Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2181/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları: İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “QAZ 3102” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı təşkilat tərəfindən ##.##.2020-ci il tarixindən ##.##.2021-ci il tarixinə qədər avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. İnzibati xəta haqqında TP ******* saylı qərarın surətindən görünür ki, “QAZ 3102” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində cərimə edilmişdir. İddiaçı ASC tərəfindən tərtib edilmiş ****** saylı, ##.##.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətindən görünür ki, “VAZ 21074” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1375 manat miqdarında qiymətləndirilmişdir. İş materiallarında olan ödəniş sənədlərinin surətlərindən görünür ki, zərərçəkmiş tərəfə 1375 manat miqdarında sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 3102” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi cavabdeh2dir. Hazırda iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 1375 manat məbləğində sığorta ödənişinin əvəzinin, 33,75 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 1375 manat məbləğində sığorta ödənişinin əvəzinin, 33,75 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci il tarixində **-UM-*** dövlət qeydiyyat nişanlı “QAZ 3102” markalı avtonəqliyyat vasitəsi İddiaçı ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. ##.##.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə cavabdeh1 idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı “QAZ 3102” markalı həmin avtonəqliyyat vasitəsi ilə **-XR-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərara əsasən **-UM-*** dövlət qeydiyyat nişanlı “QAZ 3102” markalı avtonəqliyyat vasitəsinin sürücüsü cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 800 manat məbləğində cərimə olunmuşdur. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi cavabdeh2 olmuşdur. Cavabdeh cavabdeh1 Şamaxı rayon Polis şöbəsinə verdiyi ##.##.2020-ci il tarixli izahatından görünür ki, o, avtomobili idarə edərkən spirtli içki qəbul etdiyini etiraf etmişdir. Bununla yanaşı, ##.##.2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında da cavabdeh1 sərxoş olması öz təsdiqini tapmışdır. **-XR-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı İddiaçı ASC-yə müraciət edilmişdir. Yol-nəqliyyat hadisəsində cavabdeh1 təqsirli bilindiyi üçün **-XR- *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, ##.##.2020-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1375 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC-nin ##.##.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 1375 manat məbləğində sığorta ödənişi zərərçəkənin şəxsin hesabına köçürülmüşdür. ##.##.2021-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 1.375 (min üç yüz yetmiş beş) manat məbləğində sığorta ödənişinin əvəzi, 33,75 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh1 avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, digər cavabdeh isə bundan məlumatlı olmaqla özünə məxsus avtomobilin onun sahibliyindən digər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində çıxması barədə hər-hansı sübut təqdim etmədiyindən, iddiaçının cavabdehlərə qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Qeyd olunan qətnamədən narazı cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ona hər-hansı məhkəmə bildirişi göndərilməmişdir. Nəticədə prosessual pozuntuya yol verilərək onun xəbəri olmadan və xəbərdar edilmədən barəsində məhkəmə prosesi keçirilmişdir. Əgər xəbəri olsaydı, həmin iddia tələbinə qarşı etiraz yazıb göndərərdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsində barəsində yazılanların əksəriyyəti həqiqəti əks etdirmir. Belə ki, sözügedən avtoqəza hadisəsi olsa da o, spirtli içki qəbul edərək avtomobili idarə etməmişdir. Bunlar hamısı DYP-nin onun barəsində tərtib etdiyi uydurma protokollardır. Onlar həmişə həkim ekspertlə əlbir olub istədikləri şəxs üçün guya spirtli içki qəbul etməsi barədə rəy yazdıra bilirlər. Bu həkim ekspertlə DYP əməkdaşlarının birgə əlbir fəaliyyətinin göstəricisidir. İşə baxmış birinci instansiya məhkəməsi həmin tibbi sənədlərin əsaslılığını müəyyən etməmişdir. Asan imzanı ## ### 2026-cı il tarixdə almış, bunun vasitəsilə Elektron Məhkəmə Kabinetinə daxil oldu. Elektron Məhkəmə Kabinetində e-*(*-***)-***/**** saylı işə aid sistemdə ##.##.2026-cı il tarixli məhkəmə bildirişləri və ##.##.2026-cı il tarixli məhkəmə qətnaməsindən başqa heç nə yoxdur. Qeyd edir ki, həmin ##.##.2026-cı il tarixli məhkəmə bildirişi elektron kabinetdə yerləşdirilsə də, o vaxt asan nömrəsi olmadığına görə bundan məlumatı olmayıb. Nə də ki, poçtla hər hansı məhkəmə bildirişi göndərilməmişdir. Digər tərəfdən Elektron Məhkəmə Kabinetindən aydın görünür ki, iddiaçı İddiaçı ASCnin ona qarşı iddia ərizəsinin mətni, qətnamədə yazılan DYP qərarları, həkim rəyləri və digər sənədlərin heç birisi yoxdur. Həmin əsassız sənədlərə baxmaq istəyərdi, amma onları sistemdə görə bilmirsə, onların heç birisi orada yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin barəsində yazdıqlarının hamısı uydurma və cəfəngiyyatdır. Adları çəkilən sənədlərin heç birisi Elektron Məhkəmə Kabinetində olmadığına görə tərəf kimi ondan məhz elektron məhkəmə kabineti vasitəsilə apellyasiya şikayəti verə bilməsinin tələb edilməsi absurddur. Elektron Məhkəmə Kabineti burada əvvəlki variantdan heç bir üstünlüyə malik olmadı. Qətnamədə barəsində yazılan sənədlərin heç birisi apellyasiya şikayətini yazanadək Elektron Məhkəmə Kabinetində yerləşdirilmədiyinə görə iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(5-104) ***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbi də rədd edilməlidir. Bundan başqa qeyd edir ki, o və həyat yoldaşı işsizdir, üç azyaşlı övladı var. Yalnız o iş olandan olana günəmuzd fəhlə işləyir. Pensiya, təqaüd, müavinət, ünvanlı dövlət sosial yardımı almır. Özü məşğulluq proqramına daxil edilməmişdir. Əlavə heç yerdən gəliri yoxdur. Yaxınlarının maddi köməkliyi sayəsində çox çətinliklə dolanır. Onun-bunun bağında, qapısında fəhləçilik etməklə ailəvi olaraq sanki günlərini keçirdirlər. Odur ki, istənilən halda o, iddiaçının tələb etdiyi 1.375 (min üç yüz yetmiş beş) manat pulun yarısını iddiaçıya qaytara bilməyəcəkdir. Çünki, bu maddi imkanı xaricindədir. Onun özünə maddi köməklik edən lazımdır. İddiaçının subroqasiya hüququ yalnız hüquqi əsas olduqda tətbiq edilə bilər. Məhkəmə isə bu halları araşdırmamışdır. Sübutetmə yükü iddiaçının üzərində olduğu halda, sığortaçı tərəfindən reqres hüququnun yaranması üçün əsaslar nağıl kimi qətnamədə yazılsa da, ortada heç bir əsaslı və şübhə doğurmayan sənəd Elektron Məhkəmə Kabinetində yoxdur. Əgər hər qəza zamanı sürücüdən pul geri alınarsa, belə halda sığortanın mənası olmaz. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları ciddi şəkildə pozulmuşdur. Həm iddiaçı, həm də birinci instansiya məhkəməsi yalnız sığorta ödənişi faktını əsas götürüb onu günahkar çıxarmağa çalışıblar. Qətnamədə yazıldığı kimi qanunsuz hərəkətlər törətməmiş və bunu təsdiq etməli olan sənədlər də Elektron Məhkəmə Kabinetində bu günədək yoxdur. Eyni zamanda apellyasiya şikayəti üzrə ən əsas dəlili iddiaçının məhkəməyə müraciət üçün iddia müddətini çox ötürməsidir. Belə ki, iş materiallarından görünür ki, avtoqəza hadisəsi ##.##.2020-ci il tarixdə olub, sığorta ödənişi isə ##.##.2021-ci il tarixdə ödənilib. Bu iş üzrə iddia müddəti 3 (üç) ildir. Subroqasiya (reqres) üzrə iddia müddəti sığortaçının zərəri ödədiyi gündən başlayır. Deməli hazırki iddia tələbi ##.##.2024-cü il tarixdən çox-çox sonralar verildiyindən və prosessual müddətin üzürlü hesab olunaraq bərpasına dair vaxtında birinci instansiya məhkəməsinə müraciət edilmədiyindən hazırki iş üzrə iddia müddəti keçmiş hesab olunmalıdır. Beləliklə, iddiaçı məhkəməyə çox gec müraciət etməklə qanunla müəyyən edilmiş iddia müddətini çox ötürmüşdür. Ona görə də iddiaçı hazırki iş üzrə iddia müddətini olduqca çox ötürdüyünə görə onun iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - cavabdeh1 aid hissədə yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Qanun: 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.2. Bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. 9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir. 25.1.2. sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması. 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh cavabdeh1 təqsiri sübuta yetirildiyindən və hadisə zamanı “VAZ 21074” markalı, **- XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirildiyindən eləcə də həmin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi iddiaçı tərəfindən ödənildiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, qeyd olunan hissəyə dair cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının subroqasiya hüququ yalnız hüquqi əsas olduqda tətbiq edilə bilər. Məhkəmə isə bu halları araşdırmamışdır. Sübutetmə yükü iddiaçının üzərində olduğu halda, sığortaçı tərəfindən reqres hüququnun yaranması üçün əsaslar nağıl kimi qətnamədə yazılsa da ortada heç bir əsaslı və şübhə doğurmayan sənəd Elektron Məhkəmə Kabinetində yoxdur. Əgər hər qəza zamanı sürücüdən pul geri alınarsa, belə halda sığortanın mənası olmaz. Halbuki iş materiallarından eləcə də Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki iş üzrə qətnamədə istinad edilənlər iş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Digər tərəfdən iş materiallarından göründüyü kimi cavabdeh cavabdeh1 təqsiri məhz inzibati xəta haqqında TP ******* saylı qərara əsas müəyyən edilmişdir ki, hazırda həmin qərarın ləğv edilməsi və ya inzibati xəta üzrə icraata xitam verilməsi müəyyən edilməmişdir. Bundan başqa cavabdeh qeyd edir ki, sözügedən avtoqəza hadisəsi olsa da o, spirtli içki qəbul edərək avtomobili idarə etməmişdir. Bunlar hamısı DYP-nin onun barəsində tərtib etdiyi uydurma protokollardır. Onlar həmişə həkim ekspertlə əlbir olub istədikləri şəxs üçün guya spirtli içki qəbul etməsi barədə rəy yazdıra bilirlər. Bu həkim ekspertlə DYP əməkdaşlarının birgə əlbir fəaliyyətinin göstəricisidir. İşə baxmış birinci instansiya məhkəməsi həmin tibbi sənədlərin əsaslılığını müəyyən etməmişdir. Məhkəmə Kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın, tibbi müayinə rəyinin, cavabdehlərin izahatlarının surətlərindən aydın olur ki, hadisə günü “QAZ 3102” markalı, **- UM-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh1 etibarnaməsi olmadan, sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, göstərilənləri şübhə altına alan hal müəyyən edilməmiş, həmçinin cavabdeh tərəfindən bu barədə, yəni baş vermiş qəza zamanı avtomobili sərxoş vəziyyətdə idarə etməməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, nəqədər ki, cavabdehin təqsiri qanuni qüvvədə olan inzibati xəta haqqında TP ******* saylı qərara əsas müəyyən edilmişdir və həmn icraat zamanı cavabdehin sərxoş vəziyyətdə olması müəyyən edilmişdir, bununla da apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. İddia müddəti ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, subroqasiya hüququ üzrə iddia müddəti, ümumi qayda olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən on il təşkil edir. İddia müddətinin axımı subroqasiya hüququ yaranan gündən, yəni sığortaçı tərəfindən sığorta ödənişi verildiyi andan başlayır (Mülki Məcəllənin 377.4-cü maddəsinə əsasən). Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, subroqasiya hüququ üzrə xüsusi müddət nəzərdə tutulmayıbsa, ümumi iddia müddəti tətbiq olunur və bu müddət ərzində sığortaçı öz subroqasiya tələblərini irəli sürə bilər. Göründüyü kimi hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Digər tərəfdən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi baxışı zamanı bu formada hər hansı bir tələb olmamışdır. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda, həmçinin tərəfin apellyasiya şikayətində qeyd etdiyi kimi elektron kabinetə yerləşdirilməklə cavabdehə göndərilmiş, lakin cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən onlara göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər-hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Bununla da birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.