Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2698/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdehlər İbrahimov Renat Aslan oğluna və İbrahimova Oksana Aslanovnaya qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2698/2026 (Açar sözlər: kredit müqaviləsi üzrə borcu tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndə1 oğlunun iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh İbrahimov Renat Aslan oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı ASC cavabdehlər İbrahimov Renat Aslan oğluna və İbrahimova Oksana Aslanovnaya qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İbrahimov Renat Aslan oğlu və İbrahimova Oksana Aslanovnadan, iddiaçı İddiaçı ASC-nin xeyrinə BPM************ nömrəli ##.##.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit müqaviləsi üzrə 14370.24 manat əsas, 234 manat faiz və 6.36 manat cərimə borcu olmaqla ümumilikdə, 14610.60 manat pul vəsaitinin, həmçinin ödənilmiş 154.32 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ASC-nin “Nəqliyyat” filialı ilə İbrahimov Aslan Həsən oğlu arasında bağlanmış BPM************ nömrəli ##.##.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu İbrahimov Aslan Həsən oğlu ##.##.2021-ci il tarixdə vəfat etmişdir. ** saylı notariat notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum İbrahimov Aslan Həsən oğlunun ##.##.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün ##.##.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Miras əmlak, ##.##.2018-ci il tarixdə İbrahimov Aslan Həsən oğluna verilmiş 008011003167-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindan çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120.6 kv/m olan qeyriyaşayış binasından (*** saylı mağaza) və ##.##.2007-ci il tarixdə Aslan Həsən oğluna verilmiş 008011001040-05101-****** reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 mən 41 ünvanında yerləşən ümumi sahəsi 86.9 kv/m, yaşayış sahəsi 55 kv/m olan 4 otaqlı mənzildən ibarətdir. Maliyyə arayışına əsasən, İbrahimov Renat Aslan oğlu və İbrahimova Oksana Aslanovnanın BPM************ nömrəli ##.##.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 14370.24 manat əsas, 234 manat faiz və 6.36 manat cərimə borcu qalmışdır. Cavabdehlər İbrahimov Renat Aslan oğlu və İbrahimova Oksana Aslanovna İbrahimov Aslan Həsən oğlunun vərəsələri kimi müəyyən olunmalarına baxmayaraq, İddiaçı ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdehlər İbrahimov Renat Aslan oğlu və İbrahimova Oksana Aslanovnaya borcun qaytarılması haqqında tərəfimizdən ##.##.2025-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 14610.60 manat olduğundan, tərəfimizdən 133.83 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın təmin edilməsi, cavabdehlər İbrahimov Renat Aslan oğlundan və İbrahimova Oksana Aslanovnadan 14370.24 manat əsas borc, 234 manat faiz borcu və 6.36 manat cərimə olmaqla, cəmi 14610.60 manat məbləğində borc və ödənilmiş 154.32 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 449.4, 739.1, 1306.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh İbrahimov Renat Aslan oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh İbrahimov Renat Aslan oğluna bank tərəfindən öhdəliyin icrası ilə əlaqədar heç bir məlumat, bildiriş təqdim edilməmişdir. Eyni qayda məhkəmə tərəfindən göndərilən bildirişlər ona-İbrahimov Renat Aslan oğluna çatdırılmamışdır. Bununla belə məhkəmə tərəfləri lazımi məlumatlandırmadan məhkəmə prosesini kecirmişdir. Məhkəmə heç bir araşdırma aparmadan iddiaçının təqdim etdiyi sübutlar ilə kifayətlənərək məhkəmə aktı cıxarmışdır. Hesab edir ki, atası İbrahimov Aslan Həsən oğlu həmin kredit öhdəliyinə razılıq verdiyi zaman həyat sığortası etdirmişdir. Belə ki, pensiya yaşına catmış şəxslər bir çox hallarda həyat sığortası etdirilir. Lakin məhkəmə bu halı araşdırmadan qətnamə qəbul etməsi kobud pozuntular ilə nəticələnmişdir. Həmçinin əgər məlumatlı olsa idi, tərəfindən həmin öhdəliyin icrası ilə əlaqədar müəyyən addımlar atılardı və qarşı tərəf ilə razılığa gələrək barışıq əldə edilməsi üçün hərəkətlər edilmiş olardı. Qeyd olunan araşdırmalar aparılmadan çıxarılmış həmin məhkəmə aktı əsassız və qanunsuz olmasına ehtiva edir. Eləcə də borc barədə cavabdehlərin hər hansı qaydada Bank tərəfindən xəbərdar edilməsi iş materialları ilə müəyyən edilmir. Bundan savayı, birinci instansiya məhkəməsi də tərəflərin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etmişdir ki, Bank tərəfindən kreditlər üzrə həyat sığortasına dair razılaşmalar 2024-cü ildən etibarən aparılmaqdadır. Bu səbəbdən hazırki kredit müqaviləsində müvafiq hissəyə dair tərəflər arasında hər hansı razılıq müəyyən edilməmişdir.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabddeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (müqavilə bağlanan vaxt mövcud olan redaksiyada)
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
13. Maddə 558. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur.
14. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
16. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
17. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
18. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
19. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamədən yalnız cavabdeh İbrahimov Renat Aslan oğlu tərəfindən şikayət verildiyindən, qətnamə ona münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.
29. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin “Nəqliyyat” filialı ilə İbrahimov Aslan Həsən oğlu arasında bağlanmış BPM************ nömrəli ##.##.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir.
30. Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən ##.##.2021-ci il tarixli 2V-108 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2021-ci il tarixdə vəfat etmiş İbrahimov Aslan Həsən oğlunun vərəsəsi İbrahimov Renat Aslan oğlu və İbrahimova Oksana Aslanovnadır və onların hər biri miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ##.##.2007-ci il tarixdə İbrahimov Aslan Həsən oğluna verilmiş 008011001040-05101-****** reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 mən 41 ünvanında yerləşən ümumi sahəsi 86.9 kv/m, yaşayış sahəsi 55 kv/m olan 4 otaqlı mənzildən ibarətdir. 33. xxxx ASC-nin ##.##.2022ci il tarixli **** saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Səməd-zadə İradə X4 ##.##.2020-ci il tarixli BPM************ saylı kredit müqaviləsi üzrə ##.##.2022-ci il tarixə əsas borca görə 8690 manat, faiz borcuna görə 0,01 manat borcu vardır.
31. Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən ##.##.2021-ci il tarixli 2V-107 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2021-ci il tarixdə vəfat etmiş İbrahimov Aslan Həsən oğlunun vərəsəsi İbrahimov Renat Aslan oğlu və İbrahimova Oksana Aslanovnadır və onların hər biri miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ##.##.2018-ci il tarixdə İbrahimov Aslan Həsən oğluna verilmiş 008011003167-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindan çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 120.6 kv/m olan qeyriyaşayış binasından (*** saylı mağaza) ibarətdir.
32. İddiaçı ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İbrahimov Aslan Həsən oğlunun ##.##.2020-ci il tarixli kredit müqaviləsi üzrə 14370.24 manat əsas, 234 manat faiz borcu, 6.36 manat cərimə olmaqla, cəmi 14610.60 manat məbləğində kredit borcu vardır.
33. Birinci və apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, kreditor borcalan mərhum İbrahimov Aslan Həsən oğlundan BPM************ nömrəli ##.##.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını mirasqoyanın mirası qəbul edən birinci dərəcəli vərəsələri olan cavabdehlər İbrahimov Renat Aslan oğlu və İbrahimova Oksana Aslanovnadan tələb etmiş, lakin cavabdeh müqavilə tərəflərinin şərtləşdiyi qaydada tələbi icra etməmiş, nəticədə iddiaçıya 14370.24 manat əsas, 234 manat faiz borcu, 6.36 manat cərimə olmaqla, cəmi 14610.60 manat məbləğində borcu ödənilməmiş qalmışdır.
34. Kollegiya hesab edir ki, borcalan İbrahimov Aslan Həsən oğlu kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun vərəsələri qismində hazırki iş üzrə cavabdehlər İbrahimov Renat Aslan oğlu və İbrahimova Oksana Aslanovna onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidirlər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
36. Belə olan halda kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiklərindən iddiaçının cavabdehlərə qarşı olan tələbi əsaslıdır və təmin edilməlidir.
37. Apellyasiya şikayətində irəli sürülən, borcluya münasibətdə həyat sığorta müqaviləsindən irəli gələn təminatların sonuncuya tətbiqinin bank tərəfindən qəbul edilməməsi və bu halın cavabdehin hüquqlarının pozulması dəlili ilə bağlı kollegiya qeyd edir ki, şikayət bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.
38. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı ASC-nin “Nəqliyyat” filialı ilə İbrahimov Aslan Həsən oğlu arasında bağlanmış BPM************ nömrəli ##.##.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir.
39. Göründdüyü kimi müqavilə üzrə tərəflər arasında müəyyənləşdirilmiş şərtlərdə həyat sığortasının tətbiqi barədə hər hansı müddəa razılaşdırılmamışdır. Bu halda apellyatorun hansı şərtə əsasən mübahisəli kreditə həyat sığortasını tətbiq edilməli olduğunu irəli sürməsi anlaşılan deyil. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
40. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyanın qənaətinə görə, cavabdehin irəli sürdüyü faktiki hallar onun şikayətinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü cavabdehin üzərinə düşdüyü halda o, tətbiqini tələb etdiyi həyat sığortası müqaviləsinin, ümumiyyətlə, mövcudluğuna dair heç bir sübut təqdim etməmişdir.
41. Məhkəmə apelyatorun, Bank tərəfindən borcla bağlı xəbərdar edilməməsi, o cümlədən məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. İş materiallarına nəzər yetirdikdə məlum olur ki, Bank tərəfindən hazırki iş üzrə cavabdehlərə ##.##.2025-ci il tarixdə borcun ödənilməsi barədə xəbərdarlıq bildirişi təqdim edilmiş və bildiriş ****** saylı poçt qaiməsi ilə tərəfə təqdim edilmişdir.
43. Məhkəmə iclasında iştirakının təmin edilməməsinə münasibətdə qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 135.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.6-cı və 135.8ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
44. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
45. Mülki-Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
46. Hazırki işin hallarından görünür ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunan tələblərə riayət olunmaqla, cavabdehləri qeydiyyatda olduqları ünvana müvafiq qaydada xəbərdarlıq bildirişi göndərilmişdir. Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
47. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə iclası barədə xəbərdar edilmələrinə baxmayaraq iştiraklarını təmin etməmələri səbəbindən məhkəmə işə baxmağa haqlı olmuşdur.
48. Cavabdeh də öz növbəsində, məhkəmə iclasında iştirakını təmin etməməsi barədə üzrlü səbəbi olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, Kollegiya bu hissədə də apelyatorun tələbini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ## ##### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə