Məhkəmə qərarları › İş №e-2(3-6)-2995/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2995/2026

28.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2995/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “dəymiş maddi zərər, debitor borc”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı Istehsalat Birliyi (bundan sonra Birlik) cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdehtərəfindən iddiaçı İddiaçı IB-yə vurulmuş 21 907,06 (iyirmi bir min doqquz yüz yeddi manat 06 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 355,16 (üç yüz əlli beş manat 16 qəpik) manat və 156,79 (bir yüz əlli altı manat 79 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 22 419,01 (iyirmi iki min dörd yüz on doqquz manat 01 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı IB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ01350100000000002944, SWIFT IBAZAZ2X, Azəriqaz IB, VÖEN**********, IBAN: AZ50IBAZ38040039449955001922) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Birlik ilə abonent Cavabdeh arasında ##.##.2021-ci il tarixində AKX-*******/**-**** nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Birlik cavabdehin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Birliyin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 859 manat; - ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 91,30 manat; - ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 567 manat; - ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 218,20 manat; - ##.##.2017- ci il tarixli ******* saylı akt əsasında 543 manat; - ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 566,40 manat; - ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 293,80 manat; - ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 1174,40 manat; - ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 351,40 manat; - ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 379,20 manat; - ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat; - ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 333 manat; - ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 426,60 manat; - ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; - ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; - ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; - ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 8812,80 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 544,32 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 609,12 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 259,20 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 898,80 manat (video); Cəmi 21 907,06 (iyirmi bir min doqquz yüz yeddi manat 06 qəpik) manat məbləğində İddiaçı IB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin Inzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Bildiririk ki, cavabdehin ödənilməmiş 2015-ci ilin üzrə qalıq 24 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin -2024-cü ilin aprel ayı üzrə 1,60 manat sərfiyyat borcu, cəmi 25,60 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Birliyin əməkdaşları tərəfindən ##.##.2021-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 03150 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ##.##.2021-ci il tarixli ******* saylı aktla Birliyin nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 175,70 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir . Cavabdehin 2018-ci il avqust ayından sayğac dəyişikliyindən sonra isə abonentin 175,40 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (25,60+175,4-175,70=376,70). 2015-ci ilin aprel ayından 2025-ci ilin mayayına qədər cavabdeh 21,54 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 355,16 (üç yüz əlli beş manat 16 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin Birliyə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gasrep üzrə ümumi 22262,22 (iyirmi iki min iki yüz altmış iki manat 22 qəpik) manat təşkil etməkdədir.

3. Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Nərmin Abiyeva) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı IB-yə vurulmuş 1961 manat məbləğində zərər və 355,16 manat debitor borc olmaqla, cəmi 2316.15 manat və 43.16 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı İddiaçı IB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ01350100000000002944, SWIFT IBAZAZ2X, Azəriqaz IB, VÖEN**********, IBAN: AZ50IBAZ38040039449955001922) bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi müəyyən edilmişdir.

4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:

6. Iddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən balans və istismarda olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdehin yaşadığı ünvanda qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Rayon məhkəməsi qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir. Istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün ekspertiza təyin edilməli idi, lakin rayon məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı pozuntuya yol verilmişdir. Mülki iş materiallarında mövcud olan abonent saldoları araşdırılmamış, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə, o cümlədən müqavilə öhdəlikləri nəzərə alınmadan mövcud qətnamə qəbul edilmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. İddiaçı Istehsalat Birliyi ilə abonent Cavabdeh arasında ##.##.2021-ci il tarixində “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır.

10. Abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyinə görə 21.907,06 manat məbləğində ziyan hesablanmışdır.

11. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı Filialının ##.##.2025-ci il tarixli rəyindən müəyyən edilir ki, istehlakçının qazdan qanunsuz istifadəsi təsdiq edilərsə, qaz paylayıcısına dəymiş zərərin məbləği 1961 (min doqquz yüz altmış bir) manat müəyyən edilə bilər.

12. Inzibati xəta haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan müəyyən olunur ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

13. Inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərardan müəyyən olunur ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir.

14. «Təbii X1nın pozulması haqqında» ##.##.2018-ci il tarixli, 0138369№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

15. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2018-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 5872 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

16. «Təbii X1nın pozulması haqqında» ##.##.2018-ci il tarixli, 0156452№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

17. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2018-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 1896 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

18. «Təbii X1nın pozulması haqqında» ##.##.2017-ci il tarixli, 123305№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

19. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2017-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 1469 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii X1nın pozulması haqqında» ##.##.2017-ci il tarixli, 0120871№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri qanuni istifadə edir.

20. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2017-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 2832 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

21. «Təbii X1nın pozulması haqqında» ##.##.2017-ci il tarixli, 0114121№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

22. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2017-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 2715 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

23. «Təbii X1nın pozulması haqqında» ##.##.2017-ci il tarixli, 0112322№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

24. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2017-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 1091 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

25. «Təbii X1nın pozulması haqqında» ##.##.2018-ci il tarixli, 0149407№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

26. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2018-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 1757 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

27. «Təbii X1nın pozulması haqqında» ##.##.2017-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

28. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2017-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 2835 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

29. «Təbii X1nın pozulması haqqında» ##.##.2018-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

30. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2018-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 4266 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

31. «Təbii X1nın pozulması haqqında» ##.##.2018-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

32. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2018-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 1422 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

33. «Təbii X1nın pozulması haqqında» ##.##.2019-cu il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri qanuni istifadə edir.

34. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2019-cu il tarixli tələbnamədən müəyyən olunur ki, 1422 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

35. «Təbii X1nın pozulması haqqında» ##.##.2019-cu il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

36. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2019-cu il tarixli tələbnamədən müəyyən olunur ki, 1422 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

37. «Təbii X1nın pozulması haqqında» ##.##.2019-cu il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri qanuni istifadə edir.

38. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2019-cu il tarixli tələbnamədən müəyyən olunur ki, 1422 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

39. «Təbii X1nın pozulması haqqında» ##.##.2023-cü il tarixli, 0372936№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

40. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, 6120kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

41. «Təbii X1nın pozulması haqqında» ##.##.2022-ci il tarixli, 0374724№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

42. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 73440 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

43. «Təbii X1nın pozulması haqqında» ##.##.2023-cü il tarixli, 0375255№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri qanuni istifadə edir.

44. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

45. «Təbii X1nın pozulması haqqında» ##.##.2023-cü il tarixli, 0377200№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

46. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

47. «Təbii X1nın pozulması haqqında» ##.##.2023-cü il tarixli, 0381458№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

48. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

49. «Təbii X1nın pozulması haqqında» ##.##.2023-cü il tarixli, 0392295№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

50. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, 4536kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

51. «Təbii X1nın pozulması haqqında» ##.##.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

52. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, 5076 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

53. «Təbii X1nın pozulması haqqında» ##.##.2023-cü il tarixli, 0407868№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri qanuni istifadə edir.

54. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, 2556 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

55. «Təbii X1nın pozulması haqqında» ##.##.2023-cüil tarixli, 0410237№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

56. «Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cüil tarixli tələbnamədən müəyyən olunur ki, 2556kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

57. «Təbii X1nın pozulması haqqında» ##.##.2024-cüil tarixli, 0421167№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

58. «Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamədən müəyyən olunur ki, 2556kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

59. «Təbii X1nın pozulması haqqında» ##.##.2024-cüil tarixli, 0424226№-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

60. «Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cüil tarixli tələbnamədən müəyyən olunur ki, 2160 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

61. «Təbii X1nın pozulması haqqında» ##.##.2024-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

62. «Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamədən müəyyən olunur ki, 1512 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

63. «Təbii X1nın pozulması haqqında» ##.##.2025-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir.

64. «Dəymiş ziyanın bərpasına dair ##.##.2025-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 4212 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

65. «Təbii X1nın pozulması haqqında» ##.##.2018-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri qanuni istifadə edir.

66. «Dəymiş ziyanın bərpasına dair ##.##.2018-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 3330 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

67. «Təbii X1nın pozulması haqqında» ##.##.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri qanuni istifadə edir.

68. «Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

69. «Təbii X1nın pozulması haqqında» ##.##.2018-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri qanuni istifadə edir.

70. «Dəymiş ziyanın bərpasına dair ##.##.2018-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 324 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

71. «Təbii X1nın pozulması haqqında» ##.##.2018-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri qanuni istifadə edir.

72. «Dəymiş ziyanın bərpasına dair ##.##.2018-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 3330 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

73. «Təbii X1nın pozulması haqqında» ##.##.2016-cı il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri qanuni istifadə edir.

74. «Dəymiş ziyanın bərpasına dair ##.##.2016-cı il tarixli tələbnamədən müəyyən olunur ki, 913 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

75. «Təbii X1nın pozulması haqqında» ##.##.2016-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri qanuni istifadə edir.

76. «Dəymiş ziyanın bərpasına dair ##.##.2016-ci il tarixli tələbnamədən müəyyən olunur ki, 8590 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

77. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi

78. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

79. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

80. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

81. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

82. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu

83. Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

84. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

85. Maddə 13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər X1 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»

86. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

87. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə

88. uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

89. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır.

90. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

91. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.

92. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

93. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

94. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

95. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

96. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

97. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

98. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

99. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

100. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

101. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

102. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

103. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

104. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

105. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

106. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

107. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

108. Iddia tələbini qismən təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, cavabdehə aid ünvan 1 ünvanı üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 2016-2025-ci illər ərzində müxtəlif tarixlərdə təbii X1nın pozulması haqqında aktlar tərtib edilmişdir. Həmin aktlarda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar ilə bu qanunsuz qoşulma, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 1961 manat olması müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanmasını əks etdirən şəkillərdə və digər sənədlər əsasında müəyyən edilmişdir ki, qaz xəttindən istifadə edilməklə hər bir aktda muxtəlif qaz qurğuları qeyd edilmişdir. Mübahisəli 21 907,06 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 1961 manat cavabdehə aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır.

109. Iddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə isə rayon məhkəməsi qeyd etmişdir ki, təbii qazdan istifadəyə görə cavabdehin 355,16 manat borcu yarandığına görə iddia həmin hissədə təmin edilməlidir.

110. Məhkəmə iddiaçının apellyasiya şikayətinin – rayon məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilməyərək prosessual pozuntuya yol verilməsi dəlili ilə bağlı qeyd edir ki, rayon məhkəməsi ##.##.2025-ci il tarixli qərardadla Energetika Nazirliyinin tabeliyində X2 Agentliyindən mütəxəssis rəyinin alınması üçün mülki iş üzrə icraatı dayandırmış, ##.##.2025-ci il tarixdə isə müvafiq rəy rayon məhkəməsinə daxil olmuşdur. Rayon məhkəməsi məhz həmin rəydə qeyd edilənləri iş materiallarında olan digər sübutlarla birlikdə qiymətləndirmiş və iddia tələbini qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır, rayon məhkəməsi tərəfindən qeyd edilən prosessual pozuntuya yol verilməmişdir.

111. Məhkəmə iddiaçının digər dəlillərinə münasibətdə qeyd edir ki, ##.##.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən istehlakçının sayğaca müdaxiləsi, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşka edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.

112. Iddiaçı tərəfindən cavabdeh barəsində ##.##.2016-cı il tarixdən ##.##.2025-ci il tarixə kimi təbii X1nın pozulması ilə bağlı akt və tələbnamələr tərtib edilmiş, lakin yalnız sonuncu ##.##.2025-ci il tarixli akta münasibətdə qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, iddiaçı İddiaçı IB tərəfindən cavabdeh barəsində ##.##.2025-ci il tarixli akt tərtib edildikdən sonra, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti quruma müraciət edilmiş və həmin akt əsasında X2 Agentliyinin Bakı filialı tərəfindən cavabdeh barəsində inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir. Digər akt və tələbnamələrə münasibətdə isə müvafiq qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da belə qərarların olduğu müəyyən edilməmişdir. Belə olduğu təqdirdə Məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması ##.##.2025-ci il tarixli aktın əsasında verilmiş ##.##.2025-ci il tarixli qərarın əsasında müəyyən edilsə də, müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş 21 907,06 (iyirmi bir min doqquz yüz yeddi manat 06 qəpik) manat maddi zərərin ödənilməsinin tələbnamələrlə tələb edilməsi və həmin zərərin məbləğinin abonentin saldosuna daxil edilməsi əsassız və qanunsuzdur.

113. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz qoşulma halının mövcud olması müəyyən edilsə də, eyni zamanda da Birliyin əməkdaşları tərəfindən tərtib edilən aktlarda müxtəlif qaz qurğularının qeyd olunduğu da aşkar edilmişdir. Odur ki, mütəxəssis rəyinə əsasən cavabdehin qaz sayğacından kənar qanunsuz qoşulması cavabdehə məxsus qaz qurğuları qeyd edilən aktlar əsas götürülməklə, iddiaçıya dəymiş zərərin məbləğinin cəmi 1961 (min doqquz yüz altmış bir) manat məbləğində müəyyən edilməsi əsaslı olmuşdur.

114. Rayon məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi materiallar kifayət qədər araşdırılaraq, mötəbər və şübhədənkənar sübutlara düzgün hüquqi qiymət verilmiş və mahiyyət etibarilə düzgün nəticəyə gələrək iddia tələbləri qismən təmin edilmişdir.

115. Məhkəmə onu da qeyd edir ki, son illərin təcrübəsi göstərir ki, hazırkı iddiaçı tərəfindən əsasən də fiziki şəxslərə münasibətdə çoxsaylı – hazırkı işdə olduğu kimi – yan qoşulmaya və sair pozuntulara dair bir neçə ili, bəzən də 5-6 ili əhatə edən ardıcıl aktlar tərtib edilir və həmin aktlar əsasən də abonentlərə fərqli məbləğlərdə borc hesablanır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin aktların və onlara əsasən hesablanmış borcun böyük əksəriyyətinin aşkar əsassız olduğu müəyyən olunur. Bu isə məhz iddiaçı təşkilatın əməkdaşları tərəfindən işin təşkilində yol verilən nöqsan və pozuntulardan xəbər verməklə yanaşı, həm də bir növ həmin əməkdaşların öz çatışmazlıqlarını ört-basdır etməkdən irəli gələn fəaliyyətinin nəticəsi kimi görünür. Bu işdə də eyni halın baş verdiyi müəyyən olunur. Iddiaçı tərəf heç cür izah edə bilmir ki, ##.##.2016-cı ildən ##.##.2025-ci ilədək olan 10 illik dövrdə, nə az, nə çox, düz 31 ədəd aktın tərtib olunmasına baxmayaraq, hansı səbəbdən mövcud qaydalara uyğun olaraq cavabdehə qazın verilməsi dayandırılmamış, eləcə də, pozuntunun aşkar edildiyi ilk illərdə - 2016-cı və ya sonrakı illərdə müvafiq tədbirlər görülməmiş, habelə ziyan-borc tələbinə dair məhkəməyə elə həmin vaxtlar müraciət edilməmişdir. Demək ki, iddiaçının hazırkı tələbində istinad etdiyi həmin aktlar əsasən əməkdaşların özlərini “sığortalamaq” məqsədi ilə “görünüş” üçün tərtib olunmuşdur.

116. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla əsassızdır və təmin edilə bilməz.

117. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

118. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

119. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

120. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

121. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

122. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

123. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

124. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

125. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

126. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçı İddiaçı IB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar