Məhkəmə qərarları › İş №e-2(3-6)-2287/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2287/2026

05.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2287/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Işin halları

1. ##.##.2024-cü il tarixli TP ******* saylı Inzibati tənbeh vermə haqqında Qərara əsasən, Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur.

2. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli hesab-fakturasına əsasən, “Toyota Highlander” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11306 manat (ədv ilə) ziyan dəymiş və iddiaçı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.

3. “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli ****** nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatına əsasən, “Toyota Highlander” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yekun olaraq 9595.07 manat ziyan dəymişdir.

4. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **/**-*** saylı daşınar əmlaka dəymiş zərərin məbləğinin müəyyən edilməsi barədə rəyə əsasən, “Toyota Highlander” markalı 77- LB919 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 5863 manat təşkil edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 6652 manat, nəqliyyat vasitəsinin əmtəə dəyəri itirildiyinə görə 18000 manat, vəkil xidmətinə görə ödənilmiş 300 manat və 164 manat məbləğində ödənilmiş dövlət rüsumunu cəmi 25116 manat pulun cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2024-cü il tarixində iddiaçı İddiaçı mülkiyyətində olan “Toyota Highlander” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə cavabdeh Cavabdeh mülkiyyətində və istifadəsində olan “Hyundai Accent” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Xətai Rayonu, Y.Səfərov küçəsində toqquşmuş və nəticədə iddiaçının mülkiyyətində olan “Toyota Highlander” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəymişdir. Iddiaçı avtomobili rəsmi servisdən zəmanətlə aldığına görə təmir üçün müraciət etmiş və təmir üçün 11306 manat pul vəsaiti tələb edilmişdir, ##.##.2024-cü il tarixində həmin təmir xərcinin tam şəkildə ödənilməsinə dair hesab faktura verilmişdir. Daha sonra cavabdehin mülkiyyətində və istifadəsində olan “Hyundai Accent” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən sığortalandığı üçün nəqliyyata vurulmuş zərərə görə 4653.53 manat sığorta ödənişi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Beləliklə, sığorta ödənişi olunsa da təmir üçün tələb edilən 11306 manat məbləğində pul vəsaitin 6652.47 manat iddiaçının öz hesabına ödənilmişdir. Bundan başqa iddiaçı qəza nəticəsində avtomobilin əmtəə dəyəri itirildiyini qeyd etmişdir. Bu səbəbdən təmir xərci üçün 6652.47 manat pul məbləğindən başqa əmtəə dəyərinin itirməsinə görə vurulmuş 18000 manat zərər məbləğini də tələb etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Samirə Eyvazova) ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh “Toyota Highlander” markalı, **-LB-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş maddi zərərə görə 4941.54 (dörd min doqquz yüz qırx bir manat əlli dörd qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69.42(altmış doqquz manat qırx iki qəpik) manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh göstərilmiş hüquqi yardımın əvəzi olaraq 300 (üç yüz) manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, qiymətləndirmə üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində vəsaitin cavabdehin özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1-ci maddələrinə, “Icbari sığorta” haqqında Qanunun 15.1, 15.2, 15.3, 15.3.1, 15.3.2, 15.3.3, 15.3.4, 20.1, 20.2, 20.3, 50.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 14.3, 76.1, 76.2, 88, 89.1, 103.1, 107, 115, 119.1, 191.3, 216-220, 360-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamənin 24 və ** nömrəli bəndlərində məhkəmə dəymiş zərərin həcmi ilə bağlı qənaətini formalaşdırarkən qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı ekspertiza və mütəxəssis rəylərinin verilməsi üçün müraciət edilmiş, lakin avtomobilə dəymiş ziyanın məbləği ilə əlaqədar üç fərqli rəy əldə edilmişdir. Məhkəmə “xxxx” ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatı, “xxxx” MMC-nin hesab-fakturasını və “xxxx” MMC-nin daşınar əmlakadəymiş zərərin məbləğinin müəyyən edilməsi barədə rəyləri arasında müqayisə apararaq “xxxx” ASC-nin hesabatını obyektiv, ilkin və daha mötəbər dəlil hesab edir. “xxxx” ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatına əsaslanaraq məhkəmə avtomobilə dəymiş ziyanın məbləğini 9595.07 manat təşkil etdiyi nəticəsinə gəlir və “xxxx” ASC tərəfindən iddiaçı İddiaçı xeyrinə 4653,53 manat sığorta ödənişinin həyatakeçirildiyini də nəzərə alaraq dəymiş ziyana görə 4941,54 manat məbləğində ödənişin iddiaçının xeyrinə ödənilməsini məqbul ədalətli hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi avtomobilə dəymiş ziyanın geri ödənilməsi hissəsində qismən əsaslıdır və qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin avtomobilin təmir və bərpası ilə bağlı iddiaçı tərəfindən rəsmi servis mərkəzinə edilmiş ödəniş barədə hesab ödəniş sənədini və ödəniş qəbzini nəyə görə qəbul etmədiyini və həmin sübutu mötəbər sübut hesab etməyərək rədd etdiyini əsaslandırmamışdır. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, ilkin və mötəbər sübut hesab etdiyi hesab etdiyi “xxxx” ASC-nin hesabatındakı məbləğlə (9595.07) “xxxx” MMC-nin hesab-fakturasında göstərilən avtomobilin təmir və bərpası üçün hesablanmış məbləğdən (9581,36) 13,70 manat daha çox olmuşdur. Qətnamədən belə anlaşılır ki, məhkəmə nədənsə iddiaçı tərəfindən “xxxx” MMC-nin təmir xərclərinə görə əlavə hesabladığı 1724,64 manat ƏDV məbləğini iddiaçının zərəri hesab etməmişdir. Halbuki, iş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən iddiaçının təmir müəssisəsinə ƏDV-siz 9581,36, ƏDV ilə birlikdə isə 11306 manat pul vəsaiti ödədiyi öz təsdiqini tapmışdır. Bundan başqa qətnamədən görünür ki, məhkəmə iddia tələbinin əmtəə dəyərinin itirilməsi ilə bağlı hissəsində iddianın rədd edilməsi qənaətinə gələrkən öz qənaətini önunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəf nəqliyyat vasitəsinin əmtəə dəyərinin 18000 manat itirilməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar olaraq bildirir ki, iddia ərizəsində də qeyd edildiyi kimi 2021-ci ildə istehsal olunmuş və 26000 km yürüş məsafəsi qət etmiş zədəsiz “Toyota Highlander” markalı minik avtomobillərinin bazar qiyməti həmin dövrdə ən az 85000-90000 manat olmuşdur. Məhkəmə mübahisəsi zamanı avtomobilin bazar dəyəri barədə məlumatların mənbəyinin turbo.az online satış platforması olduğu bildirilmiş və cavabdeh tərəf bu halla bağlı hər hansı etiraz irəli sürməmişdir. Hesab edir ki, məhkəmənin iddia tələbinin həmin hissəsini tamamilə rədd etməsi qanunsuz və ədalətsizdir. Çünki hər kəsə bəllidir ki, buraxılış ili yeni və zədəsiz avtomobil zədələndikdən sonra onun əmtəə dəyərinin aşağı düşməsi mütləqdir. Həm ön, həm arxa hissəsi zədələnmiş nəqliyyat vasitəsi barədə bunun əksini iddia etmək isə heç bir ağlabatan mühakiməyə sığmır. Mübahisə yalnız əmtəə dəyərinin həcmi ilə bağlı ola bilərdi. Belə olan halda əgər məhkəmənin hər hansı şübhəsi var idisə o zaman məhkəmə elə öz təşəbbüsü ilə iş üzrə təyin etdiyi məhkəmə əmtəəşünaslıq ekspertizası qarşısında əmtə dəyərinin itirilib-itirilməməsi, həmçinin onun faizi barədə suallar qoymaqla müvafiq dəqiqləşmələr apara və mübahisənin ədalətli həllinə nail ola bilərdi. Qeyd edilənlərə əsasən hesab edir ki, hazırki qətnamə ilə həm maddi, həm də prosessual hüquq pozuntularına yol verilmiş və bununla da mübahisənin tam olaraq ədalətli həllinə nail olunmamışdır. Hazırki qətnamədən görünür ki, məhkəmə iddiaçıya qarşı ayrı-seçkiliyə yol vermiş, tərəflərin bərabərliyi prinsinə əməl etməmiş, işə hərtərəfli, tam və obyektiv baxmayaraq iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən iddia tələbini tam təmin etməli olduğu halda maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə çıxarmış, səhv qətnamə çıxarması nəticəsində Konstitusiyanın 127-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş prinsipləri pozmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən iddia tələbini tam təmin etməli olduğu halda maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə çıxarmış, səhv qətnamə çıxarması nəticəsində mənim Konstitusiyanın 60cımaddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququnu pozmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qətnamə qanuni və əsaslı olmadığından ədalətli hesab edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.

16. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

20. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

“Icbari sığorta” haqqında Qanun

21. 15.1. Icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

22. 15.2. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir.

23. 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir:

24. 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri;

25. 15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər;

26. 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər;

27. 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.

28. 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.

29. 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

30. 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.

31. 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Hazırki halda, iddiaçı qətnaməni mübahisələndirərək iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən qətnamə iddia tələbinin təmin olunmayan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Ilk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

45. Kollegiya hesab edir ki, hazırki mübahisə mülki hüquq pozuntusu - deliktdən irəli gələn mübahisə olduğundan məhkəmə mübahisəyə delikt münasibətlərinin tənzimlənməsi ilə bağlı normaları tətbiq etməkdə haqlı olmuşdur.

46. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, ## ###### 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Highlander” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hadisənin baş verməsində cavabdeh Cavabdeh mülkiyyətində və istifadəsində olan “Hyundai Accent” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilən yol-nəqliyyat hadisəsi birbaşa səbəb olmuşdur. Həmin nəqliyyat vasitəsinin mülki məsuliyyəti icbari qaydada “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. Bu səbəbdən, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Highlander” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı İddiaçı xeyrinə 4653,53 manat sığorta ödənişi həyata keçirilmişdir.

47. Hazırda işin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli dəymiş ziyanın 11306 manat (ədv ilə) müəyyən edildiyi hesabfakturasına əsaslanaraq onun xeyrinə ödənilmiş 4653,53 manat sığorta ödənişini çıxdıqdan sonra qalan dəymiş ziyanın əvəzi olaraq 6652 manatın cavabdehdən tutularaq ona ödənilməsini və avtomobilin bazar dəyəri barədə məlumatların mənbəyinin turbo.az online satış platforması olduğunu, buraxılış ili yeni və zədəsiz avtomobilin zədələndikdən sonra onun əmtəə dəyərinin aşağı düşməsinin mütləq hal olduğunu bildirərək nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsinə görə 18000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

48. Iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli hesab-fakturasına əsasən, “Toyota Highlander” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11306 manat (ədv ilə) ziyan dəymiş və iddiaçı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.

49. Iş materiallarında olan “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli ****** nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatına əsasən, “Toyota Highlander” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yekun olaraq 9595.07 manat ziyan dəymişdir.

50. Iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **/**-*** saylı daşınar əmlaka dəymiş zərərin məbləğinin müəyyən edilməsi barədə rəyə əsasən, “Toyota Highlander” markalı 77-LB919 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 5863 manat təşkil edir.

51. Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya şikayəti ilə iddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsi dəymiş zərərin nəticəsində ödənilməli olan məbləğ ilə bağlıdır. Belə ki, iddiaçı hesab edir ki, iddiaçıya ödənilməli olan məbləğ 6652 manat müəyyən olunmalıdır. Qətnamə ilə bu məbləğ 4941.54 manat müəyyən olunmuşdur.

52. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi avtomobilin təmir və bərpası ilə bağlı iddiaçı tərəfindən rəsmi servis mərkəzinə edilmiş ödəniş barədə hesab ödəniş sənədini və ödəniş qəbzini nəyə görə qəbul etmədiyini və həmin sübutu mötəbər sübut hesab etməyərək rədd etdiyini əsaslandırmamışdır. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, ilkin və mötəbər sübut hesab etdiyi “xxxx” ASC-nin hesabatındakı məbləğlə (9595.07) “xxxx” MMC-nin hesab-fakturasında göstərilən avtomobilin təmir və bərpası üçün hesablanmış məbləğdən (9581,36) 13,70 manat daha çox olmuşdur. Qətnamədən belə anlaşılır ki, məhkəmə nədənsə iddiaçı tərəfindən “xxxx” MMC-nin təmir xərclərinə görə əlavə hesabladığı 1724,64 manat ƏDV məbləğini iddiaçının zərəri hesab etməmişdir. Halbuki, iş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən iddiaçının təmir müəssisəsinə ƏDV-siz 9581,36, ƏDV ilə birlikdə isə 11306 manat pul vəsaiti ödədiyi öz təsdiqini tapmışdır.

53. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin hesabatındakı məbləğ 9595.07 manat (hesabatda güzəştli məbləğ olaraq 8461.81 manat) qeyd edilmiş, təmir şirkəti olaraq “xxxx” qeyd edilmişdir. “xxxx” tərəfindən tərtib edilmiş ikinci rəyindən də görünür ki, sifarişçi qurum olaraq “xxxx” ASC qeyd edilmişdir. Hər iki rəydə qiymətlər qeyd edilmiş, lakin “xxxx”nin tərtib etdiyi ikinci rəydə birinci rəydən əlavə olaraq ƏDV məbləğini ayrıca qeyd etmişdir, lakin “xxxx” ASC-nin hesabatında ƏDV ilə və ya ƏDV-siz ümumi məbləğin hesablanması qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, bu cür hesabatlarda ƏDV ümumi məbləğə daxil edilmədikdə, bu ayrıca məbləğ olaraq hesabatın sonunda qeyd edilir. Lakin “xxxx” ASC-nin hesabatında ayrıca məbləğ olaraq ƏDV qeyd edilməmiş, yalnız ümumi məbləğdən güzəşt edilən məbləğ ayrıca qrafada əksini tapmışdır. Eyni zamanda iddiaçı tərəf “xxxx” ASC-nin rəyini mübahisələndirməmiş, baş vermiş hadisə üzrə sığorta ödənişini qəbul etməklə, həmin hesabatla razılaşdığını nümayiş etdirmişdir. Daha sonra, ##.##.2024-cü il tarixli rəydə güzəştli məbləğ olaraq 8461.81 manat qeyd edilir. Kollegiya güzəştli məbləği araşdırmadan apellyasiya şikayətində qeyd edilən hallar üzrə araşdırma aparır.

54. Kollegiya 1724,64 manat ƏDV məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini təşkil edir. Qeyd edilən çekin sonunda 11306 manat yekun məbləğdən sonra 1724,64 manat ƏDV məbləği qeyd edilmişdir. Qanunvericiliyin tələbinə əsasən həmin məbləğ iddiaçıya geri ödənilir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçı tərəf ilkin rəydə göstərilən qiymətlə zərərin aradan qaldırılması üçün çəkilmiş ikinci rəydə göstərilən qiymət arasında fərqi, yəni xərcin zərərin aradan qaldırılması üçün zəruri və obyektiv olduğunu sübut edə bilməmişdir. Dəymiş zərərin məbləğinin müəyyən edilməsi zamanı zərərçəkənin avtomobilin təmiri üçün faktiki ödədiyi məbləğ, o cümlədən ƏDV üçün ödədiyi pul məbləği həlledici və yeganə meyar hesab edilə bilməz. Zərərin əvəzinin ödənilməsinin məqsədi zərərçəkənin pozulmuş əmlak vəziyyətinin mümkün qədər əvvəlki vəziyyətə gətirilməsidir. Bu baxımdan zərərçəkənin avtomobili təmir etdirmək üçün seçdiyi servis və həmin servisdə tətbiq edilən qiymətlər, özlüyündə, zərərin real və zəruri məbləğini müəyyən etmir. (Nəzərə almaq lazımdır ki, hər iki rəydə “xxxx”nin adı qeyd edilir, lakin iki fərqli ümumi məbləğ qeyd edilir.)

56. Belə ki, zərərçəkən şəxs avtomobilini orta bazar qiymətlərindən əhəmiyyətli dərəcədə yüksək qiymət tətbiq edən servisə öz mülahizəsinə əsasən təmir etdiribsə, həmin əlavə xərcin dəymiş zərərin tərkib hissəsi kimi qarşı tərəfdən tutulması üçün onun zərərin aradan qaldırılması baxımından zəruri, ağlabatan və obyektiv əsaslara malik olduğunu sübut etməlidir.

57. Əks halda, zərərçəkənin sırf öz seçimi nəticəsində yaranmış əlavə xərcin zərərvuran şəxsin üzərinə qoyulması zərərin kompensasiyası prinsipindən kənara çıxaraq zərərçəkənin əsassız varlanmasına səbəb ola bilər.

58. Kollegiya apellyasiya şikayətinin nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsinə görə 18000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində avtomobilin bazar dəyəri barədə məlumatların mənbəyinin turbo.az online satış platforması olduğunu, buraxılış ili yeni və zədəsiz avtomobilin zədələndikdən sonra onun əmtəə dəyərinin aşağı düşməsinin mütləq hal olduğunu bildirmişdir. Buna baxmayaraq iddiaçı ən azından apellyasiya şikayətində qeyd etdiyi kimi turbo.az online satış platformasından avtomobilin bazar dəyəri barədə məlumatları və çıxarışları təqdim etmə imkanı olduğu halda, ümumiyyətlə iddianı əsaslandıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

59. Belə ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

60. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

62. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar