Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2266/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının ilə, iddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İstehsalat Birliyi cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 16.530,40 manat məbləğində zərərin və 139,59 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 16.669,99 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı İB-nın bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh ##.##.2021-cı il tarixli ******* saylı akt əsasında 1.188 manat və ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 524,80 manat olmaqla, cəmi 1.712,80 manat məbləğində dəymiş zərərin tutularaq iddiaçı İddiaçı İstehsalat Birliyinin bank hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı İstehsalat Birliyi apellyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün hesab edilərək baxılması üçün ## #### 2026-cı il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən tərəfindən mülki işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Belə ki, iş üzrə cavabdeh Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hazırki məsələyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # #### 2026-cı il tarixli qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # #### 2026-cı il tarixli *(*-*)-****/**** saylı qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə münasibət bildirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(3-6)-2266/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2266/2026
30.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver