Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2622/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Kərimov Ilkin Camal oğlunun katibliyi, Iddiaçı iddiaçı2 iştirakı ilə, Birinci instansiya məhkəməsində icraat: Iddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 250000 manat pul vəsaitinin, ödənilmiş 540 manat dövlət rüsumunun tutularaq iddiaçı iddiaçı2 qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Cavabdeh 250000 (iki yüz əlli min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 540 (beş yüz qırx) manat pulun alınaraq iddiaçı iddiaçı2 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs nümayəndəsi və vəkili vəkil1 ##.##.2026-cı il tarixdə “Elektron kabinet” vasitəsilə iş üzrə Bakı şəhəri Yasamal Rayon *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Maraqlı şəxs nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş şikayət məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Bildirir ki, ümumiyyətlə iddia ərizəsi özü mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Belə ki, iddia ərizəsində qeyd edilir ki, guya Cavabdeh iddiaçı2 əri ilə şərik olmuşdur və onun ərinə 250.000 manat pul borcludur. Lakin iddianı verən Sərfinazın əri yox məhz Sərfinazın özü tərəfindən verilmişdir, yəni, iddia nə qədər əsassız və uydurma olsa belə yenə də iddiaçının subyektiv hüququ yox idi. Digər bir tərəfdən məhkəmə qeyd edir ki, hazır ki, iş onun maraqlarına toxunmur. Bildirmək istəyir ki, qətnamədən də göründüyü kimi uydurma cavabdeh Cavabdeh çox mübahisəsiz şəkildə iddianı qəbul edir və 250.000 manat pul ilə hazırki Yasamal Rayon Məhkəməsində hakim Fuad Hüseynovun icraatında olan əmlak bölgüsü işi üzrə iddianın predmetini təşkil edən əmlakları aldığını bildirir. Bundan başqa o, həmin əmlakların üzərinə onun tərəfindən həbs qoyulduğunu və ona görə də sata bilmədiyi üçün borcunu qaytara bilmədiyini bildirmişdir. Iddiaçı tərəfindən onun tərəfindən verilmiş əmlak bölgüsü işi üzrə iddianın predmeti olan avtomobillər üzərinə də həbs qoyulmuşdur. Iş materiallarından da görünür ki, məhkəmə onun Yasamal Rayon Məhkəməsində eyni əmlaklarla bağlı mübahisə qaldırdığını və həmin əmlakların üzərinə həbs qoyulduğunu bilmişdir. Buna baxmayaraq, qəbul edilən qətnamənin onun hüquq və qanuni mənafelərinə birbaşa toxunmasına baxmayaraq, onu iş üzrə maraqlarına toxunan şəxs qismində cəlb etməmişdir. Yəni işin onun maraqlarına toxunduğunu başqa nə ilə sübut eləmək lazımdır? Məhkəmə öz təşəbbüsü ilə onu işə cəlb etməli idi. Dəlillər tam əsaslıdır. Hesab edir ki, hazırki iddia birbaşa olaraq onun birgə nikah dövründə əldə edilmiş əmlaklara dair hüquqlarımın zəiflədilməsi, həmin əmlakların süni borc münasibəti altında yükləndirilərək gələcəkdə icraya yönəldilməsi məqsədi daşıyır və bundan da başqa əmlakların üzərinə hazırki iş üzrə qətnamənin icrası məqsədi ilə həbs qoyulduğuna görə və həmin əmlaklar da onun birgə nikahda əldə edilmiş əmlakı olduğundan iddianın maraqlarına toxunuduğu bir daha sübut olunur. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 izahat verərək, Maraqlı şəxs şəxsən tanımadığını, Bakı şəhəri Yasamal Rayon *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin Maraqlı şəxs maraqlarına toxunmadığını bildirmişdir. Apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı qərardaddan verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və şikayət verən şəxsə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. -357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. -398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin ##.##.2024-cü il tarixli Plenum Qərarının 3.17ci bəndində qeyd edilmişdir ki, məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf edilməsi hallarına rast gəlinir. Belə mübahisələrə baxılarkən ər-arvadın hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnə bilərsə, məhkəmə Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən həmin şəxsləri müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işdə iştirak etməyə cəlb edə bilər. -3.18. Qeyd olunan işlər üzrə cavabdeh olan ər (arvad) tərəfindən iddia və ya iddiaçının tələblərini əsaslandırdığı faktlar etiraf edildikdə, habelə kreditorla (kreditorlarla) borcalan arasında barışıq sazişi bağlandıqda məhkəmələr Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsinin və tərəflərin barışıq sazişinin qanuna zidd olub-olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığına, yaxud Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən faktın işin hallarının gizlədilməsi məqsədilə etiraf olunmasına xüsusi diqqət yetirməlidirlər. Bu cür halların mövcudluğu müəyyən edilərsə, belə hərəkətlər qəbul olunmamaqla, mübahisəyə mahiyyəti üzrə baxılması davam etdirilməli və ya həmin faktlar ümumi qaydada sübut edilməlidir. -3.19. Nəzərə alınmalıdır ki, qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-*)-****/**** saylı qərardadı ilə şikayətdə qeyd olunan xüsusatların işin halları baxımından hərtərəfli araşdırılması məqsədilə işə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən maddələrinin mənasına görə, maraqlı şəxslər tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün iki şərt məcmu halında mövcud olmalıdır. Birinci şərt-həmin şəxslər işdə iştirak etməyə cəlb edilməli olduğu halda onların işə cəlb olunmaması, ikinci şərt-qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunması. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Cavabdeh 250000 (iki yüz əlli min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 540 (beş yüz qırx) manat pulun alınaraq iddiaçı iddiaçı2 ödənilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh Cavabdeh iddiaçı2 250000 manat məbləğində pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi mübahisələndirilən qətnamə ilə cavabdehin iddiaçının 250000 manat məbləğində pulunu qaytarmamaqla əsassız varlanması müəyyən edilmişdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin ##.##.2024-cü il tarixli Plenum Qərarının 3.19cu bəndindən də görünür ki, qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır. Bakı şəhəri Yasamal Rayon *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadında məhkəmə qeyd etmişdir ki, iş üzrə məhkəmə cavabdeh Cavabdeh polis şöbəsində verdiyi izahata əsaslanaraq, onun iddiaçıdan 250000 manat pulu alıb qaytarmaması hissəsini iddianın etirafı kimi qəbul etmişdir. Lakin həmin əmlakların iddiaçıdan alınmış 250000 manat pul vəsaiti ilə əldə edilib-edilməməsi məsələsi iddia tələbinin əsasını təşkil etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin Maraqlı şəxs maraqlarına toxunulması hal-hazırki vəziyyətdə müəyyən edilmədiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin ##.##.2024-cü il tarixli Plenum Qərarında göstərilən hüquqi mövqeni və qətnamə ilə müəyyən edilmiş halları nəzərə alaraq, qətnamənin hazırki şikayət verən şəxsin hüquqlarına toxunmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, qərardadın ləğvi üçün əsaslar müəyyən edilmir. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri formal mülahizələrə əsaslanmaqla qərardadın ləğvinə əsas ola bilməz. Odur ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2622/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2622/2026
06.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver