Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3238/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı BOKT ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçı İddiaçı BOKT ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı İddiaçı BOKT ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh kreditin əsas borcu üzrə 6530,84 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 694,72 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1752,90 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 8978,46 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 135.8 manat məbləğində pulun tutulmasına, tələbin cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47, * saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 80000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 6530,84 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 694,72 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1752,90 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 8978,46 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 135,8 manatın iddiaçı İddiaçı BOKT ASC-yə ödənilməsinə, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka premeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tariхli, 2022/00057-** №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 8300 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Mert (Çirka) Samira Vaqif qızının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47, * saylı mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2019-cu il tarixli ÇIXARIŞ Qeydiyyat № **********) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə ##.##.2022-ci il tariхli 2022/00057-01İP №li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi ##.##.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇIXARIŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 80000 AZN məbləğində müəyyən edilmişdir. ## ### 2024-cü il tarixinə kreditin əsas borcu üzrə 6530,84 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 694,72 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1752,90 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 8978,46 ABŞ dolları məbləğində borc yaranmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimədən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır.
3. Daha sonra iddiaçı İddiaçı BOKT ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 1. Cavabdeh Cavabdeh kreditin əsas borcu üzrə 6530,84 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 3000,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1752,90 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 11283,94 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 147,60 (135,8+11,80) manat məbləğində pulun tutulması; 2. Tələbin cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47, * saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 80000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 11283.94,94 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 147,60 manatın iddiaçı İddiaçı BOKT ASC-yə ödənilməsi;
3. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.
5. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
6. Apellyasiya baxışı zamanı cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Vəkil “AZEMİS” vasitəsilə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq tərəflər arasında barışıq əldə olunduğunu və apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, iş üzə apellyasiya icraatna xitam verilməsini xahiş etmişdir. İddiaçı İddiaçı BOKT ASC-nin nümayəndəsi “AZEMİS” vasitəsilə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir.
Apelyasiya baxışı zamanı verilən izahatlar
7. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
8. 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur
9. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
10. 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
11. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
12. Apellyasiya baxışı zamanı cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Vəkil “AZEMİS” elektron məhkəmə sistemi vasitəsilə ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, iş üzə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etmək iradəsini ifadə etmişdir.
13. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qanunun tələblərinə zidd olmadığından, digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
14. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6, 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏRARA ALDI:
Cavabdeh Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçı İddiaçı BOKT ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Rəna Qafarova Fuad Abdıyev