Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2440/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyətinin pozulması və s. ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. İddiaçı İddiaçı İstehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 19 196,72 (on doqquz min yüz doxsan altı manat yetmiş iki qəpik) manat məbləğində zərərin və 147,59 (bir yüz qırx yeddi manat 59 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 19 344,31 (on doqquz min üç yüz qırx dörd manat otuz bir qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ38040039449955001922) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında ##.##.2017-ci il tarixində **/**** nömrəli «Qaz paylayıcısı ilə xxxx qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən*************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan İstifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; - ##.##.2021ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 777,60 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 799,20 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 449,28 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1088,64 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 1080 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 1468,80 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 149,04 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 642,40 manat; Cəmi 19 283,92 manat məbləğində İddiaçı İByə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur(sözügedən akt, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdeh 885,60 manat zərədən 87,20 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gasrep üzrə ümumi 19196,72 (on doqquz min bir yüz doxsan altı manat 72 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 9749.20 manat məbləğində zərər və 117.49 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 9866,69 manat pulun cavabdehdən tutularaq iddiaçı İddiaçı İBnın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ38040039449955001922) bank hesabına ödənil məsi qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin təmin edilməyən hissəsində ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
4. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə və iddia ərizəsinin təmin edilməsi üçün əsasdır.
5. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
APELLYASİYA BAXIŞI ZAMANI MƏHKƏMƏ İCLASINDA VERİLƏN İZAHATLAR
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası iddia ərizəsinin məzmununu, mübahisənin subyektiv tərkibini və iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.
8. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
9. İş materiallarından müəyyən edilir ki, İddiaçı İstehsalat Birliyi cavabdeh Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulduğu iddia edilən 19 196,72 manat məbləğində zərərin və ödənilmiş 147,59 manat dövlət rüsumunun, ümumilikdə 19 344,31 manatın cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə Cavabdeh arasında ##.##.2017-ci il tarixdə **/**** nömrəli “Qaz paylayıcısı ilə xxxx qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanmış, həmin müqavilə əsasında cavabdehin fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır.
10. Həmçinin apellyasiya baxışı zamanı tərəflərdən iddiaçı İddiaçı İB hüquqi şəxs olması və “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarından cavabdeh Cavabdeh (VÖEN: **********) fərdi sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs statusuna malik olması müəyyən edilmişdir. Belə ki, cavabdeh eyni zamanda fərdi sahibkar kimi fəaliyyət göstərir və istixana təsərrüfatına malikdir. Bu hal mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir.
11. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddianı qismən təmin etmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və mübahisəli hüquq münasibətinin xarakterini araşdıraraq belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməli, iş məhkəmə aidiyyəti məsələsi nəzərə alınmaqla kommersiya məhkəməsinə göndərilməlidir.
12. Məhkəmə aidiyyəti məsələsi iş üzrə mahiyyəti üzrə araşdırmaya başlamadan əvvəl həll edilməli olan mühüm prosessual məsələdir. Məhkəmə aidiyyətinin müəyyən edilməsində yalnız tərəflərin adları və ya onların formal prosessual statusu deyil, mübahisənin predmeti, hüquqi əsası, yaranma səbəbi və tərəflər arasındakı hüquq münasibətinin xarakteri əsas götürülməlidir. Kommersiya xarakterli mübahisənin mövcudluğu üçün tərəflərdən birinin və ya hər ikisinin sahibkar olması mühüm hal olsa da, bu hal öz-özlüyündə kifayət etmir. Eyni zamanda müəyyən edilməlidir ki, konkret mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdırmı.
13. Hazırkı işdə cavabdehin fərdi sahibkar olması və istixana təsərrüfatı ilə sahibkarlıq fəaliyyəti həyata keçirməsi iş materiallarında öz əksini tapmışdır. Bununla yanaşı, iddiaçının tələb etdiyi məbləğ qazdan istifadədən irəli gəldiyi iddia edilən maddi zərərdir. Belə olan halda mübahisənin həlli üçün əsas məsələ qazdan istifadənin xxxx ehtiyacları üçün, yoxsa cavabdehin sahibkarlıq fəaliyyəti, o cümlədən istixana təsərrüfatının fəaliyyəti üçün həyata keçirilməsi və hesablanmış zərərin hansı istifadədən irəli gəlməsidir.
14. İş materiallarında abonentlə İddiaçı İB arasında bağlanmış müqavilənin xxxx qaz qurğusu istifadəçisinə aid olduğu və qazla təchiz edilən obyektin fərdi yaşayış evi kimi göstərildiyi görünür. Lakin cavabdehin faktiki olaraq sahibkarlıq fəaliyyəti həyata keçirməsi və istixana təsərrüfatına malik olması nəzərə alınmaqla, qazdan istifadənin faktiki məqsədi ayrıca qiymətləndirilməlidir.
15. Məhkəmə kollegiyası vurğulayır ki, müqavilənin adında “xxxx” sözünün olması da, cavabdehin sahibkar statusu da təkbaşına mübahisənin aidiyyətini müəyyən etmir. Həlledici olan mübahisənin faktiki olaraq hansı hüquq münasibətindən doğmasıdır. Əgər qazdan istifadə cavabdehin istixana təsərrüfatının və ya digər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə xidmət etmiş və İddiaçı tərəfindən hesablanmış zərər də məhz həmin sahibkarlıq fəaliyyəti çərçivəsində qazdan istifadəyə görə müəyyən edilmişdirsə, mübahisə sahibkarlıq fəaliyyəti ilə birbaşa bağlı hesab edilməlidir. 16.Hazırkı işdə məhkəmə kollegiyası iş materiallarının məcmu qiymətləndirilməsi əsasında hesab edir ki, mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqəsinin olub-olmaması məsələsi işin mahiyyəti üzrə araşdırılması ilə yanaşı, kommersiya mübahisəsinin mövcudluğunun müəyyən edilməsini tələb edir. Cavabdehin istixana təsərrüfatının olması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və mübahisənin qazdan istifadədən yaranan zərərin ödənilməsi tələbinə aid olması birlikdə qiymətləndirildikdə, işin kommersiya xarakterli olması barədə nəticəyə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur.
17. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddianı qismən təmin etmiş, lakin mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqəsini və bunun nəticəsində işin kommersiya məhkəməsinin aidiyyətinə daxil olub-olmamasını lazımi səviyyədə müəyyən etməmişdir. Məhkəmə aidiyyəti düzgün müəyyən edilmədən işə mahiyyəti üzrə baxılması tərəflərin qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarının prosessual təminatlarına təsir edə bilər. Çünki işə baxan məhkəmənin səlahiyyəti, tətbiq edilməli prosessual qaydalar və kommersiya mübahisələrinə xas olan prosessual xüsusiyyətlər əvvəlcədən düzgün müəyyən edilməlidir.
18. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə qanuni və əsaslı olub-olmamasının araşdırılmasından əvvəl işə hansı məhkəmənin baxmalı olduğu məsələsi həll edilməlidir.
19. Məhkəmə kollegiyası nəzərə alır ki, mübahisənin tərəflərindən biri hüquqi şəxs qismində sahibkarlıq fəaliyyəti həyata keçirən İddiaçı İstehsalat Birliyi, digər tərəfi isə sahibkarlıq fəaliyyəti həyata keçirən fərdi sahibkar Cavabdehdur. Mübahisənin predmeti isə qaz təchizatı münasibətlərindən irəli gəldiyi iddia edilən zərərin ödənilməsidir. Bu münasibətin cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması müəyyən edildiyi halda, mübahisə ümumi məhkəmənin deyil, kommersiya məhkəməsinin baxmalı olduğu mübahisələr sırasına daxil olur.
20. Beləliklə, hazırkı iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsində əsas götürülən meyar cavabdehin sadəcə sahibkar olması deyil, mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəli olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu əlaqə işin faktiki halları ilə kifayət qədər əsaslandırıldığından iş kommersiya məhkəməsinə göndərilməlidir. Bununla belə, işə kommersiya məhkəməsində baxılarkən cavabdehin sahibkarlıq fəaliyyətinin xarakteri, istixananın qaz təchizatı ilə əlaqəsi, qazın faktiki istifadə məqsədi, abonent müqaviləsinin hansı obyektə aid olması, mübahisəli qaz sərfiyyatının hansı obyekt üzrə hesablanması və 19 196,72 manat zərərin hansı hüquqi və faktiki əsaslarla müəyyən edilməsi hərtərəfli araşdırılmalıdır. Bu hallar həmçinin iddianın mahiyyəti üzrə həllində mühüm əhəmiyyət daşıyır və kommersiya məhkəməsinin qiymətləndirməsinə verilməlidir.
21. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, işin kommersiya məhkəməsinə göndərilməsi İddiaçı İB-nin tələb etdiyi 19 196,72 manat zərərin mövcudluğunun, məbləğinin və ya cavabdehin təqsirinin təsdiq edilməsi demək deyildir. Bu məsələlər işə mahiyyəti üzrə baxacaq məhkəmə tərəfindən müvafiq sübutlar əsasında həll edilməlidir. Eyni zamanda, bu qərardadla birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qətnaməsinə hüquqi qiymət verilmir; qətnamə məhkəmə aidiyyətinə dair prosessual pozuntuya görə ləğv edilir və iş aidiyyəti üzrə göndərilir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.
23. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmçinin prosessual hüquq normalarının tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
24. Beləliklə apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməklə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
25. Mülki Prosessual Məcəllənin 387.2.9-cü maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair işə baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov