Məhkəmə qərarları › İş №e-2(3-6)-4294/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4294/2026

08.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4294/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Əzimi İnarə Həmid qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Əzimi İnarə Həmid qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əzimi İnarə Həmid qızından 6689,01 manat məbləğində əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 86,9 manat məbləğində vəsaitin iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əzimi İnarə Həmid qızından ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6689,01 (altı min altı yüz səksən doqquz manat bir qəpik) manat əsas borc və 86,9 (səksən altı manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə xəbərnaməyə imza etməklə əldə edilmişdir (i.v.32). Apellyasiya şikayəti isə cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə verilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün müddətin son günü ##.##.2026-ci il tarixdə olmuşdur. Bununla da, apellyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən 3 gün müddət ötürülmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin: - 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. - 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. - 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. - 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. - 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. - 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. - 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. - 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363, 366.4 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Əzimi İnarə Həmid qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar