Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2466/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(*-***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadından iddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdehlər cavabdeh2, Xanlar Nuriyevə və cavabdeh1 qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2, Nuriyev Xanlar və cavabdeh1 tərəfindən iddiaçı İddiaçı İB yə vurulmuş 7724,52 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1 541,51 manat və 112,67 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 9 378,7 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(*-***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə iddia ərizəsinin yolverilməzliyə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardadda Mülki Prosessual Məcəlləsinin 48, 49.1, 50.1, 50.3, 151.1, 153.2.1, 153.3, 284-2, 284-4.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh cavabdeh2 ##.##.2020-ci il tarixdə ölmüşdür, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi aidiyyəti müəyyən edilməli, iddia tələbinin yönəldiyi şəxs müəyyən edilməli, məhkəmə tərəfindən həmin şəxsə sənədlərin surətlərinin göndərilməsi və işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrinin izahı haqqında bildiriş göndərilməsi təmin olunmalıdır. İddia tələbinin yönəldiyi fiziki şəxslərdən biri hal-hazırda vəfat etdiyindən həmin şəxsə sənədlərin surətlərinin göndərilməsi mümkün olmadığından həmin mülki işin icraata qəbul edilməsi qeyrimümkündür. İddiaçı tərəfindən Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etməklə cavabdehin vərəsəsi müəyyən olunduqdan sonra onun vərəsəsinə qarşı yenidən iddia qaldırıla bilər. Qeyd olunan qanunların tələbinə görə hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi İddiaçı qərardan şikayət verərək, Suraxanı Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərardadının ləğv edilməsini, iddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdehlər cavabdeh2, Xanlar Nuriyevə və cavabdeh1 qarşı «dəymiş maddi zərərin ödənilməsi və debitor borcun tutulması » tələbinə dair apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1, 153.2.2, 153.2.3, 153.2.4, 153.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh cavabdeh2 vəfat etməsi faktı yalnız həmin şəxsə münasibətdə icraatın mümkün olmamasını şərtləndirir. Bu halda məhkəmə həmin cavabdehə münasibətdə iş üzrə icraata xitam verməli, lakin digər cavabdehlər – Nuriyev Xanlar və cavabdeh1 münasibətdə icraatı davam etdirməli idi. İddia tələbi bir neçə cavabdehə qarşı yönəldildiyindən onlardan birinin vəfat etməsi iddianın bütövlükdə icraata qəbul edilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Məhkəmə ədalətli məhkəmə araşdırması prinsiplərini rəhbər tutaraq sağ olan cavabdehlərə münasibətdə işə baxmalı idi. Bununla yanaşı, məhkəmə vəfat etmiş cavabdehin hüquqi varislərinin müəyyən edilməsi üçün iddiaçıya müvafiq imkan yaratmalı və ya bu istiqamətdə tədbirlər görməli idi. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmənin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardadının ləğv olunmasını və işin sağ olan cavabdehlərə münasibətdə icraata qəbul edilərək baxılmasını xahiş edir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(*-***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə istinadən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır; 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər; 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür; 149.2-ci maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ölmüş şəxsə qarşı da məhkəmə iddia qaldırıla bilməz və buna baxıla bilməz. Belə ki, ölmüş şəxsin faktiki olaraq mülki prosessual hüquq qabiliyyəti olmur. Belə ki, ölmüş şəxs barədə qeydiyyat yerinin müəyyənləşdirilməsi, bildirişlərin ünvana göndərilməsi, həmin şəxsin qanunvericilikdə nəzərdə tutulan məhkəmə müdafiə vasitələrindən istifadə etməsi mümkün deyil. İddiaçı, ölmüş fiziki şəxsin hüquqi varisinin müəyyən edilməsinə dair hüquqmüəyyenidici sənədlər təqdim edilməmişdir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 387, 397-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(*-***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2466/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2466/2026
22.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver