Məhkəmə qərarları › İş №e-2(3-6)-2972/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2972/2026

18.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2972/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, iddiaçılar iddiaçı2 və iddiaçı1 İsrafil qızının cavabdehlər cavabdeh4, cavabdeh1 və cavabdeh3 Mənzil-Tikinti Kooperativinə qarşı “pul tələbi barədə” ilk iddiasına, eləcə də cavabdeh cavabdeh1 iddiaçılara qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) iddiaçı2 və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk və qarşılıqlı iddialara dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) iddiaçı2 və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərinə əsasən işə baxılan zaman Məhkəmə müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında (sədrlik edən və məruzəçi hakim İkram Şirinov) *(*-*)-****/**** saylı mülki iş vardır ki, həmin işin icraatının başlanmasına iddiaçı cavabdeh1 cavabdehlər iddiaçı2 və cavabdeh2 qarşı “mənzilindən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi tələbi barədə” mülki iş vardır. Hazırkı işə apellyasiya qaydasında baxılan zaman iddiaçı2 vəkili (nümayəndəsi) vəkil2 vəsatətlə Məhkəməyə müraciət edərək, hazırkı mülki işin yuxarıda qeyd edilən mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hər iki mübahisənin faktiki əsası tərəflər arasında eyni mənzillə bağlı yaranmış hüquq münasibətlərindən irəli gəlir. Hazırkı iş üzrə pul tələblərinin düzgün həlli üçün mübahisəli mənzilə sahibliyin və istifadənin hüquqi əsası, mənzilin iddiaçı2 tərəfindən hansı əsaslarla əldə edilməsi, onun tərəfindən mənzilə çəkilmiş xərclər, eləcə də tərəflərin hərəkətləri nəticəsində kompensasiya tələb etmək hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. *(*-*)-****/**** nömrəli işdə isə həmin mənzildən çıxarılma və onun cavabdeh1 təhvil verilməsi məsələsinə qiymət verilir. cavabdeh1 vəkili (nümayəndəsi) vəkil1 da ayrıca vəsatətlə Məhkəməyə müraciət edərək, hər iki işin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Həmin vəsatətdə də göstərilmişdir ki, formal olaraq iddia tələbləri müxtəlif xarakter daşısa da, hər iki iş üzrə araşdırılmalı olan faktiki hallar, sübutetmə predmeti və hüquqi qiymətləndirmə tələb edən məsələlər eyni mənzillə və eyni münasibətlərlə bağlıdır. İşlər üzrə bir-biri ilə ziddiyyət təşkil edən məhkəmə aktlarının qəbul edilməsi riskinin qarşısının alınması üçün onların bir icraatda baxılması məqsədəuyğundur. Məhkəmə bildirir ki, hazırkı işdə ilk iddia üzrə cavabdehlərdən biri olan cavabdeh1 məsuliyyətinin mövcud olub-olmamasının, ilk iddia üzrə iddiaçı iddiaçı2 mübahisəli mənzilə münasibətdə həyata keçirdiyi hərəkətlərin hüquqi nəticələrinin, habelə qarşılıqlı iddia üzrə həmin mənzildən istifadə nəticəsində cavabdeh1 maddi zərərin vurulub-vurulmadığının müəyyən edilməsi tələb olunur. Digər, *(*-*)-****/**** nömrəli mülki işdə isə eyni mənzil üzərində tərəflərin hüquqlarının yaranma əsasları, iddiaçı2 həmin mənzilə sahibliyinin və istifadəsinin hüquqi xarakteri, onun mənzildən çıxarılmasının və mənzilin cavabdeh1 təhvil verilməsinin əsaslı olub-olmaması araşdırılır. Beləliklə, hər iki işin predmetləri formal baxımdan fərqli olsa da, həmin işlərin əsasını təşkil edən faktiki hallar və araşdırılmalı sübutların mühüm hissəsi üst-üstə düşür. Bir iş üzrə müəyyən ediləcək halların digər iş üzrə hüquqi qiymətləndirməyə bilavasitə təsir göstərə biləcəyi nəzərə alınmaqla, həmin işlərə ayrı-ayrı icraatlarda baxılması eyni hüquq münasibətləri üzrə bir-biri ilə uzlaşmayan nəticələrin yaranmasına səbəb ola bilər. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırkı mülki işlə *(*-*)-****/**** nömrəli mülki işin birlikdə araşdırılması iş üzrə əhəmiyyətli halların daha tam müəyyən edilməsinə, eyni sübutların təkrar araşdırılmasının qarşısının alınmasına və əlaqəli mübahisələrə vahid hüquqi qiymət verilməsinə imkan yaradacağından işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Tədqiq edilmiş işlərin hallarından müəyyən edilir ki, qeyd edilən prosessual normada göstərilən hal hazırkı işdə mövcuddur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 169, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Hazırkı *(*-*)-****/**** nömrəli mülki iş *(*-*)-****/**** nömrəli mülki işə birləşdirilsin və işlərə bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar