Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2652/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı X2 cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “əmlakın təhvil verilməsi, kirayə haqqının, təmir xərclərinin və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “öhdəliklərin icrası”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı X2 cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “əmlakın təhvil verilməsi, kirayə haqqının, təmir xərclərinin və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli razılaşma müqaviləsinin və həmin müqaviləyə əlavə edilmiş ##.##.2023-cü il tarixli ** nömrəli əlavənin şərtlərinin pozulmasına görə ödənilməmiş qalmış 7.200 manat kirayə haqqının və Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində cavabdeh tərəfindən inşa edilən çoxmənzilli yaşayış binası kompleksinin həyətində yerləşən iddiaçıya ayrılmış 50 kv.metr qeyri-yaşayış sahəsinin təmirinin tam başa çatdırılması üçün tələb olunan 7.000 manatın, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar tərəfindən ödənilmiş 133 manat dövlət rüsumunun və göstərdiyi hüquqi xidmətə görə vəkilə ödənilmiş 220 manat, ümumilikdə 14.553 manatın Cavabdeh MMCdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ** saylı evin yaşayış sahəsi 48 kv.metr olan 3 otaqlı 1-ci mənzilinin yaşayış sahəsi 17 kv.metr 1 otağı paylı mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Buna dair Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən adına ##.##.2001-ci il tarixli ÖM seriyalı ******* №-li qeydiyyat vəsiqəsi verilmişdir. Onunla cavabdeh Cavabdeh MTK-nın arasında bağlanmış ##.##.2019-cu il tarixli “Razılaşma Müqaviləsi”nə əsasən (müqavilənin 1.1.2.-ci bəndi) Cəmiyyət ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan əmlakın sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, qarşılıqlı razılaşma yolu ilə Sahib Zeynalov küçəsində inşa etdiyi binada 50 kv.metr təmirli qeyri-yaşayış sahəsini (ticarət məqsədinə yararlı) “əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüş, müqavilənin 1.2.-ci bəndinə uyğun olaraq, Tikinti Şirkəti inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatanadək və “Əmlak mülkiyyətçisi”ni qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində 12 (on iki) ay üçün hər ay 600 manat olmaqla 7.200 manat məbləğində kirayə haqqını əvvəlcədən ödəməyi, “Əmlak mülkiyyətçisi”xxxx“Tikinti şirkəti” həmin məbləğləri ona verilməsi kirayə haqlarından tutaraq ödənişlərini təmin etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.5-ci və 2.2.6.-cı bəndlərinə görə, yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işləri başa çatana qədər “Tikinti şirkəti” hər ay üçün 600 manat “Əmlak mülkiyyətçisi”nə kirayə haqqı ödəməyi, binanın tikintisi başa çatdırıldıqdan sonra aşkar olunmuş nöqsanları aradan qaldırmaq və başa çatdırılmamış işləri tamamlamaq kimi öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli müqavilənin 1.1.2.-ci bəndinə 2023-cü il ######ın ##-də (müqavilə № ***/**-ə Əlavə 01) tərəflərin razılaşması əsasında dəyişiklik edilərək öhdəliklər aşağıdakı qaydada müəyyən olunmuşdur: “Tikinti şirkəti” Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binası kompleksinin həyətində yerləşən 50.0 kv.metr təmirli qeyri yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”nin, yəni iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin 50.0 kv.metr sahə ona ayrılsa da, təmir işləri yarımçıq qalmış və işlərin başa çatdırılması üçün 7.000 (yeddi min) manat vəsait tələb olunur. Həmçinin tərəflər arasında bağlanmış ##.##.2019cu il tarixli “Razılaşma Müqaviləsi”nin 1.2.-ci və 2.2.5.-ci bəndləri cəmiyyət tərəfindən yerinə yetirilməmiş, hər ay ödənilməli olan 600 manat kirayə haqqının ödənilməsi 2024-cü ilin mart ayından dayandırılmış, hazırda kirayə haqqının ödənilməmiş hissəsi 12 ay x 600 manat = 7.200 manat təşkil edir. 7.200 manat ödənilməmiş qalmış kirayə haqqının və “Tikinti şirkəti”nin Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binası kompleksinin həyətində yerləşən iddiaçıya ayrılmış 50 kv.metr qeyriyaşayış sahəsinin təmirinin tam başa çatdırılması üçün tələb olunan 7.000 manatın ona verilməsini təmin edilməkdən ötrü cavabdehə 2024-cü il ######ın ##-də poçt vasitəsi ilə göndərmiş olduğu pretenziya məktubunu 2024-cü il ######ın ##-də almış olsa da indiyə kimi heç bir cavab verilməmişdir. Tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli razılaşma müqaviləsinin və həmin müqaviləyə əlavə edilmiş ##.##.2023-cü il tarixli ** nömrəli Əlavənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh aralarında bağlanmış yazılı müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi qüsurla, yarımçıq yerinə yetirmiş, 7.200 manat kirayə haqqı və yarımçıq qalmış təmir işlərinin başa çatdırılmasına görə iddiaçıya 7.000 manat, cəmi 14.200 manat borcu qalmış, lakin pulu qaytarmadığından məcburiyyət qarşısında qalaraq məsələ ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdehdən iddiaçıya vurduğu maddi ziyana görə 14.200 manatın tutulması ilə yanaşı, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar tərəfimdən ödənilmiş 133 manat dövlət rüsumu və göstərdiyi hüquqi xidmətə görə vəkilə ödənilmiş 220 manat, ümumilikdə 14.553 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
3. Iddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli razılaşma müqaviləsinin 1.1.2-ci bəndinə və ##.##.2023-cü il tarixli ***/** №-li müqaviləyə ** №-li Əlavənin 1.1.2-ci bəndində nəzərdə tutulmuş sahəsi 50 kv metr olan qeyri- yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 2024-cü ilin mart ayından ödənilməmiş qalmış 7.200 manat icarə haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və iddiaçıya ayrılmış 50 kv.metr qeyri-yaşayış sahəsinin təmirinin tam başa çatdırılması üçün tələb olunan 7.000 manatın, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 133 manat dövlət rüsumunun və göstərdiyi hüquqi xidmətə görə vəkilə ödənilmiş 220 manat, ümumilikdə 14.553 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Vüsalə Musayeva) ilə iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli razılaşma müqaviləsinin 1.1.2-ci bəndinə və ##.##.2023-cü il tarixli ***/** nömrəli müqaviləyə ** nömrəli əlavənin 1.1.2-ci bəndində nəzərdə tutulmuş sahəsi 50,0 m2 olan qeyri-yaşayış sahəsinin iddiaçı X2 təhvil verilməsi öhdəliyi cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, 2024-cü ilin mart ayından ödənilməmiş qalmış 7.200 (yeddi min iki yüz) manat icarə haqqının cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutulması, iddiaçıya ayrılmış 50,0 m2 olan qeyri-yaşayış sahəsinin təmirinin tam başa çatdırılması üçün tələb olunan 1.266,65 (bir min iki yüz altmış altı manat, altmış beş qəpik) manat cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı X2 ödənilməsi, ödənilmiş 133 (bir yüz otuz üç) manat dövlət rüsumu və göstərilən hüquqi xidmətə görə vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı X2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
5. Iddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmiş, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, icarə haqqının tutulması hissəsində qətnamə ilə razılaşmır. Rayon məhkəməsi həmin hissədə işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. MTK tərəfindən tikinti layihəsi üzrə bina 2022-ci ildə müvafiq qaydada istismara qəbul edilmiş, bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilmişdir. Iddiaçı təqdim edilən qeyri-yaşayış sahəsini qəbul etməmişdir. Halbuki, MTK tərəfindən qeyri-yaşayış sahəsinin qəbul edilməsi üçün təkliflər irəli sürülmüşdür. Bu halda icarə haqqının tutulması üçün əsas olan “əmlakın təqdim edilməməsi” faktı mövcud deyildir. Qeyd edilənlərə əsasən, qətnamənin qismən – icarə haqqının tutulması hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün mövcud və faktiki hallarını kifayət qədər araşdırmış, baxmayaraq ki, cavabdeh tərəf buna hər vasitə ilə mane olmağa çalışmışdır, o cümlədən obyektin qapısının açarının onda olmamasını bəhanə edərək məhkəmə heyətini və ekspertləri əraziyə buraxmamış, işin həllini yubatmış, obyekti və obyektin giriş qapısının açarını guya iddiaçıya təhvil verildiyini bildirsə də bu barədə heç bir sübut, o cümlədən obyektin hansı vaxt təhvil verilməsi barədə təslimtəhvil aktını məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli “Razılaşma müqaviləsi”nə əsasən (müqavilənin 1.1.2-ci bəndi) cəmiyyət ünvan 2 ünvanında yerləşən "Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan əmlakın sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, qarşılıqlı razılaşma yolu ilə Sahib Zeynalov küçəsində inşa etdiyi binada 50.0 kv.metr təmirli qeyri-yaşayış sahəsini (ticarət məqsədinə yararlı) "əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüş, müqavilənin 1.2.-ci bəndinə uyğun olaraq, Tikinti Şirkəti inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və "Əmlak mülkiyyətçisi”ni qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə "Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində 12 (on iki) ay üçün hər ay 600 (altı yüz) manat olmaqla 7.200 (yeddi min iki yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni hər ay ödəməli olduğu 600 manat icarə haqqını 2024cü il ####ın ##-dək (sonuncu ödəniş ##.##.2024-cü il tarixində olmuşdur) etmiş (bu barədə bank çıxarışı məhkəmənin iş materiallarına əlavə olunmuşdur), ondan sonra ödənişi dayandırdığından hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə, cavabdehdən hər ay ödəməyi öz üzərinə götürmüş 600 manat icarə haqqını 1 il üçün, yəni ödəmənin dayandıqıldığı 2024-cü ilin mart ayından iddianın qaldırıldığı 2025-ci ilin fevral ayına kimi tutulmasını qət etmiş (600 manat x 12 ay=7.200 manat), amma cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, yəni qeyri-yaşayış sahəsini təhvil vermədiyi üçün 2025-ci ilin mart ayından əmlak təhvil verilən günədək, yəni obyekti təhvil verən günədək hər ay icarə haqqı kimi 600 manat ödəmək barədə öhdəliyi həy ay artmaqdadır (tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli "Razılaşma Müqviləsi"nə əsasən (müqavilənin 1.1.2.-ci bəndi) müqavilənin 1.2.-ci bəndinə uyğun olaraq, Tikinti Şirkəti inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi"ni qeyri-yaşayış sahəsi ilə təmin edən günədək kimi üzərinə götürdüyü öhdəliyi hazırkı dövrədək yerinə yetirməmişdir. Yəni, cavabdehdən icarə haqqı kimi 7.200 manatın tutulması yalnız, mart 2024-ildən fevral 2025-ci illəri əhatə etdiyindən, 2025-ci ilin mart ayından sonrakı aylar, yəni obyektin təhvil verilən günədək kimi öhdəliyi qalmaqdadır. Hesab edir ki, rayon məhkəməsinin gəldyi nəticə qanuni və əsaslıdır, buna görə də dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, iddiaçıya sonuncu kirayə haqqı 2024-cü ilin fevral ayında ödənilmişdir. Qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir, təmirli vəziyyətdə təhvil vermək üçün iddiaçıdan əlavə pul tələb edirlər.
9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdehin “Azemis” elektron məhkəmə sistemi vasitəsilə Məhkəməyə müraciət edərək, nümayəndələrinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
11. Mülki iş materiallarında olan:
12. Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2001-ci il tarixli ÖM seriyalı ******* nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ** saylı evin yaşayış sahəsi 48 m2 olan 3 otaqlı 1-ci mənzilinin yaşayış sahəsi 17 m2 1 otağı paylı mülkiyyət hüququ əsasında X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
13. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında Bakı şəhəri ** saylı Notariat Ofisində reyestrdə 3M-999 nömrə ilə qeyd edilməklə rəsmiləşdirilmiş ##.##.2019-cu il tarixli razılaşma müqaviləsindən görünür ki, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, ** saylı Qərarının 1.3-cü maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərlərinə aşağıdakı öhdəlikləri götürmüşlər: 1.1.2. “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Bakı Şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən qeydiyyata alınmış ÖM seriyalı, ****** №-li, ##.##.2001-ci il tarixli Qeydiyyat Vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 35,6 kv.metrdən (faktiki daxili ölçü ilə 40,68 kv.metr) ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş əmlak sahəsini qəbul etməyi öhdəsinə götürür. 1.1.2. “Tikinti şirkəti” ünvan 2 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan əmlakın sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, qarşılıqlı razılaşma yolu ilə Mikayıl Rəfili küçəsində inşa etdiyi binada 50,0 kv.metr təmirli qeyri-yaşayış sahəsini (ticarət məqsədinə yararlı) “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində 12 ay üçün, hər ay 600 manat olaraq, 7.200 manat məbləğində kirayə haqqını əvvəlcədən ödəyir. “Əmlak mülkiyyətçisi”xxxx“Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir.
14. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında bağlanmış ***/** nömrəli müqaviləyə ##.##.2023-cü il tarixli * №-li Əlavənin surətindən görünür ki, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, ** saylı Qərarının 1.3-cü maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərilərinə öhdəliklər götürürlər: 1.1.1 “Əmlak mülkiyyətçisi” ilə ## ######## 2019-cu il tarixli *** №-li bağlanmış müqavilənin 1.1.2-ci bəndində qeyd olunan şərtlər aşağıdakı kimi dəyişdirilir: 1.1.2. “Tikinti şirkəti” Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binası kompleksinin həyətində yerləşən 50 kv.metr təmirli qeyri-yaşayış sahəsini "Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür.
15. X2 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, 600 manat ödənilməmiş qalmış kirayə haqqının və “Tikinti şirkəti”nin Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binası kompleksinin həyətində yerləşən ona ayrılmış 50 kv.metr qeyri-yaşayış sahəsinin təmirinin tam başa çatdırılması üçün tələb olunan 7.000 manatın iddiaçıya verilməsinin təmin edilməsini xahiş etmiş, əks halda məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə cavabdehi xəbərdar etmişdir. Məktuba əlavə edilmiş xəbərnamənin surətindən müəyyən olunur ki, məktub cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə qəbul edilmişdir.
16. ##.##.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, hüquqi xidmət göstərilməsi üçün iddiaçı tərəfindən 220 manat məbləğində ödəniş edilmişdir.
17. ********** nömrəli ##.##.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar olaraq iddiaçı tərəfindən 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2019-##.##.2025-ci il tarixlərini əhatə edən X1 adına olan ******************** nömrəli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MTK tərəfindən sözügedən hesaba sonuncu dəfə ##.##.2024-cü il tarixdə 603,02 manat ödəniş edilmişdir.
19. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ƏEM/F**-***/** nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa edilmiş çoxmənzilli və yüksəkmərtəbəli yaşayış binasının iddiaçı İddiaçı ayrılmış 50 m2 qeyriyaşayış sahəsində elektrik xətlərinin çəkilişi və ümumi işıqlandırma üçün 375,20 manat, su və kanalizasiya xətlərinin çəkilişi üçün 226,60 manat, sanitar qovşağının təmiri üçün 307 manat, divarların emulsiya qatı ilə örtülməsi üçün 212 manat və çöl pəncərələrin divar və döşəmə arasındakı boşluğun düzəldilməsi, doldurulması üçün 145,90 manat olmaqla, cəmi 1.266,70 manat pul vəsaiti tələb olunur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 129. Məhkəmə qərarları və onların icrası III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
23. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
24. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
25. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
29. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən “kirayə haqqının ödənilməsi” hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
34. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Hazırkı iddia ərizəsindən müəyyən olur ki, iddiaçının tələbi 4 hissədən ibarətdir: 1) 50 2 m qeyri-yaşayış sahəsinin verilməsi; 2) müqavilə ilə müəyyən edilmiş ödənilməmiş kirayə haqqının – 7.200 manat pul vəsaitinin ödənilməsi; 3) qeyri-yaşayış sahəsində təmirin tam başa çatdırılması üçün 7.000 manat pul vəsaitinin ödənilməsi; 4) məhkəmə xərclərinin ödənilməsi.
36. Rayon məhkəməsi iddia tələbini 50 m2 qeyri-yaşayış sahəsinin verilməsi, 7200 (yeddi min iki yüz) kirayə haqqının tutulması və məhkəmə xərclərinə dair hissədə tam təmin etmiş, qeyriyaşayış sahəsinin təmir xərclərinə dair hissədə isə ekspert rəyinə əsaslanaraq qismən - 1.266,65 (bir min iki yüz altmış altı manat, altmış beş qəpik) manat məbləğində təmin etmişdir.
37. Qətnamə ilə razılaşan iddiaçı onu mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verən cavabdeh isə yalnız kirayə haqqının tutulması hissəsində qətnaməni mübahisələndirmişdir. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, qeyri-yaşayış sahəsi iddiaçıya təqdim edilmiş, iddiaçı isə onu qəbul etməmişdir, buna görə də kirayə haqqının tutulması üçün əsas yoxdur.
38. Məhkəmə cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, ##.##.2019-cu il tarixli razılaşma müqaviləsinin 1.2-ci bəndinə əsasən cavabdeh MTK iddiaçını qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədilə kompensasiya şəklində 12 ay üçün hər ay 600 (altı yüz) manat olaraq, 7200 (yeddi min iki yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə ##.##.2023-cü il tarixli əlavə ilə 50 kv.metr təmirli qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
39. Cavabdehin qətnaməni təmir xərcləri kimi 1.266,65 (bir min iki yüz altmış altı manat, altmış beş qəpik) manat tutulması hissəsində mübahisələndirməməsi, razılaşması da göstərir ki, qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulduğu kimi təmirli vəziyyətdə olmaması cavabdehə məlumdur. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli qiymətləndirmə rəyini, rəyə əlavə edilmiş fotoşəkilləri nəzərdən keçirdikdə də müəyyən olur ki, qeyri-yaşayış sahəsi tam təmirli vəziyyətdə olmamaqla, əlavə təmir-bərpa işlərinin görülməsi zəruridir. Bununla da, cavabdehin müqavilə üzrə öhdəliklərini tam icra etməməsi öz təsdiqini tapır.
40. Mülki iş materiallarında olan iddiaçının bank hesabından çıxarışdan müəyyən olur ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə ##.##.2024-cü il tarixdə 603,02 (altı yüz üç manat, iki qəpik) manat ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, həmin tarixdən sonra qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə dair cavabdeh sübut təqdim edə bilməmiş, apellyasiya şikayətinin həmin dəlili öz təsdiqini tapmamışdır. Tərəflər arasındakı müqaviləyə əsasən cavabdeh öz öhdəliyini tam icra etmədiyindən – iddiaçı hələ də qeyri-yaşayış sahəsi ilə təmin olunmadığından iddiaçının 7200 (yeddi min iki yüz) manat kirayə haqqının tutulması barədə tələbi əsaslı olmuşdur.
41. Odur ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
42. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
44. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
45. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
46. Avropa Insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı ## #### 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
47. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
48. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
49. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəldiyindən, qətnamə qanuni və əsaslı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
51. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
52. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI: Cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.