Məhkəmə qərarları › İş №e-2(3-6)-3266/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3266/2026

12.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3266/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X1 Olmayan Kredit Təşkilatı" MMC-nin cavabdeh Cavabdeh qarşı kiçik iddia tələbi üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə pul) Işin halları

1. Iddiaçı və cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, KKM-***/** saylı əlaqəli kredit müqaviləsinə əsasən “BOKT” “Kredit alan”-a “xxxx” MMC-dən cədvəldə göstərilən əşyaların və ya xidmətlərin alınması məqsədi ilə 1991,95 manat məbləğində kredit ayırmağı, bu məbləği “ABC”-yə nağd və ya köçürmə yolu ilə ödəməyi,kredit alan isə bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ayrılmış krediti “BOKT”-a qaytarmağı öz öhdəsinə götürür.

2. Iddiaçı və cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, KKM-***/** saylı müqaviləyə * saylı əlavədə cavabdeh tərəfindən aylar üzrə ödənilməli olan məbləğlər öz əksini tapmışdır.

3. ##.##.2025-ci il tarixli, KKM-***/** saylı müqaviləyə * saylı əlavəyə əsasən, Borcalan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda(gecikdirildikdə),həmin öhdəliyin bu Müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən başlayaraq BOKT tərəfindən Borcalana gecikdirmənin hər günü üçün gecikdirilmiş əsas borc məbləğinin müqavilə ilə müəyyən olunan illik faiz dərəcəsi və gündəlik 2%-dək cərimə hesablana bilər.

4. ##.##.2025-ci il tarixli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən ümumilikdə 1633,76 manat məbləğində məhsul alınmışdır.

5. Iddiaçı tərəfindən cavabdehə göndərilmiş ##.##.2026-cı il tarixli pretenziya məktubu ilə iddiaçı ##.##.2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin 1991,95 manat əsas və 199,20 manat dəbbə borcunun ödənilməsi tələb edilmiş və əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

6. Iddiaçı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında ##.##.2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin 1991,95 manat əsas və 199,20 manat dəbbə borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı “X1 Olmayan Kredit Təşkilatı" MMC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli KKM-***/** nömrəli müqavilənin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 1991,95 manat məbləğində əsas borcun, 199,20 manat məbləğində dəbbə borcunun, cəmi 2191,15 manat borcun və 41,92 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli (KKM-***/**) nömrəli müqaviləyə əsasən, BOKT tərəfindən borcluya 18 ay müddətinə, 1991,95 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh müqavilənin ayrılmaz tərkib hisəssi və əlavəsi olan ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən borclu pul öhdəliklərinin icrasını gecikdirdikdə, BOKT pul öhdəliyinin vaxtından əvvəl icrasını borcludan tələb edə bilər.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 1991,95 manat əsas, 139 manat cərimə borcu və ödənilmiş 41,92 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2172,87 manat məbləğində pulun tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 467, 739.1, 740.1, 740.8, 742.1, 746.1, 746.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.1, 284-1, 284-5.3, 216-220, 227, 233, 284-6, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının məhkəmə iclasında iştirakı a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını araşdırmamış, iddiaçının iddia tələbinə uyğun qətnamə qəbul etmişdir. Belə ki, öhdəlik üzrə ödədiyi məbləğlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Yasamal Rayon Məhkəməsi lazım olan maddi hüquq normalarını tətbiq etməməklə səhvə yol vermiş və bunun da nəticəsində səhv qətnamə çıxarmışdır. Məhkəmə prosesi barədə məlumatı olmayıb. Məhkəmədə iştirakı təmin olunmamışdır. Hesab edir ki, iddiaçı tərəfdən təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə ödənilən məbləğin nə qədər olmasını və qalıq məbləğin tam aydınlaşdırılmasını təmin etməyib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının məhkəmə iclasında iştirakı

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

18. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

19. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

20. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

21. 740.8-ci maddəsinə əsasasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.

22. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

23. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

24. 746.3-cü maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

25. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki halda, iddia qismən təmin edildiyindən və qətnaməni cavabdeh mübahisələndirdiyindən qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, KKM-***/** saylı əlaqəli kredit müqaviləsinə əsasən “BOKT” “Kredit alan”a “xxxx” MMC-dən cədvəldə göstərilən əşyaların və ya xidmətlərin alınması məqsədi ilə 1991,95 manat məbləğində kredit ayırmağı, bu məbləği “ABC”-yə nağd və ya köçürmə yolu ilə ödəməyi,kredit alan isə bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ayrılmış krediti “BOKT”-a qaytarmağı öz öhdəsinə götürür. Iddiaçı və cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, KKM-***/** saylı müqaviləyə * saylı əlavədə cavabdeh tərəfindən aylar üzrə ödənilməli olan məbləğlər öz əksini tapmışdır. ##.##.2025-ci il tarixli, KKM-***/** saylı müqaviləyə * saylı əlavəyə əsasən, Borcalan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda(gecikdirildikdə),həmin öhdəliyin bu Müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən başlayaraq BOKT tərəfindən Borcalana gecikdirmənin hər günü üçün gecikdirilmiş əsas borc məbləğinin müqavilə ilə müəyyən olunan illik faiz dərəcəsi və gündəlik 2%-dək cərimə hesablana bilər. Iddiaçı tərəfindən cavabdehə göndərilmiş ##.##.2026-cı il tarixli pretenziya məktubu ilə iddiaçı ##.##.2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin 1991,95 manat əsas və 199,20 manat dəbbə borcunun ödənilməsi tələb edilmiş və əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Iddiaçı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında ##.##.2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin 1991,95 manat əsas və 199,20 manat dəbbə borcu vardır.

39. Göründüyü kimi, tərəflər arasında ##.##.2025-ci il tarixli kredit müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir.

40. Birinci instansiya məhkəməsi müqavilə tərəfinə ##.##.2026-cı il tarixində ünvanlanmış pretenziyanın ünvanlandığı vaxtdan etibarən müqavilənin ləğv edilmiş hesab edildiyini, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsinin istisna edilməsini, cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 1991,95 manat məbləğində bоrcunun yarandığının iş materiallarındakı sübutlarla təsdiq edilməsini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə, yəni öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. cavabdehdən 1991,95 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

41. Kollegiya həmçinin qeyd edir ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Bununla belə dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Bu baxımdan cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа iddiaçının mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn məhkəmə hesablanmış cərimə borcunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almaqla cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarının azaldılaraq 139 manat müəyyən etməkdə haqlı olmuşdur.

42. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasiətdə hesab edir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə iclasında iştirakının təmin edilmədiyini qeyd etsə də, hazırki işə qanunun tələbinə əsasən sadələşdirilmiş icraat qaydasında, şifahi məhkəmə iclası keçirilmədən baxılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5- ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir.

43. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində öhdəlik üzrə ödənişlər etdiyini, ödənilən məbləğin və qalıq məbləğin məhkəmə tərəfindən araşdırılmadığını qeyd etmişdir.

44. Kollegiya apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, сavabdeh məhkəməyə qeyd etdiyi halı təsdiq edən sübut təqdim etməmişdir.

45. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

49. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar