Məhkəmə qərarları › İş №e-2(3-6)-4288/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4288/2026

08.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4288/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- e-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 17.012 ABŞ dolları və 6.500 avro məbləğində pulun (ödəniş günü məzzənə ilə), həmçinin illik 5 faizi məbləğinin yəni 4769 manat pulun, vəkilə çəkilmiş 500 manat xərcin və ödənilmiş 230 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- e-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 17.012 ABŞ dolları və 6.500 avro (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi günün məzənnəsinə uyğun olaraq) məbləğində pul vəsaiti və borc məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi (illik 5% hesablanmış) 4769 manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 230 (iki yüz otuz) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh göstərilmiş hüquqi yardımın əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində “apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində mübahisələndirilən qətnamənin tarixi “## #### 2026-cı il” göstərilmişdir. Halbuki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi iş materiallarında mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- e-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar