Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2738/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun vərəsədən tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. “xxxx” ASC ilə Əhmədova Iradə Əli qızı arasında bağlanmış ##.##.2013-cü il tarixli, *** nömrəli kredit müqaviləsinə əsasən kredit kartı vasitəsilə 12 ay müddətinə 1.209 manat məbləğində kredit xətti açılmışdır.
2. Əhmədova Iradə Əli qızı ##.##.2013-cü il tarixdə vəfat etmiş, ölümündən sonra Bakı şəhəri ** saylı notariat ofisində vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2025-ci il tarixli şəhadətnamədən görünür ki, Əhmədova Iradə Əli qızının vərəsəsi kimi Cavabdeh tanınmışdır.
3. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Əhmədova Iradə Əli qızının ##.##.2013-cü il, *** nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 354,55 manat əsas və 822,24 manat faiz olmaqla, cəmi 1.176,79 manat məbləğində borcu vardır.
4. “xxxx” ASC tərəfindən Cavabdeh ##.##.2025-ci il tarixli bildiriş ünvanlanaraq, müqavilə üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əhmədova Iradə Əli qızının mirası qəbul etmiş vərəsəsi olan cavabdehdən iddiaçının xeyrinə ##.##.2013-cü il tarixli, *** nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 354,55 manat əsas və 822,24 manat faiz olmaqla, cəmi 1.176,79 manat məbləğində borcun, ödənilmiş 31,77 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Əhmədova Iradə Əli qızı arasında ##.##.2013-cü il tarixli, *** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Əhmədova Iradə Əli qızına 12 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 1.209 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əhmədova Iradə Əli qızı ##.##.2013-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2025-ci il tarixli, ***/** saylı məktubuna əsasən, Əhmədova Iradə Əli qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə ##.##.2025-ci il tarixli *V-** nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Əhmədova Iradə Əli qızının ##.##.2025-ci ilədək kredit üzrə banka ödənilməmiş 354.55 manat əsas, ödənilməmiş 822.24 manat faiz borcu olmaqla, cəmi 1176.79 manat borcu qalmışdır. Cavabdeh mərhum Əhmədova Iradə Əli qızından qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə ##.##.2025-ci il tarixində *-*-**/*-*****/**** nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
7. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
8. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.M.Miriyeva) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh mərhum anasından miras qalmış əmlakı qəbul etsə də, onun kreditoru, yəni hazırkı iş üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəliyini yerinə yetirməmiş və iddiaçı banka olan borcu ödəməmişdir. Halbuki, vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın əmlak hüquqları (mirasın aktivi) ilə yanaşı əmlak vəzifələrini (mirasın passivi) də qəbul edir və buna müvafiq olaraq miras qoyanın kreditorları qarşısında qəbul etdiyi miras aktivi həcmində birgə borclu kimi məsuliyyət daşıyır.
10. Iddiaçı tərəfindən hazırkı iş üzrə cavabdehə qarşı irəli sürülmüş iddia tələbi qanuni və əsaslı olsa da, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
11. Məhkəmə belə qənaətə gəlmişdir ki, ##.##.2013-cü il tarixli müqavilədə nəzərdə tutulan öhdəliklərin icra müddəti müqavilə imzalandığı tarixdən başlamış və müqavilə müddəti 12 ay müəyyən edilməklə ##.##.2014-cü il tarixədək hissə-hissə icra edilməsi müəyyənləşdirilmişdir. Iddiaçı həmin müqavilənin üzrə öhdəliklərin icra müddətinin başa çatmasından 11 ildən çox müddət keçdikdən sonra (##.##.2025-ci il tarixdə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir.
13. Məhkəmə iddiaçının nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyinə əks dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli qərarında formalaşdırılan hüquqi mövqelərə əsasən, borclunun ölümü halında Mülki Məcəllənin 427-ci maddəsi ilə müəyyənləşdirilmiş icra müddəti ərzində öhdəlik icra edilməzsə, Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri ilə nəzərdə tutulmuş müddətdən etibarən kreditorun hüquq varisliyi prinsipinə əsasən borclunun vərəsələrinə qarşı iddia qaldırmaq hüququ yaranmış olur. Müqavilələrdən yaranan öhdəliklər üzrə iddia müddətlərinin mirasdan imtina üçün qanunvericiliklə müəyyənləşdirilmiş 3 aylıq (məhkəmə qaydasında uzadıldıqda isə ən çoxu 5 aylıq) müddətlərə münasibətdə uzun olması nəzərə alınarsa, kreditor borcluya, onun ölümü halında isə mirasdan imtina etməmiş vərəsələrinə qarşı iddia qaldırmaq üçün kifayət qədər zamana malik olur. Mülki Məcəllənin 1312-ci maddəsində də qeyd olunmuşdur ki, əgər kreditor tələbi icra müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət çatanadək təxirə sala bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə bilər. Əks yanaşma, yəni borclunun ölümünün iddia müddətinin axımının kəsilməsinə və ya dayandırılmasına səbəb olan hal kimi qəbul edilməsi, iddia müddətinin axımının vərəsələrin müəyyən edilməsindən sonra başlanmış hesab olunması kreditora əsassız üstünlüyün tanınması ilə nəticələnməklə yanaşı, iddia müddətinin məqsəd və mahiyyətinə də uyğun olmazdı.
14. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən 2023-cü il ## ###### tarixli Qərarı qəbul edilənədək yaranmış vərəsəlik münasibətləri ilə bağlı isə qeyd olunmalıdır ki, miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan, kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsinin əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.
15. Iş materiallarının tədqiqindən aydın olur ki, mərhum miras qoyan, yəni borcalan Əhmədova Iradə Əli qızı ##.##.2013-cü il tarixdə vəfat etmiş və həmin tarixdən miras açılmış hesab edilmişdir. Miras açıldıqdan sonra miras qoyanın miras aktivinə daxil olan əmlak hüquqlarının ehtiva edildiyi maddi dəyərin – hazırkı işin halları baxımından fərdi yaşayış evi və torpaq sahəsinə vərəsə(lər) tərəfindən sahiblik edilməsi və ya həmin miras əmlakların idarə edilməsi miras əmlakın qəbulunun qeyri-formal üsulu hesab edilir ki, bu da miras əmlakın mülki qanunvericiliklə müəyyən edilən qanuni və əsaslı qəbul qaydasıdır. Baxılan işin halları baxımından mərhum borcalanın miras əmlakının qanun üzrə vərəsə olan cavabdeh tərəfindən formal (vərəsinin notariat orqanına miras əmlakı qəbul etməsinə dair ərizə verməsi) və ya qeyriformal (vərəsə tərəfindən miras əmlaka sahiblik edilməklə və ya miras əmlakı idarə etməklə miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi) üsulla qəbul edilməsi məhkəməyə məlum olmasa da, miras əmlakın cavabdeh tərəfindən qəbulu mübahisəsizdir.
16. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinin tələbləri baxımından, miras qoyanın vərəsələri tərəfindən vicdanlılıq prinsipinin pozulmasını kreditorun vərəsələrin dairəsini müəyyənləşdirmək cəhdlərinin vərəsələr tərəfindən qəsdən (bilərəkdən) qarşısının alınmasına yönələn hərəkətləri ilə əlaqələndirir. Bunun üçün ilk növbədə, miras qoyanın kreditoru tərəfindən sonuncunun vərəsələrinin axtarılması istiqamətində müəyyən müvafiq hərəkətlər həyata keçirilməli (miras qoyanın adına vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı notariat ofislərinə (miras əmlakın qəbulunun formal üsulu baxımından), miras qoyanın yaşayış yeri üzrə müvafiq orqanlara və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq struktur qurumlarına sonuncunun ailə tərkibi barədə məlumatın əldə edilməsi məqsədilə sorğu ilə müraciət edilməlidir (miras əmlakın qəbulunun qeyri-formal üsulu baxımından) və bu hərəkətlərin həyata keçirilməsi zamanı miras qoyanın vərəsələri tərəfindən bu və ya digər üsullarla kreditorlara süni maneələr yaradılmalıdır. Lakin baxılan iş üzrə qeyd edilən müvafiq məlumatlar məhkəməyə təqdim edilməmiş, iddiaçı tərəfindən mərhum borcalanın ölümündən sonra onun vərəsələrinin axtarışı ilə bağlı hər hansı tədbir görülməmiş (və ya görülsə də, bu barədə mötəbər sübut məhkəməyə təqdim edilməmişdir) və müqavilə öhdəlikləri üzrə son icra müddətinin başa çatmasından 11 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət edilmişdir.
17. Bundan əlavə, iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan da müəyyən olunur ki, miras qoyanın kreditoru mərhum borcalanın vərəsələrinin dairəsinin müəyyən edilməsi barədə yalnız ##.##.2025-ci il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisinə müraciət etmişdir. Iddiaçının miras əmlakın qəbulunun qeyri-formal üsulunu nəzərə almadan, yalnız notariat orqanına ərizə verməklə şərtlənən miras əmlakın qəbulunun formal üsulunu realizə edən vərəsələrin dairəsini müəyyənləşdirməyə yönələn cəhdləri, həmçinin bu cəhdlərin borclunun ölümündən və ya öhdəliklərin icra müddətinin başa çatmasından ağlabatan müddət keçdikdən sonra baş verməsi, cavabdehin hüquqdan sui-istifadə etməsi, mülki hüquq və vəzifələrin hüquq uyğun olmayan, başqalarına zərər vurmaq məqsədilə edilməsi nəticəsinə gəlməyə əsas vermir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə, Mülki Məcəllənin 372.1, 372.2, 372.3, 375.2, 385.1, 425.1, 425.2, 442, 445.1, 445.2.1, 448.1, 448.2, 739.1, 739.2, 1145, 1146, 1151.1, 1255, 1306.1, 1309-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## ###### 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli, Deryus Litvaya qarşı iş üzrə ## #### 2000-ci il tarixli və X5 və Braniovski Polşaya qarşı işlər üzrə ## #### 2000-ci və ## #### 2004-cü il tarixli qərarlarına, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 107, 119.1, 217.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və “Əhmədova Iradə Əli qızının mirası qəbul etmiş vərəsəsi Əsədulayev Ramil Çingizxan oğlundan “xxxx” ASC-nin xeyrinə ##.##.2013-cü il tarixli, *** nömrəli kredit müqaviləsi üzrə 354.55 manat əsas borc, 822.24 manat faiz borcu olmaqla, cəmi 1176.79 manat məbləğində borcun, ödənilmiş 31.77 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, həmçinin apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.89 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması” barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qanun üzrə vərəsəlik şəhadətnaməyə əsasən vərəsə Əsədulayev Ramil Çingizxan oğlu miras əmlakdan tam hissədə pay almışdır. Cavabdeh Əsədulayev Ramil Çingizxan oğlu miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Əhmədova Iradə Əli qızının adına vərəsəlik işinin açılması və miras əmlakın olması barədə məlumat kreditora ##.##.2025-ci il tarixdə məlum olmuşdur. Yəni iddia müddətinin axımı həmin vaxtdan axmağa başlamışdır. Bundan başqa Mülki Məcələnin qeyd edilən müvafiq maddələrinin mahiyyətindən də görünür ki, kreditorun vərəsəliklə bağlı tələb hüququna ümumi iddia müddəti, yəni 10 il şamil olunur. Odur ki, iddia müddəti ötürülməmişdir. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. Iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həl etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Lakin məhkəmə cavabdeh tərəfindən hüququn pozulubpozulmadığını müəyyən etməmiş, iş üzrə heç bir araşdırma aparmadan, yalnız cavabdehin izahatına istinad edərək iddia müddətinin keçməsinə görə iddianı rədd etmişdir. ## #### 2025-ci il tarixindən qüvvəyə minən Konstitusiya Məhkəməsi Plenumunun borclunun ölümü halının iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olub olmaması, habelə borclunun vəfat etdiyi tarixdən onun vərəsələrinin dairəsinin müəyyənləşdirilməsinədək olan müddətin iddia müddətinin tərkibinə daxil edilib-edilməməsi barədə Qərarında qeyd olunur ki, əgər ölənin borcları vərəsələrə məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsələrin borcudur. Beləliklə, vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Belə ki, Əhmədova Iradə Əli qızının mirası qəbul etmiş vərəsəsi Əsədulayev Ramil Çingizxan oğlu tərəfindən ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surəti hələ də, banka təqdim olunmamışdır. Lakin məhkəmə qeyd edilən haları nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
23. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”.
26.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Işdən müəyyən olunur ki, iddiaçı ##.##.2013-cü il tarixli kredit müqaviləsi üzrə Əhmədova Iradə Əli qızına 12 ay müddətinə 1.209 manat məbləğində kredit xətti açmışdır. Iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, lakin Əhmədova Iradə Əli qızı kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmişdir. Əhmədova Iradə Əli qızı ##.##.2013cü il tarixdə vəfat etmiş, müqavilə üzrə borcalanın öhdəlikləri vərəsəsi - cavabdeh tərəfindən də icra edilməmişdir.
32. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə verildiyindən təmin edilə bilməz.
33. Belə ki, müqavilənin icra müddəti 12 ay olmaqla, ##.##.2013-cü il tarixdən ##.##.2014-cü il tarixədək müddəti əhatə etmiş, iddiaçı isə ##.##.2025-ci il tarixdə, yəni həmin müqavilənin icrası müddətinin başa çatmasından 11 ildən çox müddət keçdikdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
34. Kollegiya onu da qeyd edir ki, iddiaçının bu illər ərzində vəfat etmiş borclunun vərəsələri və miras əmlak barədə aidiyyəti qurumlardan rəsmi məlumat əldə etmək imkanı da olmuş, bunu yalnız 2025-ci ildə etmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
36. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçının apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.