Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3221/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Məhkəmə icraatı 1.Iddia ərizəsində tələb olunub ki, qızıl-zinət əşyalarının dəyəri kimi 51.358 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, cavabdeh iddiaçını aldadaraq 51.358 manat dəyərində qızıl-zinət əşyalarını əldə keçirib. 2.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, 38.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. 3.Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verib. Iddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 4.Məhkəmə iclasından iştirak edən hər bir tərəf özünün apellyasya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Məhkəmənin mövqeyi 5.Işin faktiki halları birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edildiyindən, hazırkı qətnamə isə eyni faktiki hallara əsaslandığından onların təkrar qeyd edilməsinə zərurət yoxdur. 6.Müəyyən olunur ki, 2023-cü ildə şifahi formalı alqı-satqı müqaviləsi əsasında iddiaçı cavabdehdən qızıl-zinət əşyaları alıb. Cavabdehin özünün etirafından müəyyən olunur ki, həmin əşyaların qiyməti kimi iddiaçıya 38.000 manat borcu qalıb. Belə ki, məhkəmədən əvvəl iddiaçının şikayət əsasında polisdə araşdırma aparılıb. Həmin araşdırma zamanı cavabdeh polisə verdiyi ##.##.2024-cü il tarixli yazılı izahatda bildirib ki, 2023-cü ildə faizlə borc pul almaq üçün iddiaçıya müraciət edib, müraciətinə cavab olaraq iddiaçı bunun mümkün olmadığını, lakin özünün qızıl alveri ilə məğul olduğunu, borc pul vəsaitini ona qızıl şəklində verə biləcəyini bildirib, o isə bununla razılaşıb. Həmin izahatda cavabdeh bildirib: “Daha sonra Günayla birlikdə ona olan ümumi bocumu hesabladıqda borc məbləği 38.000 manat məbləğdə müəyyən edilmişdir” (iş v. 149). Iddiaçı cavabdehin 38.000 manatdan artıq borcunun olduğunu təsdiq edən sübut təqdim etməyib. Etiraf olunan 38.000 manat borcun ödənildiyini sübutetmə yükü cavabdehin üzərində düşür, lakin cavabdeh bu barədə sübut təqdim etməyib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425 və 567 maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 38.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 7.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3221/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3221/2026
14.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver