Məhkəmə qərarları › İş №e-2(3-6)-3132/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3132/2026

10.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3132/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh X1 qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Səlimova Səadət Rəşid qızı, (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment məbləğinin indeksasiya olunması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil İman oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment məbləğinin indeksasiya olunması” tələbi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2012ci il tarixli qətnaməsi ilə övladı X2 üçün təyin edilmiş 100 manat sabit pul məbləğində alimentin, habelə uşağın müalicəsi üçün hər ay 100 manat məbləğində pulun indeksasiya olunaraq, məhkəməyə müraciət edildiyi tarixdən başlayaraq övladı yetkinlik yaşına çatanadək hər ay 400 manat sabit pul məbləğində alimentin, habelə uşağın müalicəsi üçün hər ay 200 manat məbləğində vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment məbləğinin indeksasiya olunması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil İman oğlu tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil İman oğlu ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-96)-1230/2026 qərardadından verdiyi şikayətin geri götürməsini bildirib, şikayətin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mülki işin sənədlərini araşdırıb belə nəticəyə gəlir ki, hazırkı mülki iş üzrə iddiaçı, yəni şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada şikayətinin geri qaytarılmasını xahiş etdiyindən, müdafiə olunmayan şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi və şikayət üzrə işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur. İstinad olunanlara əsasən, kollegiya hesab edir ki, şikayətdən imtina olunması barədə ərizə təmin edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 397, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment məbləğinin indeksasiya olunması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil İman oğlu tərəfindən verilmiş şikayətdən imtina qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar