Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2962/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" ASC ilə cavabdeh2 arasında ********* saylı, ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 12 ay müddətinə illik 19% ödəmək şərtilə 9500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə ##.##.2017-ci il tarixdə Əlavə Saziş imzalanmışdır. Sazişə əsasən kredit restruktizasiya edilmiş, restruktizasiya edilmiş kredit üzrə Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulmuş, restruktizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır.
2. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq iddiaçı "xxxx" ASC ilə cavabdeh cavabdeh1 arasında ********* saylı, ##.##.2015-ci il tariхli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin müqavilə üzrə ##.##.2017-ci il tarixdə Əlavə Saziş imzalanmışdır. Sazişə əsasən restruktizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil etmişdir.
3. cavabdeh2 və cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilməmiş, nəticədə ## ##### 2025-ci il tarixinə əsas borca görə 5143,91 ABŞ dolları əsas, 1459,70 ABŞ dolları faiz, 3854,93 ABŞ dolları cərimə, 741,24 ABŞ dolları kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 11199,78 ABŞ dolları borcu yaranmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının *-*(***)-****/** saylı, ## ###### 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilərək "xxxx" ASC müflis elan edilməsi və iflas proseduruna başlanılması qərara alınmışdır.
5. Əmanətlərin Sığortalanması Fondunun ## ##### 2025-ci il tarixli, 12-5/2-M-23- ****/**** saylı məktubuna əsasən “xxxx” ASC ilə cavabdeh2 arasında bağlanmış 14 Sentyabr 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 23 Aprel 2025-ci il tarixinə müqavilə üzrə əsas borc 5143,91 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1459,70 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 3854,93 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 741,24 ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 11199,78 ABŞ dolları təşkil edir. Əmanətlərin Sığortalanması Fondunun ## ##### 2025-ci il tarixli, 12-5/2-M-23- ****/**** saylı məktubuna əsasən “xxxx” ASC ilə cavabdeh2 arasında bağlanmış 14 Sentyabr 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 23 Aprel 2025-ci il tarixinə müqavilə üzrə əsas borc 5143,91 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1459,70 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 3854,93 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 741,24 ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 11199,78 ABŞ dolları təşkil edir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Vəkil Hafiz oğlunun “xxxx” ASC-yə ## ######## 2016-cı il tarixə - müqavilənin bitdiyi tarixinə: əsas borc üzrə 6911.73 ABŞ dolları, faiz borcu üzrə 984.9 ABŞ dolları, ## ##### 2025-ci il tarixə - sual üzrə tarixinə: əsas borc üzrə 5559 ABŞ dolları, faiz borcu üzrə 3302.82 ABŞ dolları, faiz borcu üzrə (5%lə) 793.70 ABŞ dolları müəyyən edilir. Eyni zamanda rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Vəkil Hafiz oğlunun “xxxx” ASC-yə ## #### 2022-ci il tarixə - müqavilənin bitdiyi tarixinə əsas borc üzrə 5463.07 ABŞ dolları, faiz borcu üzrə 1407.65 ABŞ dolları, ## ##### 2025-ci il tarixə - sual üzrə tarixinə əsas borc üzrə 5463,07 ABŞ dolları, faiz borcu üzrə 1407,65 ABŞ dolları, faiz borcu üzrə (5%lə) 780,01 ABŞ dolları müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada cəmi borcu 11.199,78 ABŞ dolları - bundan 5143,91 ABŞ dolları əsas, 1459,70 ABŞ dolları faiz, 3.854,93 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 741,24 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 147,12 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ********* nömrəli ##.##.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 9.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh2 kredit verilərkən cavabdeh1 ilə Bank arasında ##.##.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Hazırda Bank tərəfindən ##.##.2015-ci il tarixli Kredit və Zaminlik müqavilələrinin təqdim edilməməsinin səbəbi “xxxx” ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ## ###### 2017-ci il tarixli ** saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ** nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 9.935,6 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə cavabdeh2 kredit üzrə cəmi borcu 11.199,78 ABŞ dolları təşkil edir. Bundan 5.143,91 ABŞ dolları əsas, 1.459,70 ABŞ dolları faiz, 3.854,93 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 741,24 ABŞ dolları faiz borcu təşkil edir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə kredit müqaviləsi və əlavə saziş üzrə əsas borca görə 5143,91 ABŞ dolları, faiz borcuna görə 1407,65 ABŞ dolları, cərimə borcuna görə 257,20 ABŞ dolları, dəymiş ziyanın əvəzi olaraq 741,24 ABŞ dolları, cəmi 7550 ABŞ dolları məbləğində ödəniş gününə qüvvədə olan məzənnə ilə Azərbaycan manatı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,17 manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X1)
10. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, cavabdeh cavabdeh2 kredit müqaviləsi və əlavə saziş əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və hesablanmış faizlərin iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin təşəbbüsü ilə keçirilmiş mühasibatlıq ekspertizasının rəyinə əsasən ## ##### 2025-ci il tarixə hesablanmış əsas borcun məbləği 5463,07 ABŞ dolları, faiz borcunun məbləği isə 1407,65 ABŞ dolları kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh cavabdeh2 kredit müqaviləsi və əlavə saziş üzrə əsas borca görə tələb olunan 5143,91 ABŞ dolları və faiz borcuna görə 1407,65 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə (Ləğv prosesindədir) ödənilməlidir. Məhkəmə işin faktiki halları və əsas borc məbləğlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləğləri əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləğləri azaldılmalı, kredit müqaviləsi və əlavə saziş üzrə 257,20 ABŞ dolları məbləğində cərimə cavabdeh cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya 741,24 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində qiymət verərək, belə qənaətə gəlmişdir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MMin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) ilə cavabdeh cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsində 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki mülki iş üzrə isə zaminliyin təmin etdiyi öhdəliyin icra vaxtı ##.##.2022-ci il tarixdə çatdığından və həmin tarixdən 1 il ərzində kreditor "xxxx" ASC (Ləğv prosesindədir) tərəfindən zaminə qarşı iddia irəli sürmədiyindən məhkəmə hesab etmişdir ki, zaminliyə xitam verilmişdir. Odur ki, iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdeh cavabdeh1 qarşı əsassız hesab edilərək təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü, 374-cü, 375-ci, 421-ci, 442-ci, 443-cü, 445-ci, 470-ci, 477-ci, 739.1-ci, 739.2-ci, 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci, 218.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il # #### tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## ###### tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia müddətinin ötürülməsi ilə bağlı ərizənin təmin edilərək, iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılımışdır ki, iddiaçı "xxxx" ASC qeyd edilən qanunun tələblərini pozmuş, qanunda göstərilən müddəti ötürmüş olduğu halda cavabdeh cavabdeh1 qarşı əsasız olaraq məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən qətnamənin təsviri-əsaslandırıcı hissəsində Qanunun qeyd edilən maddəsi nəzərə alınaraq, iddiaçı "xxxx" ASC-nin cavabdeh cavabdeh1 qarşı iddiası əsassız hesab edilərək təmin edilməməli olması qeyd edilsə də, qətnamənin nəticə hissəsində iddia ərizəsi cavabdeh cavabdeh1 münasibətdə təmin edilmişdir. İşüzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində cavabdehin adı deyil, iş üzrə cavabdehin nümayəndəsinin borcu olması qeyd edilmişdir. Bu hal mövcudluğu barədə məhkəməyə vəsatət vermiş olsalar da, vəsatət məhkəmədə nəzərə alınmamış, Qanunun tələblərini pozulmuşdur. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cü il tarixli, *** nömrəli Fərmanına əsasən, fiziki şəxslərin xarici valyutada 10 min ABŞ dollarınadək və ya milli valyutada 17 min manatadək olan əsas kredit borcları restrukturizasıyası nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərdə də görmək olar ki, cavabdehin kredit borcu 10 min ABŞ dollarına kimidir və Fərmanın təsiri dairəsinə düşür. Lakin iddiaçı təşkilat kreditin restrukturizasiyası üçün addımlar atmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində cavabdeh cavabdeh2 qətnamənin ləğv edilməsi iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini mübahisələndirildiyindən, qətnamə yalnız cavabdeh cavabdeh2 aid hissədə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasındakı münasibəti öhdəlik hüququndan irəli gələn münasibətlər çərçivəsində qiymətləndirmişdir. Belə ki, cavabdeh cavabdeh2 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.
23. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
24. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini rəhbər tutub borc məbləğinin düzgün hesablanmadığına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəflərin istinad etdiyi halları sübut etmə vəzifəsini tərəfin üzərinə qoyur. Başqa sözlə, cavabdeh nə birinci nə də apellyasiya instansiya məhkəməsində bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh apellyasiya şikayətində ümumi olaraq borc məbləğinin şişirdilmiş olmasını vurğulasa da, iddia tələbinin əsas və faiz borc məbləğinin hansı həcmdə dəyişdirilməli olması ilə bağlı heç bir dəlil irəli sürməmişdir. Apellyasiya icraatı zamanı da məhkəmə iclasında iştirak etməməklə verdiyi şikayətin dəlillərinin müdafiə edilməsinə cəhd göstərməmişdir.
25. Bundan əlavə borc məbləğinin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspertizanın rəyinə əsasən ## ##### 2025-ci il tarixə hesablanmış əsas borcun məbləği 5463,07 ABŞ dolları, faiz borcunun məbləği isə 1407,65 ABŞ dolları kimi müəyyən edilmişdir. Belə olan halda cavabdeh cavabdeh2 kredit müqaviləsi və əlavə saziş üzrə əsas borca görə tələb olunan 5143,91 ABŞ dolları və faiz borcuna görə 1407,65 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə (Ləğv prosesindədir) ödənilməlidir.
26. Bununla belə, əsas, faiz, cərimə və illik 5% borcun hesablanması, habelə aparılmış ödənişlərin yaranmış borc üzrə silinməsi qüvvədə olan qanunvericiliyin və müqavilənin şərtlərinə uyğun aparılmışdır. Qeyd edilənlər iddiaçının bununla bağlı dəlillərinin əsassız olmasını təsdiq edir. Bu səbəbdən birinci instansiya məhkəməsinin kredit müqaviləsi üzrə yaranmış borc məbləği ilə bağlı gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yoxdur.
27. Eyni zamanda kollegiya cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, bununla bağlı birinci instansiya məhkəməsi yetərli olan əsaslandırmasını vermişdir.
28. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, qətnamənin nəticə hissəsində cavabdehlərdən cavabdeh1 da pulun tutulması qeyd edilsə də, məhkəmənin müvafiq düzəliş qərardadı ilə yanlışlıq aradan qaldırılmışdır.
29. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.