Məhkəmə qərarları › İş №e-2(3-6)-3971/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3971/2026

20.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3971/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı (cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyun 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Bakı şəhəri * saylı Notariat Ofisinə (cavabdeh) qarşı (cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri * saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 8İ-1364 reyestr saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı tarixli qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində rüsum ödənilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Digər tərəfdən iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ## #### 2026-cı il tarixdə iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmiş, şikayətin verilməsi üçün son tarix 06 iyul 2026-cı il olmuş, şikayət isə ## #### 2026-cı il tarixdə verilmişdir. Beləliklə, şikayətə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından və müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı iş üzrə 02 iyun 2026-cı il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Azad İmanov Səadət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar