Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3966/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə (açar sözlər: müddətin ötürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh1 iddiaçı İddiaçı ASC-nin xeyrinə ## #### 2022ci il tarixli, BIR/BF-***-**** saylı kredit müqaviləsi üzrə əsas borca görə 58.839,29 (əlli səkkiz min səkkiz yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat, faiz borcuna görə 8345,55 (səkkiz min üç yüz qırx beş manat əlli beş qəpik) manat, cərimə borcuna görə 4118,7 (dörd min yüz on səkkiz manat yetmiş qəpik) manat, dəymiş zərərə görə 1283,02 (min iki yüz səksən üç manat iki qəpik) manat, ümumilikdə 72.586,56 (yetmiş iki min beş yüz səksən altı manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti tutulmuş, qiymətləndirmə tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsuma görə 52 (əlli iki) manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 307,76 (üç yüz yeddi manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m olan fərdi yaşayış evin ilkin satış qiyməti 252.000 (iki yüz əlli iki min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m olan fərdi yaşayış evin satışından əldə edilən vəsaitdən əsas borca görə 58.839,29 (əlli səkkiz min səkkiz yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat, faiz borcuna görə 8345,55 (səkkiz min üç yüz qırx beş manat əlli beş qəpik) manat, cərimə borcuna görə 4118,7 (dörd min yüz on səkkiz manat yetmiş qəpik) manat, dəymiş zərərə görə 1283,02 (min iki yüz səksən üç manat iki qəpik) manat, ümumilikdə 72.586,56 (yetmiş iki min beş yüz səksən altı manat əlli altı qəpik) manat, qiymətləndirmə tədqiqatına görə 300 (üç yüz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsuma görə 52 (əlli iki) manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 307,76 (üç yüz yeddi manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi ##.##.2026-cı il tarixli apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki işin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmənin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi cavabdehin kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, lakin ərizəçi tərəfindən şikayət ##.##.2026-cı il tarixdə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı şikayət vermə müddətini ötürdüyündən, qeyd edilən qətnamədən şikayət vermək hüququ keçmişdir. Cavabdehin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi şikayət qanunla müəyyən edilmiş müddət ərzində verilmədiyindən və şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə edilmədiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır. Şikayətin dəlilləri, şikayətə qarşı etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ASC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borca görə 58.839,29 manat, faiz borcuna görə 8.345,55 manat cərimə borcuna görə isə 10.000 manat borcun ödənilməsi və borcun ipoteka predmeti – cavabdeh2 adına olan Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m sahədən ibarət mənzilə yönəldilməsinə dair müraciət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsində məhkəmə iclasları keçirilmış, adı çəkilən mənzilin qiymətləndirilməsi üçün ekspertiza təyin olunmuşdur. Ekspertiza mənzili 252.000 manat dəyərində qiymətləndirmişdir. Baxmayaraq ki, Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu ərazisində çıxarışı olan torpaq sahəsinin bir sotunun bazar qiyməti 35.000 manata satılır ki, yalnız torpağın qiyməti 182.000 manat, bundan əlavə olaraq torpağın üzərində olan tikilinin bugünkü satış qiyməti tam təmirli 1.000 manat edir ki, bu da 409.400 manat, ikisi bir yerdə cəmi 591.400 manat edir. O, bunları məhkəmənin nəzərinə çatdırmaqla, yenidən ekspertizanın keçirilməsi üçün şifahi olaraq məhkəmədən xahiş etsə də hakim tərəfindən onun bu müraciəti qəbul olunmamışdır. Bu iş üzrə ##.##.2026-cı il tarixdə, e-*(***)-****/**** nömrəli məhkəmə tərəfindən qətnamə çıxarılmışdır. Qətnamədə əsas borcun, faiz borcunun tam ödənilməsi, cərmə borcunun isə 4.118,7 ödənilməsi göstərilmişdir. Bunun üçün də o, qətnamədə olan iki hal üzrə razılaşmayaraq apellyasiya sikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il qərardadı ilə onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi ##.##.2026-cı il tarixli apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardadda qeyd olunmuşdur ki, mülki işin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmənin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi cavabdehin kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, lakin onun tərəfindən şikayət ##.##.2026-cı il tarixdə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı şikayət vermə müddətini ötürdüyündən, qeyd edilən qətnamədən şikayət vermək hüququ keçmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, elektron məhkəmə sistemində yaranmış problemlə bağlı o, demək olar ki, yeni sistemə daxil ola bilməmişdir. Ümumiyyətlə qətnamənin kabinetə nə vaxt yerləşdirildiyini görə bilməmişdir. Qətnamə ilə ancaq həmin qətnamə yoldaşı, digər cavabdeh cavabdeh2 adına yaşadığı ünvana gələndə tanış ola bilmişdir və 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermişdir. Hesab edir ki, qeyd edilən səbəb üzrlü səbəb kimi nəzərə alınmalı və onun tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməlidir. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi xahiş olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iddiaçı cavabdeh1 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verilən şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi cavabdehin elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, o, ilk dəfə ##.##.2026-cı il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi ##.##.2026-cı il tarixli apellyasiya şikayəti geri qaytarılmış, bundan sonra cavabdeh ##.##.2026-cı il tarixdə təkrar ümumi qaydada apellyasiya şikayəti verərək buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə razılaşaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən ##.##.2026-cı il tarixdə təkrar ümumi qaydada apellyasiya şikayəti verərək buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etsə də, hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət vermişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və bu qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. İstinad olunanlara əsasən kollegiya cavabdehin şikayətinin dəlillərini əsassız hesab edib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3966/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3966/2026
27.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver