Məhkəmə qərarları › İş №e-2(3-6)-3288/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3288/2026

04.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3288/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*- ***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı – cavabdeh Cavabdeh ASC-yə qarşı “yüksək gərginlikli elektrik xəttinin torpaq sahəsindən kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 2 ha torpaq sahəsindən keçən elektrik xətlərinin yerinin dəyişdirilməsi öhdəliyinin cavabdeh Cavabdeh ASCnin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməyərək verildiyi üçün geri qaytarılmışdır. Iddiaçı İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(5- ***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki: “Iddia ərizəsi cavabdehi müəyyən hərəkətlərin icrasına məcbur etmə ilə bağlı olduğundan iddia cavabdehin qeydiyyat yeri üzrə verilməlidir. 2. Iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadından da görünür ki, iddia ərizəsi geri qaytarılmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunması tövsiyə olunmuşdur.” Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçı bildirir ki, ona məxsus topraq sahəsində onun razılığı alınmadan 2024-cü ilin əvvəlindən etibarən tikinti-quraşdırma işlərinə başlanılmış, nəticə etibarilə 2025-ci ilin mart ayından istismara verilən 110 kV gərginlikli elektrik verilişi xətti çəkilməklə müvafiq torpaq sahəsi həmin xəttin mühafizə zolağına daxil edilmişdir. AR MPM-nin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Iddia ərizəsindən görünür ki, daşınmaz əmlak Bakı şəhəri, Binəqədi rayonunda olmaqla Bakı şəhər Binəqədi rayonunun inzibati ərazisinə aiddir. Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda kollegiya hesab edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar