Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2620/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: məhkəmə aidiyyati, işin kommersiya məhkəməsinə aidiyyati) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı “pulun ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. cavabdeh2 MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında ## ######## 2022ci il tarixli “borcun ödənilməsi ilə bağlı qarşılıqlı öhdəliklərin icrası üzrə” əqd bağlanmış, notariat qaydasında təsdiq edilmiş həmin əqdin 1.1-ci bəndinə əsasən, “Birinci tərəf” “İkinci tərəf”dən biznesin inkişafı üçün fərqli-fərqli tarixlərdə və məbləğdə aldığı ümumilikdə 180 000 (bir yüz səksən min) ABŞ dolları məbləğində borcun geri qaytarılmasında yaşadığı maliyyə çətinliyi səbəbindən “Birinci tərəf” tərəfindən sifariş olunmuş və dəyəri ödənilmiş ona məxsus və Gürcüstan Respublikasının Poti şəhərində gömrükdə saxlanılan malları borcun qarşılığında ona təqdim etməyi öhdəsinə götürmüşdür.
2. Həmin əqdin 1.2-ci bəndinə əsasən, “İkinci tərəf” “Birinci tərəf”ə məxsus olan bu əqdin 3.1-ci bəndində nəzərdə tutulan malların Azərbaycan Respublikasına gətirilməsi üzrə əqdin 3.3cü bəndində nəzərdə tutulan xərcləri qarşılayacağını öz öhdəsinə götürmüşdür.
3. Əqdin 3.1-ci bəndinə əsasən, tərəflərin razılaşdığı və “İkinci tərəf” tərəfindən ölkəyə gətirilməsi üzrə daşınma xərcləri, gömrük və digər xərcləri qarşılanacaq malların siyahısı əqdin ayrılmaz tərkib hissəsi olan * nömrəli Əlavə ilə müəyyən edilir.
4. Əqdin 3.3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, əqdin 3.1-ci bəndində nəzərdə tutulan malların ölkəyə gətirilməsi üzrə xərclər əqdin ayrılmaz tərkib hissəsi olan Razılaşma Protokolu ilə hər bir sifariş üzrə müəyyən edilir və “İkinci tərəf” hər sifariş üzrə Razılaşma Protokolu ilə müəyyən edilən xərcləri qarşılayır.
5. Həmin əqdin 8.5-ci bəndinə əsasən, “Birinci tərəf”in təsisçisi və direktoru cavabdeh1 öhdəlik götürür və təminat verir ki, əqdin 1.1-ci bəndində qeyd olunan borc “Birinci tərəf” tərəfindən əqddə nəzərdə tutulan qaydada və ya digər qaydada cari ilin sonunadək qaytarılmadıqda o, fiziki şəxs olaraq borcun ona məxsus olduğunu qəbul edir, “Birinci tərəf”lə birgə məsuliyyət daşıyır və onun tərəfindən qaytarılacaqdır.
6. Əqdin 8.6-cı bəndinə əsasən, bu əqd tərəflər arasında tam razılaşmanı təşkil edir və borc münasibəti ilə əlaqədar bütün əvvəlki yazılı və ya şifahi öhdəlik və razılaşmalardan üstündür.
7. ##.##.2022-ci il tarixli *******-**** nömrəli mədaxil qəbzinə əsasən, daşınma xərcləri üzrə İddiaçı tərəfindən 23 838 (iyirmi üç min səkkiz yüz otuz səkkiz) ABŞ dolları məbləğində vəsait cavabdeh2 MMC-yə məxsus bank hesabına köçürülmüşdür.
8. ##.##.2022-ci il tarixli mədaxil qəbzinə əsasən, 60 663,99 (altmış min altı yüz altmış üç manat doxsan doqquz qəpik) manat Dövlət Gömrük Komitəsinə ödənilmişdir.
9. İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, ona ********** nömrəli VÖEN açılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı (iddiaçı) “xxxx” MMC-yə və cavabdeh1 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən ## ######## 2022-ci il tarixli müqaviləyə əsasən 180 000 (bir yüz səkksən min min) ABŞ dolarının və iddia ərizəsinə görə ödənilmiş 596 (beş yüz doxsan altı) manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh2 MMC arasında ## ######## 2022-ci il tarixdə “Borcun ödənilməsi ilə bağlı qarşılıqlı öhdəliklərin icrası üzrə əqd” bağlanmış və Bakı şəhəri * saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış ## ######## 2022-ci il tarixli müqaviləyə əsasən, cavabdehlər 180 000 ( bir yüz səksən min) ABŞ dolları məbləğində borcun geri qaytarılmasında yaşadığı maliyyə çətinliyi səbəbindən, cavabdehin sifariş olunmuş və dəyəri ödənilmiş ona məxsus və Gürcüstan Respublikasının Poti şəhərində gömrükdə saxlanılan malları borcun qarşılığında iddaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mallar cavabdeh tərəfindən Azərbaycan Respublikasına daxil edildikdən sonra iddiaçıya təhvil veriləcəkdir və sözü gedən mallara qarşı heç bir tələbi olmayacaqdır. Müqavilənin 8.2-ci maddəsinə əsasən bu müqavilə tərəflər arasında 1.1-ci bənddə nəzərdə tutulan borc öhdəliyini təsdiq edən əsas razılaşmadır, 8.4-cü maddəyə əsasən isə bu müqaviləyə xitam verilməsi və ya tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi cavabdehlərin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan borc öhdəliyindən azad etmir. Həmçinin müqavilənin 8.5-ci maddəsinə əsasən cavabdeh cavabdeh2 MMC-nin təsisçisi və direktoru cavabdeh1 (Ş/V:AA0550131) öhdəlik götürür və təminat verir ki, bu müqavilənin 1.1ci bəndində qeyd olunan borc cavabdeh2 MMC tərəfindən müqavilədə nəzərdə tutulan qaydada və ya digər qaydada cari ilin sonunadək (##.##.2022) qaytarılmadıqda o, fiziki şəxs olaraq borcun ona məxsus olduğunu qəbul edir, təsisçisi və direktoru olduğu cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır və borc onun tərəfindən qaytarılacaqdır. İddiaçı tərəfindən nəzərdə tutulan malların gətirilməsi tələb edilsə də, cavabdeh2 MMC-nin təsisçisi və direktoru cavabdeh1 şirkətinin, eləcə də özünün maddi vəziyyətinin gərgin olduğunu əsas gətirərək, 180 000 (bir yüz səksən min) ABŞ dolları borcu nağd qaydada ödəyəcəyini bildirmiş, lakin bu günədək hər hansı ödəniş etməmişdir.
12. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlərdən ## ######## 2022-ci il tarixli müqaviləyə əsasən 44 640 (qırx dörd min altı yüz qırx) ABŞ dolarının və iddia ərizəsinə görə ödənilmiş 596 (beş yüz doxsan altı) manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən ## ######## 2022-ci il tarixli müqaviləyə əsasən 44 640 (qırx dörd min altı yüz qırx) ABŞ dolarının və iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin məhkəmə hazırlıq iclasında iştirak edən nümayəndəsi (vəkili) daşıma xərclərinin cavabdeh tərəfindən qarşılandığını, müvafiq qəbzləri məhkəməyə təqdim edəcəyini bildirmiş, lakin növbəti proseslərdə həmin sənədləri təqdim etməmişdir.
15. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi, “xxxx” MMC-dən və cavabdeh1 müştərək qaydada 44 640 (qırx dörd min altı yüz qırx) ABŞ dollarının (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və dövlət rüsumu olaraq ödənilmiş 317,66 (üç yüz on yeddi manat altmış altı qəpik) manatın tutulub İddiaçı ödənilməsi qət olunmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh2 MMC İddiaçı aldığı ümumilikdə 180 000 ABŞ dolları məbləğində borcun geri qaytarılmasında yaşadığı maliyyə çətinliyi səbəbindən borcun qarşılığında müqavilənin * nömrəli Əlavəsində qeyd edilən malları iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, nə borclu “xxxx” MMC, nə də öhdəlik üzrə birgə məsuliyyət götürmüş zamin cavabdeh2 MMC-nin təsisçisi və direktoru cavabdeh1 müqavilə üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya 44 640 ABŞ dolları məbləğində borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1ci, 399.1-ci, 404.1-ci, 404.2-ci, 404.3-cü, 404.4-cü, 404.5-ci, 427.1-ci 427.2-ci, 427.4-cü, 442-ci, 445.2.1-ci, 448.1-ci, 448.2-ci, 448.3-cü, 448.4-cü, 472.1-ci, 472.2-ci, 472.3-cü, 739.1-ci, 740-cı, 1091.1-ci, 1091.2-ci maddələrinə istinad etmişdir.
18. Qətnamədən cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “Məhkəmə qətnamədə qeyd edir ki, cavabdeh2 MMC-nin təsisçisi və direktoru cavabdeh1 həmin öhdəlik üzrə birgə məsuliyyət götürməklə zamin qismində müqavilə münasibətlərinə daxil olmuşdur. Mülki Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Zaminlik müqaviləsi bağlanmadığı halda məhkəmənin cavabdeh1 zamin kimi qəbul etməsi tamamilə əsassızdır”.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
20. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
22. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
23. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
24. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
25. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli Qərarı
26. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir.
Apellyasiya baxışının həddi
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
30. Prosessual qanunvericiliyin müddəalarını (§ 21-24) rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla biriinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.
31. Belə ki, işin müəyyən olunmuş halına görə, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir; iddia ərizəsinin məzmunundan isə aydın olur ki, mübahisə onunla kommersiya hüquqi şəxsi olan “xxxx” MMC-nin və sonuncunun təsisçisi olan digər cavabdehin sahibkarlıq fəaliyyətinin nəticəsində yaranmışdır.
32. Başqa sözlə, mübahisə sahibkarlıq subyektləri arasında yaranmaqla və onların sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
“xxxx” MMC-nin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Azad İmanov
Səadət Səlimova