Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3207/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı ASC cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cəmi borcu 27.600,90 (iyirmi yeddi min altı yüz ABŞ dolları 90 sent) ABŞ dolları - bundan 14.679,06 (on dörd min altı yüz yetmiş doqquz ABŞ dolları 06 sent) ABŞ dolları əsas, 5.822,66 (beş min səkkiz yüz iyirmi iki ABŞ dolları 66 sent) ABŞ dolları faiz, 4.981,66 (dörd min doqquz yüz səksən bir ABŞ dolları 66 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.117,52 (iki min bir yüz on yeddi ABŞ dolları 52 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 230,77 (iki yüz otuz manat 77 qəpik) manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh cavabdeh2 14.679,06 (on dörd min altı yüz yetmiş doqquz ABŞ dolları, altı sent) ABŞ dolları əsas, 5.822,66 (beş min səkkiz yüz iyirmi iki ABŞ dolları altmış altı sent) ABŞ dolları faiz, 200 (iki yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.117,52 (iki min bir yüz on yeddi ABŞ dolları, əlli iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 22.819,24 ABŞ dolları (iyirmi iki min səkkiz yüz on doqquz ABŞ dolları, iyirmi dörd sent) və 185,84 (yüz səksən beş manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu alınaraq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qətnamə ilə təmin edilmiş 22.819,24 ABŞ dolları məbləğində kredit borcunun tutulması zamanı 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbəti 1,40 manat hesablanması və 127 (yüz iyirmi yeddi) manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdeh cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun hаzırkı qətnamədən хəbəri оlmаmışdır, qətnamə ona rəsmi təqdim edilməmişdir. Yalnız ##.##.2026-cı il tarixdə həmin qətnamənin surəti cаvаbdеhə qəbzə imza etdirilməklə təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alaraq rayon məhkəməsindən prosessual müddətin ötürülməsi səbəblərinin üzrlü hesab edilməsi və həmin müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən cavabdeh cavabdeh2 qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamış, qətnamədən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdehin cavabdeh2 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, o, mübаhisəli qətnаməni özü, qəbzə imzа еtməklə məhkəmədən götürüb, qətnаmənin surəti ona göndərilmiş оlsа dа, həmin zərf gеri qаytаrılıb. Bu isə о dеməkdir ki, müddət üzrlü səbəbdən burахılıb. Bеləliklə, cаvаbdеh tərəfindən şikаyətin vеrilmə müddəti üzrlü səbəbdən burахılmış hеsаb оlunаrаq bərpа еdilməlidir. Qətnаmənin vəkilin şəхsi еlеktrоn kabinеtinə yеrləşdirilməsi ilə bağlı isə qeyd etmişdir ki, onun vəkillə əlаqəsi yохdur, аpеllyаsiyа şikаyətini də özünə аçdığı şəхsi еlеktrоn kаbinеt vаsitəsilə yеrləşdirib. Rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməsinin səbəblərinin üzrlü olubolmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki iş materiallarından görünür ki, rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh cavabdeh2 vəkili Nümayəndə məxsus elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Həmin qətnamə poçt vasitəsi ilə cavabdeh cavabdeh2 qeydiyyat ünvanına göndərilmiş, lakin ##.##.2026-cı il tarixdə zərf ünvançının tapılmaması əsası ilə məhkəməyə geri qaytarılmışdır. Qətnamə qanuni qüvvəsini aldığından ##.##.2026-cı il tarixdə icraya yönəldilmişdir. Qeyd olunan qətnaməni cavabdeh ##.##.2026-cı il tarixdə məhkəmə qəbzinə imza etməklə götürmüşdür. Qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verilmişdir. Məhkəmə cavabdeh cavabdeh2 şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qətnamənin ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh2 vəkili Nümayəndə rəsmi qaydada təqdim edilməsi həmin məhkəmə aktının cavabdehə təqdim olunmasına bərabər tutulur. Qətnamənin cavabdeh cavabdeh2 təkrar ##.##.2026-cı ildə verilməsi birinci dəfə - ##.##.2026-cı il tarixdə qətnamənin təqdim olunması ilə başlanılmış şikayət vermə müddətinin axımına təsir etmir. Həmçinin mülki iş materiallarından müəyyən edilmişdir ki, cavabdeh cavabdeh2 vəkili Nümayəndə ilə birlikdə rayon məhkəməsinin hazırlıq iclaslarında, eyni zamanda sonuncu baxış iclasında iştirak etmiş, yekun məhkəmə aktının çıxarılmasından məlumatı olmuşdur. MPM-in 134-cü maddəsində işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədləri sırasında məhkəmə aktları da göstərilmişdir (maddə 134.1.5). Bundan başqa, MPM-in 134, 135-ci, 244-cü, 268.1-ci, 282-ci, 360-cı, 404.0.1- 405.0.2-ci, 423.4-cü maddəsinin birinci cümləsi və şikayət verilməsini nəzərdə tutan sair maddələrinin sistematik təhlilindən bəlli olur ki, məhkəmə aktlarından şikayət verilməsi müddətinin hesablanması konkret olaraq mübahisələndirilən məhkəmə aktının şəxsə rəsmi qaydada verildiyi günlə müəyyən olunmuşdur. Həm də müəyyən olunur ki, prosessual qanunvericiliyin həmin tələbi imperativ xarakter daşıyır. Məhkəmə prosessual qanunvericilikdə məhkəmə aktlarının rəsmi verilməsinə dair nəzərdə tutulan tələbin məqsədi barədə xüsusi olaraq qeyd edir ki, əslində burada güdülən məqsəd tərəfin və ya maraqlarına toxunan digər şəxsin qəbul olunan məhkəmə akı barədə məlumatlı olmasını təmin etməkdir. Başqa sözlə desək, burada güdülən əsas məqsəd tərəfin və ya məhkəmə aktı ilə maraqlarına toxunan digər şəxsin qəbul olunmuş məhkəmə aktından xəbərdar olmasına və onun məlumatlandırılmasına nail olmaqdır. Bu baxımdan, həmin tələbin imperativ xarakterli olması da, heç bir halda istinad olunan normaların təfsirinin (yozumunun) yolverilməz olması, eləcə də bütün hallarda onların hərfi mənada tətbiq edilməsi kimi başa düşülə bilməz. Bu cür yanaşma həm də ona görə əsaslı sayılmayacaqdır ki, bu, işlərə baxılmasının ağlabatan müddətlərdə həyata keçirilməsi, başlıcası isə, qanunun aliliyinin ümdə tərkib hissəsi olan və hamılıqla qəbul olunmuş hüquqi müəyyənlik prinsipinə cavab vermir. Demək ki, işin hallarından asılı olaraq məhkəmələr mübahisələndirilən məhkəmə aktının rəsmi olaraq verilmədiyi halda belə, şəxsin həmin məhkəmə aktından xəbərdar və məlumatlı olması qənaətinə gələ bilər. Beləliklə də qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh cavabdeh2 prosessual müddəti ötürməsi ilə bağlı ərizəsində qeyd etdikləri üzrlü səbəb kimi qiymətləndirilə bilməz, buna görə də rayon məhkəməsi haqlı olaraq müddətin bərpa edilməsindən imtina etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, rayon məhkəməsi qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh cavabdeh2 tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3207/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3207/2026
28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver