Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2581/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh2 qızına qarşı borc tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Açar sözlər: iddia ərizəsinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1və cavabdeh3 ## #### 2014-cü il tarixli, CC/23052/43/24saylı müqaviləyə əsasən 350,3 ABŞ dolları əsas borc, 432,64 ABŞ dolları faiz borcu olmaqla cəmi 782,94 ABŞ dolları və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadına əsasən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
3. Qərardadın əsaslarına görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Göründüyü kimi, qanunvericiliyin tələbləri, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarı ilə gəlinmiş hüquqi mövqe baxımından, mirası qəbul etmiş vərəsələr borclunun ölümü halında mirası qəbul etmiş vərəsə kimi miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiklərini bilməlidirlər. Yalnız vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, kreditorun onlara qarşı məhkəmədə tələb irəli sürmək hüququ yaranır. Hazırki iş üzrə iddiaçı tərəfindən isə qanunvericiliyin tələblərinə əməl edilməmiş, mərhumun vərəsələri ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasına əməl edilməmiş, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, borclu X2 iki nəfər qanuni vərəsəsi olduğu halda və iddia tələbi hər iki vərəsəyə, yəni cavabdeh1 və Qurbanova (Cəfərova) Mərziyə Rasim qızına qarşı yönəlsə də, həmin şəxs cavabdehlər sırasında göstərilməmiş, iddia ərizəsində cavabdeh cavabdeh1 şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), telefon nömrəsi, o cümlədən mobil telefon nömrəsi, elektron poçt ünvanı, eyniləşdirmə məlumatları (müvəqqəti icazə vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, iddia bir neçə cavabdehə verildiyindən isə onların hər birinə qarşı yönələn tələb (borcun tutulması qaydası və s.) göstərilməmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Iddiaçı da qeyd olunanlara əməl etməklə, nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir.
4. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Şikayətin dəlillərinə görə, ##.##.2014-cü il tarixli kredit müqaviləsində, nə də qanunvericilikdə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət edilməsinə dair hər hansı məcburi və ya imperativ müddəa nəzərdə tutulmamışdır. Bundan başqa müqavilənin müddəti ##.##.2016-cı il tarixində başa çatmışdır. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/** saylı qərarını da qeyd etmək olar. Həmin qərarda göstərilmişdir ki, “cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın iddia ərizəsində göstərilməsi yalnız o halda məcburidir ki, bu müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş olsun. Əgər pretenziya qaydasına riayət edilməsinin məcburiliyi müqavilədə və ya qanunda nəzərdə tutulmamışdırsa, bu zaman həmin qaydaya riayət edilməsi barədə məlumatın iddia ərizəsində göstərilib-göstərilməməsi, iddia ərizəsinə bu barədə sənəd əlavə edilib-edilməməsi iddiaçının öz mülahizəsindən asılıdır. Eyni zamanda, borclu X2 digər vərəsəsi Olqa Dzhafarovanın cavabdehlər sırasında yox, iddia ərizəsində qeyd edilməməsi iddianın baxılmasına maneə sayılmamalıdır. Belə ki həmin vərəsənin xarici vətəndaş olduğunu və Azərbaycan Respublikasında şəxsiyyət məlumatları (FIN, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və sair) olmadığından onun məlumatlarını tam göstərmək obyektiv olaraq mümkün olmayıb. Yuxarıda qeyd edilənlərə əsasən yekun olaraq bu nəticəyə gəlinir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı prosessual hüquq normalarını pozmaqla yanaşı əvvəllər formalaşmış məhkəmə təcrübəsinin də ziddinə olaraq qəbul edilmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.1. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Maddə 149.2.2. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Maddə 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Maddə 150.1. Iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd; Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməsi qərardadın ləğvinə əsas verir.
10. Birinci instansiya məhkəməsi qərardadını 2 xüsusatla əsaslandırır: - iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmiş, mərhumun vərəsələri ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasına əməl edilməmiş, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. - borclu X2 iki nəfər qanuni vərəsəsi olduğu halda və iddia tələbi hər iki vərəsəyə, yəni cavabdeh1 və Qurbanova (Cəfərova) Mərziyə Rasim qızına qarşı yönəlsə də, həmin şəxs cavabdehlər sırasında göstərilməmiş, iddia ərizəsində cavabdeh cavabdeh1 şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), telefon nömrəsi, o cümlədən mobil telefon nömrəsi, elektron poçt ünvanı, eyniləşdirmə məlumatları (müvəqqəti icazə vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, iddia bir neçə cavabdehə verildiyindən isə onların hər birinə qarşı yönələn tələb (borcun tutulması qaydası və s.) göstərilməmişdir.
11. Şikayətin dəlilləri olaraq göstərilmişdir ki, ##.##.2014-cü il tarixli kredit müqaviləsində, nə də qanunvericilikdə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət edilməsinə dair hər hansı məcburi və ya imperativ müddəa nəzərdə tutulmamışdır. Bundan başqa müqavilənin müddəti ##.##.2016-cı il tarixində başa çatmışdır. O cümlədən, borclu X2 digər vərəsəsi Olqa Dzhafarovanın cavabdehlər sırasında yox, iddia ərizəsində qeyd edilməməsi iddianın baxılmasına maneə sayılmamalıdır. Belə ki həmin vərəsənin xarici vətəndaş olduğunu və Azərbaycan Respublikasında şəxsiyyət məlumatları (FIN, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və sair) olmadığından onun məlumatlarını tam göstərmək obyektiv olaraq mümkün olmayıb.
12. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, “Elekron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Olqa Dzhafarovan xarici ölkə vətəndaşı olsa da, onun daimi yaşamaq üçün icazə vəsiqəsi var (DYI 43294), həmçinin qeydiyyat ünvanı olaraq “Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi, dalan 3,4” ünvanı göstərilmişdir.
13. Qeyd edilən ünvanın cavabdeh Olqa Dzhafarovanın daimi yaşamaq üçün icazə vəsiqəsinə əsasən qeydiyyat ünvanı olduğu halda birinci instansiya məhkəməsinin hansı əsaslarla “cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), telefon nömrəsi, o cümlədən mobil telefon nömrəsi, elektron poçt ünvanı, eyniləşdirmə məlumatları (müvəqqəti icazə vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, iddia bir neçə cavabdehə verildiyindən isə onların hər birinə qarşı yönələn tələb (borcun tutulması qaydası və s.) göstərilməməsi” qənaətinə gəlməsi məhkəmə kollegiyası üçün anlaşılan deyildir. Bu məlumatların ərizədə göstərilməli olduğunu qanunvericilik ona görə tələb edir ki, fiziki və ya hüquqi şəxsi məlumatlandırılması mümkün olsun. Hazırkı situasiyada iddiaçı tərəfindən ona məlum olan bütün məlumatlar qeyd olunmuşdur, bu məlumatların dəqiqləşdirilməsi “Elekron Məhkəmə” informasiya sistemi vasitəsilə mümkündür.
14. MPM-nin 150.1, 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Yəni, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin əlavə edilməsi o zaman zəruri olur ki, bu şərt ya qanunda, ya da müqavilədə nəzərdə tutulsun. Lakin qanunvericilikdə kredit müqaviləsi üzrə münasibətlərdə belə bir tələb nəzərdə tutulmamışdır, müqavilədə də borclunun məhz yazılı qaydada xəbərdar olunması ilə bağlı şərt mövcud deyildir.
15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarına istinad edərək göstəririr ki, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.
16. Istinad olunan qərarın məzmunundan da görünür ki, göstərilənlər vərəsəyə qarşı deyil, zaminə qarşı tələb irəli sürmək üçün əsasları müəyyən edir və hazırkı mübahisəyə tətbiq edilə bilməz.
17. Insan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd edib ki, Konvensiyanın 6-cı maddəsi milli səviyyədə Konvensiya ilə təsbit edilmiş maddi hüquq və azadlıqların həyata keçirilməsinin hüquqi müdafiəsinin əlçatanlığını təmin edir və milli hüquq sistemində təmin olunmasının formasından asılı olmayaraq hüquq müdafiə vasitələri səmərəli olmalı, yəni ehtimal olunan pozuntunun qarşısını almalı və ya ona son qoymalıdır.
18. Avropa Məhkəməsi Eşinqdeyn (Ashıngdane) Birləşmiş Krallığa qarşı iş üzrə 1985ci il ## ### tarixli Qərarında öz əvvəlki hüquqi mövqelərinə istinad edərək göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ qeyd-şərtsiz deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə fərqli ola bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər əlçatanlıqla bağlı hüququn mahiyyətini pozacaq qədər məhdudlaşdırılmamalı və azaldılmamalıdır.
19. Konstitusiya Məhkəməsinin Plenumunun bir çox qərarlarında dəfələrlə vurğulamışdır ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.
20. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilməli, iş iddia ərizəsinin işə baxan məhkəmənin icraatına qəbul edilməsi ilə bağlı müvafiq prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
21. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ləğv edilsin və iş materialları qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla müvafiq prosessual hərəkətlərin aparılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.