Məhkəmə qərarları › İş №e-2(3-6)-3230/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3230/2026

07.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3230/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə (açar sözlər: kredit borcunun qaytarılması, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan X3 arasında bağlanmış ## ###### 2019-cu il tariхli, 103804-821335\* nömrəli krеdit müqaviləsinə əsasən bank borc alana 24 ay müddətinə qaytarmaq, illik 16.5% dərəcəsi ilə 15.000 manat məbləğində krеdit vеrmişdir. * saylı Bakı Asan xidmət mərkəzi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. * saylı Bakı Asan xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş **** nömrəli ##.##.2025ci il tarixli məktubdan görünür ki, iddiaçının ##.##.2025-ci il tarixdə daxil olmuş, "01" iyul 2025-ci il tarixli, *** nömrəli sorğusuna cavab olaraq ünvan 1 ünvanında qeydiyyatda olmuş, ##.##.2021-ci il tarixdə vəfat etmiş X1 adına ##.##.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır və ##.##.2022-ci il tarixdə, vərəsəsi Cavabdeh, (ŞV:AA3258365; ##.##.2021,Asan 1;FİN:Ozcloer;d/t:##.##.1978) miras əmlakdan tam hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2021-ci tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Abşeron rayonu, Xırdalan şəhəri, 224.1 kv metr olan fərdi yaşayış evi və Abşeron rayonu, Xırdalan şəhəri, 0.03 ha torpaq sahəsindən ibarətdir. ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2021-ci tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak çıxarışa esasən Bakı şəhərı, Bınəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra 35 ünvanında yerləşən ümumi sahasi 98.1 kv metr, yaşayış sahəsi 70.8 kv metr, yardımçı sahəsi 27.3 kv metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarətdir. Maliyyə arayışından görünür ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış ## ###### 2019-cu il tariхli, 103804-821335\* saylı müqaviləyə əsasən 5049.70 manat məbləğində əsas bоrc və 27.77 manat faiz borcu оlmaqla, ümumilikdə 5077.47 manat borcu vardır. İddiaçı ASC-in ##.##.2025-ci il tarixdə Cavabdeh ünvanladığı xəbərdarlıqdan görünür ki, bank X3 vəsəsi olan Cavabdeh ## ###### 2019-cu il tariхli, 103804-821335\* nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ## ###### 2019-cu il tariхli, 103804-821335\* nömrəli krеdit müqaviləsi üzrə 5049.70 manat məbləğində əsas bоrc və 27.77 manat faiz borcu оlmaqla, ümumilikdə 5077.47 (beş min yetmiş yeddi manat, qırx yeddi qəpik) manat borcun və 70.78 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış ## ###### 2019cu il tariхli, 103804-821335\* nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 15.000 (on beş min) manat məbləğində krеdit vеrilmişdir. X3 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. X3 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X3 dair ##.##.2021-ci il tarixdə * saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra * saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X3 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə ona ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrə əsasən Cavabdeh miras əmlaklardan tam hissədə pay almışdır. Bundan sonra X3 vərəsələri olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmiş, ## ####### 2025-ci il tarixinə kredit müqaviləsi üzrə 5049.70 manat məbləğində əsas bоrc və 27.77 manat faiz borcu оlmaqla, ümumilikdə 5077.47 (beş min yetmiş yeddi manat, qırx yeddi qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirmişdir ki, həyat yoldaşı Kamandar Namazov xəstəlikdən ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Daha sonra kredit müqaviləsi üzrə aylıq ödənişlər ödənilmədiyi üçün bank əməkdaşı onunla həyat yoldaşı vəfat etdiyi vaxtdan bir ay sonra əlaqə saxlamış və o, Kamandar Namazovun vəfat etməsi barədə məlumatı bank əməkdaşına bildirmişdir. Onun tərəfindən miras əmlak elə həmin il qəbul edilmişdir. Hazırda həyat yoldaşı vəfat etdiyi tarixdən beş ildən sonra iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdehin mərhum həyat yoldaşı arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməməklə götürülmüş öhdəliklər tam yerinə yetirilməmiş, ##.##.2021-ci il tarixdə cavabdeh vəfat etmiş, nəticədə banka ödənilməmiş 5049.70 manat ödənilməmiş borcu qalmışdır. Bundan sonra ##.##.2021-ci il tarixdə borclunun əmlakı ilə bağlı vərəsəlik işi üzrə vərəsə-hazırki cavabdeh tam həcmdə olmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən ##.##.2019cu il il tarixli 2 il müddətinə bağlanmış müqavilə üzrə iddia ilə müraciət etmək üçün üç illik müddət bitsə də, borclunun ölməsi və vərəsələri barədə məlumat olduğu halda bununla bağlı hərəkətsizlik göstərilmiş, nəticədə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət edilmişdir. Nəticədə məhkəmə iclasında cavabdeh Cavabdeh müddətin tətbiq edilməsi ilə bağlı məhkəmə iclasında izahatında müddətin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Hazırki tələb üzrə iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır və bu tələblərə üç illik iddia müddəti tətbiq edilir. İş materiallarından göründüyü kimi, müqavilə üzrə öhdəliyin icra müddəti 2021-ci ilin dekabr ayında bitsə də müqavilə müddəti ərzində Kamandar Namazov ##.##.2021-ci il tarixdən məlumatlandırılmışdır. İddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra ##.##.2025-ci il tarixdə verilmiş, yəni iddianın verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 372.1, 372.2, 373.2, 373.3, 376, 3377.2, 85.1, 386.1, 442, 739.2, 1255, 1306, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.2, 218.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ## #### 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulmas” tələbinə dair iddiası təmin edilməmişdir. Aşağıda göstərilən səbəblərə və hallara görə qeyd olunan qətnamə ləğv olunmalı və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı ASC ilə borcalan X3 arasında bağlanmış ## ###### 2019-cu il tariхli, ******-******/* nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 15.000 (on beş min) manat məbləğində krеdit vеrilmişdir. X3 ## ##### 2021-ci il tarixdə vəfat etmişdir. X3 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, * saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra həmin notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, borclunun vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrə əsasən Cavabdeh miras əmlak olan iki fərdi yaşayış evindən və bir torpaq sahəsindən tam hissədə pay almışdır. Bundan sonra borclunun vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir. Bundan sonra hazırkı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunaraq, Cavabdeh 5049.70 manat əsas bоrc və 27.77 manat faiz borcu оlmaqla, cəmi 5077.47 manat borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Lakin, məhkəmə işin hallarını tam araşdırmadan, iddia müddətinin ötürülməsini əsas gətirərək bankın iddia tələbini rədd etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Qeyd edir ki, borclunun vərəsəsi ölüm haqqında şəhadətnaməni banka təqdim etməmiş və həmçinin vərəsəlik işinin açılması barədə banka vaxtında məlumat verməmişdir. Bununla bağlı borclunun qohumlarına dəfələrlə bildirilib ki, müvafiq ölüm haqqında şəhadətnaməni banka təqdim etsinlər. Buna baxmayaraq ölüm haqqında şəhadətnamə zamanında təqdim edilməmişdir. Bu səbəbdən də X3 dair vərəsəlik işi açılıb-açılmaması barədə məlumat əldə etmək mümkün olmamışdır. Çünki, vərəsəlik işinin açılıb-açılmaması barədə məlumat əldə etmək üçün mütləq şəxsin ölüm tarixi barədə məlumat olmalıdır. Bu barədə isə vərəsə 2025-ci ilin əvvəllərində bankda olarkən və ərinin borcunun silinməsi ilə bağlı maraqlanarkən vərəsəlik işinin açılması müəyyən edilmişdir. Bununla bağlı vərəsəyə borcun ödənilməsi şifahi təklif edilmişdir. İmtina verildiyinə görə vərəsəlik işinin açılması ilə bağlı məlumatın əldə edilməsi üçün müvafiq sorğu verilmişdir. Sorğunun nəticələrinə əsasən vərəsəyə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Daha sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Odur ki, məhkəmə qeyd edilən faktı araşdırmamışdır. Cavabdeh Cavabdeh bildirir ki, aylıq ödənişlər ödənilmədiyi üçün bank əməkdaşı onunla həyat yoldaşı vəfat etdiyi vaxtdan bir ay sonra əlaqə saxlanılmış və o, da Kamandar Namazovun vəfat etməsi barədə məlumatı bank əməkdaşına bildirmişdir. Bununla bağlı qeyd edirik ki, bank tərəfindən cavabdehə zəng vurulub, cavabdeh ərinin vəfat etdiyini bildirdikdən sonra ondan ölüm haqqında şəhadətnamənin banka təqdim edilməsinin zəruri olması bildirilmiş, lakin cavabdeh tərəfindən ölüm haqqında şəhadətnamə banka təqdim edilməmişdir. Məlum məsələdir ki, ölüm haqqında şəhadətnamənin təqdim edilməsi və bunun əsasında borcluya görə öhdəliyin götürülməsi vərəsənin maraqlarında deyildir. Lakin buna baxmayaraq məhkəmə təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş və həmçinin cavabdehin ifadəsində göstərilən halları yetərincə araşdırmamışdır. Qeyd edir ki, məhkəmə öz mövqeyində bildirir ki, müqaviləni icra etmək öhdəliyi götürən şəxsin ölməsi barədə iddiaçı məlumatlı olsa da, öz hüquqlarını vaxtında müdafiə etməyə və müqavilənin müddətinin bitməsindən məlumatlı olmasına baxmayaraq, məhkəməyə müraciət etmək hüququndan istifadə etməmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 2021-ci il tarixdə verilməsinə baxmayaraq iddiaçı tərəfin borclunun vərəsəsi barədə məlumat toplamaq üçün kifayət qədər zamanı olmuşdur. Lakin məhkəmə onu nəzərə almamışdır ki, ölümü barədə məlumat olmasına baxmayaraq borclunun işi üzrə vərəsəlik işinin açılmasını elektron qaydada yoxlamaq üçün onun ölüm tarixi məlum olmalıdır. Odur ki, vərəsəsi tərəfindən şəhadətnamənin təqdim edilməməsinə görə vərəsəlik işin açılması və hansı notariat ofisinə sorğunun verilməsi mümkün olmamışdır. Vərəsə isə 2025-ci ilin əvvəllərində ölüm haqqında şəhadətnaməni banka təqdim etdikdən sonra müvafiq sorğular verilib və daha sonra məhkəməyə müraciət olunmuşdur. Lakin məhkəmə bu cür halları yetərincə araşdırmamış və nəticədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Cavabdeh Cavabdeh da izahatında bildirir ki, bank əməkdaşına ərinin vəfat etməsini bildirmişdir, ölüm haqqında şəhadətnaməni banka təqdim etməsini bildirməmişdir. Hesab edir ki, iddia müddəti ötürülməmiş və bu barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Qeyd olunanlara əsasən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı ASC-yə rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlmat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayıb, iddiaçının iddia müddətini ötürməsini bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.(##.##.2025-ci il tarixədək qüvvədə olan) Maddə 1309 Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair ##.##.2025-ci il tarixli Qərarı 1.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün qətnamənin əsaslılığı tam hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu öz Qərarlarında da qeyd etmişdir ki, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərar). Mülki hüquq münasibətlərində bu təminat şəxsin pozulmuş və ya mübahisələndirilən hüquqlarının müdafiəsi üçün tələblə məhkəməyə müraciət etmək imkanında ifadə olunur. Tələb hüququnun məhkəmə qaydasında müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi mexanizm olaraq iddianın qaldırılması çıxış edir. İddiaçının tələbi cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələbdir. Məlum olduğu kimi, məhkəmə müdafiəsi hüququ da mütləq deyil və qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətləri ilə əlaqədardır. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi hüquqi dövlətin və qanunun aliliyinin əsas tərkib hissəsidir. İddia müddəti ilə bağlı tənzimetmənin əsas məqsədlərindən biri hüquqi müəyyənlikdir ki, bu müddət potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qorumaqla, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanıb qərar çıxarmaq zərurətindən azad edir. Konstitusiya Məhkəməsi Plenumunun iddia müddəti ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ######, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli və s. Qərarlar). Kollegiya qeyd edir ki, şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqların bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Hazırkı iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı olan bank borcalan X3 ## ###### 2019-cu il tariхli, 103804-821335\* nömrəli kredit müqaviləsinə əsasən verdiyi borcun ödənilməmiş qalan 5077.47 manat hissəsini borc alanın mirası qəbul edən vərəsəsi olan cavabdeh Cavabdeh tələb edir, cavabdeh isə öz növbəsində iddiaya etiraz edərək iddiaçının hazırkı tələb üzrə beş ildən çox vaxt keçməsini, iddia müddətinin ötürməsini bildirir, iddia müddətinin təbiqinə dair ərizəsini təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Araşdırma zamanı isə müəyyən olunmuşdur ki, bank borc alan X3 ## ###### 2019-cu il tariхli, 103804-821335\* nömrəli kredit müqaviləsinə əsasən illik 16,5 faiz ödəmək, 24 ay müddətinə, yəni ##.##.2021-ci il tarixədək qaytarmaq şərti ilə 15.000 manat kredit vermiş, borc alan ##.##.2021-ci il tarixdə vəfat etmiş, borc alanın ölümündən sonra kredit müqaviləsi üzrə ödənişlər aparılmamış, bank borc alanın vərəsəsi Cavabdeh ##.##.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərməklə borcun ödənilməsini tələb etmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Mülki Məcəllənin iddia müddətinin axımının başlanması ilə bağlı ümumi qaydanın müəyyən olunduğu 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi, qanunverici əmlak və şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələb hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə əlaqələndirilmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarı). Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Bu istər müqavilə, istərsə də qeyri-müqavilə münasibətləri ilə bağlı hüququ pozulmuş şəxsin hüququnun müdafiəsi üçün tətbiq edilən müddətin başlanmasının ümumi qaydasıdır. Həmçinin Mülki Məcəllənin 377-ci maddəsinin digər normalarında müvafiq müqavilə öhdəliklərinin icra müddətinin şərtləri nəzərə alınmaqla, iddia müddətinin axımının başlanmasının xüsusi qaydaları öz əksini tapmışdır. Belə ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri). İstinad olunan normaların tələbinə görə, iddiaçı bağladığı kredit müqaviləsinin icrası müddətinin ##.##.2021-ci il tarixədə bitməsini, borc alanın ölüm tarixindən sonrakı dövr üçün ödənişlərin aparılmamasını, eləcə də, göstərdiyi fəaliyyəti ilə bağlı mülki qanunvericiliyin iddia müddətləri ilə bağlı tələblərini bilsə də, borcalanın vərəsəsi olan cavabdehdən ##.##.2025-ci il tarixli xəbərdarlığı ilə borcu tələb etmiş, bu barədə iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. Həmin günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb hüququna münasibətdə iddia müddətinin axımı başlamış olur. Kollegiya apellyatorun vicdanlılıq prinsipinin tələbləri baxımından vərəsə olaraq cavabdehin hərəkətləri nəticəsində müddətinin ötürülməsi ilə bağlı dəlili üzrə qeyd edir ki, Mülki Məcəllənin 1309-cu maddəsinə görə, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsələrin borcu kimi müəyyən olunmuşdur. Vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilə bilər. Hazırkı işdən isə müəyyən olunur ki, ##.##.2021-ci il tarixdə icrası müddəti bitən kredit müqaviləsi üzrə borc alanın vərəsələrinin müəyyən edilməsi məqsədi ilə iddiaçı, yalnız 2025-ci ildə, yəni iddia müddəti bitdikdən sonra, * saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Apellyatorun borc alanın ölüm tarixinin cavabdeh tərəfindən ona bildirilməməsi dəlili üzrə kollegiya qeyd edir ki, banka müraciət edərək borc alanın ölümünü bildirən cavabdehin ölüm tarixini bildirməməsi halı inandırıcı deyildir. Bundan başqa hüquqi şəxs olan iddiaçı vaxtında aidiyyəti dövlət orqanlarına müraciət etməklə bu məlumatları özünün almaq imkanı olmuşdur. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı kredit müqaviləsi üzrə yaranan öhdəliklər üzrə borc alanın ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmadığından, araşdırma zamanı cavabdehin iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi halların mövcud olmadığı, əksinə iddiaçının öz hüquqlarından vaxtında istifadə etməməsi nəticəsində tələb üzrə iddia müddətini ötürməsi öz təsdiqini tapdığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirlmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar