Məhkəmə qərarları › İş №e-2(3-6)-3000/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3000/2026

15.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3000/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qafarova Rəna Nazim qızı və X2 ibarət tərkibdə, Həsənov İlqar Vüqar oğlunun katibliyi ilə, iddiaçı İddiaçı İB-nin cavabdeh Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İş materiallarından göründüyü kimi İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, ünvanda sayğaca müdaxilə və qanunsuz qoşulma halları aşkar edilərək müvafiq aktlarla rəsmiləşdirilmişdir. Həmin aktlara əsasən cavabdehə məxsus 100313102403840 abunə hesabına İddiaçı İB tərəfindən 2016-cı il üçün 1 akt üzrə 194,40 manat, 2018-ci il üçün 1 akt üzrə 486 manat, 2021-ci il üçün 1 akt üzrə 432 manat, 2022-ci il üçün 9 akt üzrə 6.583,68 manat, 2023-cü il üçün 11 akt üzrə 5.067,37 manat, 2024-cü il üçün 3 akt üzrə 976,32 manat, 2025-ci il üçün 1 akt üzrə 837,70 manat məbləğində zərər hesablanmış, ümumilikdə isə 14.613,46 manat məbləğində zərərin yarandığı müəyyən edilmişdir.

2. Həmçinin cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi 562,54 manat debitor borcu da mövcuddur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı İB-nin cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 14.613,46 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 562,54 manat və 135,53 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 15.311,53 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ38040039449955001922) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında ##.##.2021-ci il tarixində AKX-*******/**-**** nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən*************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 194,40 manat; - ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 486 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 432 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 2203,20 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1468,80 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2023cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 873,70 manat (video), cəmi 14.613,46 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdehin ödənilməmiş 2025-ci ilin mayayı üzrə 129,13 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, cavabdehin 2017-ci il avqust ayından sayğac dəyişikliyindən sonra isə abonentin 36 manat, 2018-ci il yanvar ayından 269,30 manat, 2019-cu il yanvar ayından 2,20 manat, 2021-ci il dekabr ayından 41,80 manat, 2022-ci il mart ayından 196 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (129,13+36+269.3+2,20+41,80+196=674,43). 2018-ci ilin yanvar ayından 2025-ci ilin mayayına qədər cavabdeh 111,89 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 562,54 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gasrep üzrə ümumilikdə 176 manat təşkil etməkdədir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı İB-yə - ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 348,40 manat; ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 506,8 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 638,5 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 357,44 manat; ##.##.2022- ci il tarixli ******* saylı akt əsasında 357,44 manat məbləğində zərər, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 562,54 (beş yüz altmış iki manat 54 qəpik) manat, ümumilikdə 2771,12 (iki min yeddi yüz yetmiş bir manat on iki qəpik) manat pulun və 48 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ38040039449955001922) bank hesabına ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, istehlakçı tərəfindən “Qazdan istifadə Qaydaları”nın pozulması nəticəsində qazpaylayıcıya cəmi 14 613,46 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçı İddiaçı İB sözügedən aktları, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərarı əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir.

7. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlmişdir ki, cavabdehə aid Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 2016-2025-ci illər ərzində müxtəlif tarixlərdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Həmin aktlarda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar ilə bu qanunsuz qoşulma, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 9983,4 manat olması müəyyən edilmişdir.

8. Belə ki, məhkəmə iş materiallarına əlavə edilmiş qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanmasını əks etdirən şəkillərdə və digər sənədlər əsasında müəyyən etmişdir ki, qaz xəttindən istifadə edilməklə hər bir aktda müxtəlif qaz qurğuları qeyd edilmişdir. Mübahisəli 15.176,00 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 12.967,42 manata münasibətdə məhkəmə qeyd etmişdir ki, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1468,80 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 873,70 manat məbləğində yazılmış ümumilikdə 10.563,46 manat məbləğində borc barədə müvafiq İcra Hakimiyyəti Orqanının aktı mövcud deyil və iş materiallarına əlavə olunmayıb,

9. ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 873,70 manata münasibətə Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərarında protokol iş materiallarına əlavə olunmamışdır bu əsasdan həmin hissədə borc təmin olunmamalıdır və bu səbəbdən də qeyd olunan hissələrin ümumi borc məbləğindən silinməsi istisna edilir və 2016-2025-ci illər ərzində tərtib edilmiş müxtəlif aktlara əsasən hesablanmış cəmin tam silinməsi məqsədəmüvafiq deyildir.

10. Məhkəmə həmçinin debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 562,54 manat cavabdehdən iddiaçının xeyrinə tutumuşdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbini tam təmin edərdi. Çünki tərəfindən təqdim edilmiş sübutlar (aktlar, fotoşəkillər, tələbnamələr, abonent saldosu) iddia tələbinin əsaslı olduğunu sübut edir. Məhkəmə qətnaməsindən məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən o da, məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir. Hesab edir ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir iddia tələbi tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdiyi halda birinci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilmiş iddia tələbini qismən təmin etmişdir.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilməyən hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

20.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 22.4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 23.4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 24.4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 25.4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 26.6.7-ci bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (aktlar tərtib edildiyi zaman qüvvədə olan redaksiyada)

27.13-cü maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 28.13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

29.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin apelyasiya baxışının predmeti olan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, ünvanda sayğaca müdaxilə və qanunsuz qoşulma halları aşkar edilərək müvafiq aktlarla rəsmiləşdirilmişdir. Həmin aktlara əsasən cavabdehə məxsus 100313102403840 abunə hesabına İddiaçı İB tərəfindən 2016-cı il üçün 1 akt üzrə 194,40 manat, 2018-ci il üçün 1 akt üzrə 486 manat, 2021-ci il üçün 1 akt üzrə 432 manat, 2022-ci il üçün 9 akt üzrə 6.583,68 manat, 2023-cü il üçün 11 akt üzrə 5.067,37 manat, 2024-cü il üçün 3 akt üzrə 976,32 manat, 2025-ci il üçün 1 akt üzrə 837,70 manat məbləğində zərər hesablanmış, ümumilikdə isə 14.613,46 manat məbləğində zərərin yarandığı müəyyən edilmişdir.

33. Nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndi ““Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanuna əsasən 2022-ci il ###ın #-dən qüvvəyə minmiş, 2025-ci ilin ####un #-də qüvvədən düşmüşdür.

34. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il ###ın #-dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci bəndinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

35. Kollegiya vurğulayır ki, mülki-prosessual qanunvericilikdə konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğu qeyd edilir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmasının yalnız göstərilən sübutetmə vasitələri ilə təsdiq olunmalı olduğu nəzərdə tutulmuşdur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə əsaslı hesab edilə bilər.

36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin Qanunun təsiri altına düşən dövrdə cavabdehin qanunsuz hərəkətlərə yol verməsi halının yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktlar əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Məhkəmə kollegiyası hesab edir ki, bu dövrü əhatə edən iddia tələbləri üzrə müəyyən edilməli olan halların sübütetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı qeyd edilən halları təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası 2022-ci ilin may ayının 1-dən sonra tərtib olunmuş aktlar üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

38. Kollegiya həmçinin hesab edir ki, 2016-cı, 2018-ci, 2021-ci və 2022-ci illər üzrə (2022-ci il may ayının 1-dək) tərtib edilmiş aktlara münasibətdə birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.

39. Belə ki, məhkəmə İB-yə dəymiş zərərin hesablanması ilə bağlı Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X4 Agentliyinə müraciət edilməsini zəruri hesab etmiş, cavabdehin 100313102403840 abonent hesabı üzrə mövcud borcun hesablanmasını həmin quruma həvalə etmişdir. Agentlik tərəfindən aparılmış hesablamalara əsasən, İddiaçı İB tərəfindən cavabdeh barəsində 2016-cı, 2018-ci, 2021-ci və 2022-ci illər üzrə (2022-ci il may ayının 1-dək) tərtib edilmiş aktlar əsasında hesablanmış zərərin 2.208,98 manat təşkil etdiyi müəyyən edilmişdir.

40. Həmçinin cavabdehə məxsus 100313102403840 abonent hesabı üzrə istehlak göstəriciləri əsasında istifadə edilmiş təbii qazın dəyəri 562,54 manat məbləğində hesablanmışdır.

41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 394-1, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Rəna Qafarova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar