Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3436/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı2 cavabdeh cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, məhkəmə xərcləri iddiaçının özünə aid edilmiş, iddiaçı1 iddiası qismən təmin edilmiş, cavabdeh1 28 044 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 174 manat alınaraq iddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi müəyyən edilmişdir.
2. Həmin qətnamədən iddiaçılar iddiaçı2, iddiaçı1 və cavabdeh cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
3. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçılar iddiaçı2 və X1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
4. İddiaçılar həmin qərardaddan şikayət verərək, ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin mümkün hesab edilərək apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.
5. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçıların şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ləğv edilmiş, iddiaçı2 və X1 Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti mümkün sayılmaqla baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Mülki iş materialları ##.##.2026-cı il tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
7. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərkən müəyyən olmuşdur ki, mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1, ##.##.2026-cı il tarixli qərardadından iddiaçıların şikayətləri baxılması üçün göndərilmişdir.
8. Mülki iş materiallarından müəyyən edildiyi kimi rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı iddiaçıların şikayətinə əsasən ləğv edilmiş, iddiaçıların apellyasiya şikayəti mümkün hesab edilmişdir.
9. Buna baxmayaraq rayon məhkəməsinin müşayiət məktubunda cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti göstərilsə də, səhvən iddiaçıların qətnamədən apellyasiya şikayəti əvəzinə mövcud olmayan qərardaddan şikayətləri baxılması üçün göndərilmişdir.
10. Müvafiq olaraq da Bakı Apellyasiya Məhkəməsinin Mülki Katibliyində ilkin olaraq ##.##.2026-cı il tarixli qərardaddan verilmiş şikayət elektron məhkəmə sistemində təhvil alınaraq, qərardaddan verilmiş şikayətə baxılması üçün 2(3-6)-3436/2026 nömrəsi verilmişdir.
11. Bu uyğunsuzluğun aradan qaldırılması “AZEMİS” elektron məhkəmə sistemində olan texniki səbəblərdən mümkün olmur.
12. Belə olan halda qətnamədən tərəflərin - iddiaçılar və cavabdehin apellyasiya şikayətlərinə baxılması üçün apellyasiya instansiyasında mülki işə yeni nömrə verilməsi zərurəti yaranmışdır.
13. Beləliklə, Məhkəmə hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçıların və cavabdehin apellyasiya şikayətinin “AZEMİS” elektron məhkəmə sisteminə daxil edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq,
qərara aldı:
Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçılar iddiaçı2, iddiaçı1 birgə verdikləri apellyasiya şikayətinin və cavabdeh cavabdeh1 apellyasiya şikayətinin “AZEMİS” elektron məhkəmə sisteminə daxil edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılsın və birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.