1 ədədinin qiyməti 4 manat, ümumilikdə 280 manat; ##.##.2023-cü il tarixdə alınan, Türkiyə istehsalı olan ağ şifoner – 1 ədədinin qiyməti 70 manat. Yuxarıda qeyd olunan əmlakların ümümilikdə dəyəri cəmi 24.542,38 manat təşkil etmişdir. Həmin əşyaların mövcudluğuna dair video görüntülər vardır. Cavabdeh cavabdeh1 ##.##.2024-cü il tarixdə iddiaçıdan 1.573 manat alaraq, “Izmir” – professional mətbəx, dizayn və avadanlıqlarından 1.573 manat məbləğində mətbəx aksesuarları almış, lakin pul vəsaiti ödəməmiş, iddiaçının adını verərək ödəyəcəyini bildirmişdir. Cavabdeh cavabdeh1 qanunsuz əməlləri nəticəsində iddiaçıya dəymiş maddi ziyanlarla bağlı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna, Bakı Şəhəri Nəsimi RPI-nin 22-ci Polis Şöbəsinə, müxtəlif dövlət mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət edilmişdir, hazırda cavabdeh barəsində qanuni araşdırılma aparılaraq, barəsində qanuna müvafiq qaydada tətbir görüləcəyi bildirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi cavabdeh cavabdeh1 tərəfindən iddiaçı İddiaçı 42.115,38 məbləğində maddi ziyan vurmuşdur. Cavabdehlər tərəfindən iddiaçı aldadılaraq xeyli miqdarda pul vəsaitləri mənimsənilmişdir, məhkəmə qaydasında həmin pul vəsaitləri cavabdehlərdən tutulmalıdır.
25. Ilk iddia üzrə cavabdehlər cavabdeh1 və cavabdeh2 vəkili və nümayəndəsi vəkil1 ilkin iddia ərizəsinə etirazda qeyd etmişdir ki, İddiaçı ilə bank arasında ##.##.2024-cü il tarixində 10.000 manat pulun verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən də cavabdeh2 İddiaçı zamin durmuşdur. Hazırki iddia üzrə 10.000 manatın cavabdeh2 tutulması qanunvericiliyin tələblərinə ziddir. Hazırki kredit məbləği İddiaçı tərəfindən götürülmüşdür və hal-hazırda da onun tərəfindən icra olunur. Bundan başqa iddiaçı iddiasında ona məxsus olan restorandan cavabdeh1 ona məxsus olan əmlakların oğurlandığını qeyd etsə də, xahiş hissəsində həmin əmlakların dəyərinin də müştərək qaydada cavabdeh2 tutulmasını xahiş etmişdir. Həmin əşyalar, mətbəx aksesuarları üçün nəzərdə tutulmuş 1.573 manat, 6.000 manat icarə xərcləri barədə heç bir məlumatları yoxdur. Heç bir əsas olmadan İddiaçı cavabdeh2 qarşı iddia qaldırmışdır. Iddiadan görünür ki, iddia formal xarakter daşıyır və heç bir hüquqi əsası yoxdur. Göstərilənləri nəzərə alaraq, cavabdeh2 münasibətdə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
26. Iddiaçı cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 63.000 manat məbləğinin - bundan 25.000 manat təmir xərci, İddiaçı müxtəlif vaxtlarda nağd və karta köçürmə ilə ödənilmiş 11.000 manat, 15.000 manat 3 ay ərzində dəymiş maddi ziyan və 12.000 manat restorana xərclənmiş vəsaitin və 279 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
27. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Türkiyə vətəndaşı olan cavabdeh1 Azərbaycan Respublikasının vətəndaşı İddiaçı ilə birlikdə Bakı şəhəri, Xəqani küçəsində restoran açmağı qərara almışlar. Şifahi razılaşmaya əsasən İddiaçı özünə məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini restoran kimi istifadə etmək üçün cavabdeh1 təklif edir. Şərtlərə əsasən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən verilir, restoranın içərisi isə cavabdeh1 tərəfindən təmir olunur, restoranda istifadə üçün nəzərdə tutulmuş ərzaqlar alınır və mebellərlə təchiz olunur, restoran fəaliyyətə başladıqdan sonra isə tərəflər restorandan gələn gəlirləri bərabər bölməyi qərara almışlar. cavabdeh1 2024-cü ilin iyun, iyul, avqust aylarında öhdəsinə düşən öhdəlikləri yerinə yetirir. Restoranı təmir etdirir, mebellərlə təchiz etdirir, restoranın fəaliyyətinə lazım olan bütün ərzaqları alır. 01,09.2024-cü ildə “Çorbaçı” restoranı açılıb. ##.##.2024-cü ildən restoran açıldıqdan sonra İddiaçı cavabdeh1 restorandan uzaqlaşdırmış və gələn gəlirlərdən məhrum etmiş, cavabdeh1 tərəfindən ödənilmiş vəsaiti ona geri qaytarmamışdır. Bundan sonra cavabdeh1 restorana çəkdiyi xərci İddiaçı tələb etsə də o, heç bir xərci geri qaytarmamışdır. Belə ki, restoranın təmiri, ustalara ödənmiş vəsait, aksesuarlar, mebellər və alınmış ərzaqlar tamamilə cavabdeh1 tərəfindən ödənilmişdir. Restoranın ümumi təmirinə cavabdeh1 tərəfindən 25.000 manat pul xərclənmişdir. Restoranın bəzi xərclərini qarşılamaq üçün cavabdeh1 tərəfindən İddiaçı qızma müxtəlif vaxtlarda nağd və karta köçürmə ilə 11.000 manat pul ödənmişdir. Bundan başqa cavabdeh1 3 ay ərzində restoranın təmiri ilə məşğul olaraq vaxtını ayırmışdır ki, bu da onu digər gəlirlərdən məhrum etmişdir və bunun nəticəsində ona 15.000 manat ziyan dəymişdir. 12.000 manat vəsait isə restorana ərzaq alınması, dönər aparatı, dönər sahəsinin hazırlanması, ət və s. üçün xərclənmişdir. Ümumilikdə, 63.000 manat vəsait cavabdeh1 tərəfindən restoranın açılmasına yatırılmışdır. cavabdeh1 tərəfindən təmir olunmuş restoran hal-hazırda X3 tərəfindən istifadə olunur və gəlir əldə edilir.
28. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi vəkil1 iddia tələbinə dəqiqləşmə verilərək, cəmi 71.645,20 manat məbləğinin - bundan 50.120 manat restoranın təmir-tikintisi və avadanlıqlarına ödənilmiş vəsaitin, 10.525,20 manat mühəndislik xərcinin, cavabdeh1 tərəfindən İddiaçı müxtəlif vaxtlarda nağd və karta köçürmə ilə ödənilmiş 11.000 manat pulun və 304,94 manat dövlət rüsumunun İddiaçı tutularaq cavabdeh1 ödənilməsini məhkəmədən xahiş edilmişdir.
29. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi vəkil1 təkrar qarşılıqlı iddia tələbinə dəqiqləşmə verərək, cəmi 74.471 manat məbləğinin - bundan 50.120 manat restoranın təmir-tikintisi və avadanlıqlara ödənilmiş vəsaitin, 2.506 manat əlavə və nəqliyyat xərcinin, 10.525,20 manat mühəndislik xərcinin, İddiaçı müxtəlif vaxtlarda nağd və karta köçürmə ilə ödənilmiş 11.000 manat pulun, 313,41 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin İddiaçı tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş edilmişdir.
30. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı cavabdehlərdən 24.542,38 manat dəyərində olan əşyaların alınması, həmin əşyalar mövcud olmadıqda onlarının dəyəri olan 24.542,38 manat pulun cavabdehlərdən tutulması; kredit müqaviləsi üzrə alınmış 10.000 (on min) manat, icarə haqlarına görə ödənilməmiş 6.000 (altı min) manat, mətbəx aksesuarlarının alınması üçün 1.573 manat məbləği olmaqla, ümumilikdə 42.115,38 (qırx iki min yüz on beş manat otuz səkkiz qəpik) manat pul məbləğinin və 217 (iki yüz on yeddi) manat dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 tutulması barədə ilkin iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh cavabdeh1 cavabdeh1 İddiaçı qarşı cəmi 74.471 (yetmiş dörd min dörd yüz yetmiş bir) manat məbləğinin, bundan 50.120 (əlli min bir yüz iyirmi) manat restoranın təmir-tikintisi və avadanlıqlarına ödənilmiş vəsaitin, 2.506,00 (iki min beş yüz altı) manat əlavə və nəqliyyat xərcinin, 10.525,20 (on min beş yüz iyirmi beş manat iyirmi qəpik) manat mühəndislik xərcinin, İddiaçı müxtəlif vaxtlarda nağd və karta köçürmə ilə ödənilmiş 11.000 (on bir min) manat pulun, 313,41 (üç yüz on üç, 41) manat dövlət rüsumunun və 320 (üç yüz iyirmi) manat vəkil xərcinin İddiaçı tutularaq cavabdeh1 ödənilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələri üzrə dövlət rüsumlarının müvafiq olaraq rüsumu ödəmiş tərəflərə aid edilməsi qət olunmuşdur.
31. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 329.2, 329.3, 425.1, 442, 443.1, 443.4, 448.1, 752.1, 777.1, 782.1, 783.1, 783.2, 1087.1, 1087.2, 1090.1, 1090.2-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə, «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
32. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdimedilmiş iddia ərizəsində göstərilmişdir ki, cavabdeh cavabdeh1 xahişi ilə iddiaçı 10.000 manat kredit götürərək həmin vəsaiti cavabdehə vermişdir; cavabdeh iddiaçıya məxsus mənzili və digər əmlakı icarəyə verərək əldə etdiyi 6.000 manat məbləğində vəsaiti iddiaçıya verməmişdir, cavabdeh iddiaçıya məxsus müxtəlif əşyaları qanunsuz olaraq götürmüş və istifadəsində saxlamışdır; cavabdeh əlavə olaraq iddiaçıdan 1.573 manat pul vəsaiti almışdır. Beləliklə cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ümumilikdə 42.115,38 manat maddi ziyan vurulmuşdur. Bu faktları təsdiq edən kredit müqaviləsi, zaminlik müqaviləsi, pul köçürmə qəbzləri, şahid ifadələri foto və video materiallar iş materiallarına təqdim edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər kifayət qədər sübut olunmamışdır, tərəflər arasında münasibətlər mülki xarakter daşıyır, buna görə ilkin və qarşılıqlı iddialar təmin edilməməlidir. Lakin məhkəmənin bu nəticəsi iş materialları və tətbiq edilməli hüquq normaları ilə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi mübahisəli münasibətləri düzgün hüquqi kvalifikasiya etməmiş və Mülki Məcəllənin bir sıra maddələrini tətbiq etməmişdir. Iş materiallarından görünür ki, cavabdeh iddiaçıdan pul vəsaiti almışdır; cavabdeh həmin vəsaiti qaytarmaq öhdəliyi götürmüşdür. Beləliklə tərəflər arasında öhdəlik münasibəti yaranmışdır. Məhkəmə isə bu münasibəti öhdəlik münasibəti kimi qiymətləndirməmişdir. Cavabdeh aldığı pul vəsaitini qaytarmamış, iddiaçıya məxsus əmlakdan istifadə etmiş, icarə gəlirlərini mənimsəmişdir. Bu hallar öhdəliyin icra edilməməsi hesab edilməlidir. Məhkəmə isə bu faktlara hüquqi qiymət verməmişdir. Iddiaçı göstərmişdir ki, cavabdeh ona məxsus əşyaları götürmüşdür, həmin əşyaların ümumi dəyəri 24.542,38 manatdır. Məhkəmə bu əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi məsələsini həll etməmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı pul vəsaitini itirmiş, əmlakdan məhrum olmuş, icarə gəlirlərindən istifadə edə bilməmişdir. Məhkəmə isə bu zərərin ödənilməsi məsələsini həll etməmişdir. Iş materiallarında kredit müqaviləsi, pul köçürmələri, şahid ifadələri, video materiallar mövcud olduğu halda məhkəmə bu sübutların hamısını qiymətləndirməmişdir. Vəsatət verərək şahid qismində 3 şəxsin dindirilməsini tələb etsə də, məhkəmə yalnız bir şəxsi dindirmiş, qalanlarını dindirməyə “vaxtının olmadığını” bildirmişdir. Cavabdeh iclas zamanı etiraf etmişdir ki, obyektin daxilindən əşyaları çıxarıb atmışdır. Beləliklə, cavabdeh iddiada göstərilənləri etiraf etsə də, məhkəmə bu istiqamətdə ümumiyyətlə araşdırma aparmamışdır. Iddiaçı tərəfindən təqdimedilmiş sübutlar iddianın əsaslı olduğunu göstərir. Məhkəmə isə həmin sübutlara baxmayaraq iddianı rədd etmişdir. Yuxarıda göstərilənlərdən görünür ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, sübutları tamaraşdırmamış, prosessual normaları pozmuşdur. Bu səbəbdən qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır və ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticə tam absurd şəkildə, mülki iş tam hərtərəfli araşdırılmadan təqdim edilmiş, sənədlərə, sübutlara, şahid ifadələrinə, Bakı şəhəri Xətai Rayon Polis Idarəsinə müraciət edilməsinə, Xətai RPI-nin qərarının olmasına və cavabdehin Whatsapp sosial şəbəkəsi üzərindən, iddiaçıya göndərdiyi videoyazılara nəzərsalmadan iddia tələbini əsassız olaraq rədd etmişdir. ##.##.2025-ci il tarixdə məhkəməyə vəsatət verilərək, mülki iş üzrə iddia tələbinə dair, mühüm əhəmiyyət kəsb edən səs yazılarına, məhkəmə baxış iclasında qulaq asılmasına dair, vəsatətin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ## #### 2024-cü il tarixli borc müqaviləsinə əsasən 51.000 (əlli bir min) manat borc və 243 (iki yüz qırx üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 51.243 (əlli bir min iki yüz qırx üç) manat məbləğində pul cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında şahid qismində X4 dindirilərək ifadəsində bildirmişdir ki, onun İddiaçı ilə iş birliyi olub. O, İddiaçı ünvan 2 ünvanında yerləşən obyektini icarəyə götürüb və hazırda işlədir. Əvvəllər Gülmirə xanımı tanımayıb, cavabdeh1 tanıyıb. 2024-cü ilin sentyabr ayında obyektə baxış ediblər. Səhərisi günü müqavilə bağlanılması üçün görüş keçirilib. ##.##.2024-cü il tarixdə nağd şəkildə 2 aylıq (dekabr, yanvar ayları üçün) 4.000 manat məbləğində icarə pulu onun tərəfindən cavabdeh1 ödənilmişdir. Daha sonra ünvan 2 ünvanında yerləşən obyektə İddiaçı özü yaxınlaşıb və 4.000 manat məbləğində ödənişin olunmasından xəbəri olmadığını bildirib. Məhkəmə tərəflərin, onların nümayəndələrinin izahatlarını, şahid ifadələrini və işə sübut kimi əlavə edilmiş audio-video materialları dinləyərək, həmçinin işin digər materiallarını araşdıraraq hesab etmişdir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Məhkəmə nəyə əsasən, məhkəmə qətnaməsində də, sənədlərin subutların olması faktını qeyd edərək iddia tələbini əsassız rədd etmişdir. Məhkəmə iddia tələbini rədd etməklə yanaşı iş materiallarında olan ##.##.2024-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı 51.000 manat məbləğində pul vəsaitini cavabdeh2 borc vermişdir. Sonuncu pul vəsaitini qəbul etməklə, ##.##.2025-ci il tarixədək borcunu qaytarmağı öhdəsinə götürməsini məhkəmə qətnaməsində qeyd etmişdir. Iddiaçı İddiaçı dəfələrlə cavabdehlər barəsində müxtəlif dövlət qurumlarına Polis Idarələrinə və bölmələrinə şikayət edilmişdir, həmin sənədlər məhkənmə təqdim edilsə də, məhkəmə qətnaməsində qeyd edilsə də, bununla bağlı hüquqi qiymət verilməmişdir. Eyni zamanda cavabdeh cavabdeh1 iddiaçı İddiaçı məxsus əşyaların bir qismini məhkəmə iclasında ifadə verdiyi vaxt zibil qutusuna atdığını etiraf etmişdir, həmin ifadələr məhkəmə iclas protokoluna qeyd edilmişdir.
34. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Türkiyə vətəndaşı olan cavabdeh1 Azərbaycan Respublikasının vətəndaşı İddiaçı ilə birlikdə Bakı şəhəri, Xəqani küçəsində restoran açmağı qərara alıblar. Şifahi razılaşmaya əsasən İddiaçı özünə məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini restoran kimi istifadə etmək üçün cavabdeh1 təklif edir. Şərtlərə əsasən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən verilir, restoranın içərisi isə cavabdeh1 tərəfindən təmir olunur, restoranda istifadə üçün nəzərdə tutulmuş ərzaqlar alınır və mebellərlə təchiz olunur, restoran fəaliyyətə başladıqdan sonra isə tərəflər restorandan gələn gəlirləri bərabər bölməyi qərara alıblar. cavabdeh1 2024-cü ilin iyun, iyul, avqust aylarında öhdəsinə düşən öhdəlikləri yerinə yetirir. Restoranı təmir etdirir, mebellərlə təchiz etdirir, restoranın fəaliyyətinə lazım olan bütün ərzaqları alır. 01,09.2024-cü ildə “Çorbaçı” restoranı açılıb. ##.##.2024-cü ildən restoran açıldıqdan sonra İddiaçı cavabdeh1 restorandan uzaqlaşdırmış və gələn gəlirlərdən məhrum etmiş, cavabdeh1 tərəfindən ödənilmiş vəsaiti ona geri qaytarmamışdır. Bundan sonra cavabdeh1 restorana çəkdiyi xərci İddiaçı tələb etsə də o, heç bir xərci geri qaytarmamışdır. Belə ki, restoranın təmiri, ustalara ödənmiş vəsait, aksesuarlar, mebellər və alınmış ərzaqlar tamamilə cavabdeh1 tərəfindən ödənilmişdir. Restoranın ümumi təmirinə cavabdeh1 tərəfindən 25.000 manat pul xərclənmişdir. Restoranın bəzi xərclərini qarşılamaq üçün cavabdeh1 tərəfindən İddiaçı qızma müxtəlif vaxtlarda nağd və karta köçürmə ilə 11.000 manat pul ödənmişdir. Bundan başqa cavabdeh1 3 ay ərzində restoranın təmiri ilə məşğul olaraq vaxtını ayırmışdır ki, bu da onu digər gəlirlərdən məhrum etmişdir və bunun nəticəsində ona 15.000 manat ziyan dəymişdir. 12.000 manat vəsait isə restorana ərzaq alınması, dönər aparatı, dönər sahəsinin hazırlanması, ət və s. üçün xərclənmişdir. Ümumilikdə 63.000 manat vəsait cavabdeh1 tərəfindən restoranın açılmasına yatırılmışdır. cavabdeh1 tərəfindən təmir olunmuş restoran hal-hazırda X3 tərəfindən istifadə olunur və gəlir əldə edilir. Daha sonra cavabdeh1 iddi tələbinə dəqiqləşmə verərək, cəmi 74.471 manat məbləğinin - bundan 50.120 manat restoranın təmirtikintisi və avadanlıqlara ödənilmiş vəsaitin, 2.506 manat əlavə və nəqliyyat xərcinin, 10.525,20 manat mühəndislik xərcinin, İddiaçı müxtəlif vaxtlarda nağd və karta köçürmə ilə ödənilmiş 11.000 manat pulun, 313,41 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin İddiaçı tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəflər arasında yazılı müqavilə olmamasını əsas götürərək iddianırədd etmişdir. Lakin Mülki Məcəllənin 329.3-cü maddəsinə əsasən əqd tərəflərin davranışından da müəyyən edilə və şifahi formada da bağlana bilər. Tərəflər arasında real olaraq şifahi razılaşma və faktiki icra olunmuş işlər mövcud olmuşdur; Restoranın fəaliyyət göstərməsi, təmir işlərinin aparılması və üçüncü şəxslərin iştirakı bu münasibətləri təsdiq edir. Bu baxımdan məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə Mülki Məcəllənin 1087 və 1090-cı maddələrini formal şəkildə göstərsə də, onları tətbiq etməmişdir. Halbuki cavabdeh1 obyektin təmiri və hazırlanması işlərini faktiki olaraq həyata keçirmiş, bu işlər obyekt sahibinin (İddiaçı) maraqlarına uyğun olmuşdur. Obyekt sonradan istifadə edilmiş və gəlir əldə edilmişdir. MMnin 1090.1-ci maddəsinə əsasən belə halda xərclərin əvəzi ödənilməlidir. Bundan başqa, məhkəmə cavabdeh1 tərəfindən ödənilmiş 11.000 manat və digər xərcləri hüquqi əsas olmadan “təyinatı müəyyən deyil” kimi qiymətləndirmişdir. Halbuki, Bank köçürmələri və ödənişlər faktiki maliyyə münasibətlərini təsdiq edir, bu ödənişlər birgə fəaliyyət çərçivəsində edilmişdir. MPM-nin 77.1-ci maddəsinə görə sübutlar qiymətləndirilməli idi, rədd edilməməli idi. Bundan başqa, məhkəmə cavabdeh1 3 ay ərzində gördüyü işlərə görə tələb etdiyi məbləği əsassız olaraq rədd etmişdir. MM-nin 21.2 və 443.4-cü maddələrinə əsasən əldən çıxmış fayda zərərin tərkib hissəsidir və onun digər fəaliyyətlərdən məhrum olmağı nəzərə alınmalı idi. Iş materiallarında mövcud olan mütəxəssis rəyini (63.151,2 manatlıq təmir xərcləri barədə) düzgün qiymətləndirməmişdir. Şahid ifadələrini (xüsusilə obyektin təmiri və işlərin cavabdeh1 tərəfindən aparılması barədə) nəzərə almamışdır. Tərəflər arasında faktiki yaranmış işgüzar münasibətləri və birgə sahibkarlıq fəaliyyətini hüquqi baxımdan düzgün qiymətləndirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
37.
38. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilk iddia üzrə cavabdeh cavabdeh2 və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
39. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
40. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
41. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
42. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
43. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
44. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
45. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
46. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
47. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
48. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
49. 1087.1-ci maddəsinə görə özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.
50. 1087.2-ci maddəsinə görə işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.
51. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Icraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
52. 1090.2-ci maddəsinə görə işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.
53. 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
54. 782.1-ci maddəsinə görə vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
55. 783.1-ci maddəsinə görə Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
56. 783.2-ci maddəsinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
60. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
62. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
63. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
64. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
65. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
66. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
67. Hazırki halda, qətnaməni ilk iddiaçı üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdeh mübahisələndirərək iddia tələblərinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
70. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
71. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
72. Işin hallarından görünür ki, ilkin iddia tələbinin mahiyyəti cavabdehlərdən iddiaçıya dəymiş maddi ziyanın tutulması ilə bağlıdır. Qarşılıqlı iddia tələbləri isə birgə iş birliyinin aparılması nəticəsində dəymiş ziyan tələblərini ehtiva edir.
73. Kollegiya İddiaçı apellyasiya şikayətinə ilə bağlı bildirir ki, iddiaçı İddiaçı bankdan 10.000 manat krediti alıb cavabdeh N.Atalaya verdiyini, sonuncunun isə həmin pulu qaytarmayaraq İddiaçı maddi ziyan vurduğunu qeyd etsə də, bu hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Iddiaçı İddiaçı ona ödənilməli olan, lakin icarəçilərdən cavabdeh1 tərəfindən alınaraq ona ödənilməmiş (təhvil verilməmiş) 2.000 manat (Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, ev 15, ** saylı mənzilin icarəsi ilə bağlı) və 4.000 manat (ünvan 8 ünvanında yerləşən sahə ilə bağlı) icarə haqlarının cavabdehlərdən tələb etməsinə baxmayaraq, bu məbləğlərin mülki hüquq subyektlərinin razılaşmalarına əsasən ona ödənilməli olmasını və N.Atalayın təqsirindən ödənilmədiyini sübuta yetirməmişdir. Belə ki, vaxtı çatmış ödənilməmiş icarə haqqının ödənilməsi və ya həmin pulun təhvil alınmasının başqa şəxsə tapşırılması barədə iddialar aidiyyəti sübutlarla əsaslandırılmalı olmasına baxmayaraq, iddiaçı həmin halları sübuta yetirə bilməmişdir. ünvan 8 ünvanında yerləşən sahənin icarəyə verilməsi ilə bağlı pul vəsaitlərinin ödənilməsi müvafiq formada təsdiq edilmiş ödəniş sənədləri ilə təsdiq edilməmişdir. Bu ödəniş sənədləri olmadığı halda, icarə ödənişinin N.Atalaya verilməsi ilə bağlı şahid ifadəsi həmin halı təsdiq edən sübut kimi qiymətləndirilməməlidir. Ümumilikdə dəyəri cəmi 24.542,38 manat olan əşyaların cavabdehlərdən tutulmasına münasibətdə qeyd edilməlidir ki, əşyanın (onun dəyərinin) tutulması üçün əsas - iddiaçının həmin əşyaların mövculuğuna, iddiaçıya məxsus olmasına və sonuncunun iradəsi əleyhinə cavabdehlər tərəfindən qanunsuz saxlanılmasına dair sübutların mövcudluğudur. Ilkin iddiaçı əşyaları sadalamasına baxmayaraq, bu əşyaların təqribi 2024-cü ildən cavabdehlər tərəfindən qanunsuz saxlanılmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. (qeyd: ilkin iddiaçı hadisələrdən 1 il sonra, 2024-cü ilin noyabr-dekabr aylarında obyekti üçüncü şəxsə icarəyə verdiyini qeyd etmişdir). Bu əşyalarla bağlı qarşılıqlı iddiaçı N.Atalay bildirmişdir ki, 1 ildən çoxdur ki, “Grantaş” adlı obyekti icarədara geri qaytarıb və artıq həmin obyektdə işləmir. G.Nəsirli bunun əksini sübut edən halları təsdiq edəcək materialları məhkəməyə təqdim etməmişdir və əşyaların qanunsuz saxlanıldığını əsaslandıra bilməmişdir. Həmçinin iddia tələblərində qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi tərəfindən hüquq-mühafizə orqanlarına göndərilmiş sorğulara cavab olaraq alınmış materiallarda 51.000 manat məbləğinin geri tələb edilməsi və bununla əlaqəli hallarla bağlı məlumatlar qeyd olsa da, bu malların aparılması (oğurlanması) ilə bağlı tərəflərin arasında daha əvvəlki dövrdə araşdırmaların aparıldığı müəyyən olunmamışdır. Ilkin iddiaçı “Izmir” – professional mətbəx, dizayn və avadanlıqlarının alınmasına görə cavabdeh cavabdeh1 ödəməli olduğu 1.573 manat məbləğində pul vəsaitinin ödənilmədiyini qeyd etsə də, bu hala dair tərəflərin razılaşmasının mövcudluğuna dair hər hansı sübutu təqdim etməmiş, bu hallar işin materialları ilə də öz təsdiqini tapmamışdır. Bundan əlavə o da qeyd edilməlidir ki, İddiaçı öz tələblərini iki cavabdehə (cavabdeh1 və cavabdeh2) qarşı yönəltsə də, maddi ziyanın yaranmasında ayrıayrılıqda cavabdehlərin rolunu fərqləndirməmiş, mövcud tələblərini ümumiləşdirərək hər iki cavabdehə qarşı yönəltmişdir.
74. Kollegiya qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, tərəflərin ünvan 4 ünvanında “Çorbaçı” restoranının fəaliyyəti ilə bağlı iş birliyində olmaqları təsdiq olunsa da, sonuncuların qarşılıqlı razılaşmalarını əks etdirən hallar işin materialları ilə müəyyən edilmir. Belə ki, tərəflərin iş birliyi ilə əlaqədar birinin digəri qarşısında öhdəlik yarada biləcək razılaşmaları iş materialları ilə öz təsdiqini tapmır. Tərəflərin arasında sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı əqd və bununla əlaqəli üzləşmə aktları və sair sənədlər imzalanmamışdır. Yəni qarşılıqlı iddiaçı N.Atalayın İddiaçı tapşırığı ilə və ya sonuncu tərəfindən bəyənilməklə tapşırıqsız, lakin sonuncunun (İddiaçı) xeyrinə təmir işlərini görməsi iş materialları ilə öz təsdiqini tapmır. Iş materiallarına əlavə edilmiş mübahisəli obyektin (əvvəlki adı “Tuana”, daha sonra “Çorbaçı” restoranı) reklam çarxından görünür ki, daha əvvəl obyekt “Tuana” restoranı adı altında fəaliyyət göstərib. Bu işin mübahisəsiz halıdır. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 obyektin 2021-ci ildən “Tuana” adı ilə işləməsinə baxmayaraq, obyektin təmirsiz olduğunu, içəridəki əşyaların olduğu kimi qalsa da, elektrik işləri, yanğın təhlükəsizliyinin təmin edilməsi, boya işləri, tüstü bacalarının sazlanması və sair işləri təşkil etdiyini bildirmişdir. Iş materialları ilə təsdiq olunur ki, “Çorbaçı” restoranından əvvəl həmin ərazidə reklam çarxında olan “Tuana” adlı obyekt fəaliyyət göstərib və mübahisəli obyektin müəyyən təmiri olub. Əvvəlki təmirin səviyyəsi və ya tərəflərin əlavə təmirin aparılmasının zərurəti barədə razılaşmaları (buna dair xərclərin bölüşdürülməsi qaydası və işlərin nəticəsi) qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi sübutlarla öz təsdiqini tapmamışdır. Əldən çıxmış fayda kimi 3 aylıq təmirlə bağlı işlədiyi dövr üçün 10.525,20 manat pul tələbinə münasibətdə də İddiaçı tapşırığı ilə (və ya sonradan işlərin bəyənilməsi ilə) təmirin aparılması sübuta yetirilməmişdir. Həmçinin iddiaçı cavabdeh1 cavabdeh İddiaçı öhdəliklərini pozması (icra etməməsi) nəticəsində maddi zərərə məruz qalmaqla 2.506,00 əlavə xərclərin və nəqliyyat xərclərini çəkdiyini qeyd etsə də, bu hallar da hər hansı sübutla əsaslandırılmamışdır. Iddiaçı N.Atalayın cavabdeh İddiaçı nağd və karta köçürmə yolu ilə ödədiyi 11.000 manat pula gəldikdə isə qeyd edilməlidir ki, tərəflərin arasında iş birliyi ilə əlaqədar mülki hüquq münasibətlərinin olması təsdiq olunsa da, onların arasında hüquq və öhdəliklərin (gəlir və xərclərin) bölgüsü qaydası, pul dövriyyəsinin məzmunu və təyinatı iş materialları ilə müəyyən edilmir. Belə ki, işin mübahisəsiz halıdır ki, tərəflərin münasibətləri sırf müəyyən vaxta borcun verilməsi ilə bağlı kredit münasibətləri deyil, gəlir əldə etmək məqsədilə daşınmaz əmlakın təqdim edilməsi (icarəyə verilməsi) və bununla əlaqəli mülki hüquq münasibətləri olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçının əlavə etdiyi ödəniş qəbzlərinin tərəflərin arasında yaranmış borc münasibətləri ilə bağlı olması, həmin məbləğlərin İddiaçı borca verilməklə sonuncunun onları qaytarmaq öhdəliyinin yaranması iş üzrə sübuta yetirilməmişdir.
75. Kollegiya hesab edir ki, dəymiş ziyanla bağlı sübutetmə yükünün hər iki iddia üzrə iddiaçıların üzərində olmasına baxmayaraq, ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar öz tələblərini əsaslandıran mötəbər dəlilləri məhkəməyə təqdim etməmişlər.
76. «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
77. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələblərində tərəflər biri digərinə qarşı maddi tələblər irəli sürsələr də, iddiada qeyd edilən halları əsaslandıran dəlillərə və sübutlara istinad etməmişlər.
78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər mülahizə xarakterli olmaqla və yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmənin hazırki iş üzrə gəlmiş olduğu qənaəti qanuni və əsaslı olmuşdur.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
80. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
81. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayətləri təmin edildiyindən və apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorların özünə aid edilməlidir.
82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin.
Apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.