Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3177/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. İddiaçı IB (Paylayıcı) və Cavabdeh (Istehlakçı) arasında ##.##.2017-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı haqqında **-**** nömrəli müqavilədən müəyyən olunur ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “Istehlakçı”nı keyfiyyətli qazla təmin edir, “Istehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsəsən ödəyir.
2. ##.##.2018-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən “Smart” G4 markalı, ****AZ************ nömrəli qaz sayğacı çıxarılmış və “ITRON” G4 markalı, ****AZ*********** nömrəli qaz sayğacı quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi qeyd olunmuşdur.
3. ##.##.2024-cü il tarixli,******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən “ITRON” G4 markalı, ****AZ*********** nömrəli qaz sayğacı çıxarılmış və ******* nömrəli qaz sayğacı quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi qeyd olunmuşdur.
4. İddiaçı IB tərəfindən Cavabdeh barəsində “Təbii X4nın pozulması haqqında” 36 akt tərtib olunmpuşdur. 21 akt ## ### 2022-ci il tarixə kimi, 15 akt isə həmin tarixdən sonra tərtib olunmuşdur.
5. ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulması)törətmiş və barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.
6. Cavabdeh tərəfindən yaşadığı ünvanda PQ4 (4 gözlü qaz plitəsi), QSQ (qeyristandart qızdırıcı) və dəmir soba qismində qaz qurğularından istifadə edilir.
Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya vurulmuş zərərin əvəzi kimi 10800,37 manat məbləğində pul vəsaiti və sayğacdan istifadə nəticəsində ödənilməmiş 1534,01 manat məbləğində borcun və ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, iddiaçının əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Iddiaçının əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: ##.##.2016-cı il tarixli, ******* saylı akt əsasında 239.50 manat; ##.##.2016-cı il tarixli, ******* saylı akt əsasında 82.10 manat; ##.##.2017-ci il tarixli, ******* saylı akt əsasında 40.40 manat; ##.##.2017-ci il tarixli, ******* saylı akt əsasında 62.60 manat; ##.##.2017-ci il tarixli, ******* saylı akt əsasında 344 manat; ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 625.20 manat; ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 142.60 manat; ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 134.20 manat; ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 432 manat; ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 86.40 manat; ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 194.40 manat; ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 86.40 manat; ##.##.2021- ci il tarixli, ******* saylı akt əsasında 194.40 manat; ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 194.40 manat;##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 194.40 manat; ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 233.28 manat; ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 570.24 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 570.24 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 354.24 manat; ##.##.2022-ci il tarixli,******** saylı akt əsasında 354.24 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 354.24 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 233.28 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 233.28 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 233.28 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 233.28 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 233.28 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 233.28 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 354.24 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 354.24 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 708.48 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 354.24 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 354.24 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 233.28 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 349.92 manat; ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında 989.28 manat; ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında 220.79 manat (video); cəmi 10807.87 manat məbləğində iddiaçıya maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 239.50 manat zərədən 7.50 manat məbləğində ödəniş etmişdir. Belə ki, cavabdehin 10800.37 manat məbləğində iddiaçıya maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2024-cü ilin sentyabr - dekabr ayları üzrə 364.12 manat sərfiyyat borcu və limitdən əlavə 28.88 manat sərfiyyat borcu, 2025-ci ilin fevral-iyul ayları üzrə 997.36 manat sərfiyyat borcu və limitdən əlavə 141.55 manat sərfiyyat borcu, cəmi 1531.91 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, iddiaçının əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 11.0 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ##.##.2024-cü il tarixli, ******* saylı aktla iddiaçının nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 1.10 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Cavabdehin 2018-cü il aprel ayından sayğac dəyişikliyindən sonra isə abonentin 1 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu qalmişdir (aktlar əlavə olunub) (1531.91+1.10+1=1534.01). 2024-cü ilin sentyabr ayından 2025-ci ilin iyul ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1534.01 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 12334.38 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. Azərbaycan Respublikası Energetika Nazirliyi X7 Agentliyi Bakı Fillialı tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evində 1 ədəd PQ4 tipli qaz plitəsi, 1 ədəd QSQ və 1 ədəd dəmir sobadan istifadə olunur. İddiaçı IB-nin əməkdaşları tərəfindən qazdan qanunsuz istifadəyə görə abonentə 2013-cü ildən 2022-ci ilin may ayına qədər 21 aktla 5489.49 manat, 2022-ci ilin may ayından sonra isə 15 aktla 5318.33 manat olmaqla, cəmi 10807.82 manat məbləğində əlavə borc hesablanaraq, onun abonent hesabına daxil edilmişdir. Istehlakçı tərəfindən qazdan qanunsuz istifadəyə görə İddiaçı IB tərəfindən 2022-ci ilin may ayına qədər tərtib edilmiş 21 akt əsasında iddiaçıya hesablanmış 5489.49 manat dəymiş ziyan məbləğinin və eyni zamanda iddiaçının qeyd etdiyi borcun düzgünlüyünə rəy vermək mümkün olmamışdır. Cavabdeh tərəfindən 2022-ci ilin may ayından sonra tərtib edilmiş aktlar əsasında aparılmış hesabatlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci bəndinin tələbinə əməl edilmədən aparıldığından, həmin aktlar üzrə hesablanmış 5318.33 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, Cavabdeh qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma və qaz sayğacına qanunsuz müdaxilə nəticəsində vurulmuş zərərin əvəzi kimi 2015.76 (iki min on beş manat yetmiş altı qəpik) manat və təbii qazdan istifadə nəticəsində yaranmış debitor borc qismində 1534.01 (min beş yüz otuz dörd manat bir qəpik) manat olmaqla, cəmi 3549.77 (üç min beş yüz qırx doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti və 55.5 (əlli beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı IB-yə ödənilməsi qət edilmişdir.
11. Qətnamənin əsaslarına görə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi 2 hissədən - qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun tutulmasından ibarətdir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında ##.##.2017-ci il tarixli, **/**** nömrəli qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin yaşadığı ünvanı təbii qazla təchiz etmiş, qaz xəttinin üzərinə qaz sayğacı yerləşdirməklə *************** nömrəli abonent kodu vermişdir. Iddiaçı cavabdeh tərəfindən mütəmadi olaraq qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmişdir. Qanunsuz qoşulma və qaz sayğacına müdaxilə nəticəsində iddiaçının əməkdaşları tərəfindən ümumilikdə 36 akt tərtib edilmişdir. Məhkəmə ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu iddiaçının əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalıdır. Məhkəmə nəzərə çatdırır ki, sayğaca müdaxilə, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir. Həmin prosedura əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
12. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə edilən əlavələr “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa ##.##.2022-ci il tarixdən əlavə edilmiş və müvafiq normaların həmin dövrdən əvvəl paylayıcı və istehlakçı arasında yaranan mübahisəli hüquq münasibətlərinə tətbiq edilmə imkanı istisna edilmişdir. Hazırkı iş üzrə tərtib edilmiş 36 aktın 21-i həmin dövrdən sonraya təsadüf etsə də, həmin aktlardan yalnız biri - ##.##.2024-cü il tarixli akt üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X7 Agentliyinin Bakı fillialı tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarının məcburi göstərişlərindən aşkar olunur ki, qaz paylayıcısının istehlakçıdan vurulmuş zərərin əvəzini tələb etmək hüququ bir şərtdən – istehlakçının (baxılan işin halları baxımından məişət abonentinin) qazın talanmasında təqsirli olmasını təsdiq edən müvafiq qərarın (məhkəmə və ya digər orqanların qərarı) mövcudluğundan asılı edilmişdir. Məhkəmənin və ya inzibati xəta haqqında iş üzrə icraatın aparılmasında səlahiyyətli olan digər dövlət orqanının qərarının mövcud olmaması qazın talanması ilə əlaqədar vurulmuş zərərin əvəzinin istehlakçıdan tələb edilməsini birmənalı və qəti şəkildə istisna edir. Baxılan işin halları baxımından isə o müəyyən olunur ki, qanunvericilik səviyyəsində edilmiş dəyişikliklərdən sonra qaz paylayıcısı tərəfindən tərtib edilmiş 21 aktdan yalnız biri – ##.##.2024-cü il tarixli akt əsasında inzibati xəta haqqında iş üzrə icraata başlanmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh qazın talanmasında təqsirli olması müəyyən edilmişdir. Məişət abonenti olan Cavabdeh qazın talanmasında təqsirli olmasının sübuta yetirilməsi onun tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsini birmənalı şəkildə şərtləndirir. Məhkəmənin qüvvədə olan qanunvericilik normaları nöqteyi-nəzərindən gəldiyi qəti nəticəni Azərbaycan Respublikası Energetika Nazirliyi X7 Agentliyi Bakı Fillialı tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş yazılı mütəxəssis rəyi də bir daha təsdiq edir. Həmin rəyin nəticə hissəsində qeyd olunur ki, “cavabdeh tərəfindən 2022- ci ilin may ayından sonra tərtib edilmiş aktlar əsasında aparılmış hesabatlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci bəndinin tələbinə əməl edilmədən aparıldığından, həmin aktlar üzrə hesablanmış 5318,33 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz”. Belə olan halda, 2022-ci ilin may ayının 1-dən sonra tərtib edilmiş yalnız bir akta münasibətdə hesablama aparılmalı və vurulmuş zərərin əvəzi cavabdehin vəsaiti hesabına kompensasiya edilməlidir (PQ3 tipli qaz qurğusu üzrə 0.8 x 12 x 165 x 0.12 = 190.08 manat).
13. Birinci instansiya məhkəməsi dəyişikliklərdən əvvəl tərtib edilən 15 akta münasibətdə qeyd etmişdir ki, qazın talanması ilə əlaqədar istehlakçı tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsini həm məhkəmədən kənar, həm də birbaşa məhkəmə vasitəsilə tələb etmək hüququ qanunvericilik səviyyəsində məhdudlaşdırılmasa da, həmin dövrdə qüvvədə olan qanunvericilik bu kateqoriyadan olan mübahisələrə baxılması ilə bağlı sübutetmənin hədlərini və sübutların növünü qüvvədə olan qanunvericiliyə nisbətən daha dolğun tənzimləmirdi. Belə olan halda, nəzərə alınmalıdır ki, zərərin məhz istehlakçının təqsiri üzündən əmələ gəlməsini sübut etmək vəzifəsi də qanunla iddiaçının üzərinə (öhdəsinə) qoyulur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir). Iddiaçı (qaz paylayıcısı) tərəfindən məhkəməyə təqdim edilmiş təbii X4nın pozulması haqqında aktlar, həmin aktlara əlavə edilən fotoşəkillər, həmçinin istehlakçının yaşadığı ünvana quraşdırılmış təbii qazın sərfiyyat göstəricilərini qeydə alan qaz sayğacına dair abonent saldosunun digər sübutlarla məcmu şəklində tədqiqi onu deməyə əsas verir ki, istehlakçı qaz xəttinə qanunsuz qoşulmaqla mütəmadi olaraq qazı talamış və iddiaçıya maddi zərər vurulmasına səbəb olmuşdur. Bundan əlavə, abonent saldosundan o da müəyyən olunur ki, istehlakçı tərəfindən təbii qazdan qaz sayğacı üzrə istifadə edilməmiş və qazın sərfi 0 m3 -a bərabər olmuşdur. Işin qeyd edilən faktiki halı birbaşa olmasa da, dolayısı ilə cavabdehin qazın talanmasında təqsirli olması nəticəsinə gəlməyə əsas verir. Həmçinin, iddiaçının əməkdaşları tərəfindən cavabdehin yaşayış yeri üzrə çəkilmiş fotoşəkillərdən də aydın olur ki, istehlakçı qaz xəttinə qanunsuz qoşulmaqla qazdan istifadə edir. Bununla belə, məhkəmə hesab edir ki, 2022-ci ilin may ayının 1-dən əvvəl tərtib edilmiş aktlar üzrə vurulmuş zərərin həcmi düzgün hesablanmamışdır. Odur ki, məhkəmə araşdırması vurulmuş zərərin həcminin müəyyənləşdirilməsi istiqamətində davam etdirilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci bəndinə əsasən, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 6.5-3-cü bəndinə əsasən, Istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə təbii X4nın pozulması barədə qaz paylayıcısı tərəfindən tərtib edilmiş hər bir akt üzrə onun tərtib edildiyi illərə uyğun vurulmuş zərərin həcminin müəyyən edilməsini zəruri hesab edir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlarda istehlakçının istifadə etdiyi qaz işlədiciləri (qaz qurğuları) qismində PQ4, PQ3, PQ2, QSSQ, QSQ, dəmir soba, radiator və radiator sobası qeyd edilmiş və dəymiş zərər hər bir qaz işlədicisi üzrə ayrı-ayrılıqda hesablanmışdır. Halbuki, tərəflər arasında bağlanmış qazın alğı-satqısına dair müqavilədə yaşayış yeri üzrə istifadə olunan qaz qurğusu qismində yalnız PQ4 (dördgözlü qaz pilitəsi) qeyd edilmiş, iddiaçı tərəfindən digər qaz işlədiciləri barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yalnız təbii X4nın pozulması haqqında tərtib edilmiş akt və ona əsaslanan tələbnamələrdə bu barədə qeydlər aparılmışdır. Bununla yanaşı, məhkəmə tərəfindən iş üzrə əhəmiyyət kəsb edən halların tam, obyektiv, hərtərəfli və qərəzsiz şəkildə araşdırılması məqsədilə mülki işin icraat materialları yazılı mütəxəssis rəyinin verilməsi üçün aidiyyəti üzrə göndərilmiş və mütəxəssis qarşısında qoyulan suallardan birini də məhz istehlakçının yaşadığı ünvanda istifadə edilən qaz qurğularının (qaz işlədicilərinin) növünün müəyyən edilməsi təşkil etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi X7 Agentliyi Bakı Fillialı tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evində 1 ədəd PQ4 tipli qaz plitəsi, 1 ədəd QSQ və 1 ədəd dəmir sobadan istifadə olunur. Iş üzrə keçirilmiş məhkəmə iclaslarından məlumatlı olan cavabdehin iddia tələbinə dair münasibətinin (iddia tələbinə etirazı və ya buna dair razılığı) məhkəməyə bildirilməməsini, eləcə də cavabdehin yaşayış yeri üzrə istifadə edilən qaz qurğuları barədə mötəbər və təkzibedilməz sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsini, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyi X7 Agentliyi Bakı Fillialının mütəxəssis rəyini nəzərə alan məhkəmə hesab edir ki, qaz xəttinə qanunsuz qoşulma nəticəsində itirilmiş qazın həcmi və vurulmuş zərərin məbləği PQ4 (dördgözlü qaz pilitəsi), QSQ (qeyri-standart qızdırıcı) və dəmir soba qismində qaz qurğularının istehlak təyinatı və qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər nəzərə alınmaqla hesablanmalıdır.
14. Məhkəmə tərəfindən yuxarıda göstərilən xüsusatlar nəzərə alınmaqla hesablama aparılaraq müəyyən edilmişdir ki, 2016-cı ildə tərtib edilmiş aktlar üzrə 93,6 manat, 2017-ci ildə tərtib edilmiş aktlar üzrə 118,8 manat, 2018-ci ildə tərtib edilmiş aktlar üzrə 64,56 manat, 2021-ci ildə tərtib edilmiş aktlar üzrə 792.72 manat, ## ###### 2022 – ## ##### 2022-ci il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 4 akt üzrə 756 manat zərər vurulmuşdur. Beləliklə, cavabdehdən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma və qaz sayğacına müdaxilə nəticəsində istifadə edilmiş qaza görə vurulmuş zərərin əvəzi kimi ümumilikdə 1825,68 manat məbləğində pul vəsaiti tutulmalıdır.
15. Məhkəmə iddiaçı tərəfindən tərtib edilmiş təbii X4nın pozulması barədə aktlarda və dəymiş ziyanın bərpasına dair tələbnamələrdə cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma və qaz sayğacına müdaxilə nəticəsində vurulmuş zərərin məbləğinin hesablanmasına münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, təbii inhisar subyekti olan iddiaçı tərəfindən qeyd edilən qaydada hesabalama aparılması zamanı bəzi qaz qurğularına münasibətdə həmin qurğunun istehlak təyinatına və adətən istifadə olunduğu ilin mövsümünə münasibətdə qeyri-mütənasib dərəcədə yanlışlıqlara yol verilmişdir. Belə ki, PQ4 qismində qaz plitələrinin təyinatı nəzərə alınmaqla, həmin qəbildən olan qaz qurğularının günün bütün saatları daxilində, yəni 24 saat müddətində istismar edilməsi qeyri-mümkündür. Belə ki, istehlakçı və onun ailə üzvləri tərəfindən təqvim ayının bəzi günlərində fərdi yaşayış evindən kənarda olma, günün müəyyən saatları daxilində, məsələn gecə vaxtı yuxu rejimi ilə əlaqədar həmin qaz qurğularının söndürülməsi və ya zəruri tələbat olmadığı təqdirdə həmin qurğulardan istifadə edilməməsi və s. kimi hallar nəzərə alındığı təqdirdə, iddiaçının iddia etdiyi kimi həmin qəbildən olan qaz işlədicilərinin 7/24 istismar edilməsini düşünmək qeyri-mümkündür. Məhz bu səbəbdən, PQ4 tipli qaz qurğularına münasibətdə həmin qurğuların orta günlük iş rejiminin 12 saat qəbul edilməsi ağlabatan mühakimə əsasında məqbul hesab edilir. Bununla belə, qaz paylayıcısı tərəfindən təbii X4nın pozulması haqqında aktların bir neçəsində PQ4 tipli qaz qurğusunun orta günlük iş rejimi 12 saatdan az, bəzi hallarda 6 və 8 saat kimi göstərilmiş və itirilmiş qazın həcmi həmin iş rejiminə münasibətdə hesablanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nə qədər ki, qaz paylayıcısı olan iddiaçı istehlakçı tərəfindən təbii qazın istehlakı üçün istifadə edilən qaz qurğusunun orta günlük iş rejimini məhkəmə təcrübəsində formalaşmış iş rejimindən aşağı müəyyən etməklə istehlakçıdan tələb edir, iddia tələbindən kənara çıxılmamalı və verilmiş tələblər üzrə qətnamə qəbul edilməlidir. Digər tərəfdən, ilin müəyyən aylarında, məsələn isti aylarda dəmir soba tipli qaz qurğularından (əsas təyinatı fərdi yaşayış evinin və ya otaqların isidilməsi olan qurğular) istifadəyə hər hansı zərurətin mövcud olmaması səbəbindən, həmin qurğuların müvafiq isti aylarda istifadəsi, həmçinin bu istifadənin davamlı olması qənaətinə gəlmək mümkün deyil. Odur ki, məhkəmə tərəfindən cavabdehin istifadə etmə faktı öz təsdiqini tapan qaz qurğularının orta günlük iş rejimi yuxarıda qeyd edilən qaydada əsas götürülməklə hesablama aparılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “X4”na qeyd edilən müddəalar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “X4”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, *** nömrəli qərarı ilə əlavə edilmişdir. Həmin əlavələrdən görünür ki, pazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında istehlakçı tərəfindən qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı bu və ya digər qaz qurğusunun orta günlük iş rejimi 12 saatdan az olmamaqla hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin, həm tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olan qanunvericiliyin sistematik təhlili, həm də məhkəmənin təşəbbüsü ilə alınmış yazılı mütəxəssis rəyinin tədqiqi onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, *** nömrəli qərarının qəbul edilməsindən əvvəl qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma və qaz sayğacına müdaxilə nəticəsində vurulmuş zərərin həcminin hesablanma qaydası qanunvericiliklə tənzimlənməmişdir. Odur ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma və qaz sayğacına qanunsuz müdaxilə nəticəsində vurulmuş zərərin əvəzi ağlabatan meyarlara uyğun hesablanmalıdır.
16. Iddia tələbinin ikinci hissəsinə - debitor borcun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin ödənilməmiş 2024-cü ilin sentyabr-dekabr ayları üzrə 364.12 manat sərfiyyat borcu və limitdən əlavə 28.88 manat sərfiyyat borcu, 2025-ci ilin fevral-iyul ayları üzrə 997.36 manat sərfiyyat borcu və limitdən əlavə 141.55 manat sərfiyyat borcu, cəmi 1531.91 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, iddiaçının əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 11.0 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ##.##.2024-cü il tarixli, ******* saylı aktla iddiaçının nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 1.10 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Cavabdehin 2018-cü il aprel ayından sayğac dəyişikliyindən sonra isə abonentin 1 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu qalmışdir (1531.91+1.10+1=1534.01). 2024-cü ilin sentyabr ayından 2025-ci ilin iyul ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1534.01 manat borcu (debitor borc) da qalmışdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 442, 1096, 1097-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 6-2, 11, 13-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “X4”na və “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə”Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının ## ###### 2016-cı il tarixli ** nömrəli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh İddiaçı Istehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, iddianın rədd olunduğu hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlillərinə görə, İddiaçı IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X4nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyriqanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə Iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi İddiaçı IB-nin iddia tələbini tam təmin etməməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
24. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://e-qanun.az/framework/60387" \o "Azərbaycan Respublikasının Energetika Nazirliyi"orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər X4 ilə tənzimlənir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1999-cu tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: Maddə 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” Qaydaları: 2.7. Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Agentliyin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayəti ilə qətnamə iddianın rədd edilən hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyasın məhkəməsinin mövqeyi
29. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
30. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayət ümumi sözlərlə əsaslandırılmış, məhkaəmənin əsaslandırdığı hallara dair hər hansı bir dəlil irəli sürülməmişdir.
31. ## ### 2022-ci il tarixdən qanunvericilikdə olan dəyişikliyə əsasən qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
32. Məhkəmə kollegiyası hesab edir ki, 2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlar üzrə paylayıcının istehlakçıdan zərərin əvəzini tələb etmək hüququ olmadığına görə birinci instansiya məhkəməsinin bu hissədə iddianın rədd edilməsi ilə bağlı gəldiyi qənaət əsaslıdır.
33. 2022-ci ilin may ayına kimi tərtib olunmuş aktlara münasibətdə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlarda istehlakçının istifadə etdiyi qaz işlədiciləri (qaz qurğuları) qismində PQ4, PQ3, PQ2, QSSQ, QSQ, dəmir soba, radiator və radiator sobası qeyd edilmiş və dəymiş zərər hər bir qaz işlədicisi üzrə ayrı-ayrılıqda hesablanmışdır. Halbuki, tərəflər arasında bağlanmış qazın alğı-satqısına dair müqavilədə yaşayış yeri üzrə istifadə olunan qaz qurğusu qismində yalnız PQ4 (dördgözlü qaz pilitəsi) qeyd edilmiş, iddiaçı tərəfindən digər qaz işlədiciləri barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yalnız təbii X4nın pozulması haqqında tərtib edilmiş akt və ona əsaslanan tələbnamələrdə bu barədə qeydlər aparılmışdır.
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, 2022-ci ilin may ayına kimi olan dövr üzrə mütəxəssis rəyi alınmasa da, birinci instansiya məhkəməsi tərəfindən dəqiq və qaydalara uyğun olaraq düzgün hesablama aparılaraq əsaslı nəticəyə gəlinmişdir.
35. Birinci instansiya məhkəməsi tərəfindən düzgün əsaslandırma və qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası araşdırma və gəlinən nəticə ilə razılaşır və əlavə qiymətləndirmə aparılmasına zərurət görmür.
36. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh İddiaçı Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.