Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4008/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh İsmayılova Rəna Tofiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılova Rəna Tofiq qızından iddiaçı İddiaçı ASC-nin xeyrinə 14617.79 manat məbləğində əsas borcun, 2129.07 manat məbləğində faiz borcunun, 264.17 manat məbləğində cərimə borcunun cəmi 17011.03 manat borcun və 142 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsni məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh İsmayılova Rəna Tofiq qızının verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh İsmayılova Rəna Tofiq qızının apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə.., dövlət rüsumu ödənilir (108.1-108.1.9). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.1.3-cü maddəsinə görə iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qədər dövlət rüsumu ödənilməlidir. Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Mülki iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı İddiaçı ASC cavabdehdən 17011,03 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırki iddianın qiyməti 17011,03 manatdır. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə görə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləği 141,03 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-ci maddəsinə müvafiq olaraq İsmayılova Rəna Tofiq qızı apellyasiya şikayəti üzrə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş (141,03 manat) məbləğin yarısı qədər ödəməli olduğu halda, cəmi 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından bu hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən cavabdeh İsmayılova Rəna Tofiq qızının verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 363, 364 və 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh İsmayılova Rəna Tofiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(3-6)-4008/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4008/2026
26.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver