Məhkəmə qərarları › İş №e-2(3-6)-2629/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2629/2026

05.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2629/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı LPO iddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X oğlunun katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1, Cavabdeh cavabdeh3 iştirakları ilə, Iddiaçı LPO iddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı LPO iddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## #### 2019 cu il tarixli MBNP ***-*******FIMSA(B)******-** nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 7.692,37 manat məbləğində borcun– bundan 7.648,42 manat əsas borcun və 43,95 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 96.92 manat dövlət rüsumunun cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan iddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 müştərək qaydada 7.487,18 manat məbləğində pulun alınaraq LPO iddiaçı2 ASC-yə verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 94 manat hissəsinin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 müştərək qaydada alınaraq LPO iddiaçı2 ASC-yə verilməsi, dövlət rüsumunun qalan hissəsinin LPO iddiaçı2 ASC-yə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 3 manat hissəsinin LPO iddiaçı2 ASC-dən, qalan 97 manat hissəsinin isə cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

3. Qətnamə ilə razılaşmayan cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Mülki işin apellyasiya baxışı zamanı cavabdeh cavabdeh3 məhkəməyə ərizə təqdim edərək verdiyi apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi.

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin qəbul edilməklə təmin olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 369.1. Işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Göründüyü kimi, cavabdeh cavabdeh3 apellyasiya şikayətindən imtina etməsi barədə iradə ifadəsini bildirmişdir. Beləliklə, hazırda onun apellyasiya şikayəti üzrə mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur.

8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli, mülki iş üzrə cavabdeh cavabdeh3 münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı LPO iddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. Iddiaçı LPO iddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə cavabdeh cavabdeh3 oğluna münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar