Məhkəmə qərarları › İş №e-2(3-6)-2352/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2352/2026

28.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2352/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9katibliyi ilə, Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ## ###### 2019-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, İddiaçı IB müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür.

2. Təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı Cavabdeh barəsində 17 akt tərtib olunmuşdur.

3. 2019-cu ildən 2022-ci ilin may ayına kimi (## ### 2022-ci il tarixdən qanunvericilikdə olan dəyişikliyə qədər) 6 akt tərtib olunmuşdur və həmin aktlara əsasən İddiaçı IB tərəfindən hesablanmış zərərin məbləği 8414,26 manat təşkil edir.

4. 2022-ci ilin may ayından 2024-cü ilin avqust ayına kimi 9 akt tərtib olunmuşdur və həmin aktlara əsasən İddiaçı IB tərəfindən hesablanmış zərərin məbləği 4155,54 manat təşkil edir.

5. X8 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş “Inzibati tənbeh vermə haqqında” ## ####### 2024-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, ******* nömrəli protokola baxılaraq, Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.

6. X8 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş “Inzibati tənbeh vermə haqqında” ## ### 2025-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, ******* nömrəli protokola baxılaraq, Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.

7. Inzibati tənbehlə bağlı qərarlara əsasən ödənilməli olan zərərin məbləği 1048,96 manat (99,36 manat + 949,6 manat = 1048,96 manat) təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı Istehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən vurulmuş 13340,78 manat məbləğində zərərin və 130,02 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 13470,80 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı IB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının Istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 426,60 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 1296 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1339,20 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 4034,88 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 552,96 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 99,36 manat (video); - ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 949,60 manat (video). Cəmi 13619,08 manat məbləğində İddiaçı IB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 426,60 manat zərədən 278,3 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı IB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo və Gasrep üzrə ümumi 13340,78 manat təşkil etməkdədir.

10. ## ###### 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki,qaz sayğacından kənar qaz xəttinə qanunsuz qoşulma iddiası 2019-2024-cü illəri əhatə etdiyindən, həmin dövrdə kənar xəttin olmasını müəyyən etməyin mümükün olmadığı qeyd olunmuşdur. Habelə 2019-cu ilin dekabrından 2022-ci ilin may ayına qədər iddiaçı tərəfindən tərtib edilmiş 6 akt üzrə hesablanmış 8414,26 manat dəymiş ziyan məbləğinin düzgünlüyünə rəy verməyin mümkün olmadığı, aktlar əsasında hesablanmış 1048,96 manat dəymiş ziyan məbləğinin cavabdeh tərəfindən ödənilməli olduğu qeyd olunmuşdur.

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, Cavabdeh vurulmuş maddi zərər üzrə 1048,96 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,49 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

12. Qətnamənin əsaslarına görə, işin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı İddiaçı IB tərəfindən istehlakçı Cavabdeh sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyi halı aşkar edilərək akt tərtib olunmaqla, dəymiş zərər kimi 13340,78 manat borc hesablanmış və bu borc məbləği iddiaçının abonent saldosuna daxil edilmişdir. Hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən qərarların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq tələbnamələr əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi qərarın qanuniliyini, o cümlədən qeyd edilmiş pozuntuları və həmin pozuntuların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü qərarı qəbul etmiş orqanın, yəni cavabdeh İddiaçı IB-nin üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb ## ###### 2024-cü il və ## ##### 2025-ci il tarixli aktlara münasibətdə qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, iddiaçı İddiaçı IB tərəfindən cavabdeh barəsində ## ###### 2024-cü il və ## ##### 2025-ci il tarixli aktlar tərtib edildikdən sonra, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti quruma müraciət edilmiş və həmin aktlar əsasında X8 Agentliyinin Bakı filialı tərəfindən cavabdeh barəsində inzibati tənbeh vermə haqqında müvafiq olaraq ## ####### 2024-cü il tarixli və ## ### 2025-ci il tarixli qərarlar qəbul edilmişdir. Digər akt və tələbnamələrə münasibətdə isə müvafiq qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da belə qərarların olduğu müəyyən edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin tələbnamələrlə tələb edilməsi və həmin zərərin məbləğinin abonentin saldosuna daxil edilməsi əsassız və qanunsuzdur. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi yalnız ## ###### 2024-cü il və ## ##### 2025-ci il tarixli aktlar əsasında hesablanmış, cəmi 1048,96 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməli, digər akt və tələbnamələrlə bağlı hissədə isə rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4, 11.6, 13.8- 1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh İddiaçı Istehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, iddianın rədd olunduğu hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə görə, İddiaçı IB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X4nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyriqanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə Iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi İddiaçı IB-nin iddia tələbini təmin etməməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. İddiaçı IB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq məhkəmə iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, e-*(*- *)-****/**** nömrəli qərardadı ilə mütəxəssis rəyinin alınması, mütəxəssis rəyinin verilməsinin Azərbaycan Respublikasının Energetika Nazirliyi X8 Agentliyi Bakı Filialına həvalə edilməsi qərara alınmışdır.

19. Azərbaycan Respublikası X8 Agentliyi Bakı Filialı tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki: İddiaçı IB tərəfindən yaşayış evində aşağıda sadalanan qaz qurğularından istifadə olunduğu göstərilmişdir: - 1 ədəd PQ-3 markalı məişət tipli qaz plitəsi; - 1 ədəd su qızdırıcısı. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini nəzərə almaqla qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 2019-cu il üzrə 298,4 manat, 2021-ci il üzrə 298,4 manat, 2022-ci il üzrə 643 manat olmaqla cəmi 1239,80 manat təşkil edə bilər, abonent saldosunun təhlili nəticəsində bu məbləğdən 313,4 öədnildiyi müəyyən edilir. Beləliklə qazdan qanunsuz istifadə halı təsdiq edilərsə, istehlakçıdan tutula biləcək məbləğ 1239,8 – 313,4 = 926,4 manat təşkil edir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://e-qanun.az/framework/60387" \o "Azərbaycan Respublikasının Energetika Nazirliyi"orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər X4 ilə tənzimlənir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1999-cu tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: Maddə 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” Qaydaları: 2.7. Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Agentliyin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər. Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu: 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti ilə qətnamə iddianın rədd edilən hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyasın məhkəməsinin mövqeyi

26. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə dəyişdirilməlidir.

27. Işin mübahisələndirilən hallar 2019-cu ildən 2024-cü ilin avqust ayına kimi tərtib olunmuş aktlarla bağlıdır.

28. ## ### 2022-ci il tarixdən qanunvericilikdə olan dəyişikliyə əsasən qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

29. 2022-ci ilin may ayından 2024-cü ilin avqust ayına kimi 9 akt tərtib olunmuşdur və həmin aktlara əsasən İddiaçı IB tərəfindən hesablanmış zərərin məbləği 4155,54 manat təşkil edir.

30. Məhkəmə kollegiyası hesab edir ki, 2022-ci ilin may ayından 2024-cü ilin avqust ayına kimi tərtib olunmuş 9 akt üzrə paylayıcının istehlakçıdan zərərin əvəzini tələb etmək hüququ olmadığına görə birinci instansiya məhkəməsinin bu hissədə iddianın rədd edilməsi ilə bağlı gəldiyi qənaət əsaslıdır.

31. 2019-cu ildən 2022-ci ilin may ayına kimi (## ### 2022-ci il tarixdən qanunvericilikdə olan dəyişikliyə qədər) 6 akt tərtib olunmuşdur və həmin aktlara əsasən İddiaçı IB tərəfindən hesablanmış zərərin məbləği 8414,26 manat təşkil edir.

32. Bu dövrə aid olan aktlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, aktların tərtib olunduğu dövrdə qaz xəttinə qeyri-qanuni qoşulmanın olması iş materiallarında olan fotoşəkillər ilə (qaz xəttinə boru vasitəsilə qoşulma) öz təsdiqini tapır. 5-6 ildən sonra aparılan tədqiqat zamanı borunun üzərində hər hansı bir zədə və ya izin olmaması həmin dövrdə qoşulmanın olmaması qənaətinə gəlməyə əsas verə bilməz.

33. Həmçinin, məhkəmə kollegiyası aktların tərtib olunduğu və bundan sonrakı dövrdə olan sayğac göstəricilərinin məlumatlarını da təhlil edərək qeyd edir ki, aktların tərtib olunduğu dövrdə sayğac göstəricisi də təsdiq edir ki, sonrakı aylarda qaz sərfiyyatının göstəricisi yüksək həddə olduğu halda aktların tərtib olunduğu dövrdə bu göstərici kəskin formada aşağı ola bilməzdi, sərfiyyatın sayğac göstəricisində məhz bu cür əksini tapması qanunsuz qoşulma faktınının olduğunu sübuta yetirir.

34. Həmin dövrdə tərtib olunmuş aktlara münasibətdə isə borcun düzgün hesablanıb – hesablanmadığını müəyyən etmək məqsədilə mütəxəssis rəyi alınmışdır.

35. Azərbaycan Respublikası X8 Agentliyi Bakı Filialı tərəfindən tərtib edilmiş rəydə qeyd olunmuşdur ki, zərərin miqdarı 2019-cu il üzrə 298,4 manat, 2021-ci il üzrə 298,4 manat, 2022-ci il üzrə 643 manat olmaqla cəmi 1239,80 manat təşkil edə bilər, abonent saldosunun təhlili nəticəsində bu məbləğdən 313,4 ödənildiyi müəyyən edilir. Beləliklə qazdan qanunsuz istifadə halı təsdiq edilərsə, istehlakçıdan tutula biləcək məbləğ 1239,8 – 313,4 = 926,4 manat təşkil edir.

36. Buna görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin 926,4 manat məbləğində borcun tutulmaması ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır və qeyd olunan hal qətnamənin dəyişdirilməsinə əsasən verir.

37. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə borcun məbləği hissəsində düzgün olmadığından, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Buna görə də iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh İddiaçı Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tutulmalı olan borcun məbləği hissəsində dəyişdirilərək məbləğ 1975,36 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar