Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3305/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı “xxxx” BOKT MMC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Məhkəmə icraatı 1.Nəsimi RM-nin ##.##.2026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, iş üzrə audit və qiymətləndirmə təyin edilsin, auditor və qiymətləndirici rəyləri alınanadək iş üzrə icraat dayandırılsın. 2.Cavabdeh bu qərardaddan iki dəfə şikayət verib. 3.Birinci şikayət ##.##.2026-cı il tarixdə verilib. Nəsimi RM-nin ##.##.2026-cı il tarixli qərardadı ilə həmin şikayətin geri qaytarılması qərara alınıb. Qərardad onunla əsaslandırılıb ki, şikayət prosessual qanunvericiliyin tələbinə uyğun verilməyib. 4.Ikinci şikayət ##.##.2026-cı il tarixdə verilib. Nəsimi RM-nin ##.##.2026-cı il tarixli qərardadı ilə həmin şikayətin geri qaytarılması qərara alınıb. Qərardad onunla əsaslandırılıb ki, şikayət prosessual qanunvericiliyin tələbinə uyğun verilməyib. 5.Bundan sonra – ##.##.2026-cı il tarixdə cavabdeh Nəsimi RM-nə ərizə verərək xahiş edib ki, ##.##.2026-cı il tarixli qərardaddan şikayətvermə müddəti bərpa edilsin. 6.Nəsimi RM-nin ##.##.2025-cı il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin, müddətin bərpasından imtina edilsin. Qərardad onunla əsaslandırılıb ki, ##.##.2026-cı il tarixli qərardaddan verilmiş birinci şikayət qanunla nəzərdə tutulan müddətdə verilsə də, qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmış və həmin qərardad qanuni qüvvəsini almışdır. Qərardaddan verilmiş ikinci şikayət də birinci şikayətdəki bütün nöqsanlar təkrarlanmaqla verilmiş, bu səbəbdən məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. Deməli, hazırda cavabdeh tərəfindən buraxılmış müddət məhkəmə tərəfindən bərpa edilsə də belə, bu, formal olacaq. Belə ki, qərardaddan verilmiş şikayət qanunla müəyyən edilmiş tələblərə uyğun tərtib edilməməklə qanunun göstərişlərinə uyğun olan formada verilmədiyindən, müddətin bərpa edilməsi nəticəsində şikayətə baxılması mümkün olmayacaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı ərizə təmin edilməməlidir. 7.Cavabadeh ##.##.2026-cı il tarixli qərardaddan şikayət verərək tələb edib ki, həmin qərardad ləğv edilsin. 8.Nəsimi RM şikayəti təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Məhkəmənin mövqeyi 9.Şikayət təmin edilə bilməz, ##.##.2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.3-cü maddəsində qeyd olunub ki, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Bu norma prosessual münasibətlərdəki qeyri-müəyyənliyi aradan qaldırmağa yönəlib, yəni müddət bərpa olunacağı təqdirdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi mümkün olmalıdır. Lakin cavabdeh müddəti buraxılmış zəruri prosessual hərəkəti etməyib, yəni ##.##.2026-cı il tarixli qərardaddan şikayət verməyib. Belə ki, cavabdehin ##.##.2026-cı il tarixli qərardaddan daha əvvəl verdiyi iki şikayət qanunvericiliyin tələbinə uyğun verilmədiyinə görə Nəsimi RM-nin qərardadları ilə geri qaytarılıb və həmin qərardadlar qanuni qüvvəyə minib. Ona görə də əvvəlki iki şikayət prosessual-hüquqi müstəvidə etibarlı şikayət hesab olunmur, yeni şikayət isə verilməyib. 11.Belə vəziyyətdə müddətin bərpası barədə ərizəni həll etmək - təmin və ya rədd etmək mümkün olmadığına görə, ərizə geri qaytarılmalıdır. Ərizəni geri qaytarmaq səlahiyyətini nəzərdə tutan ayrıca hüquq norması olmasa da, MPM-in 133.3-cü maddəsi öz mənasına görə məhkəməyə belə səlahiyyət verib. Nəsimi RM ərizəni rədd etsə də, qərardadın əsaslandırıcı hissəsi düzgündür, odur ki, qərardad dəyişdirilmədən saxlanılmalıdır. 12.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3305/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3305/2026
31.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver