Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2437/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi Hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən * saylı fərdi yaşayış evi cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) anası X5 istifadə və sahibliyində olmuşdur. X5 ilə iddiaçı İddiaçı İstehsalat Birliyi (bundan sonra iddiaçı) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə *************** nömrəli abonent kodu verilmişdir. X5 ##.##.2024-cü il tarixdə ölmüşdür. Bundan sonra həmin ev cavabdehin istifadə və sahibliyindədir.
2. İddiaçının əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni xətt vasitəsi ilə sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və abonet saldosuna əsasən qeyd edilən əsasla 2022-ci ilin may-oktyabr ayların hər biri üzrə 362,88 manat, 2022-ci ilin noyabr-2023-cü ilin aprel aylarının hər biri üzrə 734,40 manat, 2023-cü ilin iyun ayında 725,76 manat, avqust və oktyabr aylarında hər biri üzrə 362,88 manat, 2023-cü il noyabr-2024-cü ilin fevral aylarının hər biri üzrə 306,72 manat, aprel ayı üzrə 440,64 manat və may ayı üzrə 181,44 manat maddi zərər hesablanmışdır.
3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli, ******* nömrəli (7,1 m3 x 12 saat x 30 = 2.556 m3), ##.##.2023-cü il tarixli, ******* nömrəli (7,1 m3 x 12 saat x 30 = 2.556 m3), ##.##.2024-cü il tarixli, ******* nömrəli (7,1 m3 x 12 saat x 30 = 2.556 m3), ##.##.2024-cü il tarixli, ******* nömrəli, ##.##.2024-cü il tarixli, ******* nömrəli (4,2 m3 x 12 saat x 30 = 1.512 m3), ##.##.2024-cü il tarixli, ******* nömrəli (4,2 m3 x 12 saat x 30 = 1.512 m3) və ##.##.2024-cü il tarixli, ******* nömrəli (3,7 m3 x 12 saat x 62 = 2.752,8 m3, yəni 688,20 manat) aktlar tərtib edilmişdir. Qeyd edilən aktlar iddiaçının nümayəndələri tərəfindən imzalanmış, lakin aktlarda istehlakçı X5 aktları imzalamaqdan imtina etməsi göstərilmişdir
4. ##.##.2024-cü il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən ünvan 1 ünvanında yaşayan cavabdehin ##.##.2024-cü il tarixdə qaz paylayıcı şəbəkəyə qanunsuz qoşularaq az miqdarda 2752,80 m3 (688,20 manat) təbii qazı talaması aşkar edilmişdir. Nəticədə cavabdeh tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla əlaqədar qeyd edilən Məcəllənin həmin maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə cavabdeh barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh X5 344,12 manat debitor borc və təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadəyə görə 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında 77,80 manat məbləğində dəymiş zərər, ödənilmiş rüsuma görə 30 manat, ümumilikdə 451,92 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddianın qismən təmin edilməsi, cavabdeh X5 borcu olaraq 584,60 manat, qaz paylayıcısına dəymiş zərərin əvəzi olaraq 828,60 manat məbləğində pulun tutularaq iddiaçınn bank hesabına ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı İstehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 10.572,36 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 347,55 manat pulun və 122,76 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 11.042,67 manat pulun cavabdeh Cavabdeh iddiaçı İddiaçı İB-nin xeyrinə tutulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanına İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, X9 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan İstifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: ##.##.2022ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 734,40 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 725,76 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 306,72 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli, 0424427saylı akt əsasında 440,64 manat; ##.##.2024cü il tarixli, ******* saylı akt əsasında 181,44 manat; ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında 688,20 manat (video), cəmi 10.572,36 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdehin ödənilməmiş 2025-ci ilin aprel-may ayları üzrə 67,75 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, İddiaçı İB-nın əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 9657 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ##.##.2025-ci il tarixli, ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 279,80 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir (67,75+279,80=347,55). 2025-ci ilin mart ayından 2025-ci ilin may ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 347,55 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo və Gasrep üzrə ümumi 10.919,91 manat təşkil etməkdədir. Həmçinin nəzərə çatdırırlar ki, cavabdehin 2022-ci ilin aprel ayınadək 1.413,20 manat vəsait barədə ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı Birliyin xeyrinə qətnamə çıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X1)
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı İB tərəfindən ünvan 2 ünvanında quraşdırılmış sayğac üzrə ************** nömrəli abonent kodu istehlakçı X5 məxsusdur. İddiaçı qurum tərəfindən ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixə kimi məhz Minaxanım Nəzərova barəsində onun tərəfindən pozuntu halına yol verildiyi qeyd edilərək 22 (iyirmi iki) Akt və tələbnamə tərtib edilmiş və məhz onun barəsində vurulmuş zərərə görə borc hesablanmışdır. Həmin aktlarda da məhz istehlakçı Minaxanım Nəzərova tərəfindən fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı qurum tərəfindən tərtib edilmiş akt və tələbnamələrin heç biri iş üzrə cavabdehə heç bir aidiyyəti yoxdur. Bununla yanaşı, yalnız sonuncu ##.##.2024-cü il tarixli akt əsasında cavabdeh Cavabdeh X13 Agentliyinin Bakı filialı tərəfindən inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Halbuki həmin qərarın əsasında duran zərər aktının və tələbnamənin hazırki iş üzrə cavabdehə heç bir aidiyyəti yoxdur (həmin akt da yenə istehlakçı Minaxanım Nəzərova barəsində tərtib edilmişdir). Digər akt və tələbnamələrə münasibətdə isə inzibati məsuliyyətə cəlb edilmə barədə qərar iddiaçı tərəfindən ümumiyyətlə məhkəməyə təqdim edilmədiyi kimi, iddiaçı qurumun nümayəndəsi özü də izahatında belə qərarların olmadığını təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı qurum tərəfindən ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixə kimi tərtib edilmiş və əsasında zərər hesablanaraq hazırda tələb edilən 22 (iyirmi iki) ədəd Akt və tələbnamənin heç birinin hazırki iş üzrə cavabdeh Cavabdeh aidiyyyəti sübuta yetirilmir. Halbuki, Mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, onlardan istifadə etməli və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Habelə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdehin qazın talanmasında təqsirli olması faktı sübut edilmədən vurulmuş maddi zərərin ödənilməsinin cavabdehdən tələb edilməsi əsassız və qanunsuzdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi təmin edilməməlidir.
11. Məhkəmə iddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh arasında müqavilə bağlanmamışdır. Yəni iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud deyil. Müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrasının tələb edilməsi isə yalnız müvafiq müqavilə mövcud olduğu halda mümkündür. Hazırda tərəflər arasında müqavilə olmadığından cavabdehin müqavilə üzrə məsuliyyət daşıması da qanuna uyğun hesab edilə bilməz. Ona görə məhkəmə hesab edir ki, cavabdehdən təbii qazdan istifadəyə görə debitor (müqavilə üzrə sərfiyyat) borcun tutulması tələbi də təmin edilməməlidir.
12. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə də qeyd etmişdir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcinə aid olan dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci, 448-ci, 1096-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 81-ci, 88-ci, 217-ci, 218.3-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü, 11.6-cı, 13.8-1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.3-cü, 4.8-4.9-cu, 6.7-ci, bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı İddiaçı İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi üçün əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Belə olan halda, məhkəmə “Azəriqaz" İB-nin iddia tələbini təmin etməməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda, iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, məhkəmə iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarında olan və tərəflərindən təqdim olunan sübutlar iddia tələbinin tam əsaslı olmasını təsdiq etdiyi halda məhkəmə səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. Məhkəmə təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamışdır. Məhkəmə qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir. Hesab edilir ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. Göründüyü kimi, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Məhkəmə heç bir əsas olmadan cavabdehin iddiaçıya olan sayğac göstəricisi əsasında yaranmış və dəyəri ödənilməmiş 347,55 manat debitor borcu da nəzərə almadan iddia tələbini bütünlüklə rədd etmişdir. İddiaçı İB-nin iddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, məhkəmənin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı İddiaçı İstehsalat Birliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdeh Cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; əvvəlki redaksiyada 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
19. ##.##.2026-cı il tarixədək qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.
22. ##.##.2026-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir; 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır; 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır; 6.5-4-cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən * saylı fərdi yaşayış evi cavabdehin anası X5 istifadə və sahibliyində olmuş, sonuncu ilə iddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə *************** nömrəli abonent kodu verilmişdir. X5 ##.##.2024-cü il tarixdə ölmüş, bundan sonra həmin ev cavabdehin istifadə və sahibliyinə keçmişdir. İddiaçı tərəfindən həmin ev üzrə cavabdehin ##.##.2024-cü il tarixdə qaz paylayıcı şəbəkəyə qanunsuz qoşularaq az miqdarda 2752,80 m3 (688,20 manat) təbii qazı talaması aşkar edilmişdir. Bunun nəticəsi olaraq akt tərtib edilmiş, akta uyğun olaraq qəbul edilmiş tələbnamə ilə zərər məbləği hesablanmış və bu sənədlər əsasında X13 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir.
28. Hazırda iddiaçı həmin ev üzrə ##.##.2022-ci il – ##.##.2024-cü il tarixləri aralığında təbii qazdan sayğacdan kənar, qeyri-qanuni birləşmə (xətt) vasitəsi ilə istifadə edildiyini, bununla bağlı ümumilikdə 22 aktın tərtib edildiyini və həmin aktlar əsasında qəbul edilmiş tələbnamələr üzrə ümumilikdə 10.572,36 manat zərər məbləğinin hesablanaraq abonent hesabına daxil edildiyini, eyni zamanda, sayğac üzrə istifadə edilmiş qazın dəyərinin də ödənilmədiyini və nəticədə 347,55 manat məbləğində borcun (debitor borc) yarandığını bildirir və həm vurulmuş zərərin əvəzinin, həm də debitor (sərfiyyat) borcun tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə qətnaməsinə əsasən anasından əvvəllər zərər məbləğinin tutulduğunu, bundan başqa qanunsuz qoşulmaya yol verilmədiyini vurğulayır.
29. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğacların zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur.
30. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə iddiaçının əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.
31. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, “Qaz təchizatı haqqında” Qanuna ##.##.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bu Qanunun 13-cü maddəsinə 8-1-ci hissə əlavə edilmişdir. Bu dəyişikliyə dair Qanun ##.##.2022-ci il tarixdə qüvvəyə minmişdir. Həmin maddədə qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, bu maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb abonentin (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.
32. Lakin birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi 22 aktın hər birinin ##.##.2022-ci il tarixdən sonra (iddia edilən ilk akt ##.##.2022-ci il tarixdə tərtib edilmişdir) tərtib edilməsinə baxmayaraq, həmin Qanunun qeyd edilən maddəsinin tələbləri baxımından hüquqi dəyərləndirmə aparmamış və iddiaçı qurum tərəfindən aktların və tələbnamələrin cavabdeh deyil, onun anası barəsində tərtib edilməsinə, bu baxımdan onların hər hansı birinin cavabdehə aidiyyətinin olmamasına istinadən iddianı bu əsasla rədd etmişdir. X13 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş inzibati qərara əsasən cavabdeh inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunsa da, birinci instansiya məhkəməsi həmin qərarın əsasında duran zərər aktının və tələbnamənin də cavabdehə heç bir aidiyyətinin olmadığını, bu sənədlərin də istehlakçı Minaxanım Nəzərova barəsində tərtib edildiyini qeyd edərək, bu hissədə də iddianı rədd etmişdir. Debitor (sərfiyyat) borcun tutulması hissəsində də eyni mövqe sərgilənmişdir.
33. Halbuki, artıq müəyyən edildiyi kimi, X5 ##.##.2024-cü il tarixdə ölmüş, bundan sonra həmin ev cavabdehin istifadə və sahibliyinə keçmişdir. Həmin evə mövcud olan hüquqlara sahibləndiyindən, ev üzrə təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin, habelə yaranmış debitor (sərfiyyat) borcun ödənilməsi öhdəliyini hazırda məhz cavabdeh daşıyır. Məhz bu səbəbdən ##.##.2024cü il tarixli inzibati qərar inzibati xətaya bilavasitə yol vermiş şəxs olaraq onun barəsində tərtib edilmişdir. Lakin həmin vaxt artıq ölməsinə baxmayaraq, ev üzrə abonent kodu X5 adında qaldığından inzibati qərarın qəbul edilməsinə əsas olmuş akt və tələbnamədə onun adı göstərilmişdir. Qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamışdır. Hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs məhz Cavabdehdur.
34. Lakin ##.##.2022-ci il – ##.##.2024-cü il tarixləri əhatə edən dövr ərzində tərtib edilmiş 21 akta və onun əsasında qəbul edilmiş tələbnamələrə əsasən hesablanmış zərər məbləği cavabdehdən tutula bilməz. Belə ki, göstərilən dövr ərzində qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü məhz bu prosedurdan asılı edilmişdir (birinci instansiya məhkəməsi bu maddəni qətnamədə sadəcə olaraq göstərmiş, lakin hazırki münasibətlərə tətbiq etməmişdir). Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir.
35. İddiaçı tərəfindən də aktlar tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla, qazın verilməsi dayandırılmamış, aktların bir nüsxəsi nə cavabdehə (həmin vaxt Nəzərova Minəxanıma), nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. İddiaçı özü də hazırda bu aktların yalnız bir hissəsini təqdim edə bilir. Qeyd edilən dövr ərzində məhz 21 aktın mövcudluğunu abonent saldosundan müəyyən etmək olur. Bununla belə, həmin ünvan üzrə abonentin (##.##.2024cü il tarixli akt istisna olmaqla digər 20 akt tərtib edilən zaman X5 idi) hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə iddiaçının cavabdehdən qeyd edilən 21 akt üzrə hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir.
36. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, bu sahəni tənzimləyən qanunvericiliyin, o cümlədən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq həmin 21 aktdan hər biri tərtib edildikdən sonra zəruri hesab edilən aidiyyəti hərəkətlər yerinə yetirilməmiş, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş tələbnamələr üzrə hesablanmış zərər məbləği bilavasitə iddiaçının abonent hesabına daxil edilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən tərtib edilmiş həmin aktlar və onun əsasında qəbul edilmiş tələbnamələr (qərarlar) mövcud vəziyyətdə hər hansı mötəbərliyə malik deyil və hazırda cavabdehə məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə cavabdehdən tələb edilə bilməz.
37. Lakin ##.##.2024-cü il tarixdə tərtib edilmiş akt və onun əsasında qəbul edilmiş tələbnamədə X5 adı göstərilsə də, həmin vaxt bu şəxs artıq sağ olmamış, bu səbəbdən təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə edə bilməzdi. Bu pozuntuya həmin vaxt bu evdə yaşayan və onun ölümündən sonra həmin əmlaka sahiblik etməyə başlayan cavabdeh yol vermişdir. Həmin vaxt iddiaçı tərəfindən cavabdehin ##.##.2024-cü il tarixdə qaz paylayıcı şəbəkəyə qanunsuz qoşularaq az miqdarda 2752,80 m3 (688,20 manat) təbii qazı talaması aşkar edilmişdir. Bunun nəticəsi olaraq akt tərtib edilmiş, akta uyğun olaraq qəbul edilmiş tələbnamə ilə zərər məbləği hesablanmış və bu sənədlər əsasında X13 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir.
38. Bununla belə, bu halda iddiaçı tərəfindən bu barədə tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün X13 Agentliyinin Bakı filialına təqdim edilmiş və cavabdehin qazın talanmasında təqsirli olması həmin orqanın qərarı ilə müəyyən edilmişdir. Bu da öz növbəsində iddianın həmin hissədə əsaslı olduğunu təsdiq edir və ##.##.2024-cü il tarixli akt və tələbnaməyə əsasən qəbul edilmiş ##.##.2024cü il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarda göstərilən 688,20 manat zərər məbləğinin cavabdehdən tutulması üçün əsas yaradır.
39. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq, iddia tələbini debitor (sərfiyyat) borcun tutulması hissəsində də əsaslı hesab edir və belə qənaətə gəlir ki, 347,55 manat (67,75 manat 2025-ci ilin aprel-may ayları üçün sərfiyyat borcu + 279,80 manat sayğacın mexaniki göstəricilərinə əsasən aşkar edilmiş sərfiyyat borcu) məbləğində debitor (sərfiyyat) borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı X4 qarşı artıq belə bir iddia ilə məhkəməyə müraciət edərək, əvvəlki dövr üçün vurulmuş zərərin əvəzini və sərfiyyat borcunu tələb etmişdir. İşə baxan məhkəmələr də onun istifadə və sahibliyində olmuş ev üzrə həqiqətən də sərfiyyat borcunun yaranması qənaətinə gələrək, bu əsasla ondan həmin tələb üzrə 584,60 manat məbləğində pul tutmuşdur.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 688,20 manat, habelə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 347,55 manat (sərfiyyat borcu) məbləğində pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
41. Eyni zamanda, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq (688,20 + 347,55 = 1035,75) cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun 30,35 manat hissəsinin əvəzi tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
42. Hazırkı iş üzrə təmin edilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən cavabdeh kassasiya şikayəti verilə bilməz.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı İddiaçı İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı İstehsalat Birliyinin xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 688,20 (altı yüz səksən səkkiz manat, iyirmi qəpik) manat, təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 347,55 (üç yüz qırx yeddi manat, əlli beş qəpik) manat (sərfiyyat borcu) məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 30,35 (otuz manat, otuz beş qəpik) manat hissəsinin əvəzi tutulsun. İddia qalan hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı İstehsalat Birliyinə aid edilsin. İddiaçı İddiaçı İstehsalat Birliyi qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən iddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.