Məhkəmə qərarları › İş №e-2(3-6)-3254/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3254/2026

02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3254/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Bank Olmayan Kredit X6 Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı “xxxx” Bank Olmayan Kredit X6 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, Işin halları

1. “xxxx” BOKT MMC (Kreditor) və Cavabdeh (Borcalan) arasında ##.##.2023-cü il tarixdə bağlanmış BO*******-**** nömrəli kredit müqaviləsindən görünür ki, “Kreditor” ##.##.2024-cü il tarixinədək 170527 manat məbləğində kredit məbləğini illik 50 % ödənilmək şərtilə “Borcalan”ın mülkiyyətinə verir, “Borcalan” isə müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləğini və bütün digər məbləğləri bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada “Kreditor”a qaytarmağı öhdəsinə götürür.

2. ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, “xxxx” BOKT MMC-nin müştərisi olan Cavabdehnın ##.##.2023-cü il tarixli, BO*******-**** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə 1030.45 manat əsas, 913.98 manat faiz borcu olmaqla, cəmi 1944.43 manat məbləğində borcu vardır.

3. ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, “xxxx” BOKT MMC tərəfindən Cavabdeh ##.##.2023-cü il tarixli, BO*******-**** nömrəli kredit müqaviləsi üzrə yaranmış borcu barədə məlumat verilmiş və həmin borcun 3 (üç) gün müddətinə qaytarılmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

4. Iş materiallarına əlavə edilmiş ## ###### 2023-cü il tarixli yüklülük predmetinə tutmanın yönəldilməsi və onun satılmasına dair bildirişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh ilə Girov saxlayan arasında ##.##.2022-ci il tarixli SG- BO*******-**** saylı Saxlanc girov müqaviləsi imzalanmışdır. Girov müqaviləsinə əsasən Cavabdeh məxsus olan – girov məbləği 1058,94 AZN olan Sep – zinət əşyaları kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra olunanadək Girov saxlayanın xeyrinə girov qoyulmuş və Girov saxlayanın sahibliyinə verilmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklər kredit müqaviləsində nəzərdə tutulduğu qaydada icra edilməmiş və bu səbəbdən Girov saxlayanın Girov müqaviləsi üzrə girov predmetinə tutma yönəltmək hüququ yaranmışdır. Cari tarixə kredit müqaviləsi üzrə Borc verən qarşısında icra edilməmiş 1058 manat məbləğində əsas borc, 440,83 manat məbləğində faiz borcu, 81,39 manat məbləğində cərimə borcu, ümumilikdə 1580,22 manat məbləğində borc mövcuddur. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində çıxış edən zinət əşyalarının satışı ## ###### 2023-cü il tarixdə, Bakı şəh, Nəsimi rayonu, Mirəli Qaşqay 71 ünvanda, saat 10:00 da həyata keçiriləcəkdir.Girov predmeti birbaşa satış üsulu ilə zərgərlik məhsullarının alqı-satqısını həyata keçirən şəxs(lər)ə ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satılacaqdır.

5. Iş materiallarına əlavə edilmiş ## ##### 2024-cü il tarixli yüklülük predmetinin satılmasında əldə edilən vəsaitin bölüşdürülməsinə dair bildirişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh ilə Girov saxlayan arasında ##.##.2022-ci il tarixli SG-BO*******-**** saylı Saxlanc girov müqaviləsi imzalanmışdır. Girov müqaviləsinə əsasən Cavabdeh məxsus olan – girov məbləği 1058,94 AZN olan Sep – zinət əşyaları kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra olunanadək Girov saxlayanın xeyrinə girov qoyulmuş və Girov saxlayanın sahibliyinə verilmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklər kredit müqaviləsində nəzərdə tutulduğu qaydada icra edilməmiş və bu səbəbdən Girov saxlayanın Girov müqaviləsi üzrə girov predmetinə tutma yönəltmək hüququ yaranmışdır. Girov predmeti olan zinət əşyaları satışı Girov saxlayan tərəfindən ##.##.2024-cü il tarixdə birbaşa satış üsulu ilə həyata keçirilmiş və satışdan əldə edilən 1437 manat məbləğində vəsait aşağıda qeyd edilən qaydada bölüşdürülmüşdür: kredit müqaviləsi üzrə hesablanmış cərimənin ödənilməsinə - 308,84 manat, kredit müqaviləsi üzrə hesablanmış faizlərin ödənilməsinə - 1100,61 manat, kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinə 27,55 manat. Girov predmeti qismində çıxış edən zinət əşyalarının satışından əldə edilən vəsaitin bölüşdürülməsi nəticəsində Girov saxlayan qarşısında mövcud borc öhdəliyiniz tam icra edilməmiş və 1030,45 manat borc qalmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı “xxxx” Bank Olmayan Kredit X6 Cəmiyyəti (bundan sonra – “xxxx” BOKT MMC) cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh iddiaçı “xxxx” BOKT MMC-nin xeyrinə 1030 manat əsas, 913.98 manat faiz borcu olmaqla, cəmi 1944,43 manat məbləğində borcun və ödənilmiş 40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” BOKT MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, BO*******-**** saylı kredit müqaviləsinə əsasən borcalanın sorğusu əsasında və onun verilmiş kredit məbləğini ödəmə qabiliyyətini nəzərə alaraq, mümkün kredit limiti çərçivəsində cavabdehə şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 50 % ödəmək şərtilə 1058 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci yarımbəndinə əsasən borcalan müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehin iddiaçı qarşısında ##.##.2023-cü il tarixli, BO*******-**** saylı müqavilə üzrə əsas və faiz borcu 913.98 manat təşkil edir. Həmin müqavilənin 1.13-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə iddiaçı cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.7%-i həcmində faiz tələb etmək hüququna malikdir. Hazırda cavabdehin iddiaçı qarşısında ##.##.2023-cü il tarixli, BO*******-**** saylı müqavilə üzrə 1030.45 manat əsas, 913.98 manat faiz borcu olmaqla, cəmi 1944.43 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı “xxxx” BOKT MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Mələk Hüseynova) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 1030,45 manat əsas, 865 manat faiz borcu olmaqla, cəmi 1895,45 (min səkkiz yüz doxsan beş manat qırx beş qəpik) manat borc və 38 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 425.1, 442, 443.1, 448.1, 739.1, 740.1, 740.2, 743.1, 743.2, 746.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2023-cü il tarixli Qərarına, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-1, 284-2, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1, 284-6.2, 216-220, 360cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Göründüyü kimi, kredit müqaviləsinin mahiyyəti kreditorun borcalana faizlər hesablamaqla pul verməsini, borcalanın isə həmin məbləği müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmasından ibarətdir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasının tələblərini kobud şəkildə pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə əvvəla iddiaçının təqdim etdiyi sənədlər əsasında iddia tələbini təmin etmiş, borc məbləğini ümumiyyətlə araşdırmamışdır. Nəzərə almaq lazımdır ki, 1030 manat məbləğində kredit borcuna görə 913,98 manat məbləğində faiz borcunun hesablanması qanunun tələblərinə, nə də ədalətə uyğun deyildir. Məhkəmə isə bu qədər yüksək məbləğdə faiz tələbini təmin edərkən heç bir ekspertiza etmədən, sadəcə iddiaçının təqdim etdiyi maliyyə arayışına istinad etməklə iddia tələbini təmin etmişdir. Həmçinin məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istədiyi əsas məqamlardan biri də məhz kredit borcunun icra edilməsi ilə bağlıdır. Belə ki, tərəfindən kredit götürülərkən təxmini dəyəri 2000 manat olan qızıl qolbağ girov qoyulmuşdur. Daha sonra iddiaçı ilə əlaqə saxladıqda ona məlumat verilmədən həmin qolbağın 1400 manata satıldığı bildirilmişdir. Necə olur ki, girov predmeti qanunsuz olaraq satılır, borcdan ödəniş aparılır, lakin bu barədə məhkəməyə heç bir məlumat verilmir. Məhkəmə isə lazımi qaydada məlumat vermədən belə problemli işi iddia icraatına keçirmədən sadələşmiş icraat qaydasında təmin etməklə qanunsuz qətnamə qəbul edir. Məhkəmə ən azından düşünməli idi ki, ölkədə fəaliyyət göstərən BOKT-lar yüksək əmək haqqı, ya da girov olmadan 500 manatdan yuxarı məbləğdə kredit vermək səlahiyyətlərinə malik deyildirlər. Hazırda ona verilmiş 1058 manat məbləğində kreditin təminatı olaraq aldığı kreditin iki qatı dəyərində qızıl qolbağını girov qoymuşdur. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanımənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Lakin hazırki iş üzrə iddiaçı tərəfimdən girov qoyulmuş qızıl qolbağı məhkəmə qərarı olmadan satmış, pulunu isə mənimsəmişdir. Belə ki, əgər mənimsəməsə idi onda borc sıfırlanmış olardı. Lakin iddiaçı məhkəməyə nə girov qoyulması, nə də girovun satılması ilə bağlı heç bir məllumat verməmiş, məhz bu səbəbdən mübahisəli məsələlər ortaya çıxmasın deyə məhkəməyə sadələşmiş icraat qaydasında müraciət etmiş və həmin halda iddiadan xəbərsiz olacağını bilmişdir ki, nəticədə də bütün sadaladıqları baş vermişdir. Yalnız icra məmuru onu axtardıqdan sonra bu baş verənlər barədə məlumatlı olmuşdur. Dərhal məhkəməyə müraciət qətnaməni əldə etmiş və şikayət yazmışdır. Hesab edir ki, məhkəmə ən azından iş üzrə araşdırma aparılması və yüksək faiz borcunu dəqiqləşdirmək üçün işin icraatını dəyişərək iddia icraatına keçməli, onu məhkəmə iclasları barədə məlumatlandırmalı və nəticədi ədalətli və qanuni qətnamə qəbul etməli idi. Lakin məhkəmə özünü əziyyətə salmamış, bunların heç birini etməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verməmiş, lazımi qaydada araşdırma aparmamışdır. Belə ki, əvvəla məhkəmə borc məbləğinin həqiqiliyini araşdırmamış, əsas və faiz borcunun məbləğini müəyyən etməmiş, iddiaçının təqdim etdiyi maliyyə arayışı əsasında qeyd edilən pul məbləğinin məndən tutulması qənaətinə gəlmişdir. Halbuki məhkəmənin işi ədalət mühakiməsini təmin etməkdir və xüsusi bilik tələb edən məsələlərdə ekspertiza təyin etmək birbaşa məhkəmənin səlahiyyətindədir. Lakin hazırki iş üzrə məkhəmə ümumiyyətlə ekspertiza təyin etməmiş, yüksək məbləğdə hesablanmış faiz borcunu araşdırmamış kredit verilərkən girov qoyulub-qoyulmadığını, qoyulmuşsa aqibətini müəyyən etməmiş, həm girov predmetinin satışından əldə olunan vəsaitin, həm də apardığı ödənişlərin niyə əsas borcdan silinməməsinə qiymət verməmişdir. Lakin məhkəmə iddiaçının təqdim etdiyi maliyyə arayışına qabaqcadan müəyyən edilmiş qüvvə verərək həmin arayış üzrə hesablanmış borcun məbləğini müəyyən etməyə belə cəhd etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən prosessual hüquq norması da pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən xüsusi bilik tələb olunduğundan iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməli və ekspert rəyi almalı idi. Lakin birinci instansiya məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi maliyyə arayışı məhkəmə tərəfindən araşdırılmamış, borc məbləğlərini və arayışın mötəbərliyinə düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, hesab edir ki, məhkəmə həmin maliyyə arayışını və kifayət qədər yüksək məbləğlərdə hesablanmış faiz borcunu gördüyü andan iş üzrə icraatı dəyişməklə iddia icraatına keçməli və tərəflərdən hər hansı birinin vəsatətinin olubolmamasından asılı olmayaraq həmin arayışı mötəbər sübut kimi qəbul etməməli və məkhəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin birinci instansiya məhkəməsi niyəsə tələsmək istəmiş, özünü əziyyət salmamış, işin həqiqi hallarını müəyyən etmək üçün iddia icraatına keçmək əvəzinə mənə heç bir məlumat vermədən sadələşmiş icraat qaydasında qətnamə qəbul etmiş və iş üzrə ekspertiza təyin etmədən yekun nəticəyə gəlməyə çalışmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

16. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

17. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

18. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

20. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

21. 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

22. 740.2-ci maddəsinə əsasən, bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

23. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

24. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.

33. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Işin hallarından görünür ki, iddiaçı “xxxx” BOKT MMC və cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, BOKT Borcalan Cavabdeh ##.##.2024-cü il tarixinədək 1058 manat məbləğində kredit vermiş, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə BOKT-a qaytarmağı öhdəsinə götürmüşdür. Iddiaçı kredit müqaviləsi üzrə borcalan Cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisənin həlli baxımından əsas əhəmiyyət kəsb edən hal kredit öhdəliyinin təminatı qismində verilmiş girov predmetinə tutmanın yönəldilməsi, həmin predmetin satılması və satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsindən sonra iddiaçının cavabdehə qarşı eyni kredit öhdəliyindən irəli gələn borcun tutulması barədə iddia qaldırmasıdır.

36. Iş materiallarından müəyyən olunur ki, cavabdeh Cavabdeh kredit öhdəliklərinin təminatı olaraq ##.##.2022-ci il tarixli SG-BO*******-**** saylı Saxlanc girov müqaviləsi əsasında ona məxsus zinət əşyası girov qoyulmuş və girov saxlayanın sahibliyinə verilmişdir.

37. Iş materiallarında olan ##.##.2024-cü il tarixli yüklülük predmetinin satılmasında əldə edilən vəsaitin bölüşdürülməsinə dair bildirişlə təsdiq olunur ki, girov predmeti ##.##.2024-cü il tarixdə birbaşa satış üsulu ilə realizə edilmiş, satışdan 1437 manat vəsait əldə olunmuş və həmin vəsait kredit öhdəliyi üzrə cərimənin, faizlərin və əsas borcun ödənilməsinə yönəldilmişdir.

38. Beləliklə, iddiaçının özünün təqdim etdiyi sübutlardan görünür ki, kredit öhdəliyinin təminatı kimi qəbul edilmiş girov predmetinə tutma yönəldilmiş və həmin predmetin satışından əldə edilən vəsait kreditorun tələbinin təmin edilməsinə yönəlmişdir.

39. Girov predmetinə tutmanın yönəldilməsinin hüquqi nəticəsi ondan ibarətdir ki, satışdan əldə edilmiş vəsait girovla təmin olunmuş öhdəliyin ödənilməsinə yönəldilməli və borcalanın həmin öhdəlik üzrə borcu həmin ödəniş nəzərə alınmaqla müəyyən edilməlidir.

40. Hazırkı işdə isə iddiaçı bir tərəfdən kredit öhdəliyinin təminatı kimi qəbul etdiyi girov predmetini satmış, həmin satışdan 1437 manat vəsait əldə etmiş və bu vəsaiti kredit borcunun ödənilməsinə yönəltmiş, digər tərəfdən isə həmin kredit müqaviləsindən irəli gələn borcun tutulması barədə məhkəməyə müraciət etmişdir.

41. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kreditorun eyni borc öhdəliyi üzrə əvvəlcə tutmanı girov qoyulmuş əşyaya yönəltməsi və satışdan əldə edilmiş vəsaitiin bölüşdürülməsi, daha sonra isə həmin ödənişin nəticələrini nəzərə almadan bütün borcun tutulmasını tələb etməsi yolverilməzdir.

42. Nəzərə alınmalıdır ki, ## ##### 2024-cü il tarixdə qızıl 1437 manata satılmış və əldə edilmiş vəsait kredit borcu üzrə bölüşdürülmüşdür. Göründüyü kimi, qızılın satış qiyməti əsas borcun məbləğini üstələdiyindən hazırki dövrdə iddiaçının bu tələblə çıxış etməsi əsassızdır.

43. Iddiaçı məhkəməyə müraciət etdiyi zaman cavabdehin kredit öhdəliyi üzrə faktiki qalıq borcunun mövcudluğunu sübut edə bilməmişdir, bunun əksinə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq girov qoyulmuş zinət əşyasının satılması və satışından əldə olunan vəsaitin bölüşdürülməsinə baxmayaraq eyni kredit öhdəliyi üzrə cavabdehdən əsassız olaraq borc məbləği tələb edilmişdir.

44. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan araşdırmanın nəticələrini nəzərə alaraq hesab edir ki, işin müəyyən edilmiş halları və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri baxımından bu qənaətə gəlmək olur ki, iddia tələbi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar müəyyən edilmədiyindən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Kollegiya hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunu iddiaçıya aid edilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıdan alınaraq cavabdeh Cavabdeh ödənilməlidir.

48. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi rədd edilsin. Iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıdan alınaraq cavabdeh Cavabdeh ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar