Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3253/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə (açar sözlər: borc tələbi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X4 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi nümayəndə2, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Borcverən İddiaçı ASC ilə borcalan Əliyev Bala-X1 arasında bağlanmış 879-##.##.****- SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana illik 29 faizlə 18 ay müddətinə 1.000 AZN kredit vermişdir. AZ-İ № ****** nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, Əliyev Bala- X1 ##.##.2018-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri * saylı notariat ofisinin ## ###### 2025-ci il tarixli, *** nömrəli məktubundan müəyyən olunur ki, vəfat etmiş Əliyev Bala-X1 qalan miras əmlaka dair arvadı Cavabdeh ## ###### 2022-ci il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Əliyev Bala-X1 banka 879-##.##.****-SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, əsas borca görə 251.31 manat olmaqla, cəmi 251.31 manat borcu qalmışdır. ##.##.2026-cı il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən Əliyev Bala-X1 vərəsəsi Cavabdeh yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin borcun 3 iş günü ərzində tam ödənilmədiyi təqdirdə borc məbləğinin məcburi alınması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işləri üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Əliyev Bala-X1 vərəsəsi cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə 879-##.##.****-SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 251.31 AZN olmaqla, cəmi 251.31 AZN borcun, iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı ilə işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Əliyev Bala-X1 arasında bağlanmış 879-##.##.****-SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Əliyev Bala-X1 illik 29 faizlə 18 ay müddətinə 1.000 AZN kredit verilmişdir. AZ-İ № ****** nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Əliyev Bala-X1 ##.##.2018-ci il tarixində vəfat etdiyi müəyyən edilmişdir. Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təqdim edilmiş ## ###### 2025ci il tarixli, *** nömrəli məktuba əsasən, vəfat etmiş Əliyev Bala-X1 qalan miras əmlaka dair arvadı Cavabdeh ## ###### 2022-ci il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Yuxarıda adı çəkilən 879-##.##.****- SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borca görə 251.31 AZN olmaqla, cəmi 251.31 AZN borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh ##.##.2026-cı il tarixində *-*- **/*-****/**** saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin tam icrası istiqamətində tədbir görülməmişdir. ##.##.2026-cı il tarixində keçirilmiş məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi nümayəndə2 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, borcalana 2017-ci il tarixində 18 ay müddətinə kredit verilmişdir, cavabdeh 2021-ci il tarixində iddia müddətinin bitdiyini qeyd etmişdir. 2022-ci ildə vərəsəlik işi açılmışdır. Borclunun ölümündən 4 il sonra vərəsəlik işi açılmışdır və artıq həmin müddətdə iddia müddəti bitmişdir. Cavabdeh tərəfin hüquqlarından sui-istifadə etmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi nümayəndə2 məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi hüquqlarından sui-istifadə halı kimi qiymətləndirilməlidir. Bu tələbi vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməsi ilə əsaslandırır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Əliyev Bala-X1 arasında bağlanmış 879-##.##.****-SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Əliyev Bala-X1 illik 29 faizlə 18 ay müddətinə 1.000 AZN kredit verilmişdir. Hazırda İddiaçı QSC iddia edir ki, Əliyev Bala-X1 banka ödənilməmiş 879-##.##.****-SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borca görə 251.31 AZN olmaqla, cəmi 251.31 AZN borcu mövcuddur. Cavabdeh Cavabdeh isə iddia edir ki, iddiaçı bank tərəfindən ona müvafiq kreditin verilməsindən yeddi ildən çox vaxt keçdiyindən iddia müddəti ötürülmüşdür. Buna müvafiq olaraq, cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə vermişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə əsaslı olduğundan iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Əliyev Bala-X1 arasında bağlanmış 879-##.##.****-SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan Əliyev Bala-X1 illik 29 faizlə 18 ay müddətinə 1.000 AZN kredit verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, 879-##.##.****-SM** nömrəli, ##.##.2017ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borca görə 251.31 AZN olmaqla, cəmi 251.31 AZN borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh ##.##.2026-cı il tarixində *-*- **/*-****/**** saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin tam icrası istiqamətində tədbir görülməmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, hesab üzrə sonuncu əməliyyat ##.##.2018-ci il tarixdə həyata keçirilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, borcalan Əliyev Bala-X1 ##.##.2018-ci il tarixdə vəfat etmişdir. Həmin tarixdən etibarən miras açılmış və kreditorun öz tələblərinin təmin edilməsi məqsədilə miras əmlakına və ya vərəsələrə qarşı qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək imkanı yaranmışdır. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə sonuncu əməliyyat ##.##.2018-ci il tarixdə həyata keçirilmiş, müqavilənin müddəti isə ##.##.2018-ci tarixdə başa çatmışdır. Beləliklə, ən geci həmin tarixdən etibarən bankın borcun məcburi qaydada tutulması üçün məhkəməyə müraciət etmək və zəruri araşdırmalar aparmaq imkanı olmuşdur. Məhkəmə hesab etmişdir ki, bankın borcalanın vəfat etməsindən sonra uzun müddət ərzində hər-hansı hüquqi tədbir görməməsi, miras işinin açılıb-açılmamasını, vərəsələrin mövcudluğunu və onların şəxsiyyətini müəyyənləşdirmək istiqamətində hərəkət etməməsi onun öz prosessual davranışının nəticəsidir. Halbuki, kreditorun müvafiq dövlət orqanlarına sorğular vermək, notariat orqanlarından məlumat əldə etmək və vərəsələri müəyyən etdikdən sonra qanunla müəyyən edilmiş müddətlər ərzində iddia qaldırmaq üçün kifayət qədər vaxtı olmuşdur. Bu baxımdan, iddia müddəti ərzində hər hansı tələb irəli sürməməsi onun hüququndan lazımı qaydada istifadə etmədiyini göstərir və bu müddətin nəticələri cavabdehin üzərinə qoyula bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ##.##.2026-cı il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı bank iddia müddətini ötürmüşdür. Odur ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 377.1, 377.2, 377.3, 378, 385.1, 386.1, 389.1, 425.1, 425.2, 442, 448.1, 448.2, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ## #### 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2025-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbini tam həcmdə, yəni Əliyev Bala-X1 vərəsəsi Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə 879-##.##.****-SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 251.31 AZN borc məbləğinin, iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun və 0.40 AZN bank xidmət haqqının tutulması həddində tam təmin edən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 AZN dövlət rüsumunun və 0.40 AZN xidmət haqqının cavabdehdən tutulmasını özündə əks etdirən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ikayəti onunla əsaslandırılır ki, İddiaçı ASC ilə Əliyev Bala-X1 arasında bağlanmış 879-##.##.****-SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Əliyev Bala-X1 illik 29 faizlə 18 ay müddətinə 1.000 AZN kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İ № ****** nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Əliyev Bala-X1 ##.##.2018-ci il tarixində vəfat etdiyi müəyyən edilmişdir. Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli, *** nömrəli məktuba əsasən vəfat etmiş Əliyev Bala-X1 qalan miras əmlaka dair arvadı Cavabdeh ## ###### 2022-ci il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 879-##.##.****-SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən banka ödənilməmiş 251.31 manat əsas borc olmaqla, cəmi 251.31 manat borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh Cavabdeh borcun qaytarılması və mübahisənin məhkəmədən kənar həlli üçün xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, sonuncu öz öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən tərəflərindən iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Hesab edilir ki, qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarında qeyd edilir ki, vicdanlılıq prinsipi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürübsürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2 və 506.3.2-ci maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə görə, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsələrin borcu kimi müəyyən olunmuşdur. Beləliklə, vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarını nəzərə almadan, iş üzrə cavabdehin hüquqlarından sui-istifadəsi barədə heç bir araşdırma aparmamış və yalnız cavabdehin ərizəsinə istinad edərək iddia müddətinin keçməsinə görə iddianı rədd etmişdir. Belə ki, Əliyev Bala-X1 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli, *** nömrəli məktuba əsasən vəfat etmiş Əliyev Bala-X1 qalan miras əmlaka dair arvadı Cavabdeh ## ###### 2022ci il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Cavabdeh Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Hesab edir ki, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnamənin ləğv edilərək, iddia tələbininin tam həcmdə yəni Əliyev Bala- X1 vərəsəsi Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə 879-##.##.****-SM** nömrəli, ##.##.2017ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 251.31 AZN olmaqla, cəmi 251.31 AZN borc məbləğinin, iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun və 0.40 AZN bank xidmət haqqının tutulması həddində tam təmin edən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqının cavabdehdən tutulmasını özündə əks etdirən yeni qətnamə qəbul edilməsi xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayıb, izahatında ərinin ölümü haqqında məlumatı banka vaxtında verdiyini, bu müddət ərzində bank tərəfindən öhdəliyin icra edilməməsi ilə bağlı onlara hər hansı bir bildiriş göndərilmədiyini, iddia müddətinin ötürülməsini göstərmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.(##.##.2025-ci il tarixədək qüvvədə olan) Maddə 1309 Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair ##.##.2025-ci il tarixli Qərarı 1.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün qətnamənin əsaslılığı tam hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu öz Qərarlarında da qeyd etmişdir ki, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərar). Mülki hüquq münasibətlərində bu təminat şəxsin pozulmuş və ya mübahisələndirilən hüquqlarının müdafiəsi üçün tələblə məhkəməyə müraciət etmək imkanında ifadə olunur. Tələb hüququnun məhkəmə qaydasında müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi mexanizm olaraq iddianın qaldırılması çıxış edir. İddiaçının tələbi cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələbdir. Məlum olduğu kimi, məhkəmə müdafiəsi hüququ da mütləq deyil və qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətləri ilə əlaqədardır. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi hüquqi dövlətin və qanunun aliliyinin əsas tərkib hissəsidir. İddia müddəti ilə bağlı tənzimetmənin əsas məqsədlərindən biri hüquqi müəyyənlikdir ki, bu müddət potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qorumaqla, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanıb qərar çıxarmaq zərurətindən azad edir. Konstitusiya Məhkəməsi Plenumunun iddia müddəti ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ######, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli və s. Qərarlar). Kollegiya qeyd edir ki, şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqların bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Hazırkı iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı olan bank borcalan Əliyev Bala-X1 879-##.##.****-SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən verdiyi borcun ödənilməmiş qalan 251,31 manat hissəsini borc alanın mirası qəbul edən vərəsəsi olan cavabdeh Cavabdeh tələb edir, cavabdeh isə iddiaya etiraz edərək iddiaçının hazırkı tələblə kreditin verilməsindən yeddi ildən çox vaxt keçdiyindən iddia müddəti ötürməsini bildirir, iddia müddətinin təbiqinə dair ərizəsini təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Araşdırma zamanı isə müəyyən olunmuşdur ki, borc alan Əliyev Bala-X1 879-##.##.****- SM** nömrəli, ##.##.2017-ci il tarixli kredit müqaviləsinə əsasən illik 29 faiz ödəmək, 18 ay müddətinə, yəni ##.##.2018-ci il tarixədək qaytarmaq şərti ilə 1.000 AZN kredit verilmiş, borc alan ##.##.2018-ci il tarixdə vəfat etmiş, kredit müqaviləsi üzrə son ödəniş ##.##.2018-ci il tarixdə aparılmış, bank borc alanın vərəsəsi Cavabdeh ##.##.2026-cı il tarixdə *-*-**/*-****/**** saylı xəbərdarlıq məktubu göndərməklə borcun ödənilməsini tələb etmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Mülki Məcəllənin iddia müddətinin axımının başlanması ilə bağlı ümumi qaydanın müəyyən olunduğu 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi, qanunverici əmlak və şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələb hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə əlaqələndirilmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarı). Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Bu istər müqavilə, istərsə də qeyri-müqavilə münasibətləri ilə bağlı hüququ pozulmuş şəxsin hüququnun müdafiəsi üçün tətbiq edilən müddətin başlanmasının ümumi qaydasıdır. Həmçinin Mülki Məcəllənin 377-ci maddəsinin digər normalarında müvafiq müqavilə öhdəliklərinin icra müddətinin şərtləri nəzərə alınmaqla, iddia müddətinin axımının başlanmasının xüsusi qaydaları öz əksini tapmışdır. Belə ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri). İstinad olunan normaların tələbinə görə, iddiaçı bağladığı kredit müqaviləsinin icrası müddətinin ##.##.2018-ci il tarixədə bitməsini, həmin müqavilə üzrə son ödənişin ##.##.2018-ci il tarixdə aparılmasını, eləcə də, göstərdiyi fəaliyyəti ilə bağlı mülki qanunvericiliyin tələblərini bilsə də, borcalanın vərəsəsi olan cavabdehdən ##.##.2026-cı il tarixdə *-*-**/*-****/**** saylı xəbərdarlığı ilə borcu tələb etmiş, bu barədə iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. Həmin günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb hüququna münasibətdə iddia müddətinin axımı başlamış olur. Kollegiya apellyatorun vicdanlılıq prinsipinin tələbləri baxımından vərəsə olaraq cavabdehin hərəkətləri nəticəsində müddətinin ötürülməsi ilə bağlı dəlili üzrə qeyd edir ki, Mülki Məcəllənin 1309-cu maddəsinə görə, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsələrin borcu kimi müəyyən olunmuşdur. Vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilə bilər. Hazırkı işdən isə müəyyən olunur ki, sonuncu ödənişi ##.##.2018-ci il tarixdə edilən, ##.##.2018-ci il tarixdə icrası müddəti bitən kredit müqaviləsi üzrə borc alanın vərəsələrinin müəyyən edilməsi məqsədi ilə iddiaçı 2025-ci ildə, yəni iddia müddəti bitdikdən sonra, Bakı şəhəri * saylı notariat ofisinə müraciət etmiş, bu müddət ərzində nəinki vərəsələrin, ölümü hələ ona məlum olmayan cavabdehin ünvanına belə öhdəliyin icrasını tələb edən bildiriş, xəbərdarlıq göndərməmişdir. Bundan başqa hüquqi şəxs olan iddiaçı vaxtında aidiyyəti dövlət orqanlarına müraciət etməklə borc alanın ölümü, vərəsələri ilə bağlı məlumatları özünün almaq imkanı olmuşdur. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı kredit müqaviləsi üzrə yaranan öhdəliklər üzrə borc alanın ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmadığından, araşdırma zamanı cavabdehin iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi halların mövcud olmadığı, əksinə iddiaçının öz hüquqlarından vaxtında istifadə etməməsi nəticəsində tələb üzrə iddia müddətini ötürməsi öz təsdiqini tapdığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirlmədən saxlanmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3253/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3253/2026
07.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver