Məhkəmə qərarları › İş №e-2(3-6)-2458/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2458/2026

12.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2458/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı maraqlı şəxs2 və maraqlı şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs maraqlı şəxs1 cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddiaları üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı (maraqlı şəxs2 və maraqlı şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 66.620 manat məbləğində borc; 289,86 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs maraqlı şəxs1 cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh qarşı qaldırılmış ilkin iddia tələbinin təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs olaraq maraqlı şəxs1 cavabdeh Cavabdeh qarşı qaldırdığı Bakı şəhəri, Nərimanov rayonu, Nəsib Yusifbəyli küçəsi, 954-cü məhəllədə yerləşən 20 mərtəbəli 1-ci yaşayış binasının 1-ci blokunun 16- cı mərtəbəsindəki * saylı 1 otaqlı mənzilə görə banka ödənilmiş kredit məbləğinin 49.960 manat hissəsinin 2/1 (red- ½ hissəsi) hissəsinə payının tanınması və həmin məbləğin cavabdehdən tutularaq Nurəngiz Nağıyevaya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs, maraqlı şəxs1 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 289,86 manat dövlət rüsumunun onun özünə aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs maraqlı şəxs1 iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib Yusifbəyli küçəsi, 954-cü məhəllədə yerləşən 20 mərtəbəli 1-ci yaşayış binasının 1-ci blokunun 16-cı mərtəbəsindəki * saylı 1 otaqlı mənzilə görə banka ödənilmiş kredit məbləğinin 49.000 manat hissəsinin 1/2 (ikidə bir) hissəsinə maraqlı şəxs1 payının tanınması və 24.500 manat vəsaitin cavabdeh Həsənov Elvin Natiq oğlundan tutularaq Nağıyeva Nurəngiz Abbas qızına ödənilməsi, tələb etməməsi nəzərə alınaraq maraqlı şəxs1 tərəfindən ödənilmiş 165 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya icraatı zamanı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, məhkəmənin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iş üzrə cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyi bildirilmiş və həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar