Məhkəmə qərarları › İş №e-2(3-6)-2753/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2753/2026

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2753/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehə qarşı irəli sürdüyü iddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətini, şikayətin cavabdeh tərəfindən imzalanmaması əsası ilə geri qaytarmışdır. Cavabdeh ##.##.2026-cı il tarixli qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsini və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin şikayəti təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti onu verən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. MPM-in 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildikdə apellyasiya şikayəti geri qaytarılır. İş materiallarından müəyyən edilir ki, cavabdeh apellyasiya şikayətinin imzalanmaması əsası ilə onun geri qaytarılması barədə ##.##.2026-cı il tarixli qərardaddan şikayət verərək bildirmişdir ki, apellyasiya şikayəti "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə təqdim edilmiş və SİMA elektron imza ilə imzalanmışdır. Şikayətə əlavə edilmiş elektron sistem çıxarışında da sənədin elektron qaydada imzalandığı və imzalayan şəxs kimi Cavabdeh göstərildiyi görünür. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi şikayəti təmin etməyərək apellyasiya şikayətinin imzalanmadığı nəticəsinə gələrkən cavabdehin göstərdiyi bu hallara və iş materiallarında olan elektron sənəd məlumatlarına lazımi hüquqi qiymət verməmişdir. Halbuki, apellyasiya şikayətinin elektron informasiya sistemi vasitəsilə təqdim olunması və elektron imza ilə təsdiq edilməsi barədə dəlillər araşdırılmadan onun MPM-in 361.2-ci maddəsinin tələblərinə cavab vermədiyi nəticəsinə gəlinməsi iş materialları ilə uzlaşmır. Buna görə də Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və cavabdehin hazırkı iş üzrə qəbul edilmiş qətnamədən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməlidir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanana və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş “apellyasiya şikayətinin qaytarılması barədə” ## ### 2026-cı il tarixli qərardad ləğv edilsin və cavabdeh Cavabdeh hazırkı iş üzrə qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamədən verdiyi apellyasiya şikayəti icraata götürülsün. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar