Məhkəmə qərarları › İş №e-2(3-6)-2686/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2686/2026

01.07.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2686/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X1 oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İmanova Arzu Vaqif qızının cavabdeh “İnşaat Konstrukisayaları” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İmanova Arzu Vaqif qızı cavabdeh "İnşaat Konstruksiyaları" MMC-yə qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin ediməsi və ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət *** nömrəli mənzilin təmiri ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin mənzilin iddiaçı tərəfindən təmiri ilə bağlı liftdən istifadəyə, materilların mənzilə daşınmasına, usta və fəhlələrin işləməsinə, kommunal xidmətlərdən istifadəyə, mənzilin qaz, işıq və su təchizatı ilə təmin edilməsinə yaradılan manelərlə bağlı hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət *** nömrəli mənzildə iddiaçı İmanova Arzu Vaqif qızı tərəfindən təmir işlərinin aparılmasına, təmir ilə bağlı lift və digər qaldırıcı qurğulardan istifadəyə, materialların mənzilə daşınmasına, usta və fəhlələrin mənzildə işləməsinə, kommunal xidmətlərdən istifadəyə, mənzilin qaz, işıq və su təchizatı ilə təmin edilməsinə yaradılan maneələrin cavabdeh "İnşaat Konstruksiyaları" MMC-yə qadağan edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin cavabdeh "İnşaat Konstruksiyaları" Məhdud Məsulıyyətli Cəmiyyətindən tutularaq iddiaçı İmanova Arzu Vaqif qızına ödənilməsi qət edilmişdir. Qətnamə ##.##.2026-cı il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün göndərilmişdir. İş üzrə cavabdeh "İnşaat Konstruksiyaları" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 7387/2025, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü səbəblərə görə bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilməsi zamanı müddətin buraxılmasına səbəb isə üzrlü hal olmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı mülki iş üzrə ## ##### 2026-ci il tarixdə, saat 09.30- da bildiriş daxil olmuşdur. Həmin bildirişə baxış keçirən zaman iş üzrə məhkəmə qətnaməsinin elektron sistemdə artıq mövcud olmasını xəbər tutmuşlar. Daha sonra məhkəmə ilə əlaqə saxlayaraq qətnamənin “E-Məhkəmə” informasiya sisteminə nə zaman yerləşdirildiyini öyrənəndə onlara bildirilmişdir ki, qətnamə sistemə ## #### 2026-cı il tarixində yerləşdirilmişdir. Qeyd olunan tarix isə qeyri-iş gününə, yəni bayram gününə təsadüf etdiyi üçün həmin tarixdə “E-Məhkəmə” informasiya sisteminə ümumiyyətlə daxil olmamışlar və onlara heç bir bildiriş gəlməmişdir. ## #### 2026-ci il tarixdən sonra ## #### 2026-ci il tarixədək elektron məhkəmə sisteminin yenilənməsi məqsədi ilə sistem işləməmişdir. Sistem düzəldikdən sonra isə ümumiyyətlə qətnamələrin mövcudluğu barədə bildiriş daxil olmamışdır. Məlum problemlərlə bağlı adətən məhkəmələr tərəfindən müddət məsələlərinin ötməməsi üçün qətnamənin sürəti kağız formatında tərəflərə göndərilir. Qətnamənin sürəti isə kağız formatında MMC-yə göndərilməmişdir. Qeyd edir ki, ## #### 2026-cı il tarixindən sonra “E-Məhkəmə” sistemində baş vermiş nasazlıqlar səbəbi ilə "İnşaat Konstruksiyaları" MMC-nin elektron kabinetinə daxil olan bildirişlərdən, o cümlədən qətnamə və qərarlar barədə xəbərləri olmamışdır. Çünki sistemə yerləşdirilmiş qətnamə və qərarlar elektron kabinetdə ümumiyyətlə görünməmişdir. Bu səbəbdən də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7387/2025, ##.##.2026-cı il tarixli qətnaməsinin mövcudluğu barədə məlumatı ## ##### 2026-cı il tarixdə “E-Məhkəmə” informasiya sisteminə daxil olan ərizədən sonra əldə etmişlər. Bu səbəbdən də hesab edirlər ki, qeyd olunan hallar müddətin MPM-nin 133.1-ci maddəsinə uyğun olaraq üzrlü hal hesab olunmalıdır. İddiaçı İmanova Arzu Vaqif qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə müddətin bərpasına dair ərizəyə etiraz ünvanlamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh "İnşaat Konstruksiyaları" MMC tərəfindən verilmiş ərizənin rədd edilməsi qərara alınmışdır. Cavabdeh "İnşaat Konstruksiyaları" MMC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- ****/**** nömrəli iş üzrə ## ### 2026-cı il tarixli qərardadının ləğv edilməsi və "İnşaat Konstruksiyaları" MMC tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh "İnşaat Konstruksiyaları" MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 128.1, 130.3, 133.1, 360, 362 və 363-cü maddələrini nəzərə alaraq, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ## #### 2026-cı il tarixdə cavabdeh "İnşaat Konstruksiyaları" MMC-yə məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş, cavabdeh isə apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə vermişdir. Göründüyü kimi cavabdeh İnşaat Konstruksiyaları" MMC qətnamədən məlumatlı olmuşdur. Mülki Prosessual Məcəllə ilə məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün konkret qayda və prossual müddət göstərilmişdir. Mülki Prosessual Məcəllə normativ hüquqi aktdır və normalarının tələblərinə riayət olunmalıdır. Həmin Məcəllənin tələbləri hər hansı şəxsin öz sərbəst düşüncə və fikirlərinə görə əsassız pozula bilməz. Cavabdeh müddəti ötürməsinin hansı üzrlü səbəbdən baş verməsini əsaslandırmamış, müddətin ötürülməsi səbəbi kimi cavabdehin elektron kabinetini nəzarətdə saxlamaması, qətnaməni sonradan görməsi göstərilmişdir. Bu cür əsaslandırmanın müddətin bərpası üçün məqbul hesab edilməsi hər kəsin öz mülahizəsinə görə qanunun tələblərini pozmasının yolverilən olduğu mənasına gəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmələrdə gedən çəkişmələr uzun müddətdir davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu kontekstdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının müvafiq müddət ərzində mübahisələndirilməməsi, daha sonra isə ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Belə ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № *****/**, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə (məhkəmə müddətin buraxılmasının səbəblərini tam araşdırmamış, elektron məhkəmə sistemində mövcud olmuş texniki problemləri nəzərə almamış, nəticədə cavabdehin məhkəməyə çıxış və apellyasiya hüququ əsassız olaraq məhdudlaşdırılmışdır) münasibət bildirərək qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas vermir. Belə ki, prosessual müddətin bərpası yalnız müddətin buraxılmasının obyektiv və üzrlü səbəblərlə bağlı olduğu sübuta yetirildiyi hallarda mümkündür. Müddətin bərpasını istəyən şəxs həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Hazırkı iş üzrə ərizəçi elektron məhkəmə sistemində texniki nasazlıqların mövcud olduğunu bildirsə də, həmin nasazlıqların konkret olaraq onun elektron kabinetinə çıxışını mümkünsüz etməsini, məhkəmə aktı ilə tanış olmasına mane olmasını və ya apellyasiya şikayətinin vaxtında verilməsini obyektiv surətdə istisna etməsini təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim etməmişdir. İş materiallarından görünür ki, məhkəmə aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektron kabinetdə yerləşdirilmişdir. Bu halın əksi sübuta yetirilmədiyindən, məhkəmə bildirişinin lazımi qaydada çatdırıldığı qəbul edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” ## ##### 2017-ci il tarixli qərarında məhkəməyə çıxış hüququnun bütün instansiyalara şamil olunduğunu vurğulamışdır. Bununla yanaşı, həmin hüquq mütləq xarakter daşımır və qanunla müəyyən edilmiş prosessual qaydalara riayət olunması tələbi ilə uzlaşdırılmalıdır. Prosessual müddətlərin tətbiqi hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə xidmət edir. Birinci instansiya məhkəməsi ərizəçinin irəli sürdüyü arqumentləri araşdırmış, təqdim edilmiş materiallara hüquqi qiymət vermiş və gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır. Şikayətdə göstərilən dəlillər həmin nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq etmir. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarına uyğun qəbul edilmiş, onun ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar