Məhkəmə qərarları › İş №e-2(3-6)-4092/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4092/2026

08.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4092/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, İddiaçı Ağayeva Gülmirə İsa qızının cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadından iddiaçı Ağayeva Gülmirə İsa qızı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ağayeva Gülmirə İsa qızı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC tərəfindən əsassız və həddindən artıq yüksək hesablanmış cərimə və dəbbə məbləğlərinin silinməsi və təqdim etdiyi ödəniş qəbzləri nəzərə alınmaqla borcun yenidən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-96)- ****/**** saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-96)- ****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ****/**** saylı qərardadı ilə şikayət mümkün hesab edilmişdir. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadında buraxılmış yanlışlığın aradan qaldırılması məqsədi ilə mülki işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadında buraxılmış yanlışlığın aradan qaldırılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-96)- ****/**** saylı qərardadından iddiaçı Ağayeva Gülmirə İsa qızı tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 384-cü, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-96)- ****/**** saylı qərardadında buraxılmış yanlışlığın aradan qaldırılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadından iddiaçı Ağayeva Gülmirə İsa qızı tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar