Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2626/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimenin artırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin dəyişdirilməsi (artırılması)” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(005)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh birgə nikahlarından doğlulmuş ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni ##.##.2019-cu il tarixdən başlayaraq, cavabdeh Cavabdeh 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə müəyyən olunur ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh mülkiyyətində olan avtomobillər aşağıdakılardır: 1. 2021-ci il buraxılışlı, tünd göy metallik rəngli, “BMW 530E PLUG-İN Hibrid minik” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı; 2. 2008ci il buraxılışlı, ağ mirvari rəngli, “LEXUS RX350 minik” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı; 3. 2022-ci il buraxılışlı, ağ mirvari rəngli, “NİSSAN kicks minik” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı; 4. 2010-cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ G55 minik” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobil.
3. DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh etibarnamə əsasında istifadəsinə verilmiş avtomobillər aşağıdakılardır: 1. ##.##.2028-ci ilədək qüvvədə olan etibarnamə əsasında, 2024-cü il buraxılışlı, qara metallik rəngli, “MERCEDES BENZ E-200 MİLD-HİBRİD minik”markalı, ** XL *** dövlət qeydiyyat nömrəli; 2. ##.##.2028-ci ilədək qüvvədə olan etibarnamə əsasında, 2024-cü il buraxılışlı, tünd boz rəngli, “KİA SORENTO HİBRİD minik” markalı, ** QR *** dövlət qeydiyyat nişanlı; 3. ##.##.2026-cı ilədək qüvvədə olan etibarnamə əsasında, 2021-ci il buraxılışlı, ağ rəngli, “MERCEDES BENZ E300 E 4MATİC PLUG-IN HIBRİD minik” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı; 4. ##.##.2026-cı ilədək qüvvədə olan etibarnamə əsasında, 2019-cu il buraxılışlı, tünd göy metallik rəngli, “BMW X4X DRIVE 20D minik” markalı, ** QF *** dövlət qeydiyyat nişanlı avtomobil.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən: 1. ünvan 9 ünvanı ##.##.2022-ci il tarixdə; 2. Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi, mənzil 1205 (yeni qaydalarla: ünvan 8) ünvanı ##.##.2022-ci il tarixdə; 3. ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2022-ci il tarixdə; 4. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, ****K saylı bağ sahəsi ünvanında yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ##.##.2017-ci il tarixdə; 5. ünvan 12 ünvanında yerləşən qeyri- yaşayış sahəsi ##.##.2021-ci il tarixdə; 6. ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ##.##.2024-cü il tarixdə; 7. ünvan 2 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.05 ha torpaq sahəsi ##.##.2023-cü il tarixdə; 8. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ##.##.2022-ci il tarixdə; 9. Masallı rayonu, Yeyənkənd kəndində olan fərdi yaşayış evinin yerləşdiyi 0.1184 ha torpaq sahəsi ümumibirgə əsaslarla (6 nəfər) ##.##.2014cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. 10. Həmçinin bildirilmişdir ki, Masallı rayonu, Yeyənkənd kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair ümumibirgə əsaslarla (6 nəfər) Cavabdeh adı ilə bağlı JN-***A nömrəli ##.##.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir.
11. Masallı rayonu, Yeyənkənd kəndində yerləşən 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ümumibirgə əsaslarla (6 nəfər) Cavabdeh adı ilə bağlı JN-*** nömrəli ##.##.1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin ## ####### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Firmasının (VÖEN **********) təsisçisidir, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Firmasının (VÖEN **********) rəhbəridir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ## ####### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh təsisçisi və ya rəhbəri olduğu müəssisələrin gəlirləri barədə məlumatlar aşağıdakı kimi müəyyən edilmişdir: Uçot baza məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2019-cu il tarixdən ##.##.2024cü il tarixədək olan hesabat dövrü üzrə mənfəət vergi bəyannaməsi məlumatlarına əsasən gəlir məbləği 111649,50 manat təşkil etmişdir. Uçot baza məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2019-cu il tarixdən ##.##.2024cü il tarixədək olan hesabat dövrü üzrə mənfəət vergi bəyannaməsi məlumatlarına əsasən gəlir məbləği 498963,62 manat təşkil etmişdir. Uçot baza məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2021-ci il tarixdən ##.##.2024cü il tarixədək olan hesabat dövrü üzrə mənfəət vergi bəyannaməsi məlumatlarına əsasən gəlir məbləği 139451,0 manat təşkil etmişdir. Uçot baza məlumatlarına əsasən "xxxx" Firmasının (VÖEN:**********) ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan hesabat dövrü üzrə müvafiq bəyannamələr təqdim edilmədiyindən və ya göstəricisiz təqdim edildiyindən həmin dövrlər üzrə dövriyyə məbləğini müəyyən etmək mümkün olmamışdır.
7. Mygov portalından əldə edilmiş ailə tərkibi məlumatlarına görə Cavabdeh ##.##.1989-cu il təvəllüdlü X2 adlı həyat yoldaşı, ##.##.2012-ci il təvəllüdlü X1, ##.##.2015ci il təvəllüdlü X5, ##.##.2016-cı il təvəllüdlü X6 və ##.##.2019-cu il təvəllüdlü X4 adlı övladlarının olduğu müəyyən edilir.
8. Mygov portalından əldə edilmiş iş yeri məlumatlarına görə Cavabdeh “xxxx” MMCdə ##.##.2021-ci il tarixdən stomatoloq olaraq çalışır. Aylıq əmək haqqı məbləği 200 manat təşkil edir. Mygov portalından əldə edilmiş iş yeri məlumatlarına görə Cavabdeh “xxxx” MMCdə ##.##.2023-cü il tarixdən stomatoloq olaraq çalışır. Aylıq əmək haqqı məbləği 200 manat təşkil edir.
9. X7 (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2024-cü il tarixli təsis payının alğı-satqısı müqaviləsi ilə müəyyən olunur ki, satıcı “xxxx” MMC-də olan nizamnamə kapitalının məbləği 10 manat, nizamnamə kapitalındakı payı 1 pay, nizamnamə kapitalındakı faizi 100 faiz olan paydan 10 manat məbləği, 100 faizi alıcı Cavabdeh mülkiyyətinə verir, alıcı isə payı (hissəni) qəbul edir və bu razılaşmanın müqabilində müqaviıənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği satıcıya ödəyir. Tərəflər həmin müəssisənin satıcıya məxsus olan payını (hissəsini) 500 manat dəyərində qiymətləndirdilər.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ## #### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2014-cü il tarixli təsis yığıncağının qərarı ilə Cəmiyyətin təsisçisi və qanuni təmsilçisi Cavabdeh müəyyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisi qeydiyyat tarixindən (##.##.2015-ci il) etibarən Cavabdeh müəyyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisi və qanuni təmsilçisi qeydiyyat tarixindən (##.##.2021-ci il) etibarən Cavabdeh müəyyən olunmuşdur. "xxxx" Firmasının (VÖEN: **********) ##.##.2014-cü il tarixli ümumi yığıncağının qərarı ilə Cəmiyyətin təsisçisi və qanuni təmsilçisi Cavabdeh müəyyən olunmuşdur. "xxxx" MMC-nin ##.##.2014- ##.##.2018-ci il tarixləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinə əsasən ümumi dövriyyəsi 94221.00 manat, 2019-2025-ci il tarixləri üzrə mənfəət vergisi bəyannamələrinə əsasən isə ümumi gəlirləri 141686.65 manat (xalis gəlirləri - 57363,88 manat), "xxxx" MMCnin ##.##.2015-##.##.2018-ci il tarixləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinə əsasən ümumi dövriyyəsi 282307.03 manat, 2019-2025-ci il tarixləri üzrə mənfəət vergisi bəyannamələrinə əsasən isə ümumi gəlirləri 498963.62 manat (xalis gəlirləri - 282307.03 manat), "xxxx" MMC-nin 2021-2025-ci illər üzrə mənfəət vergisi bəyannamələrinə əsasən ümumi gəlirləri 170546.00 manat (xalis gəlirləri - 14535,85 manat), "xxxx" Firmasının ##.##.2007-##.##.2010-cu il tarixləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinə əsasən isə ümumi dövriyyəsinin 9867.00 manat olduğu müəyyən edilmişdir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsinin ## #### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2014-cü il tarixli təsis yığıncağının qərarı ilə Cəmiyyətin təsisçisi və qanuni təmsilçisi Cavabdeh müəyyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisi qeydiyyat tarixindən (##.##.2015-ci il) etibarən Cavabdeh müəyyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisi və qanuni təmsilçisi qeydiyyat tarixindən (##.##.2021-ci il) etibarən Cavabdeh müəyyən olunmuşdur. "xxxx" Firmasının (VÖEN: **********) ##.##.2014-cü il tarixli Ümumi yığıncağının qərarı ilə Cəmiyyətin təsisçisi və qanuni təmsilçisi Cavabdeh müəyyən olunmuşdur.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsinin # ##### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisi ##.##.2024-cü il tarixli Ümumi yığıncağının qərarı ilə Cavabdeh müəyyən olunmuşdur və hazırda Cəmiyyətin təsisçisi həmin şəxsdir.
13. Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu məlumatlarına görə Cavabdeh “xxxx” MMC və “xxxx” MMC-də stomatoloq olaraq çalışır, hər bir müəssisədə aylıq əmək haqqısı 200 manat təşkil edir. - Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu məlumatlarına görə İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsində müəllim olaraq çalışır, əmək haqqısı 761 manat, 734,63 manat təşkil edir.
14. İddiaçı İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş ərizə ilə müəyyən olunur ki, X1 aylıq xərcləri bunlardır: riyaziyyat - 60; kimya – 60; biologiya – 60; fizika – 60; tarix (2) - 100; cografiya - 50, karate – 60; futbol - 40, şahmat - 50 (hər həftənin axırı turnirlərə, yarışlara gedir. Ödənişi 30 manat, 50 manat olur), may – sentyabr - üzgüçülük (ayda – 50 manat), may-sentyabr - ingilis dilindən danışıq kurslarında olub (ayda 70 manat), bu il də həmin aylarda danışığa və üzgüçülüyə gedəcəkdir.
15. İddiaçı İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən məlum olur ki, X1 müxtəlif sahələr üzrə (əsasən də şahmat sahəsi üzrə) bir sıra turnirlərdə, yarışlarda və olimpiadalarda iştirak etmiş, diplomlarla, sertifikatlarla, medallarla təltif olunmuşdur. - ##.##.2025-ci il tarixdə İddiaçı ilə Nümayəndə arasında bağlanmış EM-***VK-*****/** saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 320 manat müəyyən olunmuşdur.
16. 8675, **** nömrəli ödəniş qəbzləri ilə müəyyən olunur ki, İddiaçı tərəfindən vəkil Nümayəndə hesabına 120 manat və 200 manat olmaqla, ümumilikdə 320 manat ödəniş həyata keçirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı ##.##.2012-ci il təvəllüdlü X1 üçün Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş X1 tutulmalı olan alimentin miqdarının artırılaraq hər ay 1500 manat miqdarında müəyyən edilməsi, mediasiya təşkilatına ödədiyi 61 manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödədiyi 320 manat haqqın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Sonradan, iddiaçı İddiaçı MPM-nin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı ##.##.2012-ci il təvəllüdlü X1 üçün Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(005)- ****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş X1 tutulmalı olan alimentin miqdarının artırılaraq hər ay 4000 manat miqdarında müəyyən edilməsi, mediasiya təşkilatına ödədiyi 61 manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödədiyi 320 manat haqqın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə ##.##.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikahlarından ##.##.2012-ci il təvəllüdlü X1 anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, 2(005)- ****/**** saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış ##.##.2012-ci il tarixli nikahın ləğv edilməsi, övladı ##.##.2012-ci il təvəllüdlü X1 onun yanında qalması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə övladı ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün ##.##.2019-cu il tarixdən başlayaraq Cavabdeh 200 manat alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Halhazırda övladı Davud Məcidovun 13 yaşı vardır və 8-ci sinfə gedəcəkdir. Buna görə də, Davudun ehtiyacları - təhsil xərci, məktəb xərcləri, gündəlik ehtiyaclar, sosial ehtiyacları, mədəni ehtiyacları getdikcə artmaqdadır. X1 ehtiyaclarının təmin edilməsi cavabdeh Cavabdeh birbaşa vəzifəsidir. Özü işləmir və övladının qayğısını çəkir, buna görə də, onun təhsil və saxlanması ehtiyaclarını qarşılaya bilmir. Cavabdeh iş adamıdır və onun çoxlu əmlakları, bahalı avtomobilləri və çox yüksək gəliri vardır. Buna görə də hesab edir ki, məhkəmənin qərarı ilə təyin edilmiş alimentin miqdarı artırılmalıdır. Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna verdiyi ##.##.2025-ci il tarixli məktubuna əsasən cavabdeh Cavabdeh mülkiyyətində aşağıdakı daşınmaz əmlaklar vardır: 1) ##.##.2022-ci il tarixdə əldə etdiyi Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi ** saylı evin ** saylı mənzili; 2) ##.##.2022ci il tarixdə əldə etdiyi Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi mənzil 1205 (yeni qaydalarla: ünvan 3) ünvanındakı mənzil; 3) ##.##.2022-ci il tarixdə əldə etdiyi ünvan 7 ünvanında fərdi yaşayış evi; 4) ##.##.2017-ci ildə əldə etdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ****K saylı bağ sahəsi ünvanında yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi; 5) ##.##.2021-ci ildə əldə etdiyi ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; 6) ##.##.2024-cü ildə əldə etdiyi ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; 7) ##.##.2023-cü ildə ünvan 1 ünvanında fərdi yaşayış evi; 8) ##.##.2022-ci ildə əldə etdiyi Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha yaşayış məntəqələrinin torpaq təyinatlı torpaq sahəsi; 9) ##.##.2014-cü ildə əldə etdiyi Masallı rayonu Yeyənkənd kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumbirgə əsaslarla (6 nəfər) Cavabdeh adına qeydiyyata alınmışdır; 10) ##.##.2014cü ildə Masallı rayonu Yeyənkənd kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumbirgə əsaslarla (6 nəfər) Cavabdeh adı ilə bağlı JN***A nömrəli ##.##.2005-ci il tarixli "Torpağın mülkiyyətə verilməsimə dair şəhadətnamə", ##.##.1998-ci il tarixli "Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı" tərtib edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin vəkil sorğusuna verdiyi ##.##.2025-ci il tarixli məktubuna əsasən cavabdeh Cavabdeh mülkiyyətində aşağıdakı avtomobillər vardır: 1) 2021-ci il buraxılışlı, tünd göy metallik rəngli ** UA *** dövlət qeydiyyat nömrəli, “BMW 530E PLUG-İN” markalı Hibrid minik avtomobili, 2) 2008-ci il buraxılışlı, ağ mirvari rəngli, ** DP *** dövlət qeydiyyat nömrəli, “LEXUS RX350” markalı minik avtomobili, 3) 2022-ci il buraxılışlı, ağ mirvari rəngli, ** BB *** dövlət qeydiyyat nömrəli, “NİSSAN kicks” markalı minik avtomobili, 4) 2010-cu il buraxılışlı, qara rəngli ** XA *** dövlət qeydiyyat nömrəli, “MERCEDES BENZG55” markalı minik avtomobili. Cavabdeh Cavabdeh etibarnamə əsasında idarə etdiyi avtomobillər: 1) ##.##.2025-ci il tarixli, ##.##.2028-ci ilədək qüvvədə olan etibarnamə əsasında, 2024-cü il buraxılışlı, qara metallik rəngli ** XL *** dövlət qeydiyyat nömrəli, “MERCEDES BENZ E-200” MİLD-HİBRİD markalı minik avtomobili, 2) ##.##.2025-ci il tarixli, ##.##.2028-ci ilədək qüvvədə olan etibarnamə əsasında, 2024-cü il buraxılışlı, tünd boz rəngli, ** QR *** dövlət qeydiyyat nömrəli “KİA SORENTO” HİBRİD markalı minik avtomobili, 3) ##.##.2024-cü il tarixli, ##.##.2026-cı ilədək qüvvədə olan etibarnamə əsasında, 2021-ci il buraxılışlı, ağ rəngli ** EU *** dövlət qeydiyyat nömrəli, “MERCEDES BENZ E-300 E 4MATİC” PLUG-IN HIBRİD markalı minik avtomobili, 4) ##.##.2025-ci il tarixli, ##.##.2026-cı ilədək qüvvədə olan etibarnamə əsasında, 2019-cu il buraxılışlı, tünd höu metallik rəngli 77 Q F220 dövlət qeydiyyat nömrəli, “BMW X4X DRIVE 20D” markalı minik avtomobili. Bunlardan başqa, cavabdeh Cavabdeh Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməklə fərdi sahibkar kimi (VÖEN **********) fəaliyyət göstərir və yüksək gəlir əldə edir. Vəkili Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ## #### 2025-ci il tarixli vəkil sorğusu göndərərək, ##.##.1986-cı ildə Masallı rayonunda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, A.Alı küçəsi, *B saylı evin ** saylı mənzilində qeydiyyatda olan (ŞV:AA6277236/ FİN:*******) Cavabdeh vergi ödəyicisi kimi, habelə hüquqi şəxsin təsisçisi və ya rəhbəri kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyata alınması barədə məlumatın, əgər fiziki şəxs kimi qeydiyyata alınmışdırsa onun aylıq gəlirləri barədə məlumatın, habelə təsisçisi və ya payçısı olduğu hüquqi şəxsin gəlirləri barədə məlumatın verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vəkil sorğusuna cavab verməmişdir.
20. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəmənin sorğusuna verdiyi ##.##.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, cavabdeh Cavabdeh təsisçisi və rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2019-cu il tarixdən ##.##.2024cü il tarixədək olan hesabat dövrü üzrə mənfəət vergi bəyannaməsi məlumatlarına əsasən gəlir məbləği 111649,5 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) ##.##.2019- cu il tarixdən ##.##.2024-cü il tarixədək olan hesabat dövrü üzrə mənfəət vergi bəyannaməsi məlumatlarına əsasən gəlir məbləği 498963,62 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan hesabat dövrü üzrə mənfəət vergi bəyannaməsi məlumatlarına əsasən gəlir məbləği 139451 manat təşkil etmişdir. Göründüyü kimi, cavabdehin əmlakının dəyəri eyni zamanda iş adamı kimi gəlirləri həddindən çox yüksəkdir. Bu da cavabdehlə birgə nikahdan anadan olmuş ##.##.2012-ci il təvəllüdlü X1 üçün cavabdehin yüksək məbləğdə aliment ödəmək imkanının göstəricisidir.
21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2012-ci il təvəllüdlü X1 üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 3,75 misli həddində alimentin (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi nəzərə alınmaqla) tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya xərcinin əvəzi olaraq 61 manat və hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 320 manatın 120 manat hissəsinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin maddi vəziyyətində dəyişikliklərin baş verdiyi aşkardır. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi sənədlərlə cavabdehin mülkiyyətində xeyli sayda istər daşınar, istərsə də, daşınmaz əmlakların olduğu müəyyən edilir. Bu əmlaklardan bəziləri alimentə dair qətnamə qəbul edilən dövrədək əldə edilsə də, bir çox hissəsi də məhz 2019-cu il tarixdən (alimentə dair qətnamədən) sonra əldə edildiyi müəyyən edilir. Cavabdehin mülkiyyətində çoxsaylı əmlakların (ələlxüsus qeyri-yaşayış sahələrinin) olması artıq onun daimi qazanc yerinin olması, həmin əmlakların müəyyən hissəsindən fayda götürmək imkanının faktiki olaraq mövcud olması anlamına gəlir. Bundan başqa, məhkəmənin sorğusu əsasında Dövlət Vergi Xidmətinin struktur qurumlarından daxil olmuş məktublarla cavabdehin bir neçə adda hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisi olduğu müəyyən edilmişdir. Həmin məktublarda sözügedən hüquqi şəxslərin hansı tarixdən təsis edildiyi, Cavabdeh hansı tarixdən etibarən hüquqi şəxslərin təsisçisi olduğu ətraflı göstərilməklə, həmin hüquqi şəxslərin ümumi gəlirləri və xalis mənfəətləri barədə məlumatlar da yer almışdır. Həmin məktublarda "xxxx" MMC-nin ##.##.2014-##.##.2018-ci il tarixləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinə əsasən ümumi dövriyyəsi 94221.00 manat, 2019-2025-ci il tarixləri üzrə mənfəət vergisi bəyannamələrinə əsasən isə ümumi gəlirləri 141686.65 manat (xalis gəlirləri - 57363,88 manat), "xxxx" MMC-nin ##.##.2015-##.##.2018-ci il tarixləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinə əsasən ümumi dövriyyəsi 282307.03 manat, 2019-2025-ci il tarixləri üzrə mənfəət vergisi bəyannamələrinə əsasən isə ümumi gəlirləri 498963.62 manat (xalis gəlirləri - 282307.03 manat), "xxxx" MMC-nin 2021-2025-ci illər üzrə mənfəət vergisi bəyannamələrinə əsasən ümumi gəlirləri 170546.00 manat (xalis gəlirləri - 14535,85 manat), "xxxx" Firmasının ##.##.2007-##.##.2010-cu il tarixləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinə əsasən isə ümumi dövriyyəsinin 9867.00 manat olduğu müəyyən edilmişdir ki, bütün bu hallar cavabdehin maddi imkanının olduqca yüksək olmasına dəlalət edir. Həmçinin, müəyyən olunur ki, uzun müddət ərzində uşağın maddi və mənəvi saxlanması yükü ananın üzərində olmuşdur. Ana valideyn vəzifələrini layiqincə yerinə yetirmişdir ki, təqdim edilmiş fotoşəkillərlə uşağın müxtəlif sahələrdə uğur qazandığı, ölkə və cəmiyyət üçün yararlı fərd kimi yetişdirildiyi müəyyən olunur. Atanın bu vaxta qədər yalnız təyin olunmuş alimentin ödənilməsi ilə kifayətlənməsi, bir valideyn kimi vəzifələrin tam həyata keçirilməsini istisna edir. Uşağın hazırki yaş aralığı ilə bağlı onun təhsili, geyimi, həmyaşıdları ilə sosial tədbirlərdə iştirakı nəticəsində yaranan və digər maddi xərcləri, həmçinin bu vaxta qədər uşağın saxlanması yükünün əsasən ananın üzərində olması nəzərə alındıqda məhkəmə aliment məbləğinin artırılmalı olması qənaətinə gəlir. Lakin hər iki tərəfin maddi və ailə vəziyyətini nəzərə alıb, aliment məbləğini ağlabatan, ədalətli və tərəflərin maddi vəziyyətinə uyğun həddə müəyyən edilməsini uyğun hesab edir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 78.1, 100.2-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci, 19-cu maddələri, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamədən cavabdeh apellyasiya verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı onun adına bir neçə nəqliyyat vasitəsinin, əmlakların və şirkətlərin olması müəyyən olunmuş və qeyd edilən hallara istinad edilərək aliment məbləği artırılmışdır. Lakin qeyd edilən yanaşma tamamilə yanlışdır. Birincisi nəqliyyat vasitələri və əmlakların adına olması hələ onun gəlirli şəxs olmağı anlamına gəlmir. Gəlirli şəxs o şəxs hesab olar ki, həmin əmlakları icarəyə verib gəlir götürsün. Məhkəmədə iş materiallarında həmin əmlakların icarəyə verilməsi barədə hər hansısa sübut mövcud deyildir. İkincisi məhkəmə həmin əmlakların adına olmasına istinad etmiş, lakin daha dərin araşdırma aparmayaraq bunların adıma hansı əsasla keçməsini araşdırmamışdır. Çünki əmlakların çoxu əldə edilmiş gəlir hesabına deyil, vərəsəlik qaydasında atasından ona keçmişdir. Yəni həmin əmlaklar atasının gəlirləri hesabına əldə edilmiş, atası rəhmətə getdikdən sonra adınaa keçmişdir Üçüncüsü sadalanan şirkətlərdən yalnız son "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) aktiv şəkildə fəaliyyətdə olan şirkətlər olmuş, “xxxx” firması 2010-cu ildə fəaliyyətini dayandırmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2024-cü ildən tərəfimdən 500 manat məbləğinə əldə edilmişdir. Aktiv şirkətlərin (yuxarıda sadalanan iki aktiv şirkət) xalis gəlirlərini ( iş materiallarında olan mənfəət vergi bəyənnamələrinə uyğun olaraq) cəmləyib 2019-cu ildən bəri hesabladıqda hardasa aylıq 1000 manat gəlir edir. Göründüyü kimi onun adına şirkətlərin olması, əmlakların olması hələ də onun yüksək gəlirli şəxs olduğu anlamına gəlmir. Gəlirləri qeyristabil olmaqla, hardasa aylıq 1000-1500 manat təşkil edir. Nəzərə almaq lazımdır ki o, ailəlidir, əlavə 3 övladı var, eyni zamanda atası rəhmətə getdiyindən anası onun himayəsindədir. Onların yaşam xərci onun əldə etdiyi gəlirlə ancaq qarşılanır. Məhkəmə isə hardasa 1500 manata yaxın aliment təyin etmişdir. Məhkəmənin fikrincə o aylıq hardasa 10.000 minə yaxın gəliri var ki, diqqətəlayiq hallar nəzərə alındıqdan sonra əlavə 1500 manat aliment ödəyə bilər. Aliment uşağın əvvəlki yaşam səviyyəsinin saxlanılması üçündür. Hansı sübutlarla təsdiq olunur ki, uşağın əvvəlki yaşam səviyyəsi 1500 manatdır. 2019-cu ildən bəri uşağa görə 200 manat ödənilirdisə demək əvvəlki yaşam səviyyəsinin 200 manatdan 1500 manata artması hansı reallığı əks etdirir. Məhkəmə də özü təsdiq edir ki, əmlakların çoxu sonradan əldə edilmişdir. Bu onu deməyə əsas verir ki, birgə yaşayış dövründə yaşam səviyyəsi 1500 manata uyğun olmamışdır.
26. Qətnamədən iddiaçı da apellyasiya verərək qətnamənin iddia tələbinin təmiт edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. İddiaçı apellyasiya şikayətini iddia tələbinin həcminin artırılmasına dair ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmənin təyin etdiyi alimentin miqdarı cavabdehin gəlirlərinə mütanasib deyildir və kifayət qədər aşağıdır. Məhkəmə daha yetkin qərara gəlmək üçün cavabdehin əmlaklarının qiymətləndirməsini təşkil edə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi öz apellyasiya şikayətlərini müdafiə edərək cavabdehin görünməyən gəliri olduğunu, cavabdehin mülkiyyətində olan 10 daşınmaz əmlakdan 3-ü Bakı şəhərində qeyri-yaşayış sahəsi olmasını, 4 ədəd avtomobil mülkiyyətində, digər 4 ədəd isə etibarnamə ilə istifadəsində olduğunu əsas kimi göstərək təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
30. Cavabdeh isə qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, 2024-cü ildə 500 manat qarşılğında lisenziyalı şirkəti aldığını, şirkətlərin gəlir gətirmədiyini, əlavə 3 uşağı və himayəsində yaşlı anası olduğuna əsaslanaraq öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Suallara cavab olaraq cavabdeh bildirmişdir ki, digər uşaqlarının 12,14, 6 yaşları var. “Evrika” liseyində oxuyurlar. İlliyi 3800, 4250, 4250 ödəyir. Ona endirim ediblər. Pulu köçürməyə kömək edənlər var.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
33. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
e) Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırkı apellyasiya şikayətlərində qətnamənin həm iddia tələbinin təmin edilən, həm də təmin edilməyən hissələri mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Hazırkı işin faktiki halları ondan ibarətdir ki, tərəflər 2012-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan bir övladları - ##.##.2012-ci il təvəllüdlü X1 anadan olmuş, tərəflərin nikahı 2014-cü il tarixdə pozulmuş, uşaq ananın himayəsində saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh birgə nikahlarından doğlulmuş ##.##.2012ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ##.##.2019-cu il tarixdən başlayaraq, cavabdeh Cavabdeh 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı ödənilən aliment məbləğinin uşağın xərclərini qarşılamaq üçün yetərli olmadığına istinad edib, aliment məbləğinin dəyişdirilməsini istəyir.
40. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdehin hazırki iş üzrə qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Əvvəla, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maksimum təsir etməmisinə yönəlmişdir.
41. Məhkəmə kollegiyası cavabdehin qazancının az olması, sonradan ailə qurmaqla həmin nikahdan da üç uşağının olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2019-cu il) qəbul edilməsindən (hansıki sabit məbləğ kimi həmin vaxta uyğun 200 manat) 7 ildən çox müddət ötmüş, həmin keçən müddət ərzində uşaqların yaşayış minimumunun artmasına baxmayaraq iddiaçı tərəfindən alimentin artırılması üçün müraciət edilməmişdir. O cümlədən, uşağın valideynlərdən birinin himayəsində olması, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsinə, bu uşaqlarından hazırki nikahdan olan digər uşaqları kimi maddi təminat almaq, bərabər yaşayış şəraitində saxlanılmaq (cavabdehin izahatından qeyd etdiyinə əsasən digər uşaqlar özəl məktəbdə təhsil alırlar. Baxmayaraq ki, cavabdeh az məbləğdə ödəniş etdiyini qeyd etmiş, lakin Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərin qiymətləri hamıya açıq olmaqla internet saytlarında yerləşdirildiyindən, (“Evrika” liseyində illik təhsil haqqı təxmini (minimum 8500 manat) civarındadır) hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin təyin edilən həddə aliment müəyyən edilməsinə etirazı əsassız hesab edilməlidir. O cümlədən cavabdehin qeyd etdiyi kimi qazancının 1500 manat olması, məhz yuxarıda qeyd edilən ən azından özəl məktəb xərclərinin ödənilməsinin təmin edilməsi baxımından da inandırıcı olmamaqla məhkəmə tərəfindən alimentin yüksək təyin edilməsindən boyun qaçırması kimi qiymətləndirilir. Əlavə olaraq qeyd edilməlidir ki, işdə olan digər təqdim edilən sənədlərdən də əmlak vəziyyətinin də məhz müəyyən edilmiş alimentin ödənilməməsi üçün mümkün olan görünməklə kollegiya alimentin azaldılması üçün hər hansı bir əsas görmür.
42. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin ikinci nikahından da üç uşağının olması hazırki iş üzrə alimentin tutulması müəyyən edilən uşağının təminat xərclərinin azaldılması, yəni daha az məbləğdə müəyyən edilməsi üçün əsas ola bilməz. Halbuki iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin maddi vəziyyətində dəyişikliklərin baş verdiyi aşkardır. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi sənədlərlə cavabdehin mülkiyyətində xeyli sayda istər daşınar, istərsə də, daşınmaz əmlakların olduğu müəyyən edilir. Bu əmlaklardan bəziləri alimentə dair qətnamə qəbul edilən dövrədək əldə edilsə də, bir çox hissəsi də məhz 2019-cu il tarixdən (alimentə dair qətnamədən) sonra əldə edildiyi müəyyən edilir. Cavabdehin mülkiyyətində çoxsaylı əmlakların (ələlxüsus qeyri-yaşayış sahələrinin) olması artıq onun daimi qazanc yerinin olması, həmin əmlakların müəyyən hissəsindən fayda götürmək imkanının faktiki olaraq mövcud olması anlamına gəlir. Bundan başqa, məhkəmənin sorğusu əsasında Dövlət Vergi Xidmətinin struktur qurumlarından daxil olmuş məktublarla cavabdehin bir neçə adda hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisi olduğu müəyyən edilmişdir. Həmin məktublarda sözügedən hüquqi şəxslərin hansı tarixdən təsis edildiyi, Cavabdeh hansı tarixdən etibarən hüquqi şəxslərin təsisçisi olduğu ətraflı göstərilməklə, həmin hüquqi şəxslərin ümumi gəlirləri və xalis mənfəətləri barədə məlumatlar da yer almışdır. Həmin məktublarda "xxxx" MMC-nin ##.##.2014-##.##.2018-ci il tarixləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinə əsasən ümumi dövriyyəsi 94221.00 manat, 2019- 2025-ci il tarixləri üzrə mənfəət vergisi bəyannamələrinə əsasən isə ümumi gəlirləri 141686.65 manat (xalis gəlirləri - 57363,88 manat), "xxxx" MMC-nin ##.##.2015-##.##.2018ci il tarixləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinə əsasən ümumi dövriyyəsi 282307.03 manat, 2019-2025-ci il tarixləri üzrə mənfəət vergisi bəyannamələrinə əsasən isə ümumi gəlirləri 498963.62 manat (xalis gəlirləri - 282307.03 manat), "xxxx" MMC-nin 2021-2025-ci illər üzrə mənfəət vergisi bəyannamələrinə əsasən ümumi gəlirləri 170546.00 manat (xalis gəlirləri - 14535,85 manat), "xxxx" Firmasının ##.##.2007-##.##.2010-cu il tarixləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinə əsasən isə ümumi dövriyyəsinin 9867.00 manat olduğu müəyyən edilmişdir ki, bütün bu hallar cavabdehin maddi imkanının təyin edilən alimentin qarşılanmasının mümkünlüyünə dəlalət edir.
43. Yuxarıda qeyd edilən hallar, eyni zamanda cavabdehin maddi vəziyyətindəki dəyişikliklərin təsdiq edilməsinə istinad olunan sənədlər cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilini əsassız hesab edir. Belə ki, aylıq gəlirinin 1000-1500 manat olmasına dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
44. Hazırda müəyyən edilən alimentə, eyni zamanda iddiaçının apellyasiya şikayətinin əsası kimi istinad etdiyi dəlilə münasibətdə qeyd edilməlidir ki, hazırki qətnamə ilə uşağın saxlanması üçün ölkə üzrə minimum əmək haqqının 3.75 misli aliment 1500 manata yaxın edir və bu da bir uşağın yüksək səviyyəli təminat çərçivəsində saxlanılması üçün qənaətbəxş hesab edilməlidir. Bu baxımından alimentin məhz 4000 manat müəyyən edilməsi barədə tələbin təmin edilməsi əsaslı hesab edilə bilməz. Bununla bağlı da qeyd edilməlidir ki, aliment kifaət qədər uşağın mənafeyi baxımından ədalətli və ağlabatan təyin edilməklə uşağın saxlanmasında digər valideynin iştirakının zəruri olması nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməsi əsaslı hesab edilə bilmməz.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.