Məhkəmə qərarları › İş №e-2(3-6)-2392/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2392/2026

30.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2392/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4katibliyi, iddiaçının nümayəndəsi vəkil2 qııznın iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Cavabdeh Bakı şəhəri Nəsimi RPI 22-ci PB-da verdiyi izahatından müəyyən edilir ki, ##.##.2025-ci il tarixdə İddiaçı faizə borca 5000 manat pul istəmiş, Rusaln az miqdarda borca pul vermədiyini, azı 10000 manat 6 ay ərzində üzərində 4000 manat faizlə vəsait qaytarmalı olduğunu demiş və bildirmişdir ki, dostunun puludur, həmçinin həmin məbləğə girov qoymasını bildirmişdir. O, məcburiyyət qarşısında qalıb razılaşmış və BMW markalı avtomobili girov qoymuşdur. Bir müddət sonra Ruslan avtomobili onun adına keçirməyini tələb etmişdir. Lakin o, razılaşmamış, avtomobil ona məxsus olmadığını bildirmişdir. Bu zaman Ruslan avtomobili zapçast kimi satacağını bildirmişdir. Onlar razılaşmışlar ki, o, 35 qram qızıl və 1500 manat pul versin, avtomobili satıb qalan borcunu qaytarsın. Sonradan Ruslan ona hədə-qorxu gəldiyini bildirmişdir.

2. Bakı şəhəri Nəsimi RPI-nin 22-ci PŞ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə qeyd olunmuş xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 10000 manat əsas borc məbləğinin, hüquqi yardıma görə ödənilmiş 320 manat vəkil haqqının, 500 manat məbləğində mənəvi zərərin əvəzinin və 154 manat dövlət rüsumunun, ümumilikdə 10974 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh iddiaçı ilə uzun illərdir şəxsi tanışlıq münasibətində olmuş (uşaqlıq dostudur) və bu münasibətdən sui-istifadə edərək iddiaçını aldadıb, ona məxsus olmayan əmlakı girov kimi təqdim etməklə, iddiaçının etibarını qazanaraq iddiaçıdan ümumilikdə 10000 manat pul vəsaiti almışdır. Belə ki, cavabdeh maliyyə baxımından çətin vəziyyətdə olduğunu bildirərək, iddiaçıdan 10000 manat pul istəmiş, bu məbləği 6 ay ərzində geri qaytaracağına dair vəd vermişdir. Hətta əlavə olaraq bildirmişdir ki, zərurət yaranarsa, faiz və ya əlavə məbləğ də ödəyəcək. Bu məqsədlə o, iddiaçıya təminat olaraq idarə etdiyi ** XP *** dövlət qeydiyyat nişanlı, BMW markalı nəqliyyat vasitəsini girov verdiyini qeyd etmiş və həmin avtomobilin açarlarını təqdim etmişdir. Ilk mərhələdə iddiaçı tanış adamdan 10000 manatı borc alaraq cavabdehə təqdim etdi. Cavabdeh bu məbləği aldıqdan sonra bildirmişdir ki, sabah avtomobili iddiaçının adına keçirəcək. Lakin, ertəsi gün əlaqə saxladıqda, o, həmin avtomobilin özünə məxsus olmadığını, dostuna məxsus olduğunu və sadəcə idarə etmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra o, avtomobili geri qaytarmadığı halda barəsində hüquq-mühafizə orqanlarına yalan məlumat verəcəyini, guya avtomobili oğurladığını bildirəcəyini deyərək iddiaçını hədələməyə başlamışdır. Iki gün sonra cavabdeh iddiaçıyla görüş təyin etmiş və görüşə gələndə onunla birlikdə 4 nəfər naməlum şəxs də iştirak etmişdir. Həmin şəxslər birlikdə iddiaçıya təzyiq göstərərək avtomobili qaytarmamağı tələb etmiş və açıq şəkildə hədə-qorxu ilə qarşılaşmışdır. Onlar bildiriblər ki, “maşını qaytar, pul yoxdur, pulu da unut”. Iddiaçı isə qanunvericiliyə və dövlət orqanlarına olan inamı səbəbindən nəqliyyat vasitəsini cavabdehə qaytardı. Bundan sonra baş verənlər barədə Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinə və “102” xidmətinə məlumat verdi. Tərəflər polisə dəvət olundu, izahatlar alındı və iddiaçıya bildirilmişdir ki, bu məsələ mülki hüquqi münasibətləri tənzimləyir və bu səbəbdən məhkəməyə müraciət etməlidir. Cavabdehə verdiyi 10000 manat məbləğinin başqa şəxsdən borc alaraq təqdim etmiş, borcu qaytarmaq məqsədilə bankdan kredit götürməyə məcbur olmuşdur. Hazırda həmin kreditə görə ümumilikdə 20775 manat məbləğində ödəniş həyata keçirir və aylıq ödəmələrlə bu vəsaiti qaytarır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 10000 manat, hüquqi xidmətə görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin, 154 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin olunmaması qət edilmişdir.

6. Qətnamənin əsaslarına görə, tərəflər arasında yaranan münasibətlər borc münasibətləri olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 10000 manat məbləğində borc pul verdiyini bildirir. Cavabdeh isə iddiaçının ona 10000 manat məbləğində borcun faizlə verildiyini bildirir. Göründüyü kimi, iddiaçı tərəfindən 10000 manat borc verilmişdir. Borcun həqiqətən də verilməsinə dair bu halı cavabdehin qismən etirafı, yəni 10000 manat məbləğində pulun borc verilməsini işin mübahisəsiz halı kimi qiymətləndirir. Iş materiallarında olan Whatsapp üzərində yazışmada “10 min vermisən” “500 manat ödəmişəm” kimi ifadələr qeyd edilsə də, göründüyü kimi borcu qaytarılması ilə bağlı heç bir sübut yoxdur. Belə olan halda, məhkəmə əsas borc məbləğinin 10000 manat olmasını işin mübahisəsiz halı kimi nəzərə almışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 10000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdeh iddiaçının borc olaraq 10000 manat pul verdiyini etiraf etmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 10000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 10000 manat məbləğində pul ona geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 500 manat mənəvi zərərə görə pul tələbi hissəsində əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlmişdir. Hazırki halda müqavilə öhdəliklərinin pozulması nəticəsində iddiaçının eyni zamanda şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 337.1, 337.4, 337.5, 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 740.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələblərinə zidd olaraq mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış və nəticədə əsassız qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma hissəsində işin konkret hallarına istinad edilməmiş, təqdim edilmiş sübutlar qiymətləndirilmədən, məhkəmə tədqiqatı materiallarına istinad olunmadan ümumi mülahizələr irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı və təqdim edilmiş sübutlarla iddianın əsassız olması sübut edilsə də, məhkəmənin yekun qərarı zamanı bu hal nəzərə alınmamışdır. Məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi sübutlar düzgün araşdırılmamış və nəticədə iddia tələbi əsassız olaraq təmin edilmişdir. Iddiaçı ilə cavabdeh arasında 10000 manat məbləğində borc müqaviləsi olmuş olsa idi, qanunvericiliyin tələbinə əsasən həmin borc müqaviləsi mütləq yazılı formada bağlanılmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Iddiaçının nümayəndəsi vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli qərarı: “... sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. ... fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. ... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.”

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğv olunması xahiş edilsə də, iddia tələbinin təmin edilmədiyi hissədə qətnamə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia tələbinin rədd edilən hissəsində hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Işin halları və işdə olan sübutlar əsasında məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır. Iş materiallarında olan “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılan yazışmada “10 min vermisən” “500 manat ödəmişəm” kimi ifadələr qeyd edilsə də, göründüyü kimi, borcu qaytarılması ilə bağlı heç bir sübut mövcud deyildir.

19. Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması qənaətinə gələrkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 10000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. bununla belə, cavabdeh iddiaçının borc olaraq 10000 manat pul verdiyini etiraf etmişdir, ona görə də, tərəflər arasında bağlanmış 10000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 10000 manat məbləğində pul ona geri qaytarılmalıdır.

20. Azərbaycan Respublikasının 2016-cı il ## ### tarixli Qanunu ilə Mülki Məcəllənin 740-cı maddəsinin mətninə verilmiş yeni redaksiyaya əsasən (hazırda qüvvədə olan 739.2-ci maddə) borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (əvvəlki redaksiyaya görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər).

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli qərarında qeyd olunmuşdur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.

22. Hazırkı mübahisə üzrə borcun alınmasına dair cavabdehin etirafı ilə yanaşı tərəflər arasında yazışmalar da mövcuddur.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış hüquqi əsaslandırma isə razılaşmasa da qeyd edir ki, məhkəmənin mövqeyi qanunvericiliyin tələbinə və qətnamənin çıxarıldığı zaman formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olmuşdur, buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli qərarında əks olunan hüquqi mövqeyə istinad oluna bilməzdi.

24. Həmin qərarda qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

25. Qeyd olunanları və MPM-nin 385.2-ci maddəsinin tələbini (Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.) nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəlinən nəticə düzgün olduğundan əsaslandırmanın obyektiv səbəblərdən düzgün aparılmaması qətnamənin ləğvi üçün əsas ola bilər.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar