Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2147/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 ASC-yə və Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “icra qeydinin ləğv edilməsi və mənəvi zərər” ) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh cavabdeh3 ASC-nin nümayəndəsi X4 iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 ASC-yə və Bakı şəhəri Səbail rayon Icra və Probasiya şöbəsinə (Bakı şəhəri * saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri * saylı Notariat Ofisinin X1 tərəfindən ##.##.2026 tarixdə aparılmış icra qeydi icra edilməməli hesab olunaraq ləğv edilməsi və istehlakçı hüququ pozulduğundan ona vurulmuş 19765,52 manat (cavabdeh cavabdeh3 ASC-nin tələb etdiyi həcmdə) mənəvi ziyan ödənilməsi, həmin icra qeydi əsasında başlanmış icra icraatı (Səbail rayon Icra və Probasiya şöbəsində) dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh3 ASC tərəfindən təqdim olunmuş və Bakı şəhəri * saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən ##.##.2026 tarixdə aparılmış icra qeydi (Reyestr № *İ 700084) əsasında ondan 19432,76AZN əsas borc + 307,76 AZN faiz + 25 AZN dövlət rüsumu = 19765,52 AZN tələb edilmişdir. Həmin icra qeydi qanunsuz və əsassızdır, ona görə icra edilməməlidir. Belə ki: a) bankla bağlanmış OI/KM/***/****/****** nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlər vaxtında və tam icra olunur. b) Icra qeydində hazırkı borcun məbləği düzgün təsvir olunmamışdır. Bunu ödəniş cədvəli üzrə aylıq ödəmə zamanı qalıq borc məbləğinin hərəkətliliyi ilə sübut edə bilər. c) Bankın əməkdaşı ##.##.2025-ci il tarixdə onun mobil telefon nömrəsinə zəng açaraq icra qeydinin çıxarılması üçün notariat ofisinə müraciət etməsini onunla əsaslandırmışdır ki, o, eyni gündə bir neçə bankdan kredit götürərək likvidliyi aşmış, lakin bu, faktiki ödənişlərlə bağlı deyil, sadəcə bankın subyektiv qiymətləndirməsidir. Hüquqi əsaslar: 1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin ikinci abzası (cümləsi): “Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.” Faktiki ödənişlər mövcud olduğundan icra qeydi qanunsuz aparılmışdır. 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 224-cü maddəsi: “Notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir.” Bu maddəyə əsasən, ##.##.2026 tarixli icra qeydi icra edilməməli hesab olunmalı və ləğv edilməlidir. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı: o Bu qərarla “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” təsdiq edilib. Kredit müqaviləsi bu siyahıya daxil olsa da, faktiki ödənişlər olduğundan icra qeydi aparılmamalı idi. Görünür, istinad olunan normativ hüquqi aktla təsdiq olunmuş siyahıda qeyd olunan sənədlər (əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı) notariat ofisinə təhrif olunmuş şəkildə təqdim edilmiş və beləliklə də notariusun icra sənədi ilə əlaqədar istehlakçı hüququ pozulmuşdur. 4. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.3cü maddəsi: “Icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.” Həmin qanunun 12-ci maddəsi: “Istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.” Əlavə olaraq bildirmək istəyir ki, cavabdeh cavabdeh3 ASC## ####### 2025-ci il tarixli **** nömrəli bildiriş-xəbərdarlıq və ## ####### 2025-ci il tarixli **** nömrəli bildiriş müraciətlərində öhdəliyin pozulması halına toxunsa da birinci müraciətində gecikdirilmiş “0” manat borcunun olduğunu qeyd etmişdir. Bu, ziddiyyətli yanaşmadır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin yeddinci abzasının birinci cümləsi ilə müəyyən olunmuş prosedurun gözlənilməsi baxımından onun tərəfindən atılmış addımlar istehlakçı hüququmun pozulmasının nümayişkaranə göstəricisidir. Üstəlik o, əmindir ki, həmin bildirişə münasibətdə ünvanladığı cavab məktubu notariat ofisinə təqdim edilməmişdir. Əks halda icra qeydi çıxarılmazdı. Çünki müvafiq cavab yazışmasına aylar üzrə icra olunmuş məbləğləri özündə əks etdirən qəbzləri əlavə edərək müraciətlərə etirazını bildirmişdir. Bu halın gizlədilməsi də istehlakçı hüququnun müdafiəsinin təhlükə altına alınmasına bilavasitə səbəb olmuşdur.
3. Iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ##.##.2026-cı ildə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri * saylı Notariat Ofisinin X1 tərəfindən ##.##.2026 tarixdə aparılmış icra qeydi icra edilməməli hesab olunaraq ləğv edilməsi və istehlakçı hüququ pozulduğundan ona vurulmuş 19765,52 manat (cavabdeh cavabdeh3 ASC-nin tələb etdiyi həcmdə) mənəvi ziyan ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə ##.##.2026-cı ildə məhkəməyə müraciət edərək, qanunsuz icra qeydinin əsasını təşkil edən maddi-hüquqi tələb olan borcun əsassızlığı və ona vurulmuş iddia ərizəsində qeyd olunan məbləğdə mənəvi ziyanın ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə ##.##.2026-cı ildə məhkəməyə müraciət edərək, üçüncü şəxs olan Bakı şəhəri * saylı notariat ofisinin əlavə cavabdeh kimi tanınması və və tələbin icra qeydinin ləğvi və istehlakçı hüququnun pozulmasına görə vurulmuş mənəvi ziyanın qaytarılması kimi nəzərə alınmasını (ilkin təqdim etdiyi iddia ərizəsinə uyğun şəkildə), eləcə də ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh cavabdeh3 ASC iddiaya yazılı etiraz edərək qeyd etmişdir ki, iddia düzgün tərtib edilməyib. Belə ki, iddia ərizəsində cavabdeh olaraq Bank deyil, icra qeydini verən orqan olaraq Notarius qeyd edilməli idi. Bundan başqa, kredit götürən İddiaçı, ##/##/2025-ci il tarixində cavabdeh3 ASC-yə müraciət edərək, 20 000 manat kredit götürmüşdür. Kredit götürən zaman borcalanın rəsmi gəlirinin müəyyən edilməsi nəticəsində məlum olur ki, İddiaçı “xxxx” MMC-də işləyir və 1650 manat rəsmi əməkhaqqı alır. Bu gəlir müqabilində kredit mütəxəssisi tərəfindən ayrılan 20 000 manat kredit borcalana rəsmiləşdirilir. Daha sonradan Banka məlum olur ki, borcalan eyni gündə, yəni ##/##/2025-ci ildə bir neçə kredit təşkilatlarına müraciət edərək ümumilikdə 102 300 manat təminatsız kredit götürmüşdür. Bu hal kredit “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi X3 qərarının 5-ci maddəsinə əsasən BGN (Borcun gəlirə nisbəti) əmsalının kobud şəkildə pozulmasına gətirib çıxarır. Bundan başqa borcalan ilə bağlanmış kredit müqaviləsinin 3.1.5 bəndinə də ziddir. Bunları nəzərə alaraq iddia ərizəsinin mümkünsüz hesab edərək rədd edilməsi xahiş edilmişdir.
7. Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri * saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli icra qeydinin ləğv edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər cavabdeh3 ASC-dən və Bakı şəhəri * saylı Notariat Ofisindən müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, cavabdehlər isə qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onun dəlilləri:
9. Iddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, qanunsuz icra qeydi nəticəsində ona qarşı icra proseduru başlanmış, maliyyə və hüquqi qeyri-müəyyənlik, psixoloji gərginlik yaranmış və nüfuzuna zərər dəymişdir. Nəticədə bankın təqdim etdiyi bildiriş üzrə də real vəziyyəti əks etdirməyən borcun mövcudluğu, eləcə də məktubda sonradan “0” manat gecikmə borcunun olduğu barədə qeyd psixoloji sarsıntı və mənəvi iztirab yaşamağına səbəb olmuşdur. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddəsinə əsasən istehlakçı hüquqları pozulduqda mənəvi ziyan ödənilməlidir. Rayon məhkəməsi bu normanı tətbiq etməmişdir. Icra qeydinin verilməsi üçün əsas olan sənədlər bank tərəfindən təqdim edilmişdir. Notarius isə həmin sənədlərə əsaslanan törəmə subyektdir. Bu səbəbdən hüquq pozuntusunun əsas mənbəyi bankın hərəkətləridir, notariatın prosesə cəlb edilməsi bankın məsuliyyətini aradan qaldıra bilməz. Birinci instansiya məhkəməsinin bu prosessual davranışı nəticəsində iş düzgün hüquqi çərçivədə həll edilməmiş, iddiaçının hüquqları məhdudlaşdırılmış, mənəvi ziyan tələbi əsassız olaraq rədd edilmişdir. Rayon məhkəməsi özü müəyyən etmişdir ki, iddiaçının faktiki gecikdirilmiş borcu olmamışdır. Lakin araşdırılmamışdır ki, bu halda bank hansı hüquqi əsasla icra qeydinə müraciət etmişdir, bankın bu davranışı səhlənkarlıq, sui-istifadə və ya qəsd elementi daşıyırmı; bankın hərəkətləri istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidirmi? Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, mənəvi zərər barədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və iddia tələbinin təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsini, həmin hissədə də iddia tələbinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh3 ASC-nin nümayəndəsi B.Adıgözəlova apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
12. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Səbail rayon Icra və Probasiya şöbəsi və Bakı şəhəri * saylı Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri * saylı Notariat Ofisi ##.##.2026-cı il tarixli ərizə ilə məktubla, onların nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş, Səbail rayon Icra və Probasiya şöbəsi isə iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
13. Belə olan halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. Sübutların tədqiqi:
15. cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli, ***/KM/***/****/****** nömrəli istehlak krediti müqaviləsindən görünür ki, istehlak məqsədilə bank borcluya 48 ay müddətinə, illik 19 faiz hesablanmaqla 20000 manat məbləğində kredit vermişdir.
16. cavabdeh3 ASC-nin kreditlərin təqibi sahəsinin meneceri X2 Anar Rafiq oğluna ünvanladığı ##.##.2025-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, Bankın Nərimanov filialı ilə bağlanmış ##.##.2025-ci il tarixli 001/01-KM1075316744/25 №li kredit müqaviləsinə əsasən ona illik 19% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmiş, o isə müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. ##.##.2025-ci il tarixə onun Banka gecikdirilmiş 0 manat borcu yaranmışdır. Bundan əlavə olaraq əsas borc üzrə 19432,76 manat, faiz borcu üzrə 276,98 manat cəmi 19709 manat məbləğində borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün Banka olan kredit borcunun 3 iş günü ərzində ödənilməsi tələb olunur. Əks təqdirdə kredit müqaviləsinə xitam verilərək kredit borcun tam olaraq ondan məcburi qaydada tutulması üçün məhkəməyə müraciət olunacaqdır.
17. cavabdeh3 ASC-nin kreditlərin təqibi sahəsinin meneceri X2 Anar Rafiq oğluna ünvanladığı ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, onun barəsində ##.##.2025-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər kredit müqaviləsi və maliyyə arayışı mövcuddur. Qeyd olunan müqaviləyə görə Banka 20000 manat məbləğində öhdəliyi yaranmışdır. Kredit müqaviləsinə əsasən öhdəliyin icra edilməməsi nəticəsində bu günə 19740,52 manat məbləğində ümumi borc tərəfindən ödənilməmişdir. Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən notarius tərəfindən icra qeydi aparılacaqdır.
18. Bakı şəhəri * saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli icra qeydindən görünür ki, cavabdeh3 Açiq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı OI/KM/***/****/****** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş əsas borc 19432 manat 76 qəpik (on doqquz min dörd yüz otuz iki manat yetmiş altı qəpik) və faiz borcu 307 manat 76 qəpik (üç yüz yeddi manat yetmiş altı qəpik) tutulsun, bundan əlavə təklif edirəm borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 19765 manat 52 qəpik (on doqquz min yeddi yüz altmış beş manat əlli iki qəpik) pul tutulması qeyd edilmişdir.
19. Ödəniş qəbzlərindən müəyyən olur ki, İddiaçı ödəniş cədvəlinə uyğun olaraq ##.##.2025-ci il tarixdə 598.00 (beş yüz doxsan səkkiz) manat və 1 (bir) manat olmaqla, cəmi 599 (beş yüz doxsan doqquz) manat, ##.##.2025-ci il tarixdə 599.00 (beş yüz doxsan doqquz) manat, ##.##.2025-ci il tarixdə 599.00 (beş yüz doxsan doqquz) manat, ##.##.2025-ci il tarixdə 599.00 (beş yüz doxsan doqquz) manat, ##.##.2025-ci il tarixdə 600 (altı yüz) manat, ##.##.2026-cı ildə 599.00 (beş yüz doxsan doqquz) manat, ##.##.2026-cı ildə 599.00 (beş yüz doxsan doqquz) manat, ##.##.2026-cı ildə 599.00 (beş yüz doxsan doqquz) manat cavabdeh3 ASC-ə ödənişlər etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
23. Maddə 76. Icra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. Icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;
26. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ## ###### 2016-cı il taixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” Bənd 9.22. Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir.
27. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № **, ## ###### 2025-ci il tarixli Qərarı:
28. 5.1. Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır.
29. 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
30. 7.1. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı. Tətbiq edilən prosessual hüquq normaları:
32. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin eidlməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Iddiaçının apellyasiya şikayətinin əsas dəlili istehlakçı hüquqları pozulduğuna görə ona mənəvi zərər dəyməsi ilə bağlıdır.
37. Mənəvi zərərlə bağlı Ali Məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında da qeyd edilmişdir ki, ... Hüquqla əhatə olunmayan qeyri-maddi nemətlər cəmiyyətdə dəyər olaraq mövcud olmaqla, onlara edilən qəsd nəticəsində şəxsin mənəvi sarsıntı və iztirab keçirməsi mümkündür. Lakin belə qeyri-maddi nemətlər qanunla qorunmadığından, onlara edilən qəsd qeyri-əmlak hüquqlarının pozulması ilə nəticələnmir. Odur ki, qanunla qorunmayan qeyri-maddi nemətlərə müdaxilədən doğan mənəvi zərərin ödənilməsi tələbinin qanuni əsası olmadığından bu əsasa dayanaraq qaldırılan iddiaların təmin edilməsi istisna edilir.
38. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.
39. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.
40. Avropa Məhkəməsi «Scordino Italiyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).
41. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino Italiyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119).
42. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırkı işin halları baxımından pozuntu faktının müəyyən edilməsi və pozuntunun nəticəsinin aradan qaldırılması mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.
43. Beləliklə, Məhkəmə hesab edir ki, rayon məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək iddia tələbini qismən təmin etdiyindən iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
44. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
46. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin qismən etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
48. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
49. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.