Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2415/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı İB-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, 096 Türkan.Xanlar-0430- 0080 ünvanında quraşdırılmış sayğac üzrə *************** nömrəli abonent kodu istehlakçı cavabdeh2 məxsusdur. İddiaçı tərəfindən iddia ərizəsində ##.##.2020-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi aktlar tərtib edilərək zərər hesablandığı qeyd edilmiş və məhkəməyə cəmi 6 akt və tələbnamələr təqdim edilmişdir. Həmin aktlardan fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi qeyd edilərək tərtib edilmiş və borc hesablanmışdır. Bununla yanaşı, yalnız sonuncu ##.##.2025-ci il tarixli akt cavabdeh cavabdeh1 barəsində tərtib edilmiş və X5 Agentliyinin Bakı filialı tərəfindən də həmin akt əsasında məhz cavabdeh cavabdeh1 inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hazırda iddiaçı aktlara əsasən hesablanmış məbləğin tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı İB cavabdeh cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 25 514,56 (iyirmi beş min beş yüz on dörd manat 56 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 114,50 (yüz on dörd manat 50 qəpik) manat və 166,89 (yüz altmış altı manat 89 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, 25 795,95 (iyirmi beş min yeddi yüz doxsan beş manat 95 qəpik) manat pulun cavabdehlərdən müştərək qaydada məcburi qaydada tutularaq iddiaçı İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ38040039449955001922) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə abonent cavabdeh2a rasında ##.##.2019-cu il tarixində AKX-*******/**-**** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən*************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan İstifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdelərin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 561,60 manat; ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 1555,20 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1684,80 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1166,40 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1706,40 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1706,40 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1399,68 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 2203,20 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 544,32 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 274,32 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cüil tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 917,20 manat (video); Cəmi 25.514,56 (iyirmi beş min beş yüz on dörd manat 56 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi Bakı filialı tərəfindən cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması təsdiqini tapmış və cavabdeh1 barəsində ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdehlərin ödənilməmiş 2025-ci ilin aprel may ayları üzrə 114,50 manat sərfiyyat borcu qalmışdır. 2025-ci ilin aprel ayından 2025-ci ilin iyun ayına qədər cavabdehlər ödəniş etməmişdirlər. Yuxarda qeyd olunlardan əlavə cavabdehlərin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 114,50 (yüz on dörd manat 50 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehlərin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo və gasrep üzrə ümum 25.629,06 (iyirmi beş min altı yüz iyirmi doqquz manat 06 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 vurulmuş maddi zərər üzrə 917.2 manat (doqquz yüz on yeddi manat, iyirmi qəpik) və debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 114.5 manat (yüz on dörd manat, əlli qəpik) olmaqla cəmi 1031.7 manat (min otuz bir manat yetmiş qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 31.10 (otuz bir manat on qəpik) manat dövlət rüsumunun məbləğinin tutulması və iddiaçı İddiaçı İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixli akt cavabdeh cavabdeh1 barəsində tərtib edilmiş və X5 Agentliyinin Bakı filialı tərəfindən də həmin akt əsasında məhz cavabdeh cavabdeh1 inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Digər akt və tələbnamələrə münasibətdə isə inzibati məsuliyytə cəlb edilmə barədə qərar iddiaçı tərəfindən ümumiyyətlə məhkəməyə təqdim edilmədiyi kimi, iddiaçı qurumun nümayəndəsi özü də izahatında belə qərarların mövcud olmadığını təsdiq etmişdir. Halbuki, Mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, onlardan istifadə etməli və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Habelə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olduğu təqdirdə məhkəmə qeyd etmişdir ki, cavabdehin qazın talanmasında təqsirli olması faktı sübut edilmədən vurulmuş maddi zərərin ödənilməsinin cavabdehdən tələb edilməsi əsassız və qanunsuzdur. Beləliklə, iddiaçı qurum tərəfindən cavabdehə məxsus ünvanda təbii qaz xəttinə kənar qanusuz xətt vasitəsilə qoşulma faktının olması və belə fakt varsa bu qoşulmanın məhz cavabdeh tərəfindən edildiyi və cavabdehin təqsirliliyi heç bir mötəbər və mümkün sübutlarla təsdiq edilə bilməmiş, məhkəmə araşdırması ilə də qeyd edilən hallar aşkar edilməmişdir. Əksinə, iddiaçı qurum tərəfindən tərtib edilmiş və sübut kimi təqdim edilmiş aktlar və tələbnamələr qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edildiyi və qeyd edilən digər əsaslara görə faktı təsdiq etmək üçün mötəbər və mümkün sübut kimi qəbul edilə bilməz. Belə olan halda şəxsin təqsirli olmadığı əmələ və vurmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. Bu səbəblə məhkəmə hesab etmişdir ki, cavabdeh İddiaçı İB tərəfindən ##.##.2020-ci il tarixindən ##.##.2024-cü il tarixinədək tərtib edilmiş akt və tələbnamə əsasında hesabanmış zərər (borc) məbləğinin cavabdehdən tələb edilməsi əsassızdır və ona görə iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bununla belə, məkəmə araşdırması ilə müəyyən edilir ki, ##.##.2025-cü il tarixli akt məhz cavabdeh cavabdeh1 barəsində tərtib edilmiş və həmin akt əsasında da X5 Agentliyinin Bakı filialı tərəfindən qərarla cavabdeh inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə olduğu təqdirdə məhkəmə hesab etmişdir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi yalnız ##.##.2025-ci il tarixli akt və tələbnamə əsasında hesablanmış 917.2 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir. İddia iddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh (istehlakçı) arasında “Qazın alqı-satqısı müqaviləsi” bağlanmışdır. Belə olduğu təqdirdə, cavabdeh qazın alqısatqısına dair müqavilə bağlandığı andan yaranmış olan qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. İddia ərizəsindən və iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq, abonentlə arasında “Qazın alqısatqısı müqaviləsi” bağlandığı tarixdən sonrakı dövr üçün ödənilməmiş olan debitor borcun da cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi debitor borcun tutulması hissəsində təmin edilməli və cavabdeh Ağayev Əlyar Yavər oğlundan 114.5 manat məbləğində debitor borc tutulmalıdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh2 münasibətdə həm debitor borc tələbi, həm də akt əsaslı borc tələbi əsaslı hesab edilə bilməz. Çünki cavabdeh cavabdeh2 barəsində iş materiallarında onun cəza çəkmə müəssisəndə olması barədə arayış mövcuddur. Həmin arayışa əsasən cavabdeh cavabdeh2 ##.##.2020-ci il tarixdən * saylı cəza çəkmə müəssisəində cəza çəkir. Belə olduğu təqdirdə isə məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh2 iştirakı ilə tərtib olunduğu qeyd olunan aktlar əsassız hesab edilməli, habelə debitor borc da yalnız digər cavabdeh Ağayev Əlyar Yavər oğlundan tutulmalıdır. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddianın təmin edilməmiş hissədə ləğv edilməsinə və iddia tələbinin də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş, fotoşəkiləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin aktlar əsasında “dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Faktla bağlı İddiaçı İB tərəfindən X5 Agentliyinə də rəsmi müraciət edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi İddiaçı İB-nin iddia tələbini təmin etməməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materialarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələblərinin tam əsaslı olduğunu təsdiq edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materialarında olan digər sübutlar (fotoşəkilər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkiklərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xətinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xətinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələblərini tam təmin edərdi. Çünki tərəflərindən təqdim edilmiş sübutlar (aktlar, fotoşəki lər, tələbnamələr, abonent saldosu) iddia tələblərinin əsaslı olduğunu sübut edir. İş materialarında yer almış və tərəflərindən təqdim olunan sübutlar iddia tələblərinin tam əsaslı olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. Qətnamədən məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Birinci instansiya Məhkəməsinin qətnaməsindən o da, məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir. İstehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. İddiaçı İB-nin iddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xətdə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə) 6-2-ci maddəsinə görə 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə) Maddə 13. 8-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il ###ın #-dən qüvvəyə minmişdir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə iddia tələbi təmin edilməyən hissədə qismən təmin edilməlidir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı cavabdehlərdən qazdan istifadə qaydalalarının pozulmasına görə müxtəlif dövrlərdə aktlar üzrə hesablanmış borcun tutulmasını xahiş edir. Belə ki, iddiada qeyd olunduğu kimi İddiaçı İstehsalat Birliyi ilə abonent cavabdeh2 arasında ##.##.2019-cu il tarixində AKX-*******/**-**** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İddia tələbinə əsasən cavabdehlər tərəfindən bu qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunması iddia olunur. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi aktlar aşağıdakılardır: ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 561,60 manat; ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 1555,20 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1684,80 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1166,40 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1706,40 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1706,40 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1399,68 manat; ##.##.2022ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022 ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 2203,20 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cüil tarixli ******* saylı akt əsasında 544,32 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 274,32 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cüil tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 917,20 manat (video); Cəmi 25 514,56 (iyirmi beş min beş yüz on dörd manat 56 qəpik) manat məbləğində zərər vurulmuşdur. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı tərəfindən ##.##.2020-ci il, ##.##.2020, ##.##.2021, ##.##.2021, ##.##.2021, ##.##.2024-cü il tarixli tərtib edilmiş aktlar iş materiallarına əlavə edilmişdir. İddia tələbində qeyd edilən digər aktlar iş materiallarına əlavə edilməmişlər. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixə qədər tərtib edilmiş qeyd olunan aktlara münasibətdə əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh cavabdeh2 ##.##.2020-ci il tarixdən * saylı cəza çəkmə müəssisəində cəza çəkir, bununla belə digər cavabdeh qeyd edilən aktlar yazılan dövr ərzində mübahisəli ünvanda daimi yaşamaqla təbii qazdan istifadə etmiş və həmin dövr üçün ödənişlər etməmişdir. Bunu öz izahatı ilə kollegiyanın iclasında təsdiq edərək əlavə olaraq göstərmişdir ki, həmin ünvanda anası və qardaşı ilə birlikdə yaşamışlar. Məhkəmə Kollegiyası iddia tələbi üzrə qeyd edir ki, 2022-ci ilin may ayından sonra hesablanmış borcun yoxlanılması zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci ilin ## ### tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş prosedur nəzərə alınacaqdır. Qanuna dəyişiklikdən əvvəlki dövrə təsadüf etdiyindən, digər borclara həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsində göstərilmiş prosedur tətbiq olunmayacaqdır. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının ##.##.1998-ci il tarixli ***-Q saylı Qanunu Azərbaycan Respublikasının # #### 2025-ci il tarixli ***-VIIQ nömrəli ilə Qanunu ilə ləğv edilmişdir və yeni redaksiyada verilmişdir). Belə ki, ##.##.2024-cü il tarixli akta münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, həmin akt üzrə pozuntu ilə bağlı qaz paylayıcısının aktının 1 (bir) nüsxəsinin barəsində akt tərtib edilmiş şəxsə, 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim olunması və bununla bağlı müvafiq inzibati və ya cinayət işi üzrə icraatın aparılması müəyyən edilmədiyindən, həmin borc silinməlidir. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçı İstehsalat Birliyi istinad etdiyi həmin akt üzrə göstərilən sübutları (istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı) məhkəməyə təqdim etməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, həmin akt, ##.##.2024-cü il tarixli əsasında dəymiş zərərin əvəzinin tələb edilməsi əsassızdır. Məhkəmə Kollegiyası hesab edir ki, iddiada göstərilən ##.##.2021-##.##.2022-ci tarixli aktlardan başqa digər aktlar iş materiallarına əlavə edilmədiyi üçün onlar üzrə araşdırma aparılması mümkün olmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, ##.##.2020-ci il tarixli ******* saylı akt ##.##.2020-ci il tarixli ******* saylı akt, ##.##.2021-ci il tarixli ******* saylı akt ##.##.2021-ci il tarixli ******* saylı akt, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında borcun tələb edilməsi hissəsində əsaslı olmuşdur. Lakin Məhkəmə Kollegiyası hesab edir ki, həmin aktlara görə hesablanmış borcun məbləği düzgün olmamışdır. Belə ki, həmin aktlardakı məbləğlərlə bağlı Məhkəmə Kollegiyası hesab edir ki, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixə qədər qazdan istifadəyə görə hesablanmış borclar da mübahisələndirildiyindən, bu dövrə aid olan və ödənişlərin aparılmadığı müddət üçün qaz həcminin hesablanması cihazların göstəriciləri üzrə günlük 6 saat əsas götürülərək, 1 aylıq yoxlama müddəti nəzərə alınmaqla aparılmalıdır. Bununla belə Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, üçün noyabr ayı daxil olmaqla aprel ayına qədər qış ayları üçün, ödəniş hesablanmalıdır. Belə ki, işin halları ilə müəyyən olunur ki, cavabdehlərin yaşadığı ünvanda ##.##.2020ci il-##.##.2021-ci il tarix aralığında qaz sərfiyyatı olmuşdur, başqa sözlə həmin ünvanda yaşayış olması faktı təsdiqini tapmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, 01 noyabrdan 30 aprelə qədər üçün hər aya görə 73.80 manat ödəniş hesablanmalıdır. Məhkəmə Kollegiyası bu qənaətə gələrkən nəzərə alır ki, saldo məlumatlarına əsasən iddiaçı həmin evdə dəmir peç (1/1), 3 gözlü qaz plitələri (PQ-3) (1/1), qənaətli su qızdırıcısı (1/1) istifadə edir. qış ayları üçün hər aya görə 73.60 manat aşağıdakı qaydada hesablanmışdır: 1,2x6x30=216 m3 ( plitə PQ-3) 1,5x6x30=270 m3 ( su qızdırıcısı ) 1,4x6x30=252 m3 (dəmir peç) 216+270+252=738 m3 x 0,10 = 73.80 manat Qeyd edilən hesablamalar iş materiallarında olan aktlar üzrə aparılmış hesablamalarda öz əksini tapmışdır, yəni 10 qəpikdən. Məhkəmə Kollegiyası qeyd edir ki, ##.##.2020-ci il-##.##.2021-ci ilədək tarixli aktlar üzrə 369,00 manat cavabdehdən tutulmalıdır. Belə ki, Məhkəmə Kollegiyası işdə olan abonent saldosunun və aktlar üzrə müqayisəli tədqiqat aparılmasını aşağıdakı cədvəl üzrə hesablamışdır.
Kollegiya tərəfindən Saldoda hesablanan S/s Akt üzrə Tarix Həcm olan məbləğ məbləğ m3 manat manat
1 0291663 ##.##.2020 5616 561,60 73,80 2 0292101 ##.##.2020 7272 727,20 73,80 3 0292123 ##.##.2021 7272 727,20 73,80 4 0293663 ##.##.2021 7272 727,20 73,80 5 0295624 ##.##.2021 7272 727.20 73,80
3470,40 369,00
Beləliklə, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarix üzrə aktlarla bağlı nəticəsi ilə razılaşmır və hesab edir ki, nə qədər ki, cavabdeh həmin dövr üzrə təbii qazdan istifadə etmişdir, belə olan halda da istifadə edilmiş təbii qazın dəyəri cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Biricnci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh cavabdeh1 ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 73,80 manat; ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 73,80 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 73,80 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 73,80 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 73,80 manat olmaqla cəmi 369,00 (üç yüz altmış doqquz manat) manat borc tutularaq iddiaçıya ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə iddiaçı tərəfindən rəsmi qaydada ona verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.