Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2982/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Məhkəmə icraatı 1.İddiaçı ilk iddia ərizəsində tələb olunub ki, Cavabdeh İddiaçı xeyrinə 4.670 manat pul tutulsun. 2.Ilk iddia onunla əsaslandırılıb ki, 2025-ci ildə müxtəlif vaxtlarda Cavabdeh İddiaçı hissə-hissə ümumilikdə 4.670 manat məbləğində borc alıb, lakin həmin pulu qaytarmayıb. 3.Cavabdeh qarşılıqlı iddia ərizəsində tələb olunub ki, İddiaçı Cavabdeh xeyrinə 37.373 manat pul tutulsun. 4.Qarşılıqlı iddia onunla əsaslandırılıb ki, Cavabdeh müəyyən haqq müqabilində xəstə və köməyə ehtiyacı olan heyvanların (pişik, it və s.) müalicəsini təşkil edir, onların tam sağlam şəkildə yenidən həyata qayıtmasına köməklik göstərir. Bu xidmət göstərilərkən dərmanlara, heyvan qulluğuna dair əşyalara və digər zəruri ehtiyaclara xərcləri çıxır. Heyvanlara həmin xidmətin göstərilməsi üçün Cavabdeh müxtəlif şəxslər tərəfindən müraciətlər olunur. Müraciət edən şəxslərdən biri İddiaçı olmuşdur. İddiaçı “instagram” sosial şəbəkəsində açdığı hesab və həmin hesaba əlavə etdiyi özünə məxsus kart hesabı vardır. İddiaçı xəstə heyvanlara dair məlumatı sosial şəbəkədə paylaşaraq insanlardan pul toplamış və bu pulların bir qismini xəstə heyvanların müalicəsinə xərcləmişdir. İddiaçı sosial şəbəkədə paylaşdığı heyvanların müalicəsini Cavabdeh həvalə etmişdir. İddiaçı Cavabdeh ilk müraciətləri olan zaman heyvanlara göstərilən xidmətin ödənişlərini Cavabdeh tam və vaxtında ödəmişdir. İddiaçı Cavabdeh müraciət etdiyi müddətdə yüzlərlə xəstə pişik, it və s. gətirmişdir. Müəyyən müddət keçəndən sonra isə İddiaçı ödənişləri ya az ödəmiş, ya da ödəməmişdir. Ödənişlərdəki problemlərə baxmayaraq xəstə heyvanların gətirilməsi davam etmiş və İddiaçı ödəməli olduğu məbləğ böyümüşdür. Cavabdeh İddiaçı özü ilə bu barədə əlaqə saxladıqda İddiaçı bildirmişdir ki, insanlar onun sosial şəbəkədə yerləşdirdiyi karta nə qədər məbləğ atsalar, o qədər də məbləği Cavabdeh verəcək. Tərəflər borc məsələsini tənzimləmək üçün bütün haqq-hesabları etdikdən sonra borcla bağlı “whatsapp” sosial şəbəkəsində “borc” adlı qrup yaratmışlar. Hər dəfə İddiaçı pul göndərərək borcunu azaltmağa çalışmışdır. Hətta adı çəkilən qrupdan götürülmüş fotoşəkildən də görünür ki, ##.##.2025-ci il tarixdə ümumi hesablanmış və razılaşdırılmış 37.973 manat borcdan 600 manat ödəndikdən sonra 37.373 manat borc qalmışdır. Həmin tarixdən sonra İddiaçı tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh dəfələrlə İddiaçı ilə əlaqə saxlamasına baxmayaraq, o, ödəniş etməmişdir. Bundan başqa, “whatsapp” sosial şəbəkəsindən götürülmüş fotoşəkildən görünür ki, ##.##.2025-ci il tarixdə İddiaçı lotereyadan 10.000 manat götürəcəyini, oktyabr ayında 5.000 və noyabr ayında 5.000 ödəniş etməklə ümumi borcu (37.373 manat borcu) azaldacağını, həmişə necə ödəyibsə, elə də ödəyəcəyini bildirmişdir. Lakin İddiaçı borcla bağlı heç bir ödəniş etməmişdir. Hal-hazırda İddiaçı ödənilməmiş 37.373 manat borcu vardır. 5.Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub: 1) ilk iddia təmin edilsin, borc kimi 4.670 manat, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi kimi 325 manat, dövlət rüsumunun əvəzi kimi 66,70 manat, cəmi 5.061,7 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun; 2) qarşılıqlı iddia təmin edilsin, 37.373 manat, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi kimi 300 manat, dövlət rüsumunun əvəzi kimi 202,12 manat, cəmi 37.875,12 manat İddiaçı Cavabdeh xeyrinə tutulsun. 6.İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə qarşılıqlı iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və qarşılıqlı iddia rədd olunsun. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmənin mövqeyi 9.Qətnamənin bir hissəsi – qarşılıqlı iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və qarşılıqlı iddia rədd olunmalıdır. 10.Müəyyən olunur ki, tərəflərin arasında heyvanların müalicəsinə dair şifahi formada müqavilə bağlanıb. Müqaviləyə görə, Cavabdeh xəstə və köməyə ehtiyacı olan heyvanların (pişik, it və s.) müalicəsini təşkil etməyi, İddiaçı isə müalicənin müqabilində müəyyənləşdirilmiş haqqı (pulu) əks tərəfə ödəməyi öhdəsinə götürüb. Belə müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmasa da, ona zidd deyil. Mülki Məcəllənin 390.1-ci maddəsinin ikinci cümləsindən görünür ki, fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər. Cavabdeh iddia edir ki, müqavilə üzrə əks tərəfin ona ödənilməmiş 37.373 manat borcu var. O, iddiasını əks tərəfin etirafı ilə əsaslandırır. Belə ki, İddiaçı “instagram” sosial şəbəkəsində öz hesabı vasitəsilə heyvansevərlərə etdiyi videomüraciətdə heyvanların müalicəsi üçün borcun 37.000 manat, hətta daha çox olduğunu qeyd edib. Bundan başqa, “whatsapp” sosial şəbəkəsində tərəflərə aid olan “borc” adlı qrupdakı yazışmalarda İddiaçı 37.373 manat borcunun olduğunu qeyd edib. 11.Mübahisə həll edilərkən “öhdəliyin yaranması” və “öhdəliyin etirafı” anlayışları fərqləndirilməlidir. 12.Borcun birtərəfli qaydada etirafı, o cümlədən sosial şəbəkədə etirafı bir hərəkət olaraq öz-özlüyündə öhdəlik yaratmır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, maddədə öhdəlik yaradan əsaslar sadalanıb, habelə blanket ifadə üsulu ilə “bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar” da öhdəlik yaradan əsas kimi tanınıb. Lakin nə həmin maddədə, nə də Məcəllənin digər maddələrində borcun sosial şəbəkədə birtərəfli qaydada etirafı öhdəlik yaradan əsas kimi müəyyən edilməyib. Qanunvericilikdə yalnız bir halda borcun etirafı öhdəlik yaradan əsas kimi müəyyən edilib. Mülki Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Borcun etirafının öhdəlik yaratması üçün göstərilən formada müqavilə bağlanmalıdır, lakin tərəflərin arasında belə müqavilə bağlanmayıb. Ona görə də Cavabdeh əks tərəfdən yalnız onun etirafına əsaslanaraq pul tələb edə bilməz. 13.Heyvanların müalicəsinə dair müqavilədən iki öhdəlik əmələ gəlib. Birinci, heyvanların müalicəsinin təşkili öhdəliyi; ikinci, müalicəyə görə haqqın ödənilməsi öhdəliyi. Birinci öhdəlikdə Cavabdeh borclu, İddiaçı kreditordur, ikinci öhdəlikdə isə vəziyyət əksinədir, yəni İddiaçı borclu, Cavabdeh isə kreditordur. Müqavilənin məzmununa görə, ikinci öhdəliyin icrasını tələb etmə hüququnu birinci öhdəliyin icrası faktı yaradır. Belə ki, müqavilənin məzmununda ödənilməli olan haqq “müalicəyə görə haqq” adlandırılıb, yəni haqqın tələb edilməsi üçün müalicə həyata keçirilməlidir. Ona görə də Cavabdeh kreditor kimi əks tərəfdən 37.373 manat tələb etmək hüququnun yaranması üçün o, öz öhdəliyini icra etdiyini təsdiq edən sübutları, yəni hansı heyvanların (sayı, növü və s.) müalicə edildiyini, müalicəyə hansı məbləğdə xərc çəkildiyini və ya hansı həcmdə əmək sərf edildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin Cavabdeh bu barədə sübut təqdim etməyib. 14.Beləliklə, Cavabdeh 37.373 manat pula dair tələb hüququ yaranmayıb. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia təmin edilərək 37.373 manat pulun, habelə hüquqi xidmətə çəkilmiş xərcin əvəzi kimi 300 manat, dövlət rüsumunun əvəzi kimi 202,12 manat, cəmi 37.875,12 manat pulun İddiaçı Cavabdeh xeyrinə tutulması hissəsində ləğv edilsin. Cavabdeh qarşılıqlı iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 169,60 (yüz altmış doqquz tam yüzdə altmış) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2982/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2982/2026
07.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver