Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3268/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: iddia ərizəsini qəbul etməkdən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Salyan Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə ##.##.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsinin, eyni zamanda 80 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
2. Salyan Rayon Məhkəməsinin ##.##.2026 cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadına əsasən ərizə qismən təmin edilərək, həmin Məhkəmənin ##.##.2019-cu il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş ##.##.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği hər ay bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.44 misli həddində indeksasiya olunmuş, ərizə qalan hissədə, yəni “Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində tutulan alimentin indeksasiya edilməsi” hissəsində təmin edilməmişdir. Qərardad Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə təyin edilmiş aliment məbləğinin artırılaraq minimum əmək haqqı məbləğində alimentin və Mediasiya arayışı üçün ödənilmiş 61 manat pulun Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ****/**** nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Iddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə ##.##.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼-nin, eyni zamanda 80 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin kimi qət edilmişdir. Bununla bağlı mənə hər ay 130 manat pul ödənilmişdir. Uzun müddət tutulmuş bu məbləğ də olduqca aşağı məbləğdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə hazırki dövr üçün minimum əmək haqqının 0,44 faizi məbləğində pul tutulmasını qərara almışdır. Bu dəyişiklik isə kosmetik olmaqla, qanunvericilikdə nəzərdə tutulan indeksasiyasız sabit pul məbləğindən belə aşağı məbləğdir. Belə ki, 2026-cı il üçün aliment işləri üzrə sabit pul məbləği minimum əmək haqqının 65 faizi dəyərində 260 manat təşkil edir. Hesab edir ki, aliment məbləği daha artıq olmalıdır. Analogiya olaraq bildirir ki, ərizəçi X6 X1 qarşı tutulan alimentin indeksasiya olunması haqqında ərizəsi təmin olunaraq Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən təyin edilmiş 100 manat məbləğində aliment indeksasiya olunaraq minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində olması qərara alınmışdır. Yəni indeksasiya olan dövr üçün 380 manat olmuşdu. Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadına əsasən məhkəmə ilk növbədə qeyd edir ki, hazırda uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulur. AZEMIS-dən əldə edilmiş cavabdehin gəlir məlumatlarından görünür ki, cavabdeh 900 manat aylıq əmək haqqı alır. Bununla da müəyyən edilir ki, uşağın saxlanması üçün cavabdehin əmək haqqından hər ay 225 manat aliment tutulur. Bununla da müəyyən olunur ki, cavabdehdən əlavə olaraq 176 manat sabit pul məbləğində də aliment tutulur. Qeyd edilənləri nəzərə alaraq, belə nəticəyə gəlinir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən ümumilikdə 401 (176+225=401) manat məbləğində aliment tutulur. Bununla bağlı bildirir ki, qeyd edilənlər həqiqətə uyğun deyil. Belə ki, iddiaçıya heç də 401 manat məbləğində aliment pulu ödənilmir. Işə baxan məhkəmə Azərbaycan Respublikası Mülki Prossessual Məcələsinin 151.1-ci maddəsinə istinad etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsi bütün tələblərə riayət etməklə verilmişdir. Həmin maddənin 2-ci hissəsində qeyd edilmişdir ki, zəruri halarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Əslində məhkəmə bu prosessual normaya istinad etməklə məhkəmə çəkişməsini təmin etməklə işin məhkəmə baxışını təmin etməli idi. Işə baxan məhkəmə 153.2.1, 153.4, 153.5-ci maddələrinə istinad etməklə də səhv nəticəyə gələrək işin geri qaytarılması barədə qərar çıxarmışdır. Əslində Salyan Rayon Məhkəməsində alimentin indeksasiyası barədə qərar çıxarılma alimentin artırılması barədə qərar çıxarılmasına mane ola bilməz. Bundan başqa bildirir ki, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadının izah olunması barədə məhkəmə elektron portalı vasitəsilə ərizə təqdim edilmişdir. Hazırki mülki iş üzrə Yasamal Rayon Məhkəməsi Salyan Rayon Məhkəməsinin qərardadının yekun hissəsini düzgün təsvir etməmişdir.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
10. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Bənd 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Işin hallarından müəyyən olunur ki, Salyan Rayon Məhkəməsinin ##.##.2019cu il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanılması üçün həm qazancının və başqa gəlirlərinin ¼ hissəsi, həm də 80 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmiş, sonuncu məbləğ Salyan Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2026-cı il tarixli qərardadı ilə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,44 misli həddində indeksasiya edilmişdir.
14. Iddia ərizəsindən görünür ki, iddiaçı qərardadla indeksasiya edilən aliment məbləğinin artırılmasını xahiş edir.
15. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi vacib hesab edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən alimentin indeksasiyası ilə alimentin məbləğinin artırılması fərqli hüquqi anlayışlardır. Belə ki, alimentin indeksasiyası məhkəmə tərəfindən əvvəl müəyyən edilmiş sabit pul məbləğində alimentin Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələrinə əsasən ölkə üzrə minimum əmək haqqının artımına mütənasib olaraq dəyişdirilməsini nəzərdə tutur. Alimentin məbləğinin artırılması isə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu ilə bağlı olub, müstəqil iddia irəli sürülməsini tələb edir.
16. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu arqumentləri Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin məbləğinin dəyişdirilməsi üçün əsasları deyil, mahiyyət etibarilə əvvəl müəyyən edilmiş sabit pul məbləğində alimentin minimum əmək haqqına münasibətdə yenidən indeksasiya edilməsini ifadə edir. Halbuki həmin məsələ artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həll edilmişdir. Iddiaçının indeksasiya nəticəsində müəyyən edilmiş məbləğlə razılaşmaması həmin məsələnin yenidən “alimentin artırılması” tələbi adı altında müstəqil iddia icraatı qaydasında araşdırılmasına əsas vermir.
17. Şikayətin dəlilləri nəzərə alınaraq o da qeyd olunmalıdır ki, aliment məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği ilə bağlı olaraq müəyyən edildiyindən, minimum əmək haqqı artdıqca aliment məbləğinin də müəyyən olunmuş qaydada indeksasiyası həyata keçiriləcək.
18. Bununla yanaşı, cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində də aliment tutulur. Iddiaçının həmin aliment məbləğinin artırılmasına dair Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulan hallara əsaslanan müstəqil tələbi olduqda, həmin tələb ayrıca qiymətləndirilə bilər.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: