Məhkəmə qərarları › İş №e-2(3-6)-4090/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4090/2026

08.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4090/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11000 manat borc pulun və ödənilmiş 123 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(004)- ****/**** saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Qətnamə ##.##.2026-cı il tarixdə, saat 23:06-da tərəflərin EMIS-də olan elektron kabinetlərinə yerləşdirmiş, ##.##.2026-cı il tarixdə isə icraya yönəldilmişdir. Cavabdeh Cavabdeh ## ### 2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-e-2(004)- ****/**** saylı qərardadı ilə apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən qaytarılmış, qərardad ##.##.2026-cı il tarixdə, saat 23.28-də elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) ##.##.2026-cı il tarixdə buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpasına dair ərizə təqdim etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə prosessual müddətin bərpasından imtina olunmuşdur. Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəifndən təmin olunmamış, baxılması üçün iş materialları ilə birgə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: Işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Şikayətin dəlilləri: Şikayət qərardadın qanunsuz olması, prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, qətnamə ## ##### 2026-ci il tarixdə elektron kabinetə yerləşdirilsə də, tərəfindən ## ##### 2026-ci il tarixdə baxılması, sənədlərin sistemə yüklənməsi zamanı bir necə dəfə texniki xəta baş verməsi, bu səbəbdən müddətin 1 gün ötürülməsi və s. kimi əsaslandırılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə təmin olunmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Belə ki, MPM-in 135.6-cı maddəsinə əsasən, «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Işdən görünür ki, birinci instansiya məhkəməsi qətnaməni ##.##.2026-cı il tarixdə, saat 23:06-da elektron kabinetə yerləşdirmiş, cavabdeh tərəf onunla yalnız ##.##.2026-cı il tarixdə tanış ola bilmiş, apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə təqdim etmişdir. MPM-in 128.3-cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-in 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Kollegiya qəbul edir ki, hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin son günü ##.##.2026-cı il olmuş və cavabdeh tərəfindən apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə verilməsi ilə həmin müddət bir gün ötürülmüşdür. Bununla belə, prosessual müddətin buraxılması faktının mövcudluğu özlüyündə onun bərpasından imtina üçün kifayət etmir. Məhkəmə müddətin buraxılmasına səbəb olmuş konkret halları, həmin halların tərəfin iradəsindən asılı olub-olmamasını, gecikmənin müddətini və şəxsin prosessual hüququnu həyata keçirməkdə davranışını birlikdə qiymətləndirməlidir. Iş materiallarından görünür ki, qətnamə cavabdehin elektron kabinetinə ##.##.2026-cı il tarixdə saat 23:06-da, yəni həmin təqvim gününün başa çatmasına cəmi 54 dəqiqə qalmış yerləşdirilmişdir. Günün belə gec saatında elektron kabinetə yerləşdirilmiş məhkəmə aktı ilə tərəfin elə həmin gün tanış olmasını və apellyasiya hüququnun həyata keçirilməsinə başlamasını ağlabatan şəkildə gözləmək olmaz. Xüsusilə nəzərə alınmalıdır ki, qətnamənin elektron kabinetə yerləşdirilməsi cavabdehin iradəsindən asılı olmayan məhkəmənin prosessual hərəkəti olmuşdur və həmin hərəkət cəmi 54 dəqiqə gec həyata keçirilsəydi, artıq ##.##.2026-cı il tarixinə təsadüf edəcək və müvafiq olaraq apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə verilməsi müddətin ötürülməsi ilə nəticələnməyəcəkdi. Bu səbəbdən Kollegiya hesab edir ki, qətnamənin məhkəmə tərəfindən cavabdehin elektron kabinetinə təqvim gününün bitməsinə bir neçə dəqiqə qalmış və insanların adi həyat və istirahət rejimi baxımından sənədlə həmin gün tanış olmasının ağlabatan gözlənilmədiyi vaxtda yerləşdirilməsi, habelə apellyasiya şikayətinin müddətin bitməsindən dərhal sonrakı gün verilməsi birlikdə qiymətləndirildikdə, prosessual müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olduğunu göstərir. Belə şəraitdə əks mövqe prosessual müddət institutunun məqsədinə uyğun olmayan həddindən artıq formal yanaşma olardı. Buna görə də buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi barədə qərardad əsaslı hesab edilə bilməz və cavabdehin apellyasiya şikayəti vermək üçün buraxdığı müddət bərpa edilməlidir. Kollegiya həmçinin nəzərə alır ki, prosessual müddətlər hüquqi müəyyənliyin təmin edilməsinə xidmət etsə də, onların tətbiqi şəxsin məhkəməyə müraciət və məhkəmə aktından şikayət vermək hüququnu həddindən artıq məhdudlaşdıran formalizmə çevrilməməlidir. Belə məhdudiyyət prosessual müddətlərin müəyyən edilməsində güdülən hüquqi müəyyənlik məqsədi ilə şəxsin məhkəməyə çıxış hüququ arasında ədalətli tarazlığı pozur və məhkəməyə müraciət hüququnun mahiyyətinə qeyri-mütənasib müdaxilə ilə nəticələnir. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, ərizə təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdehin ərizəsi təmin olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin olunsun. Iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdehin ərizəsi təmin olunsun. Iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar