Məhkəmə qərarları › İş №e-2(3-6)-2233/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2233/2026

17.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2233/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI İddiaçı İddiaçı İstehsalat Birliyi Cavabdeh Cavabdeh İddia tələbi İddiaçı cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 1476 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 415,05 manat və 38,92 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1929,97 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ38040039449955001922) bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı təqdim edilmiş Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi məhkəmə aktı ilə iddia qismən təmin edilmiş, Cavabdeh debitor borca görə 415,05 manat və dövlət rüsumu olaraq ödənilmiş 8,6 manat, ümumilikdə 423,65 manat məbləğində vəsait tutularaq İddiaçı İstehsalat Birliyinin hesabına (Azərbaycan Beynəlxalq Bankı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ38040039449955001922) ödənilməsi qət edilmişdir. Birinci instansiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin məhkəməsinin hüquqi 385.1, 386.1, 389.1, 390.1, 425.1, 425.2, 442, əsaslandırması 443.1, 448.1-ci maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (##.##.1998-ci il tarixli) 11, 13-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (##.##.2025-ci il tarixli) 11.1, 11.3, 11.3.9, 12.3, 12.6, 16.3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1, 5.2, 5.5-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ Apellyasiya şikayəti verən şəxs İddiaçı İstehsalat Birliyi Apellyasiya şikayətinin İddiaçının apellyasiya şikayəti onunla məzmunu əsaslandırılmışdır ki, cavabdeh qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə qaz paylayıcı (iddiaçı İddiaçı İB) tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermədiyini, iddiaçının təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş zərər kimi cavabdehin istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması məhz qeyd edilmiş qərarlar əsasında müəyyən edilməli olduğunu və yalnız bundan sonra, məhkəmə qanunsuz qoşulma etməklə qazın talanmasında istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğunu və hazırkı işdə isə məhkəməyə cavabdehin təqsirini təsdiq edən belə bir sübut təqdim edilmədiyini göstərərək iddia tələbi üzrə təqdim edilən sübutları araşdırmadan iddianın qismən təmin edilməsi qərarına gəlmişdir. Eyni zamanda oxşar mülki iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarında (Elşanə Vəliyeva, İspəndiyar Şəfiyev və Əhliman Xıdırov) məhkəmə kollegiyası hesab etmişdir ki, “Qazdan istifadə Qaydaların”da (həmin dövrdə qüvvədə olan redaksiyada) konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın hansı qaydada və hansı müddətə hesablanması dəqiq müəyyən edilməməsi ziyan məbləğinin Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən zərər vurandan tələb edilməsi barədə iddianı rədd etmək üçün əsas ola bilməz. Beləliklə, cavabdehin illər ərzində qanunsuz qoşulmadan isifadə etdiyi məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunur. Lakin məhkəmə iş materiallarını araşdırmadan mülki işə formal münasibət bildirmişdir. Apellyasiya şikayəti qarşı Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. təqdim edilmiş etiraz MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI Cavabdeh Cavabdeh Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı İddiaçı İstehsalat Birliyi Məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR İddiaçı tərəfindən təqdim edilmiş 1) İş materiallarında olan ##.##.2022-ci il tarixli, sübutlar AKX-*******/**-**** saylı müqavilədən müəyyən edilir ki, İddiaçı İstehsalat Birliyi ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. 2) İş materiallarında olan ##.##.2022-ci il tarixli, AKX-*******/**-**** saylı “müqavilənin predmeti” bəndindən müəyyən edilir ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı da aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. 3) İş materiallarında olan ##.##.2022-ci il tarixli, AKX-*******/**-**** saylı müqavilənin 2.1.6-ci bəndindən müəyyən edilir ki, “İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək)” paylayıcının vəzifəsidir. 4) İş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, abonent kodu 100723600010170 olan Cavabdeh 2020-ci ilin may-dekabr ayları üzrə 105,50 manat sərfiyyat borcu, 2021-ci ilin yanvardekabr ayları üzrə 221,20 manat sərfiyyat borcu, 2022ci ilin yanvar-dekabr ayları üzrə 73,20 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar- dekabr ayları üzrə 74,64 manat sərfiyyat borcu, 2024-cü ilin ilin yanvar-dekabr ayları üzrə 94,68 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar- avqust ayları üzrə 61,13 manat sərfiyyat borcu, cəmi 630,35 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin aprel ayından 2025-ci ilin avqust ayına qədər cavabdeh 215,30 manat məbləğində ödəniş etmişdir. 5) İş materiallarında olan təbii qazdan istifadə qaydalarıının pozulması haqqında ##.##.2020-ci il tarixli, ****** nömrəli AKT-dan müəyyən edilir ki, cavabdehin təbii qazdan sayğacsız qeyriqanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. 6) İş materiallarında olan İddiaçı İstehsalat Birliyinin ##.##.2020-ci il tarixli ******* saylı akt üzrə qəbul edilmiş qərarından müəyyən olunur ki, qaz işlədicilərindən PQ4- ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün,QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilməsi qərara alınmışdır. 1.2x24x30=2592 m³; 1.5x24x30=3240 m³; 1.4x24x30=3024 m³; cəmi: 8856 m³ . 7) İş materiallarında olan təbii qazdan istifadə qaydalarıının pozulması haqqında ##.##.2020-ci il tarixli, ******* nömrəli AKT-dan müəyyən edilir ki, təbii qazdan sayğacsız istifadə edildiyi aşkar edilmişdir. 8) İş materiallarında olan İddiaçı İstehsalat Birliyinin ##.##.2020-ci il tarixli ******* saylı akt üzrə qəbul edilmiş qərarından müəyyən olunur ki, qaz işlədicilərindən PQ4- ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilməsi qərara alınmışdır. 1.2x24x30=864 m³; 1.5x24x30=1080 m³; 1.4x24x30=1008 m³; cəmi: 2952 m³. 9) İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2020-ci il tarixli, ******* nömrəli AKT-dan müəyyən edilir ki, təbii qazdan sayğacsız kənar qeyri-qanuni istifadə aşkar edilmişdir. 10) İş materiallarında olan İddiaçı İstehsalat Birliyinin ##.##.2020-ci il tarixli ******* saylı akt üzrə qəbul edilmiş qərarından müəyyən olunur ki, qaz işlədicilərindən PQ4- ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün , dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilməsi qərara alınmışdır. 1.2x24x30=864 m³; 1.5x24x30=1080 m³; 1.4x24x30=2268 m³; cəmi: 2952 m³. 11) İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xəttlərin çəkilməsi müşahidə edilmədi. Cavabdeh tərəfindən təqdim Cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. edilmiş sübutlar TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və həmin hissədə iddia tələbinin tam təmin olunması, xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdsə yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 386.1, 389.1, Məcəlləsinin 14, 77, 119.1, 384, 392, 393 və 390.1, 425.1, 425.2, 442, 443.1, 402.1 ci maddələri 448.1-ci maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (##.##.1998-ci il tarixli) 11, 13-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunuun (##.##.2025-ci il tarixli) 11.1, 11.3, 11.3.9, 12.3, 12.6, 16.3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1, 5.2, 5.5-ci maddələri Məhkəmə kollegiyası mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh Cavabdeh iddiaçı qarşısında öhdəlik (istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsi) götürmüş, lakin öhdəliyi lazımınca icra etməmiş və nəticədə onun iddiaçıya 415,05 manat məbləğində ödənilməmiş debitor borcu qalmışdır. İddia tələbinin debitor borca dair hissəsi cavabdeh tərəfindən də məhkəmə iclasında etiraf edilməklə qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın debitor borca dair hissəsi mübahisəsizdir və iddia bu hissədə təmin edilməlidir. İddia tələbinin vurulmuş ziyana dair hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qaz sayğacından kənara qoşulmaya görə iddiaçı tərəfindən müəyyən edilmiş qaz sərfiyyatına görə hesablanmış 1476 manat məbləğində ziyanı cavabdeh qəbul etməmiş və cavabdeh qaz sayğacından kənar qoşulmanın olmadığını qeyd etmişdir. Ona görə də məhkəmə tərəfindən müvafiq rəyin alınması üçün ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xəttlərin çəkilməsi müşahidə edilməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən sayğacdan kənar qazdan istifadəyə görə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, bu hal iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbi bu hissədə düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.2-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar