Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3611/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Işin halları
1. * saylı Mənzil-Istismar Sahəsinin ##.##.2025-ci il tarixli aktından görünür ki, Bakı şəhəri, A.Əliyev küçəsi * saylı binanın 113-cü mənzilinə baxış keçirilən zaman 115-ci mənzildən həqiqətən də su axıntısı aşkar olunmuşdur.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 Yeni qaydalarla: AZ 1022, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı tam paylı xüsusi mülkiyyətindədir.
3. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, CVN/A**-***/** saylı rəyindən görünür ki, ünvan 1 Yeni qaydalarla: AZ 022 ünvan 3 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 60,80 kv.m olan mənzilə su basma nəticəsində dəymiş zərərin məbləğinin (işçilik və material xərci daxil olmaqla) 1421,70 manat təşkil edir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, ***/**** saylı rəyindən görünür ki, Bakı şəhəri, Nəsim rayonu, Azər Əliyev küçəsində yerləşən * saylı binanın *** saylı mənzilin sanitar-qovşağı, dəhliz və bir ədəd yaşayış otağı tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsində yerləşən * saylı binanın *** saylı mənzilinə su axıdıldığı istisna edilmir. Qeyd olunur ki, *** saylı mənzilə su sızma nəticəsində dəymiş zərər rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Cavabdeh tərəf baxışda iştirak etmədiyindən, eləcə də, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsində yerləşən * saylı binanın *** saylı mənzilinin qapıı bağlı olduğundan, *** saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən qərardadda ekspert qarşısında qoyulmuş bu sual üzrə tədqiqat aparılmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus ünvan 2 ünvandan iddiaçının yaşadığı Nəsimi rayonu, Azər Əliyev küçəsi * saylı binanın 113-cü mənzilində mütəmadi olaraq hamam, otaqlara və sanitar qovşaqlara su axıdıldığından 1421,70 manat məbləğində ziyan vurmuşdur. Iddiaçı bu barədə * saylı MKIS-nin əməkdaşlarına müraciət etmiş və ##.##.2025-ci il tarixdə bu barədə akt tərtib olunmuşdur. Iddiaçı tərəfindən mənzilə dəymiş ziyani qiymətləndirmək üçün “Caspian Valutiation” qiymətləndirici təşkilatına müraciət etmiş, 100 manat verməklə müqavilə bağlamış, ##.##.2025-ci il tarixdə həqiqətən də ona 1421,70 manat ziyan vurulması barədə rəy verilmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia tələbinin təmin edilməsi, dəymiş maddi ziyana görə 1421,70 (min dörd yüz iyirmi bir manat yetmiş qəpik) manat, ödənilmiş 36 (otuz altı) dövlət rüsumu olmaqla, cəmi 1457,70 (min död yüz əlli yeddi mnat yetmiş qəpik) manatın cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, aparılmış tədqiqatının dəyəri olan 100 (bir yüz əlli) manat xərcin cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1111.1, 1111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1, 80, 107, 119.1, 217.3, 217.4, 218.1, 218.3, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə həlledici əhəmiyyət kəsb edən hallar – xüsusilə təqsir, səbəb-nəticə əlaqəsi və zərərin real həcmi tam araşdırılmamışdır. Halbuki mülki məsuliyyətin yaranması üçün bu elementlərin hər biri ayrıca sübuta yetirilməlidir. Iş materiallarından da görünür ki, iddiaçı tərəfindən cavabdehin konkret hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərərin baş verməsi sübut olunmayıb. Sadəcə olaraq, suyun cavabdehin yaşadığı mənzildən axdığı iddia olunub, lakin bunun hansı texniki səbəbdən baş verdiyi, həmin halın cavabdehin iradəsindən asılı olub-olmaması ümumiyyətlə müəyyən edilməyib. Bu isə artıq məsuliyyətin əsasını şübhə altına alır. Birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa zərər vurulmasına səbəb olan təqsirli və hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni zamanda, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi yalnız zərəri vuran şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, qanunvericilik deliktməsuliyyətinin yaranması üçün hüquqa zidd hərəkətin, zərərin, həmin hərəkətlə zərər arasında səbəbli əlaqənin və təqsirin mövcudluğunu zəruri şərt kimi müəyyən etmişdir. Hazırkı iş üzrə isə məhkəmə həmin elementlərin hamısının mövcudluğunu müəyyən etmədən cavabdehin mülki məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Iş üzrə keçirilmiş Azərbaycan Respublikası ƏdliyyəNazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli ***/**** nömrəli ekspert rəyində açıq şəkildə göstərilmişdir ki, cavabdehin mənzilinə baxış keçirilməsi mümkün olmadığından və *** saylı mənzilin qapısı bağlı olduğundan *** saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Ekspert yalnız mənzildə mövcud olan qüsurların su sızması nəticəsində yarandığını qeyd etmiş, lakin həmin suyun məhz cavabdehin istifadəsində olan mənzildən sızdığını müəyyən etməmişdir. Ekspert rəyində işlədilən "su axıdıldığı istisna edilmir" ifadəsi ehtimal xarakteri daşıyır və heç bir halda hüquqi baxımdan sübuta yetirilmiş hal hesab oluna bilməz. Buna baxmayaraq, məhkəmə ehtimal xarakterli nəticəni qəti sübut kimi qəbul etmiş və cavabdehin məsuliyyətini həmin ehtimal üzərində qurmuşdur ki, bu da Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin mahiyyətinə tamamilə ziddir. Məhkəmə eyni zamanda Mülki Məcəllənin 1111.2-ci maddəsini də düzgün tətbiq etməmişdir. Həmin normaya əsasən binadan nəyinsə axıdılması nəticəsində vurulan zərərə görə məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Lakin bu normanın tətbiq olunması üçün ilk növbədə müəyyən edilməlidir ki, zərərə səbəb olan su həqiqətən də həmin otaqdan axmışdır. Hazırkı işdə isə belə bir hal heç bir mötəbər sübutla təsdiq edilməmişdir. Əksinə, ekspertiza rəyi həmin su sızmasının konkret mənbəyini müəyyən etməyin mümkün olmadığını göstərmişdir. Buna baxmayaraq, məhkəmə qanunun tətbiqi üçün zəruri olan hüquqi fakt müəyyən edilmədən cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Bundan başqa, mülki məsuliyyətin əsas elementlərindən biri olan səbəbli əlaqə də iş üzrə sübuta yetirilməmişdir. Iş materiallarında suyun hansı borudan sızdığı, qəzanın konkret harada baş verdiyi, texniki nasazlığın hansı mənzildə yerləşdiyi, həmin nasazlığın cavabdehin davranışı ilə əlaqəli olubolmadığı barədə hər hansı sübut mövcud deyildir. Məhkəmə yalnız zərərin mövcudluğunu əsas götürərək, həmin zərərin avtomatik olaraq cavabdehin mənzilindən yarandığı qənaətinə gəlmişdir. Halbuki zərərin mövcudluğu özü-özlüyündə cavabdehin məsuliyyətinin yaranması üçün kifayət etmir. Zərər ilə cavabdehin hərəkətləri arasında birbaşa səbəbli əlaqə sübuta yetirilməli idi. Bundan əlavə, cavabdehin təqsiri də müəyyən edilməmişdir. Iş materiallarında cavabdehin hər hansı su xəttini zədələdiyi, texniki qaydalara əməl etmədiyi, mənzildə baş vermiş nasazlığı aradan qaldırmaqdan imtina etdiyi və ya başqa hər hansı qanunsuz hərəkət etdiyi barədə heç bir sübut mövcud deyildir. Məhkəmə cavabdehin konkret hüquqa zidd davranışını müəyyən etmədən onu delikt məsuliyyətinə cəlb etmişdir ki, bu da Mülki Məcəllənin 1096-cı maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə də qanunla nəzərdə tutulmayan hüquqi qüvvə vermişdir. Həmin rəy yalnız mənzilə dəymiş ziyanın məbləğini müəyyən edə bilər. Qiymətləndirici təşkilatın zərərin mənbəyini, səbəbini, cavabdehin təqsirini və ya səbəbli əlaqəni müəyyən etmək səlahiyyəti yoxdur. Buna baxmayaraq, məhkəmə həmin rəyi faktiki olaraq cavabdehin məsuliyyətini təsdiq edən sübut kimi qiymətləndirmişdir ki, bu da qiymətləndirmə fəaliyyətinin hüquqi mahiyyətinə ziddir. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehinmülki məsuliyyətinin yaranması üçün qanunla tələb olunan hüquqi faktlar tam və mötəbər sübutlarla müəyyən edilmədən, ehtimal və fərziyyələr əsasında nəticəyə gəlmiş, nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1,1096.2, 1097.1 və 1111.2-ci maddələrini düzgün tətbiq etməmişdir ki, bu da qətnamənin ləğv edilməsi üçün müstəqil hüquqi əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarında göründüyü kimi məhkəmə qətnamamələri müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək. ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Hazırki işdə məhkəmələrin bu qaydaların ziddinə qərar qəbul etməklə məhkəmə təcrübəsinidə heçə sayaraq səhv nəticəyə gəlmişlər. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Oxşar mövqe X3 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen”işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu hallar ona dəlalət edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Lakin məhkəmələr tərəfindən həmin halların da müəyyən edilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Yəni qanunjveririçiliyin tələbində də irəli gəldiyi kimi ziddiyətli məqamları belə aradan qaldırmaq təşəbbüsü olmamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə, sübutların qiymətləndirilməsi və qətnamənin əsaslandırılması ilə bağlı imperativ normalarını kobud şəkildə pozmuş, nəticədə iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmayan, ehtimallara və fərziyyələrə əsaslanan qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı mübahisədə iddiaçı yalnız mənzilinə zərər dəydiyini deyil, həm də həmin zərərin məhz cavabdehin istifadəsində olan *** saylı mənzildən su sızması nəticəsində baş verdiyini sübuta yetirməli idi. Lakin iş materiallarında həmin halı təsdiq edən heç bir mötəbər və qəti sübut mövcud deyildir. Əksinə, iş üzrə təyin olunmuş məhkəmə ekspertizasının rəyində su sızmasının konkret mənbəyini müəyyən etməyin mümkün olmadığı açıq şəkildə göstərilmişdir. Buna baxmayaraq, məhkəmə iddiaçının sübut etməli olduğu halı sübuta yetirilmiş hesab etmiş, faktiki olaraq sübutetmə yükünü cavabdehin üzərinə keçirmiş və cavabdehin öz təqsirsizliyini sübut etmədiyini əsas gətirərək iddianı təmin etmişdir. Bu yanaşma Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə tamamilə ziddir. Məhkəmə eyni zamanda Mülki Prosessual Məcəllənin 80-ci maddəsinin tələblərini də pozmuşdur. Həmin maddəyə əsasən məhkəmə yalnız iş üçün əhəmiyyət kəsb edən və mübahisənin predmetinə aid olan sübutları qəbul edib qiymətləndirə bilər. Iş materiallarında olan ##.##.2025-ci il tarixli * saylı Mənzil-Istismar Sahəsinin aktında yalnız iddiaçının mənzilində su axıntısının mövcud olduğu qeyd edilmişdir. Həmin aktda suyun məhz *** saylı mənzildən sızdığı, su sızmasının səbəbinin cavabdehin mənzilində yerləşdiyi və ya cavabdehin hər hansı hərəkətinin zərərə səbəb olduğu göstərilməmişdir. Belə olan halda həmin akt yalnız zərərin mövcudluğunu təsdiq edə bilər, lakin cavabdehin məsuliyyətini müəyyən edən sübut kimi qiymətləndirilə bilməzdi. Məhkəmə isə həmin sənədə onun hüquqi əhatə dairəsindən daha geniş məna vermiş və nəticədə qanunun tələblərini pozmuşdur. Məhkəmə sübutların qiymətləndirilməsi zamanı Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə də əməl etməmişdir. Həmin normaya əsasən sübutlar hərtərəfli, tam, obyektiv və vicdanla qiymətləndirilməlidir. Hazırkı işdə isə məhkəmə ekspert rəyinin yalnıziddiaçının mövqeyini dəstəklədiyini düşündüyü hissələrini əsas götürmüş, ekspertin "su sızmasının konkret səbəbini müəyyən etmək mümkün olmamışdır" nəticəsinə isə heç bir hüquqi qiymət verməmişdir. Halbuki həmin nəticə iş üzrə əsas sübutlardan biri olmaqla mübahisənin həlli baxımından həlledici əhəmiyyət kəsb edirdi. Məhkəmə bu hissəni nəzərə almadan ekspert rəyini birtərəfli şəkildə şərh etmişdir ki, bu da sübutların obyektiv qiymətləndirilməsi prinsipinin pozulması deməkdir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 217.3-cümaddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Hazırkı qətnamədə isə məhkəmə iş materiallarında mövcud olmayan nəticəyə gəlmiş və su sızmasının cavabdehin istifadəsində olan mənzillə əlaqəli olduğunu müəyyən etdiyini göstərmişdir. Halbuki nə ekspertiza rəyi, nə MKIS-in aktı, nə də digər sübutlar belə bir nəticəni təsdiq edir. Məhkəmənin gəldiyi nəticə mövcud sübutlardan irəli gəlmir və faktiki hallarla uzlaşmır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 217.4-cümaddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Hazırkı işdə isə məhkəmə ekspert rəyində mövcud olmayan nəticəni özü formalaşdırmış, ekspertin müəyyən edə bilmədiyi faktı müəyyən edilmiş fakt kimi qəbul etmişdir. Bu isə məhkəmənin sübutlara deyil, ehtimallara əsaslanaraq nəticə çıxarması deməkdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 218.1-cimaddəsinin tələblərini də pozmuşdur. Həmin maddəyə əsasən hakim iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməli, hansı halların sübuta yetirildiyini və hansı halların sübuta yetirilmədiyini qətnamədə əsaslandırmalıdır. Lakin iş üzrə su sızmasının konkret mənbəyi, texniki nasazlığın yeri, qəzanın səbəbi, suyun bina daxili kommunikasiya sistemindən və ya başqa mənzildən gəlməsi ehtimalı, həmçinin cavabdehin hər hansı hərəkəti ilə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Bu hallar araşdırılmadan cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinmişdir ki, bu da iş üçün əhəmiyyətli olan halların tam araşdırılmamasını göstərir. Bundan əlavə, məhkəmə ekspertin cavabdehinmənzilinə baxış keçirə bilməməsini cavabdehin əleyhinə qiymətləndirmiş və bunu faktiki olaraq onun təqsirinin göstəricisi kimi qəbul etmişdir. Halbuki iş materiallarında cavabdehin ekspertizanın aparılmasına bilərəkdən mane olması, baxışdan imtina etməsi və ya ekspertin fəaliyyətini qəsdən əngəlləməsi barədə heç bir sübut yoxdur. Təkcə mənzilin qapısının bağlı olması cavabdehin təqsirinin və ya məsuliyyətinin sübutu kimi qəbul edilə bilməz. Məhkəmənin bu ehtimaldan hüquqi nəticə çıxarması prosessual hüququn əsas prinsiplərinə ziddir. Beləliklə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuş, sübutetmə yükünü düzgün bölüşdürməmiş, iş üzrə təqdim edilmiş sübutları tam və obyektiv qiymətləndirməmiş, sübut olunmamış halları müəyyən edilmiş fakt kimi qəbul etmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Bu prosessual pozuntular qətnamənin qanuniliyinə və əsaslılığına birbaşa təsir göstərdiyindən, həmin qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi üçün müstəqil hüquqi əsas təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrəmühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, məhkəmə su sızmasının konkret mənbəyini, texniki nasazlığın hansı mənzildə və ya bina daxili kommunikasiya sistemində baş verdiyini, zərərin məhz cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində yaranıb-yaranmadığını müəyyən etməmişdir. Iş üzrə təyin edilmiş məhkəmə ekspertizasında da su sızmasının səbəbini dəqiqliklə müəyyən etməyin mümkün olmadığı göstərilsə də, məhkəmə bu mühüm halı nəzərə almadan cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Bununla yanaşı, cavabdehin təqsirini, zərərlə onun davranışı arasında səbəbli əlaqəni təsdiq edən mötəbər sübutlar araşdırılmamış, iş üçün həlledici əhəmiyyətə malik faktiki hallar tam müəyyən edilmədən qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
13. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir.
19. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 217.4. məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki halda cavabdeh qətnamədən apellyasiya şikayəti verərəl ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Hazırda iş üzrə iddiaçı məhkəməyə zərərin ödənilməsi tələbi ilə müraciət edərək cavabdehin istifadəsində olan mənzildən su sızması nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir.
33. Belə ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
34. Iş materiallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. Bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli çıxarışla təsdiq olunur.
35. Iş materiallarında olan ##.##.2025-ci il tarixli * saylı Mənzil-Istismar Sahəsinin aktı ilə iddiaçının mənzilinə baxış keçirildiyi və baxış zamanı həqiqətən də mənzildə su axıntısının aşkar edildiyi müəyyən olunmuşdur. Həmin akt səlahiyyətli təşkilat tərəfindən tərtib edilmiş rəsmi sənəd olmaqla su sızması faktının mövcudluğunu təsdiq edən mühüm sübut kimi qiymətləndirilir.
36. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli CVN/A38- ***/** saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə su basması nəticəsində vurulmuş maddi zərərin məbləği işçilik və material xərcləri də nəzərə alınmaqla 1421,70 manat təşkil edir. Həmin rəy ixtisaslaşmış qiymətləndirmə təşkilatı tərəfindən verilmiş, zərərin növü və həcmi ətraflı müəyyən edilmişdir.
37. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ***/**** saylı ekspert rəyindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsində yerləşən * saylı binanın *** saylı mənzilinin sanitar qovşağında, dəhlizində və bir yaşayış otağında divar və tavan konstruksiyalarında qüsurlar əmələ gəlmişdir. Ekspert həmin qüsurların xarakterini araşdıraraq onların su sızması nəticəsində yarandığını müəyyən etmiş və mənzilə su axıdılması faktının istisna olunmadığını göstərmişdir. Eyni zamanda ekspert rəyində qeyd edilmişdir ki, cavabdehin mənzili bağlı olduğundan və cavabdeh ekspert baxışında iştirak etmədiyindən su sızmasının konkret texniki səbəbini dəqiq müəyyən etmək mümkün olmamışdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sübutlar əsasında iddiaçının mənzilinə su axıdılmasının cavabdehin istifadəsində olan mənzillə əlaqəli olması və ona zərər vurulması öz təsdiqini tapır. Kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, ekspertin su sızmasının mənbəyini tam müəyyən edə bilməməsi iddiaçının zərərin əvəzinin ödənilməsi hüququnun rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, ekspert rəyində göstərilən qeyrimüəyyənlik
39. cavabdehin mənzilinə baxış keçirilməsinin mümkün olmaması ilə bağlı olmuş, həmin hal isə cavabdehin öz davranışından irəli gəlmişdir. Bu baxımdan cavabdeh öz prosessual davranışının mənfi nəticələrini iddiaçının üzərinə qoya bilməz. Iş üzrə sübutlarla iddiaçının mənzilinə zərər dəyməsi, həmin zərərin su sızması nəticəsində yaranması və su sızmasının cavabdehin istifadəsində olan mənzillə əlaqəli olması müəyyən edilmişdir. Cavabdeh isə öz təqsirsizliyini və ya zərərin başqa səbəbdən yaranmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
40. Kollegiya zərərin məbləği ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “xxxx” MMC-nin rəyi ilə müəyyən edilmiş 1421,70 manat məbləğində zərər iş üzrə digər sübutlarla uyğunluq təşkil edir, həmin rəyi təkzib edən hər hansı sübut təqdim edilməmişdir. Buna görə həmin məbləğ iddiaçıya dəymiş maddi zərərin həcmi kimi müəyyən edilir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
45. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.